"Yazılarlar ki, İlham Əliyev böyük sıxıntılar məngənəsindədir. Və təqdir edirlər ki, Xəzərin Cənubi Qafqaz höfzəsinə Qərb şirkətlərinin müstəqil surətdə gətirməsi, Azərbaycanın maraqlarını həyata keçirərkən ayrı-ayrı qonşu dövlətlərlə, beynəlxalq güclərlə hesablaşmaması ona gətirib çıxarıb ki, bu gün, sabah onu hakimiyyətdən salacaqlar. Biz cəmiyyəti yönəltmək missiyasını daşıyan media orqanı belə yazırsa onda başqasını nə gözləyək?"
Bunu Mətbuat Şurasının bugünkü qurultayında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Ə.Həsənova görə, siyasi partiya sədri yeri gəlsə, onu deyə bilər: "Halbuki o da deməməlidir. Çünki o da sabah İlham Əliyevin oturduğu postda oturub həmin situasiya ilə rastlaşa bilər. İlham Əliyevin təlqin etdiyi maraq dövlətin marağıdır. Dövlətin marağını güzəştə gedəndə, əlbəttə, istəsə bu gün öz hakimiyyəti xətrinə istənilən beynəlxalq güclə sazişə gedə, başqa dövlətin maraqlarını təmin edərək öz hakimiyyətinə münasibəti dərhal dəyişə bilər. Amma ortada dövlət, vətən və onun maraqları var. Jurnalistlərə hörmət və ehtiramımızı izhar edərək, əlbəttə bu gün bizim də səhvlərimiz var. Jurnalistlərə bugünkü hakimiyyət qədər müsbət yanaşan ikinci hakimiyyət görməmişəm. Hər halda srağagün bəyanat verənlər, bizi əvəzləməyə çalışanlar vəd edir ki, fərqli düşünənlərin ağzından vuracaq, öz də özü vurub cəriməsini də özü verəcək. Deyib ya deməyib? Deməyibsə deyin. Deyir ki, özüm fərqli düşünənlərin, xüsusən də bu iqtidarı müdafiə edənlərin ağzından vuracam, məsuliyyətini daşıyacam. Məsuliyyət ağzından vurmağa görə min manat cərimədir. Deməli, vuracaq, büdcədən min manat götürüb verəcək. Ayıb deyilmi? Həmin qəzetlər də belə adamı təbliğ edir. Gəlin, layiqli namizədi təbliğ edək! Öz hisslərini idarə edə bilməyən, qisasçılıq zəminində hakimiyyətə can atan, "mənə onu vermədilər, görərlər nə edərəm" deyən və 3 il bundan qabaq dediklərini danan adam indi tamam fərqli mövqedədir. Öz də hamı bilir ki, niyə belə edir. O adama vermədiklərimizi versək, dəyişəcək əlbəttə. 20 ildir bu müxalifət hakimiyyət gözləyir. Bircə günün içərisində namizədliyi bir adama verdilər ki, gəl hakimiyyətə gəl, biz də görək neynəyirik. Belə müxalifətçilik olar qardaş?"
Ə.Həsmov qeyd edib ki, müxalifət missiyalarını başqalarına verməkdə sərbəstdilər: "Müxalifətin vəzifəsi hakimiyyət uğrunda sağlam mübarizə aparmaqdan ibarətdir. Müxalifət hakimiyyət uğrunda mübarizəsini dayandırdığı gün istefa verməlidir və elan etməlidir ki, bu partiya artıq yoxdur. Gözləyək kimsə gəlsin hakimiyyəti bu iqtidardan alıb versin bizə, sonra özümüz paylaşarıq. Kim gəlir məqbuldur. Missiyaya baxın. Hətta Azərbaycanın əleyhinə işləyən qüvvələr gəlsin, İlham Əliyevdən hakimiyyəti alıb versin. Azərbaycan mediasından bütövlükdə razıyıq, cənab prezident də razıdır".