Generala tüpürən Vahabzadə, partiyanı lənətləyən Şıxlı və hakimiyyətdən imtina edən Şeyxulislam...
Oxunub: 4972
19 Jan 2020 | 10:33
Generala tüpürən Vahabzadə, partiyanı lənətləyən Şıxlı və hakimiyyətdən imtina edən Şeyxulislam...

Sabah 20 Yanvar faciəsinin 30 ili tamam olur. Bu illər ərzində Azərbaycan xalqı özünü ölkənin azadlığı uğrunda qurban vermiş Şəhidlərimizin əziz xatirəsini daim uca tutdu, bu qanlı qırğının səbəbkarlarını lənətlədi.

Müstəqil Azərbaycanın siyasi tarixinin çox mühüm və şərəfli səhifəsini təşkil edən 20 yanvar gecəsi xalq onun önündə gedən ictimai-siyasi xadimlərinin qorxmaz və cəsarətli çıxışlarını özünün yaddaşına əbədi yazdı.

Bakıya yeridilmiş sovet ordusunun muzdlu hissələrinin törətdiyi vəhşi qətliam keçmiş Sovet İttifaqının tarixinin rüsvayçı səhifəsidir.

Bu gün həmin qanlı tarixi xatırladıqca SSRİ-nin qorxunc repressiya maşınından qorxmayaraq bu qırğına öz etirazını ucaldan, onu lənətləyən, vəhşi hucumu dünyaya yayan  Azərbaycan xalqının oğullarının adları bu gün də yaddaşlardan silinmədiyinin şahidi olursan.

1989-cu ilin sonu 1990-cı ilin yanvarında Azərbaycan SSR-də yaşanan siyasi böhranın səbəbi Qarabağa uzanan xain erməni əllərinə qarşı xalq etirazının Kreml tərəfindən görməməzliyə vurulması idi. Naməlum yollarla silahlanmış erməni hərbi bandaları Qarabağda törətdikləri cinayətlər, Dağlıq Qarabağın zorla qoparılması cəhdləri və Moskvanın buna olan qərəzli yanaşması Azərbaycan xalqının səbrini tükədən amilə çevrilmişdi. Yanvar ayında Bakıda yaranmış son dərəcə gərgin siyasi atmosfer Moskvadan tam müti asılılıq halında olan Azərbaycan rəhbərliyinin, onun rəhbəri Əbdürrəhman Vəzirovun iflasını labüd etmişdi. Azadlıq meydanında gecə-gündüz davam edən izdihamlı etiraz mitinqlərində xalq Moskvadan Qarabağla bağlı qərəzli siyasətinə son qoymağı tələb edir, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qəti etirazını bildirirdi.  Hakimiyyət böhranının hökm sürdüyü, vəziyyətin tükdən asılı qaldığı həmin günlərdə xalqın ayrı-ayrı ziyalıları, ictimai xadimləri  kommunist rəhbərliyi ilə görüşlər keçirərək vəziyyətin faciəvi şəkil almaması üçün var gücü ilə səy göstərirdilər.

Həmin dövrdə SSRİ-nin rəhbəri Mixail Qorbaçovun Bakıya göndərdiyi Sov.İKP Siyasi Bürosunun üzvlərinə, SSRİ müdafiə nazirinə, DİN rəhbərinə əsas tələb kimi Azərbaycanda nəyin bahasına olursa olsun nufuzdan düşmüş partiya rəhbərliyinin fəaliyyətini təmin etmək, vəziyyəti nəzarət altına almaq tapşırığı verilmişdi. Bunun üçün bütün vasitələrədən, o cümlədən təxribatlardan da istifadə olunması istisna edilməmişdi. Şəhərin girəcəyində durmuş sovet ordu hissələrini qarşısını kəsmiş minlərlə azərbaycanlı hər  an baş verə biləcək hucumun əsas qurbanları ola bilərdi.

Belə bir vəziyyətdə SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi ilə ölkənin nufuzlu ziyalılarının, ictimai xadimlərinin görüşü, təması faciənin qarşısını almaq üçün hava-su qədər vacib məsələyə çevrilmşdi.  Xalq şairi Bəxtiyar Vahabzadənin, xalq yazıçısı İsmayıl Şıxlının,  görkəmli bəstəkar Arif Məlikovun, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin və digərlərinin o günlərədə faciəni önləmək üçün göstərdikləri səylər bunu bir daha təsdiq edir.

Həmin ağır günlərdə qan-qadaya yol verməmək üçün hər kəs bacardığı qədər fəaliyyət göstərmişdi.

 Vəzirovun kabinetində dava

17 yanvar 1990 –cı ildə  SSRİ Ali Soveti İttifaq sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko partiya rəhbərləri, AXC nümayəndələri və ziyalılarla görüşərək  qoşunların şəhərə girməyəcəyi barədə vədlər vermişdilər. Xalq şairi Bəxtiyar Vahabzadə 1997-ci ildə “Respublika” qəzetinə verdiyi müsahibədə həmin görüş barədə ətraflı danışıb: “Bir qrup ziyalı – rəhmətlik İsmayıl Şıxlı, mən, Nurəddin Rzayev, Şeyxülislam Allahşükür Paşazadə və Həsən Həsənov yanvarın 17-də Əbdürrəhman Vəzirovun yanına getdik. Kabinetə girəndə Primakovla Girenkonu da orada gördük. Mən dərhal Primakovun üstünə hücum çəkdim ki, bizdən nə istəyirsiz, niyə əl çəkmirsiz? Sizə nə pisliyimiz keçib?

Bunu görən Vəzirov qalxıb məni sakitləşdirməyə çalışdı. Bu zaman Allahşükür Paşazadə məndən də kəskin şəkildə Primakova hücum çəkdi və sərt şəklidə “xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram. Düzünü de görüm, ordu şəhərə girəcək? Qırğın olacaq, ya yox?” dedi. Onlar bizi sakitləşdirməyə çalışdılar ki, qırğın olmayacaq. Amma Vəzirov bilirdi ki, şəhərə hücum olacaq. Bunu biz də hiss etdiyimiz üçün kabinetdən çıxanda Həsən Həsənov dedi ki, qırğın olacaq. Şeyx də o fikirdə olduğunu bildirdi”.

Yanvarın 18-də Moskvadan gələn nümayəndələr başda olmaqla rəhbərlik Mərkəzi Komitənin qarşısında keçirilən mitinqdə çıxış edərək demişdi ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək və şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək.

Bütün cidd-cəhdlərə baxmayaraq sovet rəhbərliyinin ictimai xadimlərlə olan görüşləri nəticəsiz qaldı.  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri heç bir xəbərdarlıq etmədən Bakıya soxuldular və qanlı qətliam törətdilər.

Dünənə qədər özlərini sovet vətəndaşı hesab edən azərbaycanlılar öz dövlətinin ordusunun bu qəddarlığından şoka düşmüşdülər. İndi bu dəhşətli faciəni ört-basdır etməyə çalışan, süni informasiya vakkumu yaradan Moskvanın bütün təsir imkanlarını qırıb Azərbaycan xalqının faciəsini bəşəriyyətə çatdırmaq lazım gəldi.

İsmayıl Şıxlı, Mirzə Xəzər, rabitəçi Oruc və efirdəki güllə səsləri

Ölkəni atıb qaçan siyasi rəhbərliyin yerini yenə ictimai xadimlər və vətənpərvər insanlar doldurmağa çalışdılar. İnformasiya boşluğunda çapalayan  Azərbaycanın haqq səsini dünyaya çatdırmaq həmin günlərin adlı və adsız qəhrəmanlarına nəsib oldu.  “Azadlıq” Radiosu ilə Azərbaycanın üzləşdiyi bu qanlı faciəini dünyaya çatdıran Mirzə Xəzər cinayəti gizlətməyə çalışan sovet rəhbərliyinin arzusunu ürəyində qoydu.  “Azərbaycandan səslər” proqramı ilə canlı efirdə, atəş səsləri altında danışan ölkənin hörmətli ziyalıları, ictimai xadimləri dünya birliyini SSRİ rəhbərliyinin törətdiyi bu alçaq cinayətə etiraz səsini qaldırmağa çağırırdılar.

Tanınmış telerejissor, xalq artisti Vasif Babayev xalq şairi Bəxtiyar Vahabzadənin Bakıya girmiş Sovet Ordusunun baş senzoru, general-leytenant Ovçinnikovun  üzünə tüpürməsinin şahidlərindəndir.

O yazır ki, 20 Yanvar günü səhəri AZTV-nin  həyətində general-leytenant Ovçinnikovla danışdığı zaman xalq şairi onlara yaxınlaşıb:  “Həyəcan içində gözləri dolmuş xalq şairi Baxtiyar Vahabzadə bizə yaxınlaşdı, radio ilə efirə çıxmaq və bəyanat vermək istəyirdi. Bəxtiyar müəllim nifrətlə Ovçinnikova baxıb “Okuppantı, İşqalçılar !” deyə-deyə, onun üstünə tüpürdü. Ətrafda duran silahlı əsgər dərhal avtomatlarını hazır vəziyyətə gətirdilər. Mən və Fuad tez hərəkətə gəlib aralarına girdik: “Bu bizim hörmətli xalq şairimizdir, millətimizin sevimlisidir, deputatdır”. Nələr baş verə bilərdi? Fuad Tarverdiyevlə birlikdə bir təhər vəziyyəti sabitləşdirdik”.

Yanvarın 21-də çağırılmış Ali Sovetin iclasının aparıcıları İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə və Tofiq Bağırov olmuşdu. Bütün gecə davam edən iclasda  bəyanat hazırlanıb və spiker Elmira Qafarova Ali Sovetin sədri kimi rəsmi olaraq bəyanatı imzalamışdı.  Bununla da Ali Sovetin sədri Elmira Qafarovanın  verdiyi bəyanat faciəyə dair  Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini ifadə edən mühüm sənəd olaraq tarixə düşdü.

Xalq yazıçısı İsmayıl Şıxlı 24 yanvar 1990-cı ildə Mərkəzi Komitənin Plenumunun iclasında iştirak edən Siyasi Büronun üzvü Yevgeni Primakovu baş verənlərə görə ağır formada ittiham etmişdi: “Heç zaman bu cür qanlı, vəhşi hərəkətə rast gəlməmişəm. Dinc əhaliyə öz qoşunlarının belə əzazil, vəhşi hücumu heç vaxt olmamışdır. Bütün bu işlərə görə “qanlı perestroykanın” başçısı Qorbaçov, onun əlaltıları cəllad Yazov və Primakov, sapı özümüzdən olan balta, fərari Vəzirov tarix qarşısında, xalq qarşısında, məhkəmə qarşısında cavab verəcəklər.

Azərbaycan televiziyasını partlatsanız da, verilişləri qadağan etsəniz də, dünya törətdiyiniz qanlı cinayətlərdən xəbərdardır.

Cənab Primakov, yanvar ayının 17-də, Azərbaycanın ağsaqqal ziyalılarından bir qrupu sizin yanınıza gəldik. Əvvəlcə, siz bizi çox nazla qəbul etdiniz. Özünüzü canişin Vorontsov-Daşkov kimi apardınız, kommunist kimi yox. Bizi dinləmək əvəzinə, özünüzü çox yekəxana və laqeyd göstərib nağıl danışmağa başladınız. Buna dözməyən Bəxtiyar Vahabzadə sözunuzu ağzınızda qoydu. Biz – Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, şeyxülislam Allahşükür Paşazadə, Nurəddin Rzayev sizdən tələb etdik ki, qırğın törətməyin, günahsız qan axıtmayın, vecinizə almadınız. Moskvadakı qaçqın ermənilərin halından söhbət açdınız. Çünki siz də Qorbaçov kimi ermənilərin əlində oyuncaqsınız! Siz ölkəni idarə edən siyasi xadimlər yox, siyasi meyitlərsiniz! Ona görə ki, öz ağlınız, öz iradənizlə işləmirsiniz.

 Partiya Qorbaçov və sizin kimi rəhbərlərin ağlı ucundan öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli “SS” partiyasına çevrilib. Mən sizinlə bir sırada dayanmaq və belə bir partiyanın üzvü olmaq istəmirəm”– deyə mərhum yazıçı öz çıxışını bitirmişdi.

Xalqımız həmin gecə heç nədən qorxmayaraq bu adamları radioya qoşmuş Rabitə Nazirliyinin beynəlxalq danışıqlar şöbəsinin rəisi mərhum Oruc Şirinovun adını uzun illərdən sonra tanıya bildi.  1990-cı ildə Rabitə Nazirliyinin beynəlxalq danışıqlar şöbəsinin rəisi olan Oruc  20 Yanvar qanlı qırğınının dünyaya çatdırılımasında əvəzsiz rol oynamışdı. O, SSRİ DTK-dan qorxmayaraq bütöv bir rabitə xəttini Azadlıq Radiosuna birbaşa zəng vurmaq üçün açmışdı. 20 Yanvarla bağlı Mirzə Xəzərin məşhur proqramının iştirakçıları məhz Oruc  Şirinovun qəhrəmanlığı sayəsində Amerika radiosundan sovet rejiminin qanlı qırğınını dünyaya çatdıra, informasiya blokadasını yara biliblər.

Bütün baş verənlərin içində hamını mat qoyan isə bu beynəlmiləl şəhər kimi tanınan Bakıdakı qanlı qırğına həyasızcasına dini rəng qatılması oldu. Kreml öz cinayətinə haqq qazandırmaq üçün ən ağlagəlməz vasitəyə  əl atmışdı. Sovet rəhbərliyi dünya birliyini çaşdırmaq üçün Azərbaycanda islamçı fundamentalistlərin hakimiyyəti ələ keçirdikləri  haqda məlumat yayırdı. Yanvar ayından etibarən mərkəzi sovet mətbuatında azərbaycanlıların islam fundamentalizminə yuvarlandıqları barədə materiallar dərc olunmağa başlamışdı.

Azərbaycanda “islam təhlükəsi” barədə iddialar elə xalq hərəkatının başlandığı vaxtdan etibarən səsləndirilirdi. Bu tipli ittihamlar hətta Mərkəzi Komitənin dəhlizlərində müzakirə olunurdu. Məsələn, Mixail Qorbaçovun köməkçisi olmuş Çernyayev özünün memuarlarında yazırdı ki, “Bakıda küçələrə yaşıl bayraqlarla və Xomeynin portretləri ilə çıxırlar”.   Moskva beləcə Azərbaycandakı etirazlara dini rəng verməklə respublikamızı SSRİ-də başlanmış demokratik hərəkatdan təcrid etməyə çalışırdı.

Hadisələrin episentrinə düşən Allahşükür Paşazadə

20 yanvar faciəsindən sonra bütün bu böhran dönəmində proseslərin qaynar yerində olmuş Qafqaz  Müsəlmanları İdarəsinin gənc sədri Allahşükür Paşazadə birdən-birə hadisələrin episentrinə düşmüşdü. Yanvar qırğını ərəfəsində SSRİ-nin rəhbərlərindən sayılan Yevgeni Primakovun Şeyxulislama hakimiyyəti götürmək təklifi bu baxımdan sovet rəhbərliyinin hazırladığı təxribatın hansı miqyasda olmasını göstərir.

“Primakov mənə belə bir təklif etdi ki, biz Qorbaçovla danışmışıq, məsləhət eləmişik, ançaq bir şərtlə biz bura girməyə bilərik. Əgər sən respublikaya rəhbərliyi öz üstünə götürsən, onda biz söz verirk ki, hər cəhətdən həm sizə dövlətinizi saxlamaq üçün köməklik edərik, həm də qoşunlar bura girməyəcək”, – deyə Şeyxülislam illər sonra verdiyi müsahibəsində qeyd etmişdi.

Allahşükür  Paşazadə  Primakovun bu təkilfini sərt şəkildə rədd cavabı verib: “Mən sizin  məqsədinizi  anladım, ona  görə  qəti  deməliyəm  ki, təklif  etdiyiniz  vəzifəni  tuta  bilməyəcəyəm. Mənim 2  rükət  namazım  sizin  təklif  etdiyiniz  hakimiyyətdən qat–qat  üstündür! Mən Buxaradakı  Mir-Ərəb mədrəsəsinə daxil  olmuşam, Moskvadakı Ali  Komsomol məktəbinə yox!”.

Allahşükür Paşazadə 30 yanvar 1990-cı ildə “Azərinform”a açıqlamasında  Sovet dövləti tərəfindən Azərbaycan xalqına qarşı irəli sürülən, qoşunların yeridilməsi üçün guya səbəb olan üzdəniraq “islam amili”ni “fitnəkar ittiham” adlandırmışdı: “Zaqafqaziya müsəlman ruhaniləri siyasi mübarizədə və millətlərarası münaqişələrdə dini ideyalardan istifadə olunmasını yolverilməz hesab edirlər. Regionda vəziyyətin hətta ən gərgin anlarında biz zəkaya, dincliyə, mehriban qonşuluğa çağırmışıq. Məhz buna görə də sabitliyi guya “islam amilinin” pozduğunu iddia etmək xüsusilə hiddət doğurur. Açıq-aşkar görünür ki, bunu iddia edənlər tamamilə məlum bir niyyət güfürlər – müsəlmanları xristianlara qarşı qoymaq. Belə bir vəziyyət millətlərarası münaqişəni daha da şiddətləndirər. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm. Heç bir xalqla, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz”.

Tale elə gətirmişdi ki, Şeyxulislam və onun Ruhani İdarəsi sanki siyasi hakimiyyətlə kütlələr arasında əlaqəni yaradan əsas həlqəyə çevrilmişdi. A.Paşazadənin qanlı qırğınla bağlı Mixail Qorbaçovu ittiham edən bəyanatı bütün dünyada böyük rezonans verdi. Bu, SSRİ tarixində din xadiminin sovet rəhbərini ittiham edən ilk belə bəyanat idi. BMT-nin baş katibi Pers de Kuelyara ünvanladğı məktubunda isə A.Paşazadə dünyanı Bakıda baş vermiş vəhşiliyə və qırğına biganə qalmamağa səsləmişdi.

QMİ sədri SSRİ müdafiə naziri marşal Yazov və SSRİ daxili işlər naziri Bakatinlə görüşü zamanı bu qırğına görə onları sərt şəkildə tənqid edir və onlardan Azərbaycan xalqı qarşısında üzr istəməyi tələb edirdi.

Yanvar Şəhidlərinin dəfn mərasimi dini ritualdan çıxaraq, xalqın Moskvaya qarşı etirazının nümayişinə çevrildi. 20 yanvar günü milyonlarla insan həlak olanların xatirəsini anmaq və onları dəfn etmək üçün Bakı küçələrinə çıxdı. Bu nəhəng izdihamı idarə edən Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, sovet təcavuzunə qarşı digər dini konfessiyaların nümayəndələri – rus pravoslav kilsəsi və yəhudi icması da addımlayırdı. Onlar matəm mərasimində çıxış edərək sovet rəhbərliyini, və ordusunun bu cinayətini açıq mətnlə pislədilər. Kremlin arzu etdiyi dini təfriqə baş tutmadı.

1990-cı ilin yanvarında – qanlı qırğından cəmi bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığına əsasən, Moskvaya ezam olunmuş İtaliyanın məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro nəyin bahasına olursa-olsun Şeyxülislam Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaratmalı, Bakıda baş verənləri ətraflı araşdırmalı idi. Çətinliklə olsa da, italiyalı jurnalist Vatikan başçısının tapşırığını yerinə yetirir və Şeyxülislamla 40 dəqiqə davam edən telefon danışığı əsasında hazırladığı müsahibəni «Reppublika» qəzetində çap etdirir. Etsio Mauro həmin günlər ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist olur. Şeyxin çox ağır və mürəkkəb günlərdə nümayiş etdirdiyi qətiyyətli mövqeyi ilə o zaman dünyanın diqqətini Azərbaycana yönəldə bildi, informasiya blokadasını yarmağa nail oldu.

1990-cı ilin mart ayında Mixail Qorbaçovun prezident seçilməsinə etiraz edən Şeyxülislam Allahşükür Paşazadə  SSRİ Xalq deputatı mandatından imtina etməklə Mixail Qorbaçovun Azərbaycan xalqı qarşısında məsuliyyətini bir daha dünyaya xatırlatdı. Bu, SSRİ rəhbərliyinə qarşı cəsarətli demarş idi.

Yanvar qırğını Azərbaycan xalqını qəddini əysə də, sındırmadı.  Xalqı qorxutmaq cəhdi iflasa uğradı. Şəhidlərin dəfnində 1 milyon adamın küçəyə çıxması onu subut etdi ki, Moskvanın Bakını ram etmək cəhdi tam iflasa uğrayıb.

Bu faktlar isə bir həqiqəti ortaya qoyur: Yumruq kimi birləşən Azərbaycan cəmiyyətinin hər bir üzvü statusundan asılı olmayaraq vətənin ağır günündə öz köməyini əsirgəməmişdi. (Azpost.info)

Oxşar xəbərlər
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
28 Mar 2024 | 09:40
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
28 Mar 2024 | 09:40
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir