Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı “Bakı qurbanları”nın xatirəsinə hörmət etməyə səsləyib.
Moderator.az erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı açıqlama verən Paşinyan, Azərbaycanı “Bakı qurbanları”nın xatirəsinə hörmət etməməkdə ittiham edib. “Qurbanlara” qarşı nə hörmət, nə də mərhəmət olmadığını bildirən Paşinyan, hətta Azərbaycan ədəbiyyatında belə baş verənlərin təsvirinə qadağa qoyulduğu, bu barədə danışanlara qarşı ciddi təzyiqlərin göstərildiyini bildirib.
Çıxışında 2016-cı ilin aprel döyüşlərini yada salan Paşinyan, bundan sonra ermənilərə qarşı hər hansı zorakılığa imkan verməyəcəklərini bildirib.
Məlumat üçün qeyd edək ki, erməni mediası 1988-1990-cı ildə Bakıda 300-400 nəfər erməninin etnik zəmində məhv edildiyi ilə bağlı məlumatlar yayır ki, bu da tamamilə cəfəngiyyatdır. Azərbaycan nə 1990-cı ilə qədər, nə də Qarabağ müharibəsi gedişində ölkədəki ermənilərə qarşı hər hansı zorakılıq sərgiləməyib. Sadəcə, ermənilər olmayan “Bakı qətliamı” ilə bağlı dünya ictimai rəyində fikir formalaşdırmaqla ölkəmizi beynbəlxalq təzyiqlərlə üz-üzə qoymağa çalışır.
Seymur ƏLİYEV