text-align:justify">AMİP lideri Etibar Məmmədov “Bizim yol” qəzetinə müsahibəsində onu 1998-ci il seçkilərində iştirak etməkdə ittiham edən politoloq Zərdüşt Əlizadə ilə bağlı maraqlı fikirlər səsləndirib. E.Məmmədovun sözlərinə görə, bu seçkilərdə ona vəkilliyi Z.Əlizadənin özü edib və bu mənada məlum ittiham eyni zamanda politoloqun özünə aiddir.
Bununla bağlı Moderator.az saytının sualını cavablandıran Z.Əlizadə əsl həqiqətin E.Məmmədovun dediyindən kifayət qədər fərqli olduğunu bildirdi: “E.Məmmədov mənim adımı öz vəkilləri siyahısına məndən xəbərsiz daxil edib. Mənim bu barədə məlumatım olmadan bu siyahını Ali Seçki Komissiyasına təqdim edib. Mənim bununla bağlı informasiyam olmayıb. Buna görə də bu gün E.Məmmədovun məni bu məsələdə ittiham etməsi yersizdir”.
Seymur Əliyev