Milli Şura üzvü, tarixçi alim Cəmil Həsənli “Hürriyyət” qəzetinə müsahibəsində ehtiyat namizəd məsələsi ilə bağlı müzakirələrə yalnız Rüstəm İbrahimbəyovun razılığından sonra başlana biləcəyini söyləyib.
Bununla bağlı Moderator.az saytına açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu C.Həsənlinin məlum fikri ilə razılaşmadığını, habelə bu fikrin Milli Şura daxilindəki anti-demokratiyadan xəbər verdiyini bildirib:
“Cəmil bəyin bu fikrini yanlış hesab edirəm. Əgər Milli Şura həqiqətən də demokratik bir qurum olsaydı, bu barədə R.İbrahimbəyov deyil, Şura özü qərar verərdi. Çünki belə bir qərar vermək səlahiyyəti Şuraya məxsusdur və bunu bir nəfərin iradəsinə bağlamaq düzgün deyil. Bütün bunlar bir daha göstərir ki, Milli Şura demokratik bir qurum deyil”.
Seymur Əliyev