Son günlər Novxanı bağlarında qurulan mühafizə postlarının sayı sürətlə artmaqdadır. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, bağ yolları arasında mühafizə postlarının sayının sürətlə artmasına səbəb “mühüm adamlar”ın Novxanı bağlarındakı villalarına köç etməsidir:
“Yayın gəlişi ilə əksər dövlət məmurları və iş adamları bağ evlərinə köç edib ki, bu da az qala hər 100-200 metr məsafədə bir mühafizə postunun meydana gəlməsinə səbəb olub. Yolların giriş hissəsində qurulan bu postlarda əraziyə daxil olan avtomobillərin sürücüləri sorğu-suala tutulur, onlardan hansı ünvana getdiklərini öyrənilir, habelə vətəndaşların sənədlərinə baxış keçirilir. Bu isə sadə vətəndaşlar tərəfindən ciddi narazılığa səbəb olur. Vətəndaşlar hesab edir ki, əgər hansısa “mühüm adam” öz təhlükəsizliyindən belə narahatdırsa, o zaman məlum mühafizə postlarını ümumi yolun başlanğıcına deyil, öz villasının qarşısına qoydursun. Bu, başqa vətəndaşları yersiz yerə narahat etməmək baxımından da məqsədəuyğun olar”.
Şamil