Xalqımızı azadlıq və işığa qovuşduran Böyük Gün! – 20 Yanvar!
Oxunub: 3287
17 Jan 2020 | 09:58
Xalqımızı azadlıq və işığa qovuşduran Böyük Gün! –  20 Yanvar!

Üç gündən sonra 1990-cı ilin 20 yanvar olaylarının 30-cu ildönümü tamam olacaq. Azərbaycan tarixində həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi xarakterizə edilən bu böyük tarixi hadisə, xalqımızın həyatında yeni bir dövrün,  yeni bir eranın başlanğıcına səbəb olan dönüş nöqtəsidir.

Azərbaycan xalqının haqq səsini boğmağa çalışan, onun azadlıq istəyini sovet tanklarının tırtırları altında əzməyə cəhd edən imperiya, yanvarın 19-dan 20-nə keçən gecə Bakıya hərbi müdaxilə gerçəkləşdirdi. Nəticədə,  Bakı və Azərbaycanın digər bölgələri də daxil olmaqla 147 vətəndaşımız sovet ordusunun açdığı atəş nəticəsində həlak oldu, 400 nəfər həbs edildi. Lakin  SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçovun qərarı əsasında Bakıya edilən hərbi müdaxilə, sovet imperiyası üçün əks-effektə səbəb oldu. Belə ki, Azərbaycan xalqını qorxutmaq, onu geri çəkilməyə vadar etməyə hesablanan bu müdaxilə, yüz minlərlə insanın küçələrə çıxaraq sovet rejiminə qarşı aktiv mübarizəsini stimullaşdırdı. Bununla da, Azərbaycan xalqı küçələri dolaşan sovet tanklarının gurultusu fonunda “Azadlıq” hayqırmaqla bütün dünyanı lərzəyə salan sovet ordusunu öz cəsarəti ilə məğlub etdi.

Verilən qurbanlar baxımından 20 Yanvar olayları faciə kimi dəyərləndirilsə də, bu, əslində Azərbaycan xalqının deyil, sovet imperiyasının, bu imperiyanın başında dayanan M.Qorbaçovun faciəsi hesab edilməlidir. Çünki 20 Yanvar olayları Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Hansı ki, ona aruzusunda olduğu azadlığı məhz bu salnamə qazandırıb.

 

Azərbaycan xalqı “qırmızı imperiyanı” ifşa edir: Qanı, canı və cəsarəti bahasına...

 

20 Yanvar olayları yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün izsiz ötmədi. 1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun Bakıda törətdiyi qətliam, SSRİ-ni dünyada rüsvay etdi, onun anti-bəşəri simasını bütün çılpaqlığı ilə ortaya qoydu. Bunu anlamaq üçün həmin dönəmdə dünyanın aparıcı media orqanlarında yer alan yazılara qısaca nəzər salmaq kifayətdir.

1990-cı ilin 20 yanvar olayından dərhal sonra SSRİ xüsusi xidmət orqanlarının bilavasitə nəzarətində olan media qurumları əsl həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini aldatmağa çalışsa da, 20 Yanvar gerçəkliyi dünyanın aparıcı qəzetlərində öz əksini tapdı. Qərb ölkələrinə məxsus media orqnaları, eləcə də radio və televiziyalar sovet imperiyasının Bakıda törətdiyi vəhşilikləri öz maraqları konteksində ifşa etsələr də, bütövlükdə bu proses Kremlin anti-humanist və anti-insani siyasətinin ifşasını təmin etdi. Bütün bəşəriyyət bir daha anladı ki, bir tərəfdən xalqların həmrəyliyi şüarını irəli sürüb, digər tərəfdən “qardaş xalqı” öz tanklarının tırtırları altında əzən SSRİ, özünün iddia etdiyi kimi, dünyanı xials etmək, əzilən xalqların hüquqlarını təmin etməyə qadir deyil.

 

20 Yanvar olayları SSRİ-nin məhvini sürətləndirdi və nəticədə sadəcə sovet rejimi altında əzilən xalqlar deyil, “qırmızı təhlükə” qorxusu altında yaşayan digər dünya dövlətləri də 70 illik xofdan azad oldu.

 

Türkiyənin unudulmaz qardaş dəstəyi: “Azərbaycan xalqından əl çəkin!”

 

20 Yanvar olayları fonunda Azərbaycan xalqına ən böyük dəstək Türkiyədən gəldi. Belə ki, Bakı və digər Azərbaycan şəhərlərindəki qətliama ciddi etiraz edən Türkiyənin bütün iri şəhərlərində - Ankara, İstanbul, Qars, İzmir, Kayseri və s. bölgələrində kütləvi etiraz aksiyaları keçirilmiş, əli Azərbaycan insanının qanına batan sovet rəhbərliyi lənətlənmişdir.

Bakıdakı hadisələri qətliam kimi qiymətləndirən Türkiyə mediası, bu olayın dünya ictimaiyyətinə çatdırılmasında da mühüm rol oynamış, bəşəriyyəti Kremlin vəhşiliyindən xəbərdar etmişdir. Türkiyədə Azərbaycan xalqına yardım etməklə bağlı konkret təkliflər irəli sürülmüş, bu yöndə müzakirələr təşkil edilmişdir.

 

Türk ictimaiyyəti 20 Yanvar olaylarının mahiyyətini təhrif edən, Azərbaycan xalqının üzləşdiyi bu böyük təhlükəyə laqeydlik srəgiləyən ABŞ  siyasiləri və bəzi media orqnalarının mövqeyini də tənqid etmiş, onları Azərbaycanda baş verənlərə obyektiv münasibət bildirməyə səsləmişdir. Bu, Türkiyə xalqının, türk insanının Azərbaycan türkləri qarşısında tarixi xidmətlərindən biri kimi inkaredilməz və təqdirəlayiqdir.

 

Heydər Əliyevin şəxsi təhlükəsizliyini heçə sayaraq atdığı tarixi addım...

 

Tariximiz adına qürurverici məqamlardan biri də bundan ibarətdir ki, 20 Yanvar hadisəsinə ilk siyasi qiymət Azərbaycanın ümummili lideri Heydər Əliyev tərəfindən verilib. Belə ki, hadisədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gələn Heydər Əliyev, Azərbaycan xalqına qarşı həyata keçirilən bu vəhşəti qəti şəkildə pisləmiş, bunu sovet hökumətinin cinayəti kimi xarakterizə etmişdir.

O dövrün şərtləri fonunda belə bir açıqlama ilə çıxış etmək Heydər Əliyevin sadəcə özü üçün deyil, bütün ailə üzvləri üçün böyük risk idi. Belə ki, bu açıqlamadan qəzəblənən Qorbaçov hökuməti onsuz da açıq konfiliktə getdiyi, rəhbərlikdən uzaqlaşdırdığı Heydər Əliyevə qarşı ən ağır cəza tədbirinə yol verə, onu susmaq üçün hər cür təxribat və cinayətə əl ata bilərdi.

 

Bu, intriqalara meyilli sovet siyasi sisteminin və sərt  cəza aparatının iş mexanizminə yaxşı bələd olan Heydər Əliyevin özünə də yaxşı məlum idi. Lakin bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan xalqının çətin günündə nəinki susmadı, əksinə, Kremlin qanlı cinayətini bütün dünyaya car çəkməklə ona meydan oxudur. Bununla da sübut etdi ki, o, xalqın təhlükəsizliyini, Azərbaycan insanının həyatını öz şəxsi həyatından, şəxsi təhlükəsizliyindən üstün tutur və harada olmasından asılı olmayaraq yalnız öz xalqını, onunmaraq və aqibətini düşünür.

 

Heç zaman bitməyən borc!

 

Göründüyü kimi, biz bugünkü azadlığımıza görə hər şeydən öncə 20 Yanvar şəhidlərimizə, onların cəsarət və qəhrəmanlığına borcluyuq. 

Məhz onların fədakarlığı, qorxmazlığı bizə bu azadlığı bəxş edib, bizi layiq olduğumuz zirvəyə yüksəldib. Odur ki, 20 Yanvar şəhdilərimizi yad etmək, onların ruhuna daim ehtiram göstərmək bizim mənəvi borcumuzdur. Heç zaman bitməyən, ödəndikcə artan borcumuz...

 

Seymur ƏLİYEV

e-mail: [email protected]

 

Oxşar xəbərlər
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
GÜNLÜK
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
28 Mar 2024 | 12:08
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
28 Mar 2024 | 12:08
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”