2013 seçkisinin özünəməxsusluğu
Köşə
Oxunub: 7708
03 Jul 2013 | 11:48
2013 seçkisinin özünəməxsusluğu

Səsvermə qutusundan kimin adının çıxması, nədənsə mənə foksçunun kağızı pula çevirməsini, ya da uduşlu içki şüşələrinin - içərisində “bəxtinizi bir daha sınayın!” yazılmış qapaqlarını xatırladır. Nəticənin dəyişməyəcəyini bilə-bilə ümid insanları  özlərini növbəti dəfə inandırmağa sövq edir. İnsan qruplarına balaca bir hədiyyə deyil, geniş imkanlar, yüksək imtiyazlar vəd edən siyasi seçimlər də, elə eynən bunun kimidir.

2013-cü ilin prezident seçkisinə qədər olan vaxt daraldıqca, siyasi düşərgələrdə həyəcanlı ürək döyüntüləri artır. Hər iki qütbdən olan qüvvələrin namizədlərinin kimliyi əsasən, məlumdur. Amma bu məsələ ətrafında hələ də davam edən gərgin  müzakirələr bu dəfəki seçkilərin əvvəlkilərdən xeyli fərqli, özünəməxsus bir tərzdə baş tutacağını söyləməyə əsas verir. Nədir 2013-cü il seçkisinin özünəməxsusluğu?!

Bu, ilk növbədə, müxalifətin  indiyədək baş tutmayan birliyində, yəni seçkiyə vahid namizədlə qatılmasında özünü büruzə verir. Bunu da şərtləndirən bir sıra amillər var. Uzun illər “mehriban düşmən” imici ilə Azərbaycanda müxalif qütbün əsas nüvəsini təşkil edən AXCP və Müsavat rəhbərlərinin bu seçkidə iddialarından bir addım geri çəkilib görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovun vahid namizədliyi ətrafında birlik tərəfdarları kimi davranmalarında hər iki partiyanın siyasi liderinin mənfəətini görməmək mümkün deyil. İndiyə qədər ayrı-ayrılıqda qatıldıqları əvvəlki seçkilərdən fərqli olaraq Rüstəm İbrahimbəyov amili onlara növbəti seçkilərin acı məğlubiyyətindən özlərini sığortalamaq və növbəti illərdə də müxalifətin iki aparıcı lideri mövqeyini qorumaq imkanı verir. Yəni, səsvermənin nəticələrindən asılı olmayaraq vəziyyət  nə Əli Kərimlinin, nə də İsa Qəmbərin əleyhinə işləyəcək. Əksinə, onlar indiyə qədər müxalifəti parçaladıqlarına görə barələrində formalaşmış münasibətdən, şəxsi mənfəətlərini xalqın maraqlarından üstün tutmaq tənələrindən yaxa qurtarmış olacaqlar. Siyasi səhnədə daha inamlı və uğurlu rollarda görünərək, siyası karyeralarının ömrünü uzadacaqlar.

Amma bütün ölkə proletarlarının Rüstəm İbrahimbəyov ideyası ətrafında birləşməsi təkcə müxalifətin mümkün məğlubiyyətinə irəlicədən günahkar axtarışı niyyətindən doğmur. Bu, həm də müxalifətə səhranın bəyaz günəşindən kölgələnərək, bundan sonra qeyri-ənənəvi qüvvə ilə, yəni Rusiya ilə də işləmək perspektivi açır.  Aparıcı müxalifət partiyaları Qərbpərəst imiclərini qorumaqla Rusiyanın rəsmi Bakı ilə indiki müvəqqəti incikliyindən birbaşa olmasa da, dolayı yararlanmaq imkanı əldə edirlər. Real vəziyyət bir güllə ilə 2 dovşan vurmağa bənzəyir. Həm Avrointeqrasiya yönümlü  bəyanatlar verərək Qərblə gələcək əməkdaşlığı təmin edirsən, həm də Milli Şura ilə seçkilərə qatılaraq qələbənin təminatı üçün Rusiya texnologiyasından da imtina etmirsən, niyə də olmasın?  

Milli Şuranın Rusiyanın layihəsi olub-olmaması barədə ziddiyyətli bəyanatlara rəğmən, görünən odur ki, bu dəfə Kremlin maraqları müxalifətə doğru  meylənməkdədir. Özü də bu meylin işartıları  hələ 2012-ci ildə Rusiyanın populyar və çoxtirajlı nəşrlərindən biri, “Arqumentı i faktı” qəzetinin həftəlik versiyası olan “Arqumentı nedeli” qəzetinin Əli Kərimli ilə dərc etdiyi müsahibəsindən sezilir. Bu müsahibədə Əli Kərimlinin Rusiya hakimiyyətinin yeni çağırışlarına konstruktiv yanaşmaları, bu ölkənin dünyaya yaxşı tərəfdaş kimi lazımlılığı barədə fikirləri, Rusiyanın bizim dostumuz olaraq qalacağını vurğulaması elə Azərbaycan müxalifətinin də üzü şimala doğru çevirməkdə az maraqlı olmadığını göstərir. Həyat və fəaliyyəti ilə Rusiyaya sıx bağlı olan Rüstəm İbrahimbəyov amili isə Azərbaycan müxalifəti və Kreml üçün də ən azından seçkiərəfəsi vəziyyəti dramatikləşdirmək üçün ən uğurlu seçimdir.

Amma bütün bunlar müxalifətin vahid namizədi missiyasını üzərinə götürmüş Rüstəm İbrahimbəyovun şəxsində qələbə üçün yetərlidirmi?! Seçkidə qalib gəlməkdən ötrü bir yerə toplaşıb yığıncaqlar keçirməklə, vahid namizəd irəli sürməklə iş bitmir. Müxalifət seçki komissiyalarında real gücə malik olmalıdır. Amma bu gün seçki komissiyalarında Milli Şuradakı partiyaların təmsilçiləri yoxdur. Bu zaman sual doğur, seçki günü səsvermənin nəticələri hər hansı   formada saxtalaşdırılacağı zaman komissiyalarda bu hallara qarşı kim çıxacaq?! Eyni zamanda indiyə qədər ədəbiyyat, kino sahəsində qazandığı yerli və beynəlxalq titullar sıravi Azərbaycan vətəndaşının küçələrə çıxıb Rüstəm İbrahimbəyovun qələbəsi üçün dəyənəyin altına yüyürməsinə yetəcəkmi?!

Öz peşəkar maraqlarına uyğun olaraq dünənki düşmənlərlə dost, dostlarlasa düşmən olmağı asanlıqla bacaran siyasi liderlərdən fərqli olaraq sıravi vətəndaş həqiqətləri heç zaman unutmaq istəmir. Rüstəm İbrahimbəyovun uzun zamanlar  Heydər Əliyevin və prezident İlham Əliyevin fəal təbliğatçısı olması, illər əvvəl baş verən gərgin siyasi proseslərə seyrçi yanaşması, yalnız şəxsi, adının hallandığı məsələlərdə mənafeyinə toxunulmasından sonra belə fəallaşması sıravi azərbaycanlının nəzərində onun tam səmimi qəbul olunmasına imkan vermir. Hələ də çoxları şübhələrlə baş-başadır: əcəba, Rüstəm İbrahimbəyovu indiki hakimiyyəti islah etmək məqsədindən dəyişmək qərarına qədər qəzəbləndirən nədir?! Özünün dediyi kimi, ölkədəki ağır vəziyyəti dəyişmək, qanunusuzluqların qarşısını almaq istəyimi, yoxsa 2008-ci ildən başlayaraq “Kino evi”, Kinemotoqrafçılar İttifaqı,  “Şərq-Qərb” festivalı ətrafında yaradılan xoşagəlməz vəziyyət, mülkünün əlindən alınmasımı? Əgər böyük kino xadimini buna vadar edən, doğurdan da, vicdanının səsidirsə, onda bu səsə gərək, seçicilər də səs verə. Amma necə?!

Sirr deyil ki, bizim camaat arasında ən ciddi problemlərdən biri əhalinin  seçkidə iştirakı ilə bağlıdır. Hətta insanlar kütləvi şəkildə seçki məntəqələrinə gəlsələr belə, sadəlövh kütlə üçün pul, yağ, qənd və s. bu kimi kiçik də olsa real təkliflər uzunmüddətli rifahı təmin edən siyasətdən daha önəmli olur. 1992-ci ildə Nizami Süleymanovun efirdən verdiyi şirin vədlərin, daha yaxın keçmişdə qonşu Gürcüstanda İvanişvili tərəfdarlarının payladıqları pulların yaratdığı vəziyyəti dəyərləndirə bilməmək üçün gərək tarixdən bixəbər olasan. Ona görə də hətta tam demokratik seçkinin belə hansı nəticə ilə tamamlanacağını təsəvvür etmək olmur.  Digər tərəfdən, belə bir sual üzərində də düşünməyə bilmirsən, müxalifətin vahid namizədi seçkidən məğlubiyyətlə ayrıldığı halda AXCP-nin, Müsavatın əzabkeş tərəfdarları indiyə qədər öz liderlərinin məğlubiyyətində olduğu sayaq Rüstəm İbrahimbəyovu da küçələrdə, meydanlarda eyni şəkildə müdafiə edəcəklərmi, onun yolunda həbsə düşməyə razılaşacaqlarmı?!

Başqa bir məqam da açıq qalır. Heç kim etiraf etmək istəməsə də, müxalifətin bu seçkidə əsas ümidləri xalqdan daha çox xarici qüvvələrə bağladığı bir həqiqətdir. Hazırda ABŞ-a, Türkiyəyə planlaşdırılan səfərlər bu qüvvənin axtarışına hesablanmış kimi görünsə də, obyektiv təhlil real ümid yeri kimi yenə Rusiyanı istinad verir. Amma Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi kimi təqdim olunan iş adamı Söyün Sadıqovun bəzi bəyanatlarından fərqli olaraq Kremldən hələ də hər hansı dəstəyin işartıları görünmür. Düzdür, “Milyarderlər İttifaqı”nda təmsil olunanların, Rüstəm İbrahimbəyov, demişkən Rusiya prezidentinə tabe olmaları bu dəstəyin yoxluğunu inkar etsə də, açıq köməyini də sərgiləmir. Bu da Kremlin  çox hiyləgər oyunlarından xəbər verir. Yəni əlahəzrət maraqların hər şeydən öndə gəlməsi bu situasiyada da öz sözünü demiş olur. Odur ki, rəsmi Bakı ilə gərgin münasibətlərdə olan rəsmi Moskva üçün Rüstəm İbrahimbəyov indi sadəcə bir təzyiq vasitəsi kimi sərfəlidir. Hələlik  bir tərəfi küncə sıxmaq, digərini isə qızışdırmaqla Kreml ortaya qəti mövqe qoymur. Buradan isə aydınlaşan odur ki, Rusiya üçün kimin hakimiyyətdə təmsil olunması yaxud seçki qutusundan kimin adının çıxması önəmli deyil. Önəmli olan kimin onun istəklərinə hə deməsidir. Rusiyanın bu məsələdə mövqeyi də məhz həmin an bilinəcək.


Oxşar xəbərlər
18:08, Bu gün
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
18:07, Bu gün
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
18:03, Bu gün
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
17:57, Bu gün
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
17:54, Bu gün
Xəzər, Nərimanov və Qaradağ sakinlərinin nəzərinə! Qaz təchizatında fasilə yaranacaq 
17:48, Bu gün
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
17:46, Bu gün
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
17:45, Bu gün
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
17:42, Bu gün
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
17:40, Bu gün
Qan laxtalanması riski kimlərdə olur?
17:38, Bu gün
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
17:35, Bu gün
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
17:30, Bu gün
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
17:26, Bu gün
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
17:23, Bu gün
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
17:19, Bu gün
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
17:19, Bu gün
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
17:15, Bu gün
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
17:10, Bu gün
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
17:05, Bu gün
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
17:00, Bu gün
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16:56, Bu gün
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16:52, Bu gün
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
16:48, Bu gün
"ABŞ İran dronları kimi Rusiya dronlarını vurmayacaq" - Con Kirbi
16:44, Bu gün
Andrey Lunyov: “Tənqidlər mənə qətiyyən təsir etmir”
16:40, Bu gün
Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO
16:35, Bu gün
Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir - FOTO
16:30, Bu gün
YAP Xətai rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir
16:25, Bu gün
Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO
16:22, Bu gün
Tiktoker "Semka" həbs edildi
16:20, Bu gün
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək - FOTOLAR
16:15, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi
16:11, Bu gün
BDU-da təlim: “Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili” - FOTO
16:07, Bu gün
"Əl-ayağımı, ağzımı bağlayıb, 10 min manat istədi"
16:05, Bu gün
“Bakcell” böyük yeniliklərə hazırlaşır
16:04, Bu gün
Vladimir Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - FOTO
16:02, Bu gün
Brüssel “sxodka”sının ŞOK gizlini açılır – Tələdəki pendir yemək üçün deyil!
16:00, Bu gün
Bakıda evdən meyit tapıldı
15:57, Bu gün
Xəzərdə süni torpaq sahəsinin yaradılması parlamentdə müzakirə olundu - FOTO
15:53, Bu gün
50 milyardlıq iş müqabilində 16 milyon əmək haqqı alan əsirlər – SENSASİON DETALLAR
15:48, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:43, Bu gün
BDU-da “Gənclik həftəsi” keçirilir - FOTO
15:39, Bu gün
"Elə müasir silahlarımız var ki, İranı daş dövrünə qaytara bilər..."
15:36, Bu gün
BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir - FOTO
15:32, Bu gün
"Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir" - Vüqar Rəhimzadə
15:30, Bu gün
Maksimum bal toplayan Bakı məktəbliləri - FOTO
15:28, Bu gün
Şimal-qərb regionunun daha 2 məktəblisi maksimum nəticə göstərdi
15:23, Bu gün
ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib - FOTO
15:19, Bu gün
FHN qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
15:15, Bu gün
Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər
15:13, Bu gün
Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy və…
15:12, Bu gün
Elşad Qarayev canlı efirdə AĞLADI: Ürəyi daş... - FOTO
15:10, Bu gün
Danimarkanın 400 illik mədəni irsi alovlar içində - VİDEO
15:09, Bu gün
İsrail və İranın aramsız savaş anonsu: Müharibə riski nə qədər ciddidir? - ŞƏRH + FOTO
15:08, Bu gün
Bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda alovlandırılıb - VİDEO
15:07, Bu gün
DİN baş redaktor və müxbirin həbsi ilə bağlı məlumat yaydı
15:05, Bu gün
Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı
15:04, Bu gün
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfələr verəcək - RƏY
15:02, Bu gün
Hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı komissiya iclası keçirilib
15:01, Bu gün
Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli oldu
15:00, Bu gün
İnfarktı əvvəlcədən necə müəyyənləşdirmək olar? - MÜTƏXƏSSİS DANIŞDI
14:59, Bu gün
Ən çox balı onlar topladı - SİYAHI
14:57, Bu gün
Azərbaycan elektromobil idxalını 2 dəfə artırıb
14:55, Bu gün
Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO
14:53, Bu gün
"Terror hər yerdə məğlub edilməlidir" - Zelenski
14:47, Bu gün
Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir - FOTO
14:46, Bu gün
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
14:44, Bu gün
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
14:42, Bu gün
İntibah dövrü yaşayan Füzuli - VİDEO
14:38, Bu gün
Oğuzda inşasına başlanılan su anbarından kimlər faydalana biləcək? - FOTO
14:33, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə olunub
14:29, Bu gün
Biznes subyektləri və potensial sahibkarlar biznes təlimlərindən yararlanıblar - FOTO
14:25, Bu gün
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:23, Bu gün
Gəncədə şagirdlər arasında DAVA: Xəsarət alan var - YENİLƏNİB
14:21, Bu gün
Kənddə biabırçılıq: ərli qadın yad kişilərlə gəzdi, içki məclisi qurdu, atası isə... – ŞOK
14:17, Bu gün
Prezident Türkiyə-Azərbaycan Universiteti ilə bağlı fərman imzaladı
14:13, Bu gün
Prezident: “Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb”
14:10, Bu gün
Bu günün ən xoşbəxt bürcü: Əkizlər üçün şanslı olacaq
14:07, Bu gün
Prezident hökumətinin qarşısında duran əsas infrastruktur layihələri AÇIQLADI
14:04, Bu gün
Bu ölkədə 3 avqust – yezidi kürdlərin soyqırımı günü elan olundu...
14:02, Bu gün
İlham Əliyev bu qanuna dəyişiklikləri təsdiqlədi
14:00, Bu gün
Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE
13:57, Bu gün
İlham Əliyev: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir”
13:55, Bu gün
Prezident Aydın İbadovu vəzifəsindən azad etdi - FOTO
13:54, Bu gün
300 bal toplayanlardan 14-ü Bakı, 25-i region məktəblərinin şagirdləridir
13:53, Bu gün
Prezident: “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq”
13:52, Bu gün
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
13:50, Bu gün
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
13:48, Bu gün
Ekspert: “COP29 iqlim məqsədlərinə çatmaqda təməl daşı ola bilər”
13:45, Bu gün
Prezident: “Həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var”
13:42, Bu gün
Şair Salam Sarvan yenidən əməliyyat olunacaq
13:39, Bu gün
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi
13:36, Bu gün
"İslam dünyasının nicatı fişəng kimi sadəcə parıltı verən raketlərdə deyil..." - Əli Orucov
13:34, Bu gün
İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoydu - YENİLƏNİB + FOTO
13:32, Bu gün
"Qazaxıstan Azərbaycanla Ermənistan arasında bitərəf vasitəçi rolunda çıxış edə bilər" - FOTO+ VİDEO
13:30, Bu gün
UEFA AFFA-nı cərimələdi
13:28, Bu gün
Nazir: "Xəzər dənizindən Aİ-yə qədər “yaşıl enerji” dəhlizinin yaradılması planlaşdırılır"
13:26, Bu gün
İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir
13:24, Bu gün
Rəşad Dağlı əfv olunur? – Hüquqşünas ŞƏRTİ AÇIQLADI
13:22, Bu gün
Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub
GÜNLÜK
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 18:41
Pəhriz sağlamlığa necə zərər verə bilər? - MÜTƏXƏSSİSLƏR DANIŞDI
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”
HƏFTƏLİK
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 18:41
Pəhriz sağlamlığa necə zərər verə bilər? - MÜTƏXƏSSİSLƏR DANIŞDI
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”