Xəbər lenti
04/12/2020 [18:12]:
Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO
04/12/2020 [17:56]:
“Ermənilər Kəlbəcərdən apardıqları qızılın pulunu qaytarmalı olacaqlar...“
04/12/2020 [17:50]:
ATƏT-ə yeni baş katib təyin olundu
04/12/2020 [17:49]:
Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO
04/12/2020 [17:34]:
1 dəqiqəlik sükutun hüznlü tarixi – Azərbaycan ildə iki dəfə 1 dəqiqəlik sükuta qərq olurdu, gələn il üç dəfə olacaq
04/12/2020 [17:22]:
Dənizçilər anım dəqiqəsinə qoşuldu - VİDEO
04/12/2020 [17:17]:
Naxçıvan yolundan sonra Zəngəzur, və... - Türk mütəxəssisdən SENSASİON AÇIQLAMALAR
04/12/2020 [17:11]:
Azərbaycan Fransaya nota verdi
04/12/2020 [16:53]:
İşğalçını qovan Azərbaycanın koronavirusa qarşı mübarizədə rolu - FOTO
04/12/2020 [16:50]:
Sabiq icra başçısı vəfat edib
04/12/2020 [16:45]:
Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub
04/12/2020 [16:43]:
“Qarabağda Rusiya hərbi bazası qurulmayacaq,  amma...”-Hərbi ekspert
04/12/2020 [16:43]:
Qisas qiyamətə qalmadı...
04/12/2020 [16:36]:
Güllə atılırdı, əsgərimiz başını əymədən hücuma keçirdi - Qazi
04/12/2020 [16:28]:
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
04/12/2020 [16:23]:
Azərbaycanda koronavirusa təkrar yoluxma var, xəstə sayı 2-3 dəfə arta bilər - XƏBƏRDARLIQ
04/12/2020 [16:22]:
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terror aktlarından yazıb
04/12/2020 [16:20]:
“Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik...”
04/12/2020 [16:16]:
“Zori Balayana camaatın gözü qarşısında elə işgəncə vermək lazımdır ki..”
04/12/2020 [16:08]:
Türkiyə Prezidenti: "Gələn həftə Azərbaycana səfər edəcəyəm"
04/12/2020 [16:07]:
"İlham Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram"
04/12/2020 [16:03]:
Azərbaycanda daha 4267 nəfər COVID-19-a yoluxub, 2566 nəfər sağalıb, 41 nəfər vəfat edib
04/12/2020 [16:01]:
“30 ilə yaxın həsrəti ilə yaşadığımız cənnət məkanımızda dərs deməyin özü şərəfdir”
04/12/2020 [15:54]:
Evdə dalaşıb hava almağa çıxan kişi 420 km piyada yol getdi - FOTO
04/12/2020 [15:50]:
İşığı-ziyası ilə məlhəm olan adam...
04/12/2020 [15:43]:
Erməni diplomatlar Paşinyanın istefasını istəyir
04/12/2020 [15:40]:
İsmayıllıda yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb
04/12/2020 [15:37]:
Ankarada Vətən müharibəsi şəhidləri yad edilib - FOTO
04/12/2020 [15:35]:
Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB
04/12/2020 [15:34]:
“Mən şəhid olmasam, oğlum olar” - VİDEO
04/12/2020 [15:32]:
Şuşa qalasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO
04/12/2020 [15:30]:
““Vətən Müharibəsi Qəhrəmanı” adının Prezident İlham Əliyevə verilməsini təklif edirəm”
04/12/2020 [15:26]:
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq!
04/12/2020 [15:24]:
Gömrük Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
04/12/2020 [15:22]:
Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK
04/12/2020 [15:17]:
Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO
04/12/2020 [15:06]:
Mehriban Əliyeva: "Onlar bizim qəlbimizdə daim yaşayacaq"
04/12/2020 [14:57]:
“Azərbaycan Ordusunun uğurlu əməliyyatları və yeni şəraitdə vəzifələrimiz” mövzusunda videokonfrans keçirilib
04/12/2020 [14:54]:
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - VİDEO
04/12/2020 [14:52]:
Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ
04/12/2020 [14:52]:
"Müharibə ərəfəsində 2 zəfər marşı yazmışam, biri Baba Vəziroğlunun, digəri isə..."
04/12/2020 [14:45]:
Trampın qızı Baş Prokurorluqda dindirilib
04/12/2020 [14:44]:
“Polad Həşimova yazdığım şeiri təqdim edəndə bəstəkar dedi ki, mənə hay-küylü mahnı mətni lazımdı”
04/12/2020 [14:44]:
"Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb"
04/12/2020 [14:25]:
Tarix yazan şəhidlərimizi qürurla anırıq!
04/12/2020 [14:12]:
“Türk dünyası “Vikipediya”da layihəsi çərçivəsində bir ay ərzində 60-dan çox məqalə yaradılıb
04/12/2020 [14:09]:
“Vətən müharibəsi dövründə ölkə mediasını rolu” mövzusunda elmi seminar keçirilib
04/12/2020 [13:43]:
Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı
04/12/2020 [13:41]:
“Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur”
04/12/2020 [13:39]:
Dağ Yəhudiləri Dini İcması şəhidlərin xatirəsini yad etdi – VİDEO
04/12/2020 [13:38]:
İstanbuldan ilk yük qatarı Çinə yola düşüb
04/12/2020 [13:37]:
Şəhidlərimizin ruhu qarşısında baş əyirik! - VİDEO
04/12/2020 [13:32]:
“Günəşli” faciəsindən 5 il keçdi
04/12/2020 [13:31]:
“8 noyabr zəfərində ən böyük pay sahibi şəhidlərimizdir”
04/12/2020 [13:25]:
“İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam
04/12/2020 [13:24]:
Xızı və Siyəzəndə şəhidlərin xatirəsi yad edilib - VİDEO
04/12/2020 [13:19]:
Yaşayış yerini qanunsuz tərk edən aktiv COVİD-19 virusunun daşıyıcıları barədə cinayət işi başlanıldı
04/12/2020 [13:17]:
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı
04/12/2020 [13:13]:
Günel Hümbətova: “Şəhid övladlarının boyunlarına “yük” yığmayın ki...”
04/12/2020 [13:09]:
Xaçmaz və Qubada şəhidlərin xatirəsi anılıb - VİDEO
04/12/2020 [13:05]:
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, vəhdət namazı qılınıb - FOTO
04/12/2020 [13:03]:
Ana Vətən Partiyasının Qadınlar Şurası Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi
04/12/2020 [13:01]:
Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək...
04/12/2020 [12:59]:
Sabahdan havanın temperaturu düşəcək
04/12/2020 [12:55]:
“Qarabağı nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik”
04/12/2020 [12:49]:
Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ
04/12/2020 [12:43]:
“Kamal Abdullanı Şuşaya görə təbrik etməməyim mənim səhvimdir...”
04/12/2020 [12:39]:
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər - FOTO
04/12/2020 [12:34]:
Şəhid Xudayarın ailəsi üçün ev tikiləcək
04/12/2020 [12:32]:
“Paşinyan sərxoş halda əmr verirdi ki,  Lələtəpəni alın, sizə general adları verəcəm...”
04/12/2020 [12:31]:
BDU-nun gənc müəllimləri tədris prosesinin təşkilindən danışır - FOTO
04/12/2020 [12:25]:
Afrikanın aparıcı neft şirkətinin zavodunda partlayış - VİDEO
04/12/2020 [12:22]:
Prezidentin köməkçisindən şəhidlərlə bağlı paylaşım
04/12/2020 [12:15]:
Restoranlarda bir neçə toy məclisi keçirilib, polis araşdırmalara başladı
04/12/2020 [12:11]:
Azərbaycan əsgərləri Xankəndidədir
04/12/2020 [12:07]:
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
04/12/2020 [11:53]:
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
04/12/2020 [11:52]:
“Bizim də bir məzunumuz Füzulidə şəhid oldu, diplomunu qardaşına verdim..."
04/12/2020 [11:50]:
Vətəndaşlar Şəhidlər xiyabanını ziyarət edir, Vətən müharibəsi şəhidlərinə ehtiramlarını bildirirlər
04/12/2020 [11:47]:
“Memorial kompleksdə Azərbaycan-Türkiyə qardaşlığını ifadə edən xüsusi guşə yaradılsın”
Bütün arxiv bir sırada
08/01/2020 [20:19] - Köşə - ( 2795 dəfə baxılıb)

“Nə İran aşiqi olaq, nə Amerika,  nə də Rusiya – Allah aşiqi olaq ki..”

“O, qurtuluşumuz və Qarabağın azadlığı üçün bizlərə doğru yolu göstərsin...”
“ABŞ nəfsimizin, tamahımızın dostu olduğundan biz ona daha çox meyillənirik...”
Sultan Laçın

ABŞ-ın qoymaağıllı prezidenti Donald Trampın əmri ilə İranın məşhur generalı Sərdar Qasım Süleymaninin raket zərbəsi ilə qətlə yetirilməsinə Azərbaycanda müxtəlif cür reaksiyalar oldu. Özünü sırf şiə əqidəli müsəlman sayanlarımız bu generalı şəhid hesab edir və onun üçün yas saxlayır, hətta hüzn mərasimləri də keçirirlər. Digər bir qrup isə əksinə, İslam-türk dünyasının açıq düşməni olan  ABŞ-ın iranlı generalı öldürməsinə sevinir, şadlanırlar. Böyük əksəriyyət isə bir çox hadisələr kimi, general Süleymaninin qətli xəbərini eşitsələr belə, buna laqeydliklə, heç  bir reaksiya vermədən yanaşırlar.  Belələri hətta Azərbaycan əsgərinin ermənilər tərəfindən şəhid edilməsinə də eyni cür reaksiya verirlər...

***

Bəs özünü müsəlman hesab edən əsl Azərbaycan vətəndaşının İran generalının Tramp tərəfindən öldürülməsinə reaksiyası necə olmalıdır?..

***

Bu suala cavab vermək üçün öncə  bizim ən böyük düşmənimizin kim olmasını bilməliyik. Əgər biz Allaha inanır və özümüzü müsəlman sanırıqsa, onda bu dünyadakı, həyatımızdakı hər şeyə Quran və Peyğəmbər(s) hədisləri məntiqi ilə yanaşmalıyıq. Və həmin məntiqlə insanın ən böyük düşməni onun “iki böyrəyi arasındakı əmmareyi-nəfsidir”... Bəli, dərindən düşünəndə doğrudan da ən böyük düşmənimizin öz nəfsimiz, tamahımız, şəhvətimiz olduğu anlaşılır. Çünki  əsasən onların ucbatından başımız bəlalar çəkir, xarici düşmənlər bizləri məğlub edir, torpaqlarımız işğal olunur...

***

Dünya həyatımızda tətbiq etdiyimiz daha bir məntiq var: düşmənimin dostu - mənim düşmənim, düşməni isə dostumdur... Nəfsimizin, tamahımızın dostu, yəni onu Allah, haqq, dürüstlük, səmimilik yolundan çıxarıb Şeytan yoluna, haqsızlığa, çoxüzlülüyə, saxtakarlığa, kələkbazlığa, dələduzluğa və s. sürükləyən kimdir, kimlərdir? Əlbəttə ki, Şeytan özü və onun yer üzündəki canişinləri, şeytanpərəst məxluqlar, kafirlər, münafiqlər, müşriklər... 

***

Bəs nəfsimizin, tamahımızın düşməni kimdir?.. Vicdanımız və onun mənbəyi olan Allah, Onun Peyğəmbərləri, səmavi Kitabları,  Onun sonuncu Kitabı olan Qurani-Kərim, sonuncu Peyğəmbərinin (s) gerçək hədisləri və eləcə də Azərbaycan xalqına, o cümlədən türklərə məxsus törələrimiz, milli-mənəvi, əxlaqi dəyərlərimiz... Bunlar bizləri daim haqq yoluna, döğruluğa dürüstlüyə, səmimiliyə, imana, ixlasa yönəldir...  Bu məntiqlə yanaşdıqda bizi Allahdan, Qurandan, Peyğəmbərmizdən(s) uzaqlaşdırmağa çalışan hər kəs, hər nə varsa, nəfsimizin dostudur... 

***

Ətrafımıza baxaq; bizləri əxlaqsızlığa, mənəviyyatsızlığa sürükləyən hansı nəsnə və amillərdir və onlar əsasən haradan qaynaqlanır?.. Son onilliklərdə Azərbaycana sırınan əndrəbadi və biabırçı qadın və kişi geyimləri, saç düzümləri,  “fəstfud” qidalar, spirtli və spirtsiz çeşidli içkilər, eləcə də həvəslə seyr etdiyimiz, inanc hədəflərimizi azdıran, psixolojimizi korlayan  qondarma fantastik və erotik filmlər, bəzilərinin xəstəsi olduğu biabırçı porno-filmlər, oxuduğumuz populyar şou-biznes xəbərləri və s. Bunlar hamısı Qərb, ABŞ, Avropa “mədəniyyəti”nin təzahürləridir... 

***

Gündəlik həyatımızda evdə, küçədə qarşımıza çıxan çox şey: xəbərlər, filmlər, telekanallardakı, internetdəki, küçələrdəki reklamlar, yarıçılpaq, bayağı geyimli qadın və cinsi bəlli olmayan aparıcı, şoumen və artistlər, adi qadın və kişi geyimlərinin etiketləri, polietilən torbalar üzərindəki yarıçılpaq qadın təsvirləri  - hər şey, hər şey kişi və qadınlarda qarşılıqlı şəhvət hissini oyatmaqla nəfsini idarə edə bilməyən əksəriyyəti əxlaqsızlığa, zinakarlığa, fahişəliyə meyilləndirir... Son onilliklərdə ailələrdə baş verən gözlənilməz anti-milli, anti-İslami səpkidə, formatda baş verən qarşıdurmalar, boşanmalar, zorakılıqlar, qətllərin və s. əsas səbəblərindən biri də sadalanan nəsnə və amillərdir...

***

Və yaxud mənəvi və iqtisadi-sosial sahədə Allahın, İslamın qoyduğu qadağalar; yalandan, qeybətdən, ikiüzlülükdən haram qida və içkilərdən, sələmlə, kreditlə yaşamaqdan,  uzaq durmaq... 

***    
Bizlər görürük ki, nəfsimizin dostu olan Qərb “mədəniyyət”i, “demokratiya” deyilən ideoloji, iqtisadi sistem yuxarıda sadalanan bütün rəzilliklərə görə insanı qınamır, əksinə ona bu sahədə azadlıq verir. Yəni, ərazisində yaşadığımız hər hansı dünyəvi(!) dövlətin qanunları pozmadan necə yaşayırsan-yaşa;  pul qazanmaq üçün haram qida və içkilərin alverini et, yalan danış, ikiüzlülük, saxtakarlıq, dələduzluq et, sələmə, kreditə pul ver, yaxud əksinə, özün götür,  doyunca alkoqollu içkiləri və yaxud enerji içkiləri içərək əyyaş ol, donuz əti, kolbasa, sosiska ye,  “SPİD”-ə-filana yoluxmamaq üçün reklam edilən qoruyucu taxmaq şərti ilə istəyirsən, lap 13-14 yaşından qarşı cinsin nümayəndələrindən kiminlə istəyirsən, harada istəyirsən, ünsiyyətdə, sonra da cinsi əlaqədə ol, yəni zinakarlıq, fahişəlik et və s. və i.a. 

***
Amma Allah, İslam, Peyğəmbərimiz(s), Quranımız isə bizləri bütün bu sadalanan əxlaqsızlıqlardan və haramlardan çəkindirir. Və  Allaha imanı olmayan və ya iradəsi, imanı zəif  olan adamları İslamdan qaçırdan, onları anti-İslam mövqedən çıxış etməsinə əsas səbəb məhz budur...

***

Avropa, Amerika bir yana, müsəlman hesab edilən bir sıra ölkələrdə, o cümlədən Azərbaycan və Türkiyədə bir sıra gənclər, hətta akademik savadlı, təhsilli akdemik və professorlar İslamdan niyə qaçırlar? Ona görə ki, dediyimiz kimi, İslamda bir çox qadağalar var. Çoxları Qərbdən gələn bütün bu təbliğat güclərinin sayəsində nəfslərinə uyaraq halal-haram bilmədən yeyib-içib, gəzib yaşamağa qərar verirlər. Bu cür insanlar araqsız, şərabsız, pivəsiz, zinasız, kreditsiz, sələmsiz həyatlarını təsəvvür edə bilmirlər. Və  belə iradəsiz məxluqlar nəfslərinə qalib gəlib  Allahımızın qanunlarına tabe ola bilmədikıərindən başlayırlar İslamı pisləməyə... Onu cəmiyyəti geriyə, cəhalətə sürükləməkdə qınamağa... 

***

Bir sözlə, Qərb sivilizasiyası, ABŞ, Avropa kütlə psixologiyalı, imansız insanların nəfsi ilə dost, ruhu ilə düşməndir.... Və Qurani-Kərimdə də deyildiyi kimi, əksəriyyət nəfsinə qul olub şeytanın yolu ilə getdiyindən bu “mədəni”, “modern” sivilizasiya planetin əksər hissəsinə hakim olaraq öz bildiyini edir... “Demokratiya”, “qloballaşma” adı altında müxtəlif rəngli inqilablar, “ərəb inqilab”ları törədir... Ölkələri vətəndaş qarşıdurması, savaş meydanına çevirərək qan çanağına döndərir və xüsusən müsəlmanların və ayrıca türklərin kütləvi qətliam və soyqırımlarına şərait yaradır...

***

Qərb sivilizasiyasının sırf elmi-texniki baxımdan  üstünlüklərini qətiyyən inkar etmirik. Bəli, bu gün bu yazını da yazdığımız bilgisayar, kompüterlər, noutbuklar, mobil telefonlar, müxtəli məişət cihazları, avtomobillər, uçaqlar və s. əsasən Avropa, Amerika sivilizasiyasının məhsuludur... 

***

Amma əvvəla, unutmaq olmaz ki, bir  sıra elmi kəşflərin təməlində orta əsrlərdə yaşayıb-yaratmış, amma sonradan məhz Avropa və ABŞ-ın ikiüzlülüyü sayəsində unutdurulmuş müsəlman alimləri də dayanıb. Qərb alimləri onların  əlyazmalarından yararlanaraq onları yandırıb və yaxud gizlədib...

***

İkincisi də, Avropa, Amerika bütün bu texnoloji yeniliklərlə biz müsəlmanları, türkləri, eləcə də digər xalqları onlara canı yandığı üçün təchiz etməyib. Burada  ticari maraqlardan daha çox siyasi, strateji maraqlar var... 
Öncələr də dediyimiz kimi, transmilli oliqarxiya, super güclər rahatlıq hesab etdiyimiz bu nəsnələr vasitəsilə bizləri, bütün bəşəriyyəti asanlıqla idarə olunan, hər qəlibə yatan, dini, milliyyəti, cinsiyyəti, ata-anası bəlli olmayan amorf bir kütləyə çevirməyi planlaşdırırlar...

***

Xülasə, belə nəticəyə gəlirik ki, Yer üzündəki biz müsəlmanların, o cümlədən müsəlman olan türklərin, tatarların, qazaxların, uyğurların,  kürdlərin, talışların, ləzgilərin, avarların, lazların, çərkəzlərin, farsların, ərəblərin və s.  nəfsinin ən böyük dostu,  və deməli, ən böyük düşmənimiz ABŞ, Böyük Britaniya, Avropa    başda olmaqla Qərb sivilizasiyasını, eləcə də  Rusiya və İsraili məhvimizə yönləndirən anqlosaks, sionist super güclərdir...  
Amma təəssüf ki, bu gün ölkəmizdə kifayət qədər Amerika, Avropa və Rusiya aşiqi var ki, onların varlığı ümummilli əqidə və  düşüncə sistemimizi tənəzzüldən xilas etməyə imkan vermir...

***

Bütün bu təhlilləri apardıqdan sonra qayıdırıq öncəki sualımıza: bizlərin müsəlmanlara, türklərə düşmən, amma nəfsimizin dostu olan ABŞ prezidentinin əmri ilə öldürülmüş  general Qasım Süleymani və onun mənsub olduğu Tehran hakimiyyətinə münasibəti necə olmalıdır?..

ABŞ nəfsimizin dostudursa, bəs İran nəyimizdir?.. İran rəhbərliyinə və generallarına nifrət etməliyiksə, Trampı sevməliyik?..

(Davamı var)

Sultan Laçın

loading...
Qisas qiyamətə qalmadı...
“Zori Balayana camaatın gözü qarşısında elə işgəncə vermək lazımdır ki..”
Günel Hümbətova: “Şəhid övladlarının boyunlarına “yük” yığmayın ki...”
"Bir tərəfdən Belçika Avropada yeganə fransız dilli ölkədir, digər tərəfdən..."
"İstərdim ki, Türkiyə ordusu hər zaman Azərbaycanla birgə olsun, həm göydə, həm yerdə, həm ürəkdə"
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Siyasət
“Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik...”
Cəmiyyət
Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO
Gündəm
“Qarabağı nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik”
Cəmiyyət
“Ağdama getmək istəyirdim, amma onların minaya düşməsindən sonra qoymadılar...”
Cəmiyyət
"Nə qədər ağır olsa da bütün şəhidlərin adları açıqlanmalıdır, tanınmaq onların haqqıdır"

Həftənin ən çox oxunanları
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
Balasanyanın “Artsax Ordusu” planı, sülhməramlılar və bizim limitimiz haqqında...
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” + VİDEO
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
İsti su ilə limon virusu ağciyərə çatmadan öldürür... - HƏKİM MƏSLƏHƏTİ
Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım: "Böyük bir müharibə başlaya bilər...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247