Bunu Moderator.az saytına özəl mənbə bildirib. Mənbənin sözlərinə görə, belə bir addımın atılmasında məqsəd hakimiyyətin mümkün təxribatından sığortalanmaqdır:
“Milli Şuranın qərargahı kimi başqa bir məkanın deyil, məhz R.İbrahimbəyovun mənzilinin seçilməsi hakimiyyətin mümkün təxribatından sığortalanmaq məqsədi daşıyır. Belə ki, Milli Şura üzvləri, xüsusilə də R.İbrahimbəyov hesab edir ki, kənarda hansısa bir ofis tutub ondan qərargah kimi istifadə etmək mümkün olsa da, bu, hakimiyyətin təxribatları üçün geniş imkanlar aça bilər. Belə ki, kənarda tutulacaq ofisə girib-çıxanların da həddindən çox olacağını və onlara tam olaraq nəzarət etməyin mümkünsüzlüyü, R.İbrahimbəyovu bu qənaətə gəlməyə məcbur edib. Milli Şuranın vahid namizədi hesab edir ki, qərargah kimi şəxsi mənzildən istifadə hakimiyyətin seçki ərəfəsində yaratdığı bir çox süni maneələrin qarşısını alar, informasiya sızıntısını böyük bir ölçüdə önləməklə yanaşı, qərargahın çevik və operativ şəkildə fəaliyyətə imkan verə bilər. Bu baxımdan evi daha etibarlı və məqsədəuyğun hesab edən R.İbrahimbəyov seçki qərargahını şəxsi mənzilində formalaşdırmağa qərar verib”.