Ermənistan 1990-cı ilin yanvarında gerçəkləşdirildiyi iddia olunan qondarma “Bakı qətliamı”na görə Azərbaycan tərəfindən kompensasiya tələb edəcək.
Moderator.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə qərar Ermənistanla Qarabağdakı qondarma “respublika” təmsilçilərinin xüsusi iclasında elan edilib. Açıqlamada vurğulanıb ki, "Ermənistan və “Qarabağ Respublikası” erməni xalqının öz vətənlərində dinc həyatının qarantı olaraq, ermənilərə qarşı vəhşiliklərin pislənməsini və qurbanlara, onların mülkiyyətçilərinə ədalətli kompensasiya verilməsini tələb edirlər."
Məlumat üçün qeyd edək ki, ermənilər 1988-1990-cı illərdə Azərbaycandan yarım milyona qədər erməninin qovulması, yüzlərlə erməninin öldürülməsi ilə bağlı cəfəng fikirlər səsləndirməkdədirlər. Hansı ki, nə 1988-1990-cı illərdə, nə də ondan əvvəl və sonrakı tarixlərdə Azərbaycan ermənilərə qarşı hər hansı qətliamın baş vermədiyi hər kəsə bəllidir. Görünən odur ki, Xocalı qatilləri heç vaxt olmayan “Bakı qətliamı” ilə bağlı yalanları gündəmə gətirməklə Qarabağın işğalı və bu işğal fonunda törətdikləri qətliamları ört-basdır etmək, pərdələməyə çalışırlar.
Xatırladaq ki, ermənilər qardaş Türkiyəyə qarşı da 1915-ci il olayları ilə bağlı uydurma soyqırım iddiası irəli sürməkdədir. Baxmayaraq ki, Azərbaycanda olduğu kimi, Türkiyədə də ermənilərə qarşı tarixin heç bir mərhələsində hər hansı soyqırımın aparılmadığı məlumdur. Görünür, iftira atmağı yaşam vasitəsinə çevirən ermənilər bundan sonrakı yaşamlarını Türkiyə və Azərbaycandan alınacaq kompensasiylar hesabına təmin etmək niyyətindədir. Amma işğalçı unudur ki, böyük türk xalqı bu kimi iftiralara boyun əyməyəcək qədər böyükdür və erməniləri Türkiyə və Azərbaycana qarşı irəli sürdükləri bu yalana görə yalnız və yalnız cəza gözləyir.
Seymur ƏLİYEV