Novxanı çimərliyində vətəndaşlara pullu xidmət göstərən qanunsuz dayanacaqların sayı sürətlə artmaqdadır. Moderator.az-ın apardığı araşdırmadan bəlli olub ki, çimərlik ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələri tərəfindən yaradılan bu dayanacaqların hamısı qanunsuz fəaliyyət göstərir və onların heç biri dövlət büdcəsinə bir qəpik də olsun vergi ödəmir.
Dayanacaq ərazisinə daxil olan hər avtomobildən 1 manat məbləğində “xidmət haqqı” alan dayanacaq əməkdaşları avtomobillərə, habelə avtomobillərdən baş verən oğurluq hadisəsinə görə də hər hansı məsuliyyət daşımadıqlarını bildirirlər. Digər bir əcaiblik isə çimərlikdəki bütün əsas ərazilərin qanunsuz dayanacağa çevrilməsi və çimərlik ərazisində ödənişsiz avtomobil saxlamağın mümkünsüzlüyüdür. Bu isə o deməkdir ki, şəxsi avtomobili ilə çimərliyə gələn və pullu dayanacaqlardan istifadə etmək istəməyən hər bir vətəndaş, öz maşınını çimərlikdən bir xeyli aralıda saxlamaq və yüz metrlərlə yolu piyada qət etmək məcburiyyəti qarşısında qalacaq.
Şamil