APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəza iyulun 13-də saat 23.00 radələrində Qax-Səki yolunun 8-ci kilometrliyində, Qaşqaçay kəndi ərazisindən keçən hissəsində baş verib.
Balakən rayon sakini, 1988-ci il təvəllüdlü Cəbrayılov Rəşad Zümrad oğlu idarə etdiyi 90 RH 804 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun kənarında dayanmış Qax rayon sakini, 1987-ci il təvəllüdlü Vahidov İlkin İlyas oğluna məxsus traktoru arxadan vurub. Zərbənin təsirindən traktor aşıb, avtomobil yararsız hala düşüb.
Qəza zamanı minik avtomobilinin sürücüsü xəsarət almasa da, avtomobildə olan sərnişinlər, Balakən rayon sakinləri, 1964-cü il təvəllüdlü Şıxıyeva Ulduz Şiraslan qızı və 1988-ci il təvəllüdlü Motuxova Elnarə Soltan qızı müxtəlif xəsarətlərlə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar.
Xəstəxanadan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Ulduz Şıxıyevaya və Elnarə Motuxovaya ilkin yardım göstərildikdən sonra müalicələrini davam etdirmək üçün Balakən Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər.
Faktla bağlı Qax Rayon Polis şöbəsində araşdırma aparılır.