Son zamanlar Milli Şurada müzakirə olunan əsas məsələlərdən bir di Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizəd olaraq qalmasıdır. Xatırladaq ki, Müsavat partiyası bu qurumda təmsil olunur və Rüstəm İbrahimbəyovu vahid namizəd kimi tanıyır. Amma son günlər İsa Qəmbərin öz namizədliyindən geri çəkilməməsi tərəflər arasında mübahisələrə yol açıb.
Məsələ ilə əlaqədar olaraq
Moderator.az-ın sualını cavablandıran AXCP sədr müavini Nurəddin Məmmədlinin sözlərinə görə, o bu məsələdə Rüstəm İbrahimbəyovun mövqeyini dəstəkləyir:
“Mən bütövlükdə Rüstəm İbrahimbəyovu dəstəkləyirəm. İsa bəy bildirib ki, onun Müsavat məclisi tərəfindən prezidentliyə namizəd göstərən qərar qüvvədə qalmaqdadır. İsa bəyin bu açıqlamasına İbrahimbəyov çox ciddi arqumentlərlə cavab verib və biz İbrahimbəyovun mövqeyini dəstəkləyirik”
Xəyal Əzizov