Ermənilər qondarma “Bakı qətliamı”nın 30-cu ildönümü ilə bağlı yeni kampaniyaya start verib.
Moderator.az erməni mənbələrinə isitnadən xəbər verir ki, dünyanın diqqətini olmayan qətliama cəlb etmək, bununla da Azərbaycan xalqının qəddar, qaniçən obrazını yaratmağa çalışan ermənilər, üzərində “Bakı qətliamı” sözünün əks edildiyi köynəklərin kütləvi istehsalını həyata keçirib.
Müxtəlif rəng və ölçülərdə hazırlanan köynəklərin pulsuz paylanılması həyata keçirilir ki, məqsəd daha çox insanı heç vaxt olmayan “ermənilərin Bakı qətliamı” yalanına inandırmaqdır.
Kampaniya çərçivəsində Ermənistan ordusuna dəstək mesajları da səsləndirilir. Kampaniya təşkilatçıları bildirib ki, köynəklərin pulsuz bağışlanması həm də erməni əsgərlərinə dəstəyi ifadə edir.
Seymur ƏLİYEV