Eks spiker Rəsul Quliyev son açıqlamasında Müsavat başqanı İsa Qəmbərin ünvanına ittihamlar səsləndirərək onun namizədliyini hələ də geri götürməməsini “yaramaz qərar” adlandırıb. Eks-spiker eyni zamanda Müsavat Partiyasını ölkədə keçiriləcək seçkiyə "demokratik don" geyindirməyə cəhddə də suçlayıb.
Məsələylə bağlı Moderator.az-ın sualını cavablandıran Müsavat başqanının müavini Gülağa Aslanlı Rəsul Quliyevin fikirlərinin həqiqəti əks etdirmədiyini bildirdi:
"İsa Qəmbərin hələ də namizəd kimi qalmasında məqsəd Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydə alınmasına yardım etməkdir. Biz İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün bütün gücümüzdən istifadə edirik və bu yöndəki fəaliyyətimiz bundan sonra da davam edəcək. Rəsul Quliyevin son fikirlərinə gəldikdə isə, bu onun şəxsi mövqeyidir və mən onun bu fikirləri ilə razı deyiləm"
Xəyal Əzizov