"İndiki müxalifətdəkilərin bəziləri ciblərə girməyə, varlı olmağa can atırlar..." - VİDEO
Müsahibə
Oxunub: 3808
19 Jan 2020 | 23:36
Rüstəm İbrahimbəyov: “İndi Bakıda Sovet dövründəkindən daha çox rusdilli yazıçı var”

Görkəmli yazıçı, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyovla Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı həmsöhbət olub. Müsahibəni təqdim edirik:

- Xoş gördük, Rüstəm müəllim. Belə bir çiskinli havada vaxtınızı ayırıb mənimlə müsahibəni qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm. Hər halda, bura Bakıdır, bizim üçün istidir və bura bizim evimizdir. Siz, sanki bütün dünyanın insanısınız. Amma burada Sizin üçün xüsusi bir şeylər olmalıdır.

- Bütün dünyada mövcud olan hər bir şey hər birimizin həyatı ilə bağlıdır. Həyatımın ən vacib illərini Bakıda keçirdim. Buna görə də buranın hər bir daşı mənim ruhuma rahatlıq gətirir. 6 il idi ki, mənim bura gələ bilmək imkanım yox idi. Onu da qeyd edim ki, həmin illər mənim üçün çox ağır illər oldu və gəlməyim üçün imkan tapdığım ilk fürsətdən sonra vaxtımın yarı hissəsini Bakıda keçirirəm və buraxdığım o illəri geri qaytarıram. Bilirsiniz, bura möhtəşəm şəhərdir, ona görə yox ki, bura mənim şəhərimdir. Şəhər çox intensiv olaraq dəyişir və intensiv şəkildə dəyişməsinə baxmayaraq, maraqlıdır ki, bu dəyişimlə birgə şəhərdə olan ruhu, nəfəsi də qorumaq vacibdir. Bakılı deyimi də burda təsadüfən yaranmamışdı. Məsələ burdadır ki, bütün bizim ata-babalarımız bura müxtəlif rayonlardan gəliblər. Mənim anam əslən bakılıdır, ancaq atam Şamaxıdan gəlmədir. Bu isə təbii prosesdir. Hər yerdə belədir ki, hər zaman bütün şəhərlər kənardan gəlmələr sayəsində formalaşır və mən müşahidə etdiklərimdən belə nəticəyə gəlmişəm ki, həmin gəlmələrin daxili intellektləri yerlilərdən daha da yüksək olur. Hər bir halda, böyük bir şəhər orda yaşadıqca möhürünü vurub insanı formalaşdırır. Buna görə Bakıda olduğum həmin illər bənzərsiz illər idi - o zamanlar yuxarı kurslarda oxuyan zaman...

- Neçənci illər idi o zaman?

- 1963-cü ildə aspiranturaya daxil oldum, elə həmin vaxt kurslara getməyə başladım. Böyük qardaşım da, ailəmizin digər üzvləri də mədəniyyət sahəsinin adamları idilər. O zaman mən Maqanen, Bitov, İqoza Braytze, Qrand Patıvaşan və s. kimi o zamanın yazıçılarının, istedadlı insanların arasında olurdum. Yazıçıların hamısı humanitar elmlərə sahib idilər, mən isə Bakıdan olan mühəndis idim və savad baxımından onlardan geri qalmırdım. Məni bu səviyyə hazırlayan da elə Bakı oldu. Bütün bunlara görə Bakıya minnətdaram. Gənclik illərimdə dediyim kimi, hazırda mən burada kef edirəm.

- Hər halda mən belə bilirəm ki, Bakı o vaxt oxucularla bol olan şəhər idi. İndi isə deyə bilmərəm. Bu barədə mənim bir qədər pessimist yanaşmalarım var.

- Belə bir söz deyim. Bütün dünyada ya oxumağı dayandırıblar, ya da oxuyanların sayı azdır. Yəni bu, bütün dünyada belədir. Bu isə informasiya texnologiyaları dönəminə daxil olmaqla əlaqəlidir, müxtəlif informasiya növlərinin mövcud olması ilə bağlıdır. Mən özüm də nəsə axtaranda internetə müraciət edirəm. Bu, çox rahatdır. Bundan imtina etmək lazım deyil. Belə bir deyim var: “Alovsuz yaşamaq olmaz, amma çox alov yanğına səbəbdir, susuz yaşamaq olmaz, amma suyun bol olması boğulmaya səbəbdir”. Yəni hər şey öz həddində gözəldir. Mən belə bir şey aşkar etdim ki, Bakıda indi sayına görə Sovet dövründə olanlardan daha çox rusdilli yazıçı var. Heyrətamizdir. Onlar həm də kifayət qədər bacarıqlı insanlardır. Onlar azdır, bu da normaldır, çünki əhalinin xeyli hissəsi rayonlardan gələnlərdir.

- Amma hazırda belə bir tendensiya höküm sürür ki, gənclər öz doğma dilini və bir də ingilis dilini daha çox bilirlər. Lakin rus dilini bilmirlər.

- Bilirsiniz, bu, həddindən artıq böyük problemdir. Məsələ burasındadır ki, rus dili yalnız ünsiyyət vasitəsi deyildi, hazırda ingilis dili ünsiyyət vasitəsidir. Rus dili isə ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də yüksək ədəbiyyata, incəsənətə, elmlərə giriş üçün bir kanal idi. Mən elmlə məşğul olan zaman deyirdim ki, “yaxşı alimdir, ingilis dilini bilir, amma yox, rus dilini bilmir, deməli yaxşı alim ola bilməz”. Ona görə ki, mən Moskvada dünyanın ən yaxşı institutlarından birində oxumuşdum. Bizim orada xüsusi tərcümə büromuz var idi. Və onlar həftə ərzində olan yazıları tərcümə edirdilər. Jurnallar il ərzində, kitablar isə 5-6 ay ərzində ərsəyə gəlirdi. Azərbaycanda isə bunun 90 faizi çıxmırdı, çoxluq ya ingilis dilini bilməli idi, ya da rus dilini.

- Ola bilər ki, səhv deyim. Uzun zaman bundan əvvəl Sovetlər dönəmində Sofi Çaureli Gürcüstandan gələrkən ondan birbaşa müsahibə alırdılar. O həmin vaxt heç bir aksent olmadan çox gözəl şəkildə rus dilində danışırdı. Lakin Gürcüstanda olarkən rus dilini gürcü aksenti ilə danışırdı. Bax, bu formada onlar, haradasa gürcü olduqlarını vurğulayırdılar.

- Bəli, bu, qeyri-ixtiyari olaraq baş verir. Vətənin doğma havası onu məcbur edir. Məsələn, siz rus dilini də, doğma dilinizi də əla bilirsiniz. Belə insanlar günbəgün artır. Biz aktiv şəkildə Azərbaycan dilini inkişaf etdirməliyik, lakin rus dilini də sıradan çıxarmamalıyıq. Yox, onu əvəz edən ikinci bir factor ortaya çıxarsa, heç nə deyə bilmərik. Hələ ki mədəni dünyaya giriş üçün rus dili bizim üçün vacibdir. Bəziləri rus dilinə qarşı mübarizə aparmağa çalışırlar. Lakin mən tamamilə bunun əleyhinəyəm. Mən çox şadam ki, rəsmi siyasət belə insanları dəstəkləmir. Mən tez-tez rayonlara gedirəm, bir çox rayonlarda valideynlər uşaqlarını rus məktəblərinə göndərirlər. Məsələn, İsmayıllı rayonu kimi. Ona görə ki, onlar yaxşı bilirlər sabah uşaqları məktəbi bitirəndə gedib Rusiyada iş axtaracaqlar. Buna görə də onları hazırlamaq lazımdır ki, rahat iş tapa bilsinlər.

- Bir dəfə Təhsil naziri ilə ünsiyyətdə qurdum. O, hər iki dilə mükəmməl yiyələnən, üstəlik ingilis dilini də bilən insandır. Belə bir maraqli söz dedi ki, “yuxarı sinif şagirdləri arasında rus dilinə yiyələnənlər arasında defisit var. Yəni 5-6-cı siniflərdə oxuyan uşaqlara rus dili öyrədilir və onlar yuxrı siniflərə - daha peşəkar mərhələyə doğru getdiklərində savadlı müəllim çatışmazlığı meydana çıxır. Halbuki, onların pedaqoji savadları var. Belə problem də yaşayışır.

- Təəssüf ki, bu, çox böyük problemdir. Ona görə ki, Bakıda rus dili məkəblərində dərs demə səviyyəsi əvvəllər çox yüksək olub. Azərbaycan ali məktəblərində elə peşəkar kadrlar hazırlayırdılar ki, sonra onlar bütün dünyada çalışırdılar. Mən Bakıdan olan həkimlər tanıyırdım ki, İsraildə, Amerikada, Moskvada ən yüksək mövqedə idilər.  İndi isə onların səviyyəsi aşağıdır. Ümumi olaraq səviyyənin belə aşağı düşməsi nə ilə izah olunur, onu dəqiq deyə bilmərəm, amma hər yerdə buna rast gəlinir. Məsələn, mən Bakıda Beynəlxalq İncəsənət Universitetinin açılmasını arzu edirəm. Məhz beynəlxalq. Həmin universitetdə teatr, kino, televiziya sənəti, müasir rəqəmsal texnologiyalar kimi dərslər öyrədilsin. Biznesin idarəedilməsi də bu sferadan olmalıdır. Beynəlxalq universitet nə ilə fərqlənir?! Orda bütün dünyadan olan görkəmli elm adamları dərs deyirlər, həmçinin xaricdən tələbələr gəlir ki, bizimkilər də onlarla birgə təhsil alırlar. Beynəlxalq universitetin açılması ilə bağlı Moskvada da müzakirələr gedir. Bizim fəxr etdiyimiz Moskva Dövlət Universiteti ilk yüzlüyə güclə gəlib çıxıb.

- Bizim universitetlərimiz isə çox geridədir, təəssüf. Səhv etmirəmsə, ilk minlikdə yer alıb. Mən ilk əvvəldə sizə Bakı ilə bağlı sual verəndə, dediniz ki, Bakının hər bir daşı sizə doğmadır. Şəhər çox dinamik şəkildə sürətlə dəyişir. Mən sizdən bir qədər gəncəm, məndə belə bir fikir yaranır ki, doğulduğum və böyüdüyüm Bakıdan əsər-əlamət qalmayıb…

- Mən artıq buna misal gətirdim. Bizdə obyektiv səbəblərdən, müharibələr üzündən bir sıra demoqrafik fəlakətlər baş verib. Digər yerlərdən, eləcə də kəndlərdən gələnlərin də sayı az olmadı. Yenə də onlara vaxt lazım olacaq, necə ki, ata-babalarımıza həmin vaxt lazım oldu və indi də bizə vaxt lazımdır ki, yenidən vətəndaş ola bilsinlər. Lakin buna zaman lazımdır. Təbii ki, onlar şəhəri “öldürməsələr”, şəhər mədəniyyətini korlamasalar. Bu, çox təhlükəli situasiyadır. Ya Bakı Bakı olma mövcudluğundan çıxacaq, ya da daha gözəl yeni zəngin Bakı olacaq.

- Ümid edək ki, Bakı Siz dediyiniz kimi zənginləşmiş Bakı olacaq. Rüstəm müəllim, biz Bakıdan, təhsildən, rus dilindən danışarkən, bir anı xatırladım. Hərbi xidmətdə olarkən Tuapsedən olan bir oğlan mənimlə birgə xidmət edirdi. Biz onunla tez-tez dənizdən danışırdıq. Ona görə ki, o, Qara dənizin yaxınlığında yerləşən şəhərdə yaşamışdı, mənsə Bakıda. Mən dənizi çox sevirəm. Mənim məzuniyyətə getmək imkanım yarandı və məzuniyyətə gedərkən ondan soruşdum ki, qayıdanda sənə nə gətirim? Dedi ki, “heç nə lazım deyil, məndən dənizə salam de”. Mən Heminquveyi çox sevirəm. Onun əsərləri çoxdur. Ancaq “Qoca və dəniz”i xüsusilə sevirəm. Mənə çox maraqlıdır, Siz bunu obrazı necə dəyərləndirirsiniz? Məndə belə təəssürat yaranır ki, qoca Santiyaqo öz dənizinin qocasıdır.

- Bilirsiniz, mənim də Xəzər dənizi ilə kifayət qədər yaxın bağlılığım var. Uşaqlıq illərimin bir hissəsini Pirşağıda keçirmişəm. Badam sahələri var idi. Özüm də imkan tapan kimi orda bağ saldım. Biz dənizi çox sevirik. Mən hardasa sahil adamıyam. Mən dənizi sahili ilə sevirəm. Uşaqlıq illərim dənizdə keçib. Yay olan kimi Şıxova üz tuturduq. Deyim ki, dənizçi olmaq arzusunda olmuşam, xeyr. Qətiyyən heç vaxt belə bir arzum olmayıb.

- Rüstəm müəllim, cəmiyyəti nə dəyişir? Mən burada əhalinin yerdəyişməsi kimi məlum prosesi nəzərdə tutmuram. Siyasəti nə qədər bura qatmasaq da, sanki siyasət bizim hamımızı əlinə keçirir. Məsələn, Sizi misal çəkirəm ki, cəmiyyətdə kifayət qədər tanınmış insansınız. İnsanların bir çoxu indi deyir ki, “hardadır bizim ziyalılar, onlar niyə susurlar”. Məndə isə belə bir etiraz yaranır ki, yalnız bizə ümid etməməlidirlər. İndi hökumət çalışır, biz çalışırıq, Prezident çalışır ki, nəyisə dəyişsin. Bu dəyişim də, haradasa hiss olunur. Lakin məndə belə bir düşüncə var ki, bu baş verənlər islahatların özü deyil, ona hazırlıqdır.

- Mən Sizinlə razıyam. Bakıda ölkənin həyatına təsir edəcək kifayət qədər ziyalıların olduğunu illər əvvəl demişdim. Bunla bağlı mənim də bir sıra problemlərim yaranmışdı. Xatırlayırsınızsa, biz Ziyalılar Forumu yaratmışdıq. Biz həmin foruma ən görkəmli, parlaq ziyalıları toplamışdıq, dinləmələr aparırdıq, təkliflərlə çıxış edirdik. Bizim o zaman danışdıqlarımızı, təklif etdiklərimizi indi hökumət nümayəndlərindən eşidirik. Bu, bizi sevindirməyə bilməz. Bəyannamələr, istəklər (hansı ki, o zamanlar həmin istəklər yox idi, əksinə vəziyyətin gərginləşməsinə cəhd kimi qəbul edilirdi) var. Bu, bizim ideologiyamızın savadsız insanların əlində olması ilə bağlı idi. Prinsip də belə idi: “Ağa deyirsə sür dərəyə, sür dərəyə”. Bu prinsip əsl ziyalı üçün yolverilməz idi. Bu, ziyalı insanın gücü və zəifliyi demək idi. Güc o deməkdir ki, o, özünü qoruyur, zəiflik isə o deməkdir ki, onu həyatın hansı tərəfinə çəksən, o tərəf gedəcək. Ona görə də niyyətlər aydındır və buna görə də mən burdayam, bu proseslərə görə şadam. Lakin nə vaxta qədər bunlar davamlı olacaq, bunu zaman göstərəcək. Xüsusən də, zaman göstərdi ki, hakimiyyət vahid deyil, bizi idarə edənləri işdən kənarlaşdırdılar, həbs etdilər və gördülər ki, onlar ölkə üçün nə qədər zərərlidirlər. Müxalifət tərəfdə kifayət qədər təsadüfi insanlar var. Müxalifətin ruhuna yaxın olan adam kimi deməliyəm ki, normal olan müxalifət ümumi vəziyyətinin yaxşılaşması üçün səy göstərməlidir. Ancaq indiki müxalifətdəkilərin bəziləri ciblərə girməyə, varlı olmağa can atırlar. Məsələn, mən qeyd-şərtsiz Cəmil Həsəliyə hörmət edirəm. O, əsl ziyalı nümunəsidir. Niyə? Çünki ona heç nə lazım deyil. Onun sadə bir kriteryası var, möhtəşəm ailəyə, firvan həyata sahib bir insandır. O, həmçinin çox bacarıqlı insandır. Ölkənin inişafında nələrsə edir. Ola bilsin ki, onun fikirlərini bəziləri qəbul etmir, bəziləri dəstəkləyir. Ancaq ona hörmət etməmək olmaz. Təəssüf ki, bu kriteriyalar siyasi müxalifətin böyük hissəsində qəbul edilmir. Mən onlarla ad çəkə bilərəm ki, həmin şəxslər siyasi müxalifətdə deyillər, amma ölkədə baş verənlərlə bağlı öz fikirlərini açıq və aydın şəkildə ifadə edirlər. Mən də çalışıram ki, belə insanlarla dostluq edim, onlarla ünsiyyət qurum.

Əvvəllər mən “Tarqovı”ya çıxırdım, hər beş metrədən bir kimlərləsə salamlaşırdım, indi isə “Tarqovı”ya çıxıram və heç kimi görmürəm, tanımıram. Bizim yaşda olanlar evdən çölə az-az çıxırlar. Bizdən yaşlı olanlar isə heç çıxmırlar. Buna görə də indi nəinki Bakıda, mənim uzun illərdir yaşadığım müxtəlif şəhərlərdə də insanları tapmaq çətinləşir. Los-Ancelesdə tanışlarımla görüşmək təklifi etmək üçün zəng edirəm. Onlar, “gəl, telefonda danışaq” deyirlər. Mənsə deyirəm ki, “səninlə telefonda Bakıdan, Moskavadan danışa bilərəm”. Ancaq gəclər aktiv şəkildə görüşürlər. Biz məktəb açmışıq. Orda onlarla bacarıqlı insan var. Onlar çox çey bilirlər, çox oxuyurlar, çox şey görürlər. Bakıda belə bir vəziyyətdir. Mən ümidlərlə yaşayıram və indi istəyirlər ki, nələrsə etsinlər və Azərbaycandan kənarda onun haqqında yaxşı şeylər danışsınlar. İndi bunları istəyirlər. Bu isə yaxşıdır. İndi hakimiyyəti bu maraqlandırır. Söhbət mövcud dəyişiklikdən gedirsə, bu, olduqca çətin sualdır. Rusiyada Putin illərdir, deyir ki, 7 yaşdan 11 yaşa kimi, 1 yaşdan 3 yaşa kimi uşaqlara uşaqpulu veriləcək. Bu, çox gülüncdür.  Dünyanın ən varlı ölkələrindən birinin, nəhəng sərvətləri olan bir dövlətin uşaqlara ayırdığı pul gülüş doğurur. Eyni müqayisəni Azərbaycanla da apara bilərəm. Nə üçün Ermənistanda pensiyalar Azərbaycandan yüksəkdir. Saakaşvili Ermənistanda pensiyaların Gürcütsana nisbətən çox olmasına heyrətlənmişdi və pensiyaları artırdı. Bu, belə olmamalıdır. Başa düşürsünüzmü?

- Bəli, elə buna görə də nələrisə dəyişməyə çalışırlar. Bir neçə dəfə artımlar da oldu.

- Bu, sevindirici haldır. Lakin mən yenə də deyirəm, qarşıda böyük işlər var. Gənc nazirlərin təyin olunması da məni çox sevindirir. Çox uzun illər ərzində ideologiyaya məsul şəxslər öz səviyyələrinə uyğun olmayan yerlərdə oturmuşdular. Ümid edirəm ki, indi daha hazırlıqlı, müasir, bacarıqlı insanlar gəliblər.

- Hesab edirəm ki, Sizinlə hər şeyi olmasa da, bir çox şeyləri əhatəli olaraq danışmağa çalışdıq. Sözün düzü, mənim xüsusi bir sualım yoxdur. Sadəcə soruşum, nəsə başqa bir şey barədə danışmaq istəyirsinizsə, buyurun.

- Mənim belə bir zarafatım olur. Görüşlərdə deyirəm ki, “sizin mənə sualınız var?” Deyirlər ki, “xeyr”. Mən də qayıdıram ki, “təəssüf, ancaq mənim sizə yaxşı cavablarım var idi”. Bir az da kinodan danışmaq istərdim.

- Üzr istəyirəm, nədənsə unutdum ki, Sizinlə kinodan danışmamaq qəbahət olardı…

- Biz daha önəmli və böyük məsələlərdən danışdıq, kinematoqrafiya bizim müzakirə etdiyimiz vacib məsələlərin bir hissəsidir. Böyük sayda gənc rejissor və ssenaristlər meydana gəlib ki, heç də böyük olmayan öz büdcələri hesabına çox maraqlı filmlər çəkirlər. Onlar bir qədər marjinal, izləyicələrin istəkləri nəzərə alınmayan müəllif filmləridir. Dövlətin vaxtaşırı dəstək olduğu gənc insanlar meydana gəlib. Bir sözlə, kinodakı vəziyyət önəmlidir. Bu, onunla əlaqəlidir ki, pullar məlum deyil hara, necə xərclənib. Maliyyə Nazirliyi son iki ildə heç bir məbləğ ayırmadı kino sahəsinə. İndi bu il dəyişiklik oldu - kino üçün 7,5 milyon manat vəsait ayrıldı. Lakin bu, kino üçün cüzi məbləğdir. Kino mədəniyyətin bir hissəsidir və bu sahəyə xırda məbləğlər ayrılmamlıdır.

- Təbii ki, bu məbləğə normal bir film çəkmək mümkün deyil!

- Hətta Rusiyada fotoqrafiya üçün ayrılmış pul Azərbaycanda ümumi kinoya ayrılan puldan qat-qat artıqdır. Prodüserlər qazanacağı pula baxarlar. Dövlət kinonun ideloji quruluşunun tamamlanmasında maraqlı olmalıdır. Biz indi çox da böyük olmayan pullarla konkurslar elan etmişik, kino məktəbi açmışıq. Mən indi gənc insanlarla və onların layihələri ilə birgə işləyirəm ki, onları yaxşı proqrama hazırlayım və Mədəniyyət Nazirliyi ilə danışıqlar aparaq. İstəyirəm ki, Kinematoqraflar Birliyi bu məsələdə kamerton rolunu oynasın və kimi buraxıb, kimi buraxmamağın lazım olduğunu onunla məsləhətləşsinlər.

- Oxuduqlarımdan və eşitdiklərimdən belə bilirəm ki, Hollivudun zirvəyə qalxması həmin maliyyə ilə bağlı oldu. Orada filmlərə ayrılan maliyyənin mənbəyini soruşmurdular, sponsorluq edənlərdən vergi tutmurdular. Ola bilər ki, proses heç də təmiz olmayan pullarla hesabına gedirdi, lakin hər halda, Hollivud bununla yüksəldi. Bizdə də belə bir praktika tətbiq etmək olarmı?

- Bizdə əsas problem maliyyə ilə bağlı olmaqla yanaşı, izləyici problemlərimiz də var. Bizdə izləyici yoxdur. Amerikada izləyici var idi. Amerika kinosu ilk olaraq kütləvi izləyici ilə başladı yüksəlməyə. Bizdə vəziyyət, hətta Rusiyadan da pisdir. Rusiya ekranları da 80-90% Amerika filmləri ilə doludur. Rus kinolarına çox az adam baxır. Bizdə isə praktiki olaraq öz filmlərimizə baxan yoxdur. Biz indi daha çox aktiv şəkildə izləyici tərbiyənlənməsi ilə məşğul olmalıyıq. Birlik olaraq Novruz festivalına başlayırıq. Bütün rayonlara səfər etməyi düşünürük. Festival ərəfəsində 10, 20 gün həmin yerlərdə olmağı planlaşdırırıq. Həmin yerlərdə əvvəl çəkilmiş, habelə müasir filmlərimizi təqdim etməyi düşünürük. Gənc kinematoqraf Tahir Tahiroviçin nəinki rayon mərkəzlərinə, hətta kəndlərin içinə belə, getmək imkanı olacaq. Mənim öz dövrümdə etdiyim kimi, indi Bakıda yeni izləyicilər üçün məktəblər açmaq imkanı var. Vacib deyil ki, onlar kinematoqraf olsunlar, ən azından kino savadı alsınlar. Mən bununla hal-hazırda aktiv olaraq məşğul oluram. Demək olar ki, işin yarısını etmişəm. Bakıda, dünyada analoqu olmayan unikal bir muzey açıram - “Bakı 20-ci əsr”. Bu, kino muzeyi olacaq. Orada filmlər vasitəsilə Bakının tarixi göstəriləcək. Orada müasir Bakı və Bakının tarixi nümayiş olunacaq. Tamamilə pulsuz olacaq. 40-50 nəfərlik yerimiz olacaq. Turistlər üçün də maraqlı olacaq bu muzey. Daha sonra məktəblilərin burada müntəzəm məşğələləri təşkil ediləcək. Kino təhsili ən vacib amillərdən biridir. Mədəniyyət Nazirliyinin bununla məşğul olması lazımdır.

- Mənim sualım yoxdur artıq.

- Mənimsə yaxşı cavablarım qalmadı artıq. (ayna.az)
Oxşar xəbərlər
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?