Moderator.az xəbər verir ki, 77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov növbəti görüşünü Astaranı Şuvi kəndinin sakinləri ilə keçirib. Çoxsaylı seçici fəallığının müşahidə edildiyi görüşdə vətəndaşları maraqlandıran məsələlərə toxunulub, kənd sakinlərinin arzu və təklifləri dinlənilib.
Görüş haqqında sosial şəbəkədəki hesabında məmnunluqla bəhs edən R.Mahmudov, bir məqamın onda xüsusilə fərəh doğurduğunu qeyd edib:
“Növbəti görüşümüz Şuvi nümayəndəliyinin seçiciləri ilə oldu. Görüş çox yüksək fəallıqla keçdi. Seçicilərin cənab Prezidentə və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə olan sevgisi məni çox fərəhləndirdi. Bu, həm də iqtidar vətəndaş birliyinin bariz nümunəsi idi.
Dəstəyinizə görə minnətdaram!”.
Seymur ƏLİYEV