Bakı Metropoliteninin “Avtovağzal” stansiyasında qatarların hərəkəti üçün nəzərdə tutulmuş stansiya yolu platformadan xüsusi şüşə təbəqə ilə ayrılacaq.
Metropolitendən “APA-Economics”ə verilən məlumata görə, platformada təhlükəsizlik qapıları adlandırılan bu qapılar stansiyanı qapalı tipli edəcək və bununla da sərnişin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək.
Xatırladaq ki, metropolitenin “Avtovağzal” stansiyası təxminən 1 ilə təhvil veriləcək. Bakı
Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq.