Hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun müxalifəti yarı yolda qoyacağına eyham vuraraq, bu seçimin yanlış olduğunu iddia edirlər.
Səsləndirilən bu fikirlərlə bağlı Moderator.az-ın sualını cavablandıran AXCP sədrinin müavini Fuad Qəhrəmanlı iqtidar nümayəndələrinin səsləndirdiyi fikirlərin əsassız olduğunu söyləyib:
“Rüstəm İbrahimbəyov ənənəvi “susan ziyalılar” mövqeyini dəyişərək xalqın problemlərini dilə gətirməyə başladı, cəmiyyətin dərdini bölüşən müxalifət partiyaları ilə əməkdaşlıq etdi və bu gün o haqlı olaraq Milli Şuranın vahid namizədidir. İqtidar nümayəndələri bu günə kimi bütün vədlərinə xilaf çıxıblar və özlərinə xarakterik olan bir halı Rüstəm bəyə deməklə özlərini pis vəziyyətə qoyurlar. Müxalifətin artıq vahid namizədi müəyyən olunub. İqtidar isə hələ də öz namizədi məsələsində konkret qərara gələ bilməyib. Yaxşı olar ki, onlar gedib öz problemləri ilə maraqlansınlar”
Xəyal Əzizov