Azərbaycan Milli Paraolimpiya Komitəsinin Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, iyulun 11-də Sumqayıt Paraolimpiya İdman Kompleksinin konfrans zalında Azərbaycan Milli Paraolimpiya Komitəsinin (ARMPK) iclası keçirilmişdir.
İclası ARMPK”“nın prezidenti İlqar Rəhimov acaraq qeyd etmişdir ki, ölkəmizdə paraolimpiya hərəkatının genişləndirilməsi istiqamətində son altı ayda komitə tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Bildirilmişdir ki, hesabat dövrü paraolimpiyaçılarımız üçün bir sıra hadisələrlə əlamətdar olmuşdur. Belə ki, nizamnaməyə uyğun olaraq komitənin IV hesabat-seçki konqresi keçirilmiş, idmançılar bir sıra mühüm yarışlarda uğurla iştirak etmişlər. İ.Rəhimov 2016”“cı ildə Braziliyada keçiriləcək XV Yay Paraolimpiya Oyunlarına hazırlıq məqsədi ilə peşəkar idmanın inkişafı, idarəetmənin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
İclasda Azərbaycanda paraolimpiya hərəkatının yaranmasından və inkişafından bəhs edən videofilm nümayiş olunmuşdur.
Daha sonra ARMPK”“nın birinci vitse-prezidenti Natiq Qasımovun gündəlikdə duran məsələyə - ilin birinci yarısı ərzində görülən işlərə və qarşıda duran vəzifələrə dair məruzəsi dinlənmişdir. O qeyd etmişdir ki, yanvar ayından başlayaraq, altı idman növü üzrə 43 idmançı respublikada, iki idman növündə isə 44 idmançı respublikadan kənarda təlim-məşq toplanışlarına cəlb olunmuşlar. İdmançılarımız bir sıra beynəlxalq yarışlarda uğurla iştirak etmiş, üç qızıl, bir gümüş və bir bürünc medal qazanmışlar. Bir idmançımız dünya, iki idmançımız isə Avropa rekordunu təzələmişdir.
Məruzəçi paraolimpiyaçıların ölkənin ictimai həyatında da fəal iştirakından danışaraq qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Milli Paraolimpiya Komitəsi Ulu Öndərin 90 illik yubileyi ilə əlaqədar may ayının ilk günlərindən silsilə tədbirlər həyata keçirməyə başlamışdır. İlk olaraq Ümummilli Liderin ana vətənində, Naxçıvanda “Paraolimpiya idman festivalı” keçirilmişdir. Festivala Bakı şəhərindən 80 nəfərlik böyük nümayəndə heyəti qatılmışdır. Onların arasında ikiqat paraolimpiya çempionu İlham Zəkiyev, paraolimpiya çempionu Oluxan Musayev, dünya və Avropa çempionatlarının digər mükafatçıları da vardı. Naxçıvanda belə bir festivalın keçirilməsi muxtar respublikada paraolimpiya hərəkatının genişləndirilməsinə öz müsbət təsirini göstərmiş və yeni idman növləri üzrə komandalar formalaşmağa başlamışdır. Bu sahədə komitə tərəfindən Naxçıvan Paraolimpiya federasiyasına lazımı kömək göstərilir.
Natiq Qasımov həyata keçirilən digər tədbirlər barədə də məlumat verərək demişdir: Fiziki qüsurlu idmançı Elşən Rizvanov mayın 6”“dan 9”“dək 215 kilometr məsafəni əlil arabası ilə qət edərək Qəbələdən Bakıya, Fəxri Xiyabana gəlmiş və ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Növbəti, möhtəşəm tədbir olaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festival” keçirilmişdir. Dənizkənarı Milli Parkda təşkil olunan bu festivalda səkkiz ölkənin 26 idmançı rəqqası öz rəngarəng çıxışları ilə paytaxtımızın sakinlərinə və qonaqlarına xoş anlar bəxş etmişlər.
Məlumat verilmişdir ki, komitənin strateji fəaliyyət planına uyğun olaraq beynəlxalq əlaqələrin genişləndirilməsi, ölkəmizin qış paraolimpiya oyunlarında iştirakının təmin edilməsi məqsədi ilə bir neçə ölkənin paraolimpiya komitəsi ilə əməkdaşlıq barədə razılığa gəlinmişdir. Sonra ARMPK ”“ nin prezidenti İ. Rəhimov gündəlikdə duran ikinci məsələ ilə əlaqədar bildirdi ki, Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi münasibəti ilə keçirilən tədbirlərdən biri də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) dəstəyi ilə əlil arabasında olan paraolimpiyaçılarımızın Moskva vilayətində 4000 metr hündürlükdən təyyarədən paraşütlə tullanma idman növü üzrə keçirilən tədbir olmuşdur. Tədbirdə Azərbaycanın idman tarixində ilk dəfə olaraq əlil arabasında olan paraolimpiyaçı xanımımız Vüsalə Kərimova ulu öndər Heydər Əliyevin 90 illiyi münasibəti ilə xüsusi hazırlanmış bayraqla 4000 metr hündürlükdən təyyarədən paraşütlə tullanmışdır. Əlil arabasında olan paraolimpiyaçı idmançısı Kamal Məmmədov da onunla birlikdə paraşütlə tullanmışdır. Paraolimpiyaçılarımıza dəstək olaraq AMOR təşkilatının üzvü Dünya Dadaşova və Milli Paraolimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımov da onlarla birlikdə paraşütlə tullanmışlar. İ. Rəhimov qeyd etdi ki, AMOR təşkilatının rəhbəri Leyla xanım Əliyevanın tapşırığı ilər təşkilatın üzvləri tədbir boyu paraolimpiyaçılarımıza dəstək olaraq onlarla birlikdə olmuş və L. Əliyevanın adından hər iki paraolimpiyaçılarımıza pul mükafatı verilmişdir. Sonra Azərbaycanın Rusiyadakı səfirliyində səfir Polad Bülbüloğlunun rəhbərliyi ilə AMOR təşkilatının üzvləri ilə paraolimpiyaçılarımızın görüşü keçirilərək öz təəssüratlarını bölüşmüşlər.
İ. Rəhimov qeyd etmişdir ki, MPK ”“ nin qərarı ilə 4000 metr hündürlükdən təyyarədən paraşütlə tullanan Vüsalə Kərimova, Kamal Məmmədov, Dünya Dadaşova və Natiq Qasımov qiymətli hədiyyə və ARMPK ”“ nin diplomu, göstərdikləri dəstəyə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, AMOR təşkilatı və təşkilatın üzvü Emin Hacıyev ARMPK ”“ nin diplomu ilə mükafatlandırılmışlar.
Keçirilən tədbir haqqında video çarxı nümayiş etdirildikdən sonra, tədbir iştirakçıları öz təəssüratları haqqında danışmışlar. Sonda AMPK-nını prezidenti İlqar Rəhimov və milli məclisin üzvü Rauf Əliyev tədbir iştirakçılarına mükafatları təqdim edilmişlər.
İclasın sonunda Edusoff şirkətinin direktoru Ruslan Dadaşov ARMPK ”“ nin yeni rəsmi internet saytının təqdimatını etmişdir.