ADP sədri Sərdar Cəlaloğlu Moderator.az saytına açıqlamasında “Qarabağ” blokunda namizəd məsələsi ilə bağlı ikitirəliyin mövcud olması ilə bağlı ölkə mətbuatında səslənən fikirlərə etirazını bildirib.
Blok daxilində heç bir anlaşılmazlıq və ikitirəliyin olmadığını bildirən S.Cəlaloğlu bu barədə deyilənlərin həqiqəti əks etdirmədiyini qeyd etdi: “Qarabağ” blokunda heç bir ikitirəlik və ya ziddiyyət yoxur. ADP və Ümid bir blokda birləşən partiyalar olmaqla yanaşı, eyni zamanda partiya olaraq özünəməxsus maraqlara malikdirlər. Bu baxımdan İqbal bəy də, mən də öz namizədliyimizi verə bilərik. Bu, bizim hüququmuzdur. Bunu “Qarabağ” bloku daxilində ikitirəlik kimi izah etmək yanlışdır. Bu barədə səslənən fikirləri məntiqi baxımdan əsaslı hesab eləmək olmaz”.
Seymur Əliyev