Xəbər verdiyimiz kimi bu gün Bakının Yasamal Rayonunda yerləşən “Üç Tac” yaşayış kompleksində intihara cəhd hadisəsi yaşanıb.
Moderator.az ərazidə yaşayan sakinlərdən öyrənib ki, intihar etmək istəyən şəxs Tacikistan vətəndaşıdır.
Psixoloqların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının 2 saatdan çox səy göstərmələrinə baxmayaraq, intiharçı özünü 24 mərtəbəli binanın 9-cu mərtəbəsindən atıb. Amma onu son anda Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasedicilər qrupunun əməkdaşı Yusif Haşimov xilas edib.
İntihara cəhd edən şəxsi daha sonra polis maşınına otuzdurularaq ərazidən uzaqlaşdırıblar. İntiharçı polis maşınına otuzdurulan zaman rus dilində “Xahiş edirəm məni döyməyin, öldürməyin məni” deyərək qışqırırmış.
Moderator.az ətrafdakılara həyəcanlı anlar yaşadan həmin şəxsin fotosunu təqdim edir.
Xəyal Əzizov