"Başı xallı kişi"nin 20 yanvar "yenidənqırma"sı...
Oxunub: 6298
20 Jan 2020 | 21:36
("Zəncirlənmiş ədalət" romanından parça) 

Gecə yarıdan keçmişdi, bütün kənd yuxuda idi. Qapı qəflətən aramsız döyüldü. - Görəsən, gecənin bu vaxtı, yuxunun şirin yerində qapını döyən kim olar? - deyə ev sahibi təəccübləndi. Gecə paltarında yuxulu-yuxulu qapıya tərəf addımladı. Yavaş səslə: 
- Kimsən? - soruşdu. 
Gələn adam, sanki arxadan qovurmuşlar kimi təlaşla dilləndi: 
- Mənəm, ay zalım uşağı, niyə yatmısınız, Bakıdan xəbəriniz yoxdur? 
Ev sahibi gələn adamı səsindən tanıdı. Paltarlarını geyinib bayıra çıxdı. Qapıdan bir az aralanıb tövşüyə-tövşüyə soruşdu: 
- Noolub ki, Əhməd? 
- Bütün şəhər dağılıb, Bakının altını üstünə çeviriblər, hamını qırıblar. Daha nə olacaq ki? Ruslar paytaxtı dağıdır, ermənilər isə qərb sərhədlərimizdən hücuma keçiblər... 
Kənddə elə adam tapılmazdı ki, qohum-əqrəbasından, oğul-uşağından, doğmalarından heç olmasa biri şəhərdə yaşamasın. Odur ki, ev sahibi təşvişə düşdü, dizləri əsdi. “Onsuz da son vaxtlar şayiələr baş alıb gedir, xəbərlərin çoxu yalan çıxır”, - deyə özünə təsəlli verdi. Bir qədər sakitləşdi, özünə gəlib dilləndi: 
- Gecənin bu vaxtı xəbəri hardan eşitmisən ki? 
- Stansiya növbətçisindən eşitdim, kimsə telefonla ona məlumat verib. 
Ev sahibi mənzilə qayıdıb təlaş içərisində onu gözləyən ailə üzvlərini sakitləşdirdi. Amma özü sakitlik tapmadı. Bir yandan da həyətdə zəncirlənmiş əjdaha qüvvətli, kimsənin həyət-bacaya soxulmasına aman verməyən, ailənin “Tolan” deyə çağırdığı alabaş itin, necə deyərlər, cınqırını çıxarmaması onu təəccübləndirmişdi. Görünür, Tolan da həmin gecə camaatla həmrəy olmuş, xalqın dərdinə şərik çıxmış, Əhmədə hürmədən onu sakitcə həyətə buraxmışdı. Ev sahibi də itin müəmmalı yumşaqlığının səbəbini bunda görmüşdü. O, Əhmədə qoşulub, fövqəladə hallarda adətən hamının toplaşdığı dəmiryol stansiyasına getdi. Gözləmə zalının qarşısına xeyli adam yığışmışdı. Hamı dəqiq məlumat almaq istəyir, hərə bir fərziyyə irəli sürürdü. İnsanların hissləri coşmuşdu. Bəziləri kütlədən bir az kənara çəkilib sovet hökumətinə, onun başçılarının ünvanına “yağlı" söyüşlər söyürdü. Yerli orqanlarda kiçik vəzifə tutan bəziləri isə hələ dəqiqləşməyən faciənin birləşdirdiyi çoxluğun qınağından qorxduğuna görə həmin "yağlı" söyüşlərə aşkarda deyil, xəlvəti dodaq büzürdü. Başqa bir qrup da var idi ki, onlar sovet hökumətindən zorakılıq gözləmədikləri üçün hadisəyə reaksiya verməyə tələsmirdilər. Amma baş verənlər bir qədər şişirdilsə də, xəbər yavaş-yavaş öz təsdiqini tapırdı. 
O vaxtlar dəmiryol rabitəsi ən etibarlı və operativ rabitə vasitəsi idi. Həmin gecə növbədə olan ayrı-ayrı stansiyaların növbətçiləri eşitdikləri hər yeni xəbər barədə bir-birini, həm də kənd camaatını məlumatlandırırdılar. Məlumat dəqiqləşdikcə insanlar hiddətlənir, SSRİ-nin dövlət başçısına - "başı xallı kişi"yə nifrət artırdı. Hətta kəndin kiçik vəzifəli adamlarının da, sovet hökumətinə rəğbəti olanların da çöhrəsində, davranışında dəyişiklik nəzərə çarpırdı. Hisslər getdikcə coşurdu. Gözləmə zalının qarşısına toplaşanlar içərisində fəallığı və mübarizliyi ilə seçilən Əhməd hamını sakitləşdirməyə çalışdı: 
- Ay camaat, gəlin dağılışaq, gecəni burda keçirməklə heç nə əldə edə bilmərik. İndi heç kəs səsimizi eşitmir. Sabah yenidən toplaşıb hansı qərar çıxarmaq lazım olduğunu müzakirə edərik. O vaxta qədər də yəqin kimsə şəhərdən gələr. 
Üç-dörd nəfər Əhmədin təklifinə dodaq büzsə də, əksəriyyəti razılaşdı. Hamı dağılışıb evinə getsə də rahatlıq tapa bilmədi. Elə bil yataqlarına qarışqa dolmuşdu. Bir az gözlərinin acısını alıb dan yeri sökülməmiş ayağa qalxdılar. Mal-heyvanı yerbəyer edib yüngülvari səhər yeməyindən sonra stansiyaya tələsdilər... 
Dünən gecədən yayılan xəbər artıq dəqiqləşmişdi. Rayon mərkəzindəki telefon qovşağı vasitəsilə paytaxtda həqiqətən də qanlı qırğının törədildiyi barədə məlumat alınırdı. Ermənilərin qərb sərhədlərimizdən hücuma keçməsi barədə yayılan xəbərlər isə yanlış idi. Həmin gün kənd məktəbində də dərslər keçilmədi. Müəllim kollektivi ilə bərabər əksər şagirdlər də stansiyaya toplaşmışdı. Kütlə böyüdükcə faciənin miqyası, qətlə yetirilənlərin sayı barədə xəbərlər də bir-birindən kəskin fərqlənirdi. Dünən axşamdan televiziya verilişlərinin müəmmalı şəkildə qəflətən dayandırılması, paytaxtla birbaşa telefon əlaqəsinin olmaması informasiyanın tam dəqiqləşməsini çətinləşdirirdi. 
Hamı ümidini o vaxtlar ərazidən keçən və kəndə səhər saatlarında yetişən “Bakı-Qafan” sərnişin qatarına bağlamışdı. Şəhərdə yaşayan kənd adamlarının gəlişi məsələyə aydınlıq gətirə bilərdi. Sərnişin qatarının hərəkət qrafiki isə yanvarın 19-dan 20-nə keçən gecə törədilən vəhşi qırğın barədə ətraflı məlumat verə biləcək bir kimsənin ayın 21-dən tez kəndə gəlməsinə imkan vermirdi. Amma yanvarın 21-də də “Bakı-Qafan” qatarından kimsə düşmədi. Narahatlıq getdikcə artırdı. Artıq üçüncü gündür ki, stansiyaya toplaşan kənd camaatı etiraz aksiyası keçirməkdə qərarlı idi. Aksiyanın planı da hazırlanmışdı. Hamı sərnişin qatarının gəlişini gözləyirdi. Qatar bir neçə dəqiqə gecikmə ilə nəhayət gəlib çıxdı. Camaat vaqondan düşən üç nəfər kənd sakinini elə o dəqiqə dövrəyə aldı. Kəndin yaxınlığında, Araz çayının sahilində, İranla həmsərhəd ərazidəki SSRİ Silahlı Qüvvələrinə məxsus sərhəd zastavasının rus millətindən olan bir zabit və 3-4 əsgəri də qəflətən kənd camaatının toplaşdığı yerdə peyda oldu. 
Şəhərdən gələnlər baş vermiş faciə barədə görüb eşitdiklərindən can yanğısı ilə danışır, gözlərini qan örtmüş yadelli hərbçilərin günahsız adamları amansızlıqla qətlə yetirməsindən, avtomatın darağını necə və hara gəldi boşaltmasından, tankların, zirehli transpartyorların əhalinin üzərinə şığımasından danışır, aradabir başı xallı kişini, onun rəhbərlik etdiyi hökuməti lənətləyirdilər. Mahir adlı bir gənc isə yataqxana yoldaşları ilə birgə şəxsən hadisələrin iştirakçısı olduğunu, həmin gecə hər şeyi öz gözləri ilə gördüyünü deyirdi. 
- Eşitmişdik ki, sovet qoşunları şəhərə girmək istəyir. Amma bunun üçün heç bir səbəb yox idi. Əhali sadəcə erməni separatizminin qarşısının alınmasını, onların Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini tələb edirdi. Hamı əmin idi ki, SSRİ rəhbərliyi istəsə problemin ədalətli həllinə çox qısa müddətdə nail ola bilər. Ona görə də heç bir başqa niyyət olmadan əliyalın halda sovet qoşunlarının qarşısına çıxmışdı. 1988-ci il dekabrın 5-də meydana tank yeridiləndə camaat əsgərləri gül-çiçəklə qarşılamışdı. O vaxt xeyli nümayişçinin xəsarət aldığına və həbs olunduğuna baxmayaraq, əsgərlər camaatı gülləbaran etməmişdi. Ona görə heç kəs hərbçilərin dinc əhaliyə atəş açacağına inanmırdı. 19 yanvar gecəsi idi. Saat 12-yə qalırdı. Otaq yoldaşlarımla birlikdə şəhərə çıxıb insanların arasında olmaq istədik. Təxminən 35-40 dəqiqədən sonra atəş səsləri eşitdik. Səs getdikcə yaxınlaşırdı. Artıq atəş açanlar görünməyə başladı. Onlar həm yaşları, həm də davranışlarına görə 18-20 yaşlı əsgərlərə yox, daha çox muzdlu qatillərə bənzəyir, güllələri yağış kimi yağdırırdılar. Biz isə hansı istiqamətə getdiyimizi bilmədən “gecəqondu” deyilən evlərin arası ilə sürətlə qaçır, yol tapmayanda hətta alçaq damların üstünə çıxıb açıq sahələrə tullanırdıq. Əlimizi hər yerdən üzmüşdük. Nəhayət atəş səsləri səngidi, bəxtimizdən sağ qaldıq. Sonradan eşitdik ki, həmin ərazidə xeyli adam qətlə yetirilib. 
Gənc oğlan sözlərini qurtarıb dərindən ah çəkdi, gözləri nəmləndi. Bayaqdan kənd camaatının arasında dayanan zabit də gəncin dediklərini sanki anlayırmış kimi söhbətə qarışdı. - Hadisə çox şişirdilir, əslində fövqəladə vəziyyətin qanunlarını pozan, göstərişlərə əməl etməyən bir neçə nəfər yüngül yaralanıb, - deyə öz dilində məlumatı təkzib etməyə çalışdı. Sifətinə ciddi görkəm verib zabitəli səslə diplomatik hədə-qorxu gəldi. Və heç kəsin məhəl qoymadığını görüb susdu. Kirimişcə dayanıb kənd camaatının növbəti addımlarını izlədi. O vaxtlar sovet hökumətinin əleyhinə sərt ifadələr işlətmək hələ qorxulu olsa da, artıq kimsənin gözünə heç nə görünmürdü. 
Adamlar yavaş-yavaş geri çəkilib 8-10 metr kənarda, gözləmə zalının lap qarşısındakı masanın ətrafına toplaşdılar. Masa tribunanı əvəz edirdi. Dili söz tutanlar bir-bir masanın arxasına keçib çıxış edir, bəziləri də əvvəlcədən hazırladığı mətni üzünə oxuyur, "başı xallı kişi"ni, təcavüzkar erməniləri asıb-kəsir, vətənin bir qarış torpağı uğrunda canından keçməyə hazır olduğunu bildirir, kimin “partbilet”i (o vaxtkı Kommunist Partiyasına üzvlük vəsiqəsi) varsa təhvil verirdi. Düzdü, o dövrün yeganə partiyasının üzvü olmaq hər adamın qismətinə düşmürdü. Belələri həddən artıq azlıq təşkil edirdi. Partbiletini atanlar arasında onu öz canından çox istəyənlər də var idi. Yerli kommunistlərin bu hərəkətləri nədənsə rus zabitini daha çox narahat edirdi. O, kənarda dayanıb baxır və deyəsən hər çıxışı hansı vasitəyləsə qeydə alırdı. 
Zabit xeyli müşahidədən sonra kütlənin qəzəb və nifrətdən alışıb yanan gözlərinə baxmaqdan çəkinərək əsgərləri də özü ilə götürüb zastavaya qayıtmışdı. Kənd camaatı isə aksiyanı hələ də davam etdirirdi. Çıxış edənlərdən biri paytaxt sakinlərinin fövqəladə vəziyyətin qanunlarını pozduğu haqda rus zabitinin dediklərini "ağ yalan" adlandırdı. - “İt itin ayağını basdamaz”, zabit başından yekə qələt eləyir, eşitdiyimə görə fövqəladə vəziyyət qətliamdan sonra elan olunub, - deyə qəti etirazını bildirdi. Bayaqdan kənarda dayanıb baxan “Proqnoz Ələsgər” isə Qarabağ problemini Fələstin-İsrail münaqişəsi ilə müqayisə elədi: 
- Ay camaat, qırx ildən çoxdur ki, Fələstin İsrailin işğalı altındadır. Müstəqil Fələstin dövlətinin yaradılması haqqında BMT-nin qərarları yerinə yetirilmir. Qırx ildir ki, sülh danışıqları aparılır, amma hər gün öz halal torpaqlarının geri qaytarılmasını tələb edən fələstinlilərin qanı tökülür. Bunun arxasında nəhəng dövlətlər, xüsusilə də Amerika Birləşmiş Ştatları dayanır. Həmin dövlətlər indi də erməniləri müdafiə edirlər. Bu gedişlə Qarabağ problemi də İsrail-Fələstin münaqişəsi kimi hələ çox uzanacaq. 
Təxminən 58-60 yaşlarında bir kişi də hamını dinləyəndən sonra kütlənin içərisindən çıxıb tribuna deyilən masaya tərəf addımladı. Dünən axşamüstü rayon mərkəzində olduğunu, Bakıdakı doğmalarından biri ilə telefon əlaqəsi saxladığını dedi. Kişinin kövrəldiyi açıq-aşkar hiss olunurdu. Özünü toparlayıb dedi: 
- Respublika matəm içərisində olsa da, ölkənin hər yerində etiraz aksiyaları keçirilir. Aldığım məlumata görə insanlar fövqəladə vəziyyət şəraitində heç nədən çəkinmədən “Ne perestroyka, a perestrelka!” və həmin sözlərin Azərbaycan dilində qarşılığını - “Yenidənqurma yox, yenidənqırma!” şüarlarını paytaxtın mərkəzi küçələrinə, dəmiryol vağzalının ətrafına, digər ərazilərə yapışdırıblar. Həmin şüarlar "başı xallı kişi"nin “perestroyka”sının gerçək mahiyyətinin izahını verir. Yadınızdadırsa, Qorbaçov hələ hakimiyyətə gələndən az sonra hamı deyirdi ki, bu adam SSRİ-nin axırına çıxacaq. Sizi bilmirəm, vallah, mən buna inanıram. Deyirlər, "başı xallı kişi" Amerikaya işləyir. Amma nə olursa olsun, burda ermənilərin də barmağı var. Deyilənə görə Amerikada çoxlu erməni yaşayır.     
Kişi sözünü bitirib masanın arxasından aralanan kimi kütlə “Qorbaçova ar olsun!”, “Qarabağ bizimdir!”, “Ermənilərə ölüm!” kimi şüarlar səsləndirdi. Elə bu vaxt 13-14 yaşlarında bir məktəbli, camaatın arasından çıxaraq sürətlə gözləmə zalının arxa tərəfinə qaçdı. Pişik cəldliyi ilə qollu-budaqlı çinar ağacına dırmaşdı. Ağacın gövdəsi binanın arxa divarının təxminən 1,5 metrliyində idi. İri budaqlarından bir neçəsi damın üstünə düşürdü. Azad adlı həmin məktəbli çinar ağacının köməyi ilə binanın damına qalxaraq, düz qarşı tərəfə - camaatın görə biləcəyi yerə qədər addımladı. Qəflətən gözləmə zalının ön divarının lap yuxarı tərəfinə sancılmış SSRİ bayrağını çıxarıb tulladı. Yerinə Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağını taxdı. Bayrağın ayrı-ayrı göy, qırmızı və yaşıl parçalardan hazırlandığı, adi tikiş iynəsi ilə bir-birinə calandığı, burda uşaq dəst-xəttinin olduğu aşkar hiss edilirdi. Qırmızı zolağın üstündəki aypara və səkkizguşəli ulduz isə məktəblərdə istifadə olunan ağ tabaşirlə çəkilmişdi. Dünəndən hazırladığı bayrağı dəmiryol stansiyasının bağında gizlədən balaca məktəblinin bu cəsarəti və vətənpərvərliyi hər kəsi heyran qoymuşdu... 

Nəriman MAHMUD
yazıçı-publisist
Oxşar xəbərlər
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
GÜNLÜK
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 16:00
"Ukrayna energetika savaşını uduzur, vəziyyət çıxılmaz həddədir" - "Time"
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:16
Kamran Əliyev tutduğu vəzifədən azad edildi
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 16:00
"Ukrayna energetika savaşını uduzur, vəziyyət çıxılmaz həddədir" - "Time"
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:16
Kamran Əliyev tutduğu vəzifədən azad edildi
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon