“Tanrının yaratdığı nə varsa hamısının Məcnunuyam...”
Oxunub: 4584
21 Jan 2020 | 12:59
“Tanrının yaratdığı nə varsa hamısının Məcnunuyam...”
Moderator.az saytının bu dəfəki qonağı tanınmış xanəndə, Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovdur.

- Salam, xoş gördük, Mənsum müəllim. Dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə təşəkkür edirəm. 

- Salam. Xoşdur. 

- Öncə yaradıcılığınızda olan yeniliklərdən söhbət açmanızı istərdim.

- İl hələ yeni başlayıb. Amma, 2019-cu il yaradıcılıq baxımından mənim üçün çox uğurlu oldu. Biz, hardasa, 14 xarici ölkədə, eyni zamanda, Azərbaycanın bölgələrində, Bakıda konsertlər verdik. Bilirsiniz ki, Dövlət Başçımız 2019-cu ili “Nəsimi ili” elan etmişdi. Nəsimiyə həsr olunmuş 6 layihəmiz oldu, onun üçünü xaricdə, üçünü isə Azərbaycanda həyata keçirdik. Yanvar ayıdır, Milli Konservatoriyada qış imtahan sessiyası keçirilir. Və mən bu ocağın muğam professoru olaraq imtahanlarda komissiya üzvü kimi iştirak edirəm. Tələbələrim burda imtahan verir. Eyni zamanda, qiyabi tələbələrimiz dərslərə başlayıb. Siz bayaq gəldiniz və özünüz gördünüz ki, burda məşqlər gedir, yaradıcılıq abu-havası hökm sürür. Uşaqlar çox ciddi hazırlaşırlar. İlimizi planlaşdırmağa başlayırıq yavaş-yavaş. Fevralın əvvəli Beynəlxalq Muğam mərkəzində “Gəncləşən muğam” adlı layihəmin 7-cisi olacaq.  Bu layihə 6 dəfə Heydər Əliyev Sarayında keçirilib.  7-cisini fevral ayına salmağım da təsadüfi deyil. Həm 2 fevral Gənclər günü, həm də böyük ustadımız Əlibaba Məmmədovun yubileyi ərəfəsində olmasını istədim. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin dekabrında “Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam” imzalayıb. İlk yubiley tədbirini biz eləmək istədik. Onun mahnılarından ibarət olan konsert təşkil edəcəyik.   Tədbirdə 16 gənc ifaçı iştirak edəcək, onlar duet oxuyacaq.  22 ilə yaxındır fəaliyyət göstərən,  yaradıcısı  olduğum “Qarabağ” muğam qrupu  dəfələrlə bu cür layihələrə imza atıb. Sənət dostlarım, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və Kamran Kərimovla birgə çalışırıq ki, musiqimizi, muğamımızı dünyada tanıdaq, ölkəmizi layiqincə təmsil edək. 2019-cu ildə Şirvanşahlar sarayında da böyük muğam konserti keçirdik. Bu ildə də İçərişəhərdə  konsertlər təşkil etməyi planlaşdırırıq. Yəqin ki, bu konsertlər Novruz ərəfəsində, ilaxır çərşənbələrdə baş tutacaq. Xarici ölkələrdəki konsertləri isə elə sıralamalıyıq ki, işimizə mane olmasın. 

- Muğamın sirrlərini öyrənməyə ömrünü sərf edənlər də sonda deyirlər ki, muğam dəryadır. Bu gün bu dəryanın qəvvasısınız. Özünüzə rəqib gördüyünüz muğam ifaçısı varmı? 

- Mən bu sənətə gələn gündən heç kimlə rəqabət aparmamışam. Gücüm çatan işi görürəm. Çalışıram, muğamımıza xidmət edim. Muğam aləmində olan bütün ustadları çox istəyirəm, onlar bizim böyüklərimizdi. Öz yaşıdlarıma da hörmətim böyükdür, çünki biz hamımız muğamımıza xidmət edirik. Bilirsiniz, bura şou aləmi deyil. Muğam ciddi sənət olduğuna görə, burda hər kəs öz gücü çatan işi görməyə çalışır.  Eyni zamanda da, mən. Bizim sahəmizdə rəqabət söhbəti yoxdur. Hamısı bizim sənət dostlarımızdı. Hər kəs öz işini görür, öz layihələrini həyata keçirir. Nəticədə, muğamımız inkişaf edir. Mən, həmçinin, Heydər Əliyev Fondunun keçirdiyi “Muğam televiziya müsabiqəsi”ndə münsif kimi iştirak edirəm. Bu günə kimi artıq yeddi musabiqə keçirmişik. Və bu yeddi musabiqənin nəticəsində 140 gənci xalqa təqdim etmişik. Heç bir dövrdə bu qədər gənc bizim sənətimizə gəlməyib. Bu da dövlətimizin muğam sənətinə olan diqqəti və qayğısıdır. Onu da xüsusilə qeyd edim ki, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci vitse-prezidenti, hamımızın əzizimiz Mehriban xanım Əliyevanın bizim muğamımıza çox böyük diqqət və qayğısı var. Bu qayğının nəticəsidir ki, gənclər muğamı sevir və onun sirrlərini öyrənməyə çalışır... 

- Muğam müsabiqələrində sizi heyrətləndirəcək səslər çoxdurmu?  

- Əlbəttə ki... Hər muğam musabiqəsinin sonunda biz laureatları, ifaçıları xalqa təqdim edirik, onlara diplomlar veririk. O laureatların 18 nəfərini bizim təklifimizlə  Opera və Balet Teatrına işə dəvət etdilər. Hazırda orda işləyirlər.  Gənclərə dəstək olduğuna görə teatrın rəhbərliyinə təşəkkür edirəm. Bu gün Opera və Balet Teatrında bütün baş rolları gənclər ifa edir. Bunun özü muğamın uğurudur. Müsabiqə zamanı əsl istedad seçilir, sənətimizə yeni səslər gəlir. Bu istedadlı gənclərdən çoxu dövlət televiziyasının solistləridi, operanın solistləridi, bir neçəsinin fəxri adı da var. Məsələn, tələbəm Təyyar Bayramov, həm əməkdar artistdir, həm konservatoriyanın dosentidir. Son müsabiqənin laureatları Təyyarın tələbələridi. Ən əsası, muğam ənənəsi davam edir. Orda yetişən uşaqlar artıq özləri ustadlıq edirlər, müəllimlik edirlər, tələbələr yetişdirirlər. Dövlət qayğısının olması muğamımızı inkişaf etdirir. 

- Muğam sizin üçün nədir?

- Muğam, öncə, mənim həyat tərzimdir.  Burda təkcə mənəvi qidadan söhbət getmir. Mən ömrümü muğama həsr etmişəm... Təsəvvür etmirəm ki, muğamsız yaşaya bilərəm. Hər gün muğamla oyanıb, muğamla yatıram. Həm müəllim, həm ifaçı, həm də ictimai xadim kimi deyirəm ki, muğamın Azərbaycan xalqının həyatında xüsusi yeri var. Tükənməyən  milli sərvətimiz və ruhumuzun qidası olan muğamın hələ qədimdən  xalqımızın yüksək insani keyfiyyətlərə malik olmasında rolu böyükdür... 

- Həyata ikinci dəfə gəlsəydiniz, yenə  muğamı seçərdiniz? 

- Mənim üçün ən gözəl yer, özümü rahat hiss etdiyim və uğur qazandığım yer məhz bu sahədir. Çünki, mənim bacardığım iş budur. Bu işlə də xalqımıza və mədəniyyətimizə xidmət edirəm. Lap neçə dəfə də həyata gəlsəm, elə xanəndə olmaq istəyərəm (gülür).

- Məcnun olmağı xəyal edirdinizmi? Ümumiyyətlə, Məcnun olmaq necə hissdi?

- Mən 1993-cü ildə ilk dəfə Məcnun kimi səhnəyə çıxmışam. İlk tərəf müqabilim də bizim gözəl sənətkarımız, xalq artistimiz Gülyaz Məmmədova oldu. Ondan sonra tərəf müqabillərim çox olub. Belə demək mümkünsə, səhnədə ən çox Leylisi olan Məcnun mən olmuşam (gülür).  Səkinə İsmayılova, Qəndab Quliyeva, Nəzakət Teymurova, Aygün Bayramova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Simarə İmanova, Gülüstan Əliyeva ilə tərəf müqabili olmuşam.  Son dəfə öz yetirməm, tələbəm, əməkdar artist Arzu Əliyeva  ilə səhnəyə çıxmışam. Məlumat üçün deyim ki, bir dəfə də səhnəni  türkiyəli  Selva Erdenerlə bölüşmüşəm. 

- Daha ətraflı məlumat verərdiniz, zəhmət olmasa… 

- 2016-cı ildə Türkiyədə Ankara Opera və Balet Teatrında “Leyli və Məcnun” yeni quruluşda tamaşaya qoyuldu. Mədəniyyət nazirimiz Əbülfəz Qarayev tərəfindən  qardaş ölkəyə ezam olundum. Orda türk sənətçiləri səhnəyə mən hazırladım. Məcnundan başqa bütün rolları türk sənətçiləri ifa edirdi. Məcnun mən idim. Mənimlə yalnız müşaiyətçilərim  əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov getmişdi. Həmin tamaşanı TRT kanalı  lentə aldı, sonradan DVD-sini də buraxıblar. Tamaşa anşlaqla keçdi, Türkiyə mədəniyyət aləmində böyük ajiotaj yaratdı… 

- Ustad kimi yetişdirdiyiniz gənc muğam ifaçılarına ürəklə muğamımızın sabahını əmanət edə bilərsiniz? 

- Muğam elə sənətdir ki, gərək uşaqlıqdan sirrlərini öyrənməyə başlayasan.  Konservatoriyaya gələnə qədər uşaqlar bir neçə mərhələ keçir. Əvvəlcə musiqi məktəblərində, sonra kolleclərdə təhsil alırlar, sonra da konservatoriyaya daxil olurlar. Konservatoriyaya qəbul olandan sonra biz onları müxtəlif müsabiqələrə yönləndiririk, televiziya çıxışlarına, tədbirlərə, konsertlərə hazırlayırıq. Beləcə, zamanla onlar muğam ifaçısı kimi yetişir. Bundan əlavə, səhnə mədəniyyəti, qaval tutmaq, qavalla oturuş qaydaları kimi bir çox incəliklərə də yiyələnirlər. Gələcəyin Leylilərini, Məcnunlarını hazırlamaq məsuliyyətli işdir. Çalışırıq, yaxşı ifaçı yetişdirək ki, gələcəyimizi də ürək rahatlığıyla əllərinə təslim edə bilək… 

- Tələbələrinizin muğam ifaçısı kimi sevilmələri, uğurlar əldə etməyi sizi də sevindirir, əminəm. Bu sevinci onlara bildirirsiniz, yoxsa, ustad təmkinini qorumağa çalışırsınız? 

- Təbii ki, onlarla bərabər sevinirəm. Və bu sevincimi təmkinimdə gizlətməyə çalışmıram…(gülür) Məsələn, bayaq adını çəkdiyim Təyyar Bayramov “Şah İsmayıl” operasının ən yaxşı ifaçısı olub. Bu, mənimçün də sevincdi. Arzu Əliyeva əməkdar artistdi, Aytən Məhərrəmli, Sədəf Budaqova, Gülzar Fərəcova da uğurlu ifaçılardı, Opera və Balet Teatrının solistləridi. Ümumiyyətlə, uğurlarına sevindiyim tələbələrim çoxdu, onları dövlət tədbirlərində, konsertlərdə, efirlərdə gördükcə ürəyim açılır… 

- İncəsənətimizin bugünkü durumunu necə qiymətləndirirsiniz? 

- Muğamın hazırkı vəziyyətindən razıyam. Yenə təkrarlayıram, dövlət qayğısı istənilən sahənin inkişafında əhəmiyyətli nöqtədir. Dövlətimizin muğamımıza göstərdiyi qayğı da danılmazdır. Yetişən hər gənc ifaçı ilə muğamımız daha bir ömür qazanır. Bizi yetişdirən ustadlarımızın hər biri xəzinədir, muğam xəzinəsi… Bu cür xəzinədən faydalanmaq özü hünərdi. Təbii ki, bütün sahələrdə olduğu kimi, muğam sahəsində də bəzi problemlər var. Amma, unutmayaq ki, inkişafın hər mərhələsi yeni problemlər yaradır. Əsas odur ki, zaman-zaman bu problemlərin öhdəsindən gəlib inkişaf yolunda irəli addımlayasan. Bu gün muğamımız dünyada tanınır, gənclərin enerjisi, ustadların  təcrübəsilə gündən-günə daha da şöhrətlənir. 

- Bəs, estrada?

- Şou aləmini deyə bilmərəm, çünki orda xaos çoxdur. Mən arzulayardım ki, musiqimizin hər bir janrında gənclərimiz daha çox sənətə yiyələnsinlər, nəinki dedi-qodulara. Məncə, istənilən sahədə ciddilik qayda-qanun deməkdir, elə şouda da. Yaxşı estrada ifaçılarımız var, gənclərin içində də sənətinə vurğun olanları görmək olur. Amma, dediyim kimi, xaos çoxdur, bu qədər xaos da əsl sənətin önünü kəsir. Bayağı musiqilər, dedi-qodular elə bu xaosun içində özünə yer tapıb cücərir. 

- “Dinmək istədim, dinə bilmədim...” Əgər dinə bilsəydiniz, o gözəl xanıma nəyi etiraf edərdiniz? 

- Sözləri Hüseyn Arifin, musiqisi Ələkbər Tağıyevin olan bu mahnı gözəl mahnıdır. Bu mahnı, dinləyən üçün bir hekayədi, nağıldı… Mən də onu sevə-sevə ifa etmişəm.  Bir çox retro mahnıları sənət dostlarım Elnur və Elçinlə hazırlayıb xalqa təqdim edirik. Xalqımızdan da ifa etdiyim mahnılara  təqdir görmüşəm. Qaldı ki, sözün əsl mənasında, Məcnunu olduğum qıza, həmişə demək istədiyim sözü deməyi bacarmışam, uğurlu da alınıb… Gözəl ailəmiz, dörd övladımız var. 


- Bu gün getmək imkanınız olsaydı, ən birinci Ağdamda haranı görmək istəyərdiniz? Ümumiyyətlə, doğma Ağdamla bağlı xatirələri tez-tez “vərəqləyirsiniz” yaddaşınızda? 

- Ən  qayğısız günlərim, uşaqlığım Ağdamda keçib. Xatırladıqca düşünürəm ki, Ağdamda keçirdiyim hər gün ömrümün qazancı olub. Bildiyiniz kimi, Ağdam Qarabağın mədəniyyət mərkəzi, sənət ocağı  idi. Şahmar Ələkbərzadə həmişə deyirdi ki, “Ağdam Qarabağın toy otağıydı…” Ağdamın işğalda olmayan kəndlərinə tez-tez gedirəm. Bu gün Ağdamda muğam mərkəzi də fəaliyyət göstərir. Bu muğam mərkəzi Cənab Prezidentin tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Biz orda konsertlər, tədbirlər keçirdirik, yubileylər qeyd edirik. Elə bu yaxınlarda gözəl gitara ifaçımız, əfsanəvi Rəmişin 75 illik yubileyi keçirildi o mərkəzdə, biz də iştirak etdik. Möhtəşəm bir yubiley tədbiri idi. Mən bütün ad günlərimi Ağdamda məcburi köçkünlərlə, əsgərlərlə keçirirəm. 60 illik yubileyimi də orada keçirmək istəyirəm… Kəndimiz işğalda olmayan hissədədi. Tez-tez ora gedirəm. Kəndimizin yanında Xan qızı Natəvanın saldırdığı tarixi bir meşə- Soltanlıq meşəsi var. Yaxınlıqda da Bayraq Meydanı var. Bizim də ev o tərəfdədi. Çox arzu edərdim ki, işğal olunmuş torpaqlarımız  azad olunsun. Əvvəlki kimi, orada “Xarı bülbül” festivalları keçirək… “Gəncləşən muğam” layihəsini Ağdamda keçirmək mənim arzumdur… Əminəm ki, o gün uzaqda deyil. Və biz Ali Baş Komandanımızın rəhbərliyilə o torpaqlara mütləq qayıdacağıq!

- İnsanın keçmişi onun ömür həyatının xatirə dəftəridir. Əgər sizin keçmişə qayıtmaq şansınız olsaydı, nəyi dəyişdirmək və nəyi geri qaytarmaq istəyərdiniz? 

- Qarabağın işğalı mənim həyatımda mənfi iz qoydu. Çünki, mən o torpaqda doğulmuşam, səsi o torpaqda qazanmışam… Mən o torpağın bir zərrəsiyəm və o torpağa borcluyam. Daha çox o torpağın qayıtmasını, o torpaqda gedib konsertlər vermək istəyirəm… Azərbaycanın hər bir guşəsi mənimçün əzizdir, amma, Qarabağ hər birimizin ürəyimizdə xüsusi duyğular yaradır… Axı, Qarabağ ürəyimizin nisgilidir… Geriyə qayıtmaq imkanım olsaydı, tarixdə nəyisə dəyişdirmək imkanım olsaydı, nəinki, Qarabağın, Azərbaycanımızın bir qarış torpağının da düşmən tapdağı altında qalmasına izn verməzdim… 

- Mütaliə ilə necədir münasibətiniz? Mütaliə edirsiniz? Son oxuduğunuz kitab hansıdır? 

- Yaxşıdır. Mənim evdə kitabxanam var. Uşaq vaxtından mütaliəni sevmişəm, çox mütaliə etmişəm. Bu gün də evimdə, hardasa, iki minə yaxın kitabım var. Mənim övladlarım da oxumağı sevir. Yay tətili olanda övladlarım mütaliə ilə məşğul olurlar, çünki onlara sevdirmişəm kitab oxumağı. Mən düşünürəm ki, bədii ədəbiyyatın insanın formalaşmasında çox böyük rolu var. Son vaxtlar sənətimlə bağlı qəzəl və poeziyaya üstünlük verirəm. Klassiklərimizi oxuyuram, Füzuli, Nəsimi, Seyid Əzim, Əliağa Vahid, Hacı Mail…

- Xarici səfərlərə tez-tez gedirsiniz, qastrollarda olursunuz. Xaricdə sizi sevirlər, dinləyirlər. Vətəni orda təmsil etmək qürurvericidir… 

- Azərbaycanın muğamı o qədər zəngindir ki... Bəşəri bir musiqidir. Xarici ölkələrdə insanların muğama sevgisini, marağını görəndə qürur hissi keçirirəm. Könlümdən keçəni bəzən dilimə də gətirirəm: “Nə yaxşı ki, mən Azərbaycanlıyam!” Həmin anlarda qürurlanıram ki,  nə yaxşı, muğamı dünyaya tanıtmaq kimi bir həyat missiyam var, xalqımızın musiqisini əcnəbilərə çatdıra bilirəm.

- Əcnəbilər bizim muğamımızı çox sevir.  Bunu dəfələrlə etiraf da ediblər ki, “muğamınız könlümüzü oxşayır”. Amma, özümüzünkülər bəzən muğamı dinləmək istəmirlər. Zövqlər korlanıb, ya bəlkə bu musiqini anlamırlar? 

- Bilirsiniz, hər kəsdən tələb etmək olmaz ki, sən mütləq bu musiqini sevməlisən. Düşünürəm ki, mühitdən də, həyatdan da, yaşdan da  çox şey asılıdır. Bəzən bir insanla rastlaşırsan, etiraf edir ki, gəncliyimdə muğamı anlamırdım, indi dinləməsəm günüm keçmir… Ən əsas faktor da, muğamı insanlara anlatmaqdır. Şükür ki, bu gün 20-25 il əvvələ nisbətən muğam daha çox sevilir, gənclərin də marağını çəkir. Məsələn, elə “Leyli və Məcnun” tamaşasına baxmağa gələnlərin əksəriyyəti gənclərdir. Bu, məni sevindirir.  Bundan əlavə, damarında azərbaycanlı qanı axan hər kəs muğamı sevir, sadəcə, bu musiqini anlamağa onlara azca kömək lazımdır. Bu da istedadlı ifaçıların üzərinə düşən məsuliyyətdir. Sevindirici haldır ki, bu gün ifaçılarımız da bu məsuliyyətli missiyanın öhdəsindən gəlirlər. 

- Övladlarınız necə? Bu sənətə maraqları var? 

- Mənim 4 övladım var. Təbii ki, hər birinin meyli var, amma heç biri bu sənətin dalınca getməyib. Özüm də həvəsləndirməmişəm. İstəmişəm ki,  öz seçdikləri sənətin ardınca getsinlər. Şükür, hamısı öz ixtisaslarına yiyələniblər, yerlərini tapıblar. Məncə, seçdiyin sənətdən asılı olmayaraq, hər kəs çalışmalıdır ki, vətəninə layiqli vətəndaş olsun. Şükür ki, bu cəhətdən övladlarımdan razıyam. 

- Nə vaxtsa peşman olduğunuz anlar olub? 

- Xeyr, olmayıb. Peşmançılıq hissi heç vaxt keçirtməmişəm. Elə bir addım atmamışam ki, nəticəsində peşman olum. Mən nəticəsini görmədiyim bir işin arxasınca getmirəm. Düşünürəm ki, nə olmalıydısa, o da oldu. Hər şeyə təbii baxıram. Keçmişlə yaşamıram. İrəli baxıram. Hər zaman; yaxşı günümdə də,  pis günümdə də Allaha şükür edirəm. Məndə şükür hissi çox güclüdür və paxıllıq hissi yoxdur. Ona görə rahat yaşayıram. 

- Bir gün səhnədən getmək fikirinə gəlsəniz, kimin sizi əvəz etməyini istəyərdiniz. Belə bir insan var? 

- Bizim sənətimiz elə bir sənətdir ki, xanəndə yaşa dolduqca daha çox sanballaşır, hörməti artır. Məsələn, Əlibaba Məmmədovun 90 yaşı var, oxuyur hələ də, Arif Babayevin 80 yaşı var, o da hələ oxuyur. Allah hamısına ömür versin! Davamçı yetişdirməksə, hər zaman işimizin bir parçasıdır. Hər muğam ifaçısı özündən sonra, heç olmasa, beş-on nəfər davamçı yetişdirsə, bu, sənətə xidmətdir. Hər ifaçıyla muğam sənəti yeni bir ömür qazanır. Sevinirəm ki, bu gün gənclər mənim yolumla gedir, Məcnunu ifa edirlər, Aşıq Qərib, Şah İsmayıl, Əsli, Kərəm kimi səhnəyə çıxırlar. 

- Ən qiymətli məsləhəti kimdən və nə zaman alıbsınız? 

- Mən hər zaman, ağlım kəsəndən böyüklərdən məsləhət almışam. Valideynlərimdən, ustadlardan, dostlarımdan. Bu gün də mən onlardan məsləhət alıram, çünki insanın hər zaman yaxşı məsləhətə ehtiyacı var. Mən Tərəzi bürcüyəm, hər şeyi hər zaman düşünürəm. Yenə də təkrarlayıram, nəticəsinə inanmadığım işin arxasınca getmirəm. Bu sözləri hər zaman təkrarlayıram: “Tanrının yaratdığı nə varsa hamısının Məcnunuyam”. Bu fikir mənə rahatlıq verir. Çox rahat yaşayıram. Həyat gözəldi, hər şeyə rəğmən yaşamaq lazımdır! İnsanları sevmək lazımdır! 

- Yalanı bağışlaya bilərsiniz? 

- Yalanı sevmirəm. Yalan danışan insanları da sevmirəm. Özüm səmimi olduğum üçün insanlarda dəyər verdiyim xüsusiyyət səmimilikdir. Səmimi olmayan insanlardan hər zaman uzaq dururam. 

- Gənclərə ən çox hansı mövzuda məsləhətlər verirsiniz?

-Həmişə gənclərə dəstək olmağa çalışıram. Fərqi yoxdur, ya tələbəm olsun, ya adi bir Azərbaycan gənci… Hamısına təmənnasız kömək etməyə çalışıram. Qaldı məsləhət verməyə,  bu, incə məqamdır. Bəzən verilən məsləhət qarşıdakının arzusuyla üst-üstə düşmür. O zaman bir az ehtiyatla, heç kimin qəlbinə dəymədən məsləhət vermək lazımdır. Üzeyir bəy Hacıbəylinin bir sözü var: “İstedadlı gənclərə kömək edin həmişə, istedadsızlar özləri özlərinə yol tapacaqlar”. Mən bu sözə sadiq qalmağa çalışıram, harda istedad varsa, ona düzgün yol göstərməyi, ona dəstək olmağı özümə borc bilirəm. 


- Bu yaxında sosial şəbəkədə belə bir xəbər yayıldı ki, Mənsum İbrahimov deputatlığa namizədliyini irəli sürüb. Bu xəbər çoxlarını sevindirdi...

- İnşallah, bəlkə nə vaxtsa oldu. Amma, hal-hazırda mən özümü millət vəkili kimi görmürəm. Buna vaxt da yoxdur. Öz sahəmdə işlərim çoxdur, işimi sevirəm. Qaldı, adımı eşidib sevinən insanlara, hamısı çox sağ olsun. Elə mənə göstərilən etimad mənim uğurumdur. Bəlkə də, nə vaxtsa millət vəkili olmaq barədə düşünərəm, bilmirəm…Hələ ki, düşünmürəm… 

- 2020-ci ildən gözləntiləriniz nədir?

-İlin başındayıq, hələ ki, hər şey arzudan ibarətdir. Bu arzulardan biri də odur ki, 2020-ci il xalqımız üçün uğurlu il olsun, Qarabağımız düşmən tapdağından azad olsun, o torpaqlara gedək, Cıdır düzündə dayanıb üzü Şuşaya tərəf bir “Qarabağ şikəstəsi” oxuyaq… Xalqımız üçün həmişə rifah, sevincli günlər, bugünkü kimi stabillik arzulayıram. 

- Çox sağ olun. Maraqlı söhbətə görə təşəkkür edirəm. Gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Dəyərli insansınız. Xalq sizi sevir və dəyərləndirir.

- Çox xoş oldu, Leyla xanım. Siz sağ olun. Mən də xalqımızı çox sevirəm. Düşünürəm ki, mənim millətimdən gözəl, böyük, mədəni millət yoxdur. Xalqıma, millətimə vurğunam. Uğurlar arzulayıram hər kəsə.

Leyla Namazova
Oxşar xəbərlər
18:28, Bu gün
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
18:20, Bu gün
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
18:15, Bu gün
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
18:11, Bu gün
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
18:09, Bu gün
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
18:02, Bu gün
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
17:59, Bu gün
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
17:58, Bu gün
Əmin-amanlıq, mehriban qonşuluq - Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
17:55, Bu gün
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
17:53, Bu gün
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
17:52, Bu gün
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
17:48, Bu gün
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
17:44, Bu gün
BDU-da Karyera Festivalı keçiriləcək
17:40, Bu gün
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
17:36, Bu gün
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
17:33, Bu gün
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
17:30, Bu gün
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
17:27, Bu gün
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
17:24, Bu gün
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
17:19, Bu gün
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
17:18, Bu gün
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
17:16, Bu gün
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
17:12, Bu gün
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
17:10, Bu gün
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
17:08, Bu gün
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
17:04, Bu gün
Büdcəyə yenidən baxılacaq? - FOTO
17:01, Bu gün
Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB
17:00, Bu gün
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
16:56, Bu gün
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
16:52, Bu gün
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
16:50, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
16:48, Bu gün
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
16:46, Bu gün
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
16:44, Bu gün
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
16:40, Bu gün
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
16:37, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
16:36, Bu gün
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
16:33, Bu gün
Röyanın ona görə adını dəyişən fanatı vəfat etdi - VİDEO
16:29, Bu gün
Londonda qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
16:27, Bu gün
İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı
16:25, Bu gün
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
16:20, Bu gün
Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalandı - FOTO
16:17, Bu gün
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
16:15, Bu gün
Azərbaycan-Ermənistan sərhədində ilk dirək: Normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH + FOTO
16:10, Bu gün
Rusiya və İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəsinə hazırlaşır
16:05, Bu gün
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
16:03, Bu gün
"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb
16:00, Bu gün
Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirildi
15:57, Bu gün
Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında
15:53, Bu gün
Ayxan Hacızadə: "Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verir" - FOTO
15:49, Bu gün
Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirildi - FOTO
15:45, Bu gün
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
15:41, Bu gün
Sabunçuda açıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB
15:40, Bu gün
Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ
15:38, Bu gün
Bakı birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində üçüncü yerdə qərarlaşıb - FOTO
15:35, Bu gün
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
15:32, Bu gün
Xankəndi şəhərindən yeni görüntülər - VİDEO
15:29, Bu gün
ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycanda - Bakı-Vaşinqton münasibətləri müzakirə olundu - FOTO
15:25, Bu gün
Azərbaycan – Rusiya münasibətlərinin sürətli inkişafı...
15:24, Bu gün
Navalnının dəfn mərasimini keçirən keşişə cəza verildi
15:22, Bu gün
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı keçirildi - FOTO
15:18, Bu gün
“Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”
15:15, Bu gün
İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib
15:08, Bu gün
Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər üç şəhər, beş qəsəbə və 29 kəndin salınması planlaşdırılır
15:06, Bu gün
Azərbaycanda federasiyanın sabiq baş katibi vəfat etdi
15:05, Bu gün
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
15:02, Bu gün
“Azərbaycan British College” Təhsil Kompleksinin şagirdləri BDU-nun Fizika fakültəsində olub - FOTO
14:58, Bu gün
Polis əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
14:55, Bu gün
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:51, Bu gün
Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır”
14:48, Bu gün
“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”
14:47, Bu gün
Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək
14:45, Bu gün
Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”
14:43, Bu gün
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
14:40, Bu gün
BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTO
14:38, Bu gün
​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır
14:37, Bu gün
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
14:34, Bu gün
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
14:30, Bu gün
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan
14:25, Bu gün
BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş olub - FOTO
14:21, Bu gün
İlham Əliyevdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
14:18, Bu gün
Fuad Hüseynəliyev: “Ermənistanla münaqişənin yenidən eskalasiya ehtimalı real deyil”
14:17, Bu gün
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
14:15, Bu gün
Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb
14:00, Bu gün
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
13:59, Bu gün
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
13:57, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
13:56, Bu gün
Bakıda qardaşını döyən şəxsə şəhərdən çıxmaq qadağan edildi - TƏFƏRRÜAT
13:54, Bu gün
İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
13:52, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
13:48, Bu gün
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB
13:45, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
13:43, Bu gün
Mbappe “Real Madrid” üçün oyun üslubunu qurban verəcək
13:39, Bu gün
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
13:35, Bu gün
Prezidentin nümayəndəsi: Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına başlanılacaq
13:32, Bu gün
Aydın Kərimov: Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərdiyi ilk şəhər olacaq
13:30, Bu gün
Fuad Hüseynəliyev: Ermənistan Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışmır
13:26, Bu gün
Əgər kişi bir qadını bəyənirsə bu 6 ƏLAMƏTLƏ büruzə verir
13:20, Bu gün
Yaşlı kişi 10 yaşlı qıza təcavüz etdi
13:18, Bu gün
Naxçıvanda sədr müavini işdən azad edildi
GÜNLÜK
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 21:00
Şəhid Elçin Kərimbəylinin anım günü qeyd edilib
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 21:00
Şəhid Elçin Kərimbəylinin anım günü qeyd edilib
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar