Xəbər lenti
25/02/2020 [16:33]:
Astaranın baş həkimi işdən çıxarıldı
25/02/2020 [16:29]:
Ağcabədidə toy çadırını külək uçurub, məclis dayandırılıb - FOTO
25/02/2020 [16:27]:
Ərdoğan Azərbaycan-Ermənistan sərhədində şəhid olan hərbçimizdən danışdı - VİDEO
25/02/2020 [16:25]:
Vilayət Eyvazov Əhəd Abıyevin qardaşına yüksək vəzifə verdi
25/02/2020 [16:23]:
Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi
25/02/2020 [16:21]:
İran səhiyyə nazirinin müavini koronavirusa yoluxdu - VİDEO
25/02/2020 [16:19]:
Elza Seyidcahan koronavirusdan bəhs edən şeir yazdı: "Gəl Milli Məclisə, icra hakimiyyətinə!"
25/02/2020 [16:16]:
“Şəhid xəbərlərindən yaman kövrəlirəm, analar qovrulur...”
25/02/2020 [16:15]:
ABŞ Rusiyanı nüvə raketləri ilə “vurdu”: Kalininqrad “zəbt edildi”, Rostov “xəritədən silindi”
25/02/2020 [16:09]:
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25/02/2020 [16:05]:
Ərdoğan İlham Əliyevə təsbeh hədiyyə etdi -FOTOLAR
25/02/2020 [15:57]:
Azərbaycanda polisi təhqir edən gənclər küçə süpürdülər (VİDEO)
25/02/2020 [15:50]:
Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı
25/02/2020 [15:50]:
Səfir: “Xocalı soyqırımının Gürcüstan parlamentində də qəbul edilməsi zəruridir”
25/02/2020 [15:46]:
“Türk hərbi jurnalistlərinin təcrübəsinin öyrənilməsi vacibdir, çünki...”
25/02/2020 [15:34]:
Əliyevdən Ərdoğana xüsusi hədiyyə - VİDEO
25/02/2020 [15:29]:
“Azərsu” sədri daha bir qəbul keçirdi - FOTOLAR
25/02/2020 [15:27]:
Güclü külək Gəncədə fəsadlar törətdi - FOTOLAR
25/02/2020 [15:27]:
Minə yaxın turistin qaldığı otel karantinə alındı
25/02/2020 [15:17]:
Suğra Bağırzadə: “Bacımın 86 yaşı var, məndən də yaxşı qalıb” - FOTOLAR/VİDEO
25/02/2020 [15:15]:
Xocalı faciəsindən bəhs edən “Ağrı” romanı Monteneqro dilində çap olunub
25/02/2020 [15:10]:
Damla oğlunu ilk dəfə canlı efirə çıxardı - FOTO/VİDEO
25/02/2020 [15:09]:
Mübariz Əsgərovdan Xocalı "dərs"i... - VİDEO
25/02/2020 [15:04]:
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
25/02/2020 [15:02]:
Hüsnü Mübarək vəfat edib
25/02/2020 [15:00]:
Bakıda sevgilisi üçün intihar edən qız bu universitetin tələbəsi imiş: Yüksək bal toplayıb
25/02/2020 [14:58]:
Neft Daşlarında dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA
25/02/2020 [14:54]:
BSU-da 17 xarici ölkə səfirinin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş geniş tədbir keçirilib
25/02/2020 [14:46]:
“Düşmən Napoleonun müharibə üçün ən vacib hesab etdiyi amildən məhrumdur..."
25/02/2020 [14:41]:
"O, yeganə icra başçısıdır ki, YAP üzvü deyil, istintaq nəticəsində məlum olub ki..."
25/02/2020 [14:29]:
Azərbaycanda vəzifəli şəxs nöqsanlara görə işdən çıxarıldı
25/02/2020 [14:28]:
Kliniki Tibbi Mərkəzə daha 4 nəfər yerləşdirilib - RƏSMİ
25/02/2020 [14:27]:
Azərbaycanda ədalət naminə vəzifədən imtina edə bilən neçə məmur var?..
25/02/2020 [14:22]:
Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25/02/2020 [14:15]:
Soyqırımı törədənlərin siyahısında Sarkisyan, Koçaryan və Ohanyanın adı yoxdur - PARADOKS
25/02/2020 [14:09]:
Baş epidemioloq: "Nəyə deyirsiniz and içim ki, Azərbaycanda koronavirus yoxdur"
25/02/2020 [14:00]:
Putin İstanbula gəlməkdən imtina etdi - Sensasiya
25/02/2020 [13:58]:
Dörd minə yaxın qadın öldürüldü - Paytaxtda ara qarışdı
25/02/2020 [13:49]:
İranlı general: “Əsəd ölkəni tərk edirdi, Qasım Süleymani əngəl oldu”
25/02/2020 [13:45]:
Bulvarda sevgililərin intihar görüntüsü yayıldı - FOTO/ VİDEO
25/02/2020 [13:39]:
“Türk Hava Yolları”nın təyyarəsində gərgin anlar: Biznesmeni sellofana bükdülər - VİDEO
25/02/2020 [13:36]:
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB
25/02/2020 [13:33]:
ABŞ-da 11 yaşlı qız parlamentə dolu tüfənglə girdi - FOTO
25/02/2020 [13:25]:
İcra başçılarının başı üzərindəki “Damokl qılıncı” - Onlar pultla idarə edilir
25/02/2020 [13:23]:
Antarktidada qırmızı qar yağdı
25/02/2020 [13:12]:
İranlı general: “Əsəd ölkəni tərk edirdi, Qasım Süleymani əngəl oldu”
25/02/2020 [13:09]:
Araşdırmaçı jurnalist Sarayevoda türk izi axtarır - FOTOLAR
25/02/2020 [13:09]:
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - FOTO
25/02/2020 [13:08]:
Təhsil Nazirliyi kurikulumun ləğv olunacağına dair məlumatlara münasibət bildirib
25/02/2020 [13:06]:
Rektor fərqlənən tələbələrlə görüşüb - FOTOLAR
25/02/2020 [13:03]:
İranlıları görən kimi atəş açın! – Sərhədçilərə göstəriş
25/02/2020 [13:02]:
"Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan əsgərin qətlə yetirilməsi cinayətdir"
25/02/2020 [12:58]:
Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi - koronavirusa görə
25/02/2020 [12:56]:
“Onlar İlhamə xanımın mahnılarını biabırçı şəkildə ifa etməklə onu gözdən salırlar...”
25/02/2020 [12:54]:
Azərbaycanda ərinin dostu ilə qaçdığı deyilən qadın: “Ərim evə görə mənə şər atırdı”
25/02/2020 [12:54]:
“İlham Əliyev bu tarixi faktları əsas tutaraq Paşinyana dərs verdi"
25/02/2020 [12:52]:
Putin-Ərdoğan görüşünün tarixi məlum oldu
25/02/2020 [12:48]:
DTX-nin sorğuladığı xanım müavin işdən çıxarıldı
25/02/2020 [12:46]:
“Dağlıq Qarabağın hər qarışında türkün silinməyəcək izləri var”
25/02/2020 [12:45]:
AFFA rəhbərliyi "AZE NAKHCHIVAN-KÖLN" klubunu təbrik etdi
25/02/2020 [12:45]:
Bu ərazilərdə küləklə bağlı gücləndirilmiş iş rejiminə keçildi
25/02/2020 [12:43]:
"2005-ci ildə Milli Mətbuatın 130 illik yubileyi ərəfəsində Səfər Əbiyev məni çağırıb dedi ki..."
25/02/2020 [12:39]:
Tərtərdə erməni avtomobillə dərəyə vuvarlanıb öldü... –FOTO
25/02/2020 [12:34]:
"Belə bir şəraitsizlik vəziyyətində rayon əhalisinin kütləvi şəkildə Bakı və Sumqayıta..."
25/02/2020 [12:26]:
Ərdoğan “Türkiyə koronavirus üçün yetərli tədbir alıbmı?” -sualına cavab verdi...
25/02/2020 [12:25]:
“Əslində sağlam adamları maska virusdan qorumur...” -Ekspert...
25/02/2020 [12:14]:
Ekspert: “SOCAR neftlə çirkli torpaqların rekultivasiyasında əvəzsiz rol oynayır”
25/02/2020 [12:12]:
Bakıda sevgililər özlərini dənizə atdı: Qız öldü
25/02/2020 [12:06]:
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”
25/02/2020 [12:03]:
İranda koronavirus can almağa davam edir
25/02/2020 [11:58]:
Ərdoğan Azərbaycana yola düşdü - YENİLƏNİB
25/02/2020 [11:06]:
“Lazım gəlsə, Paşinyanı güllələyərəm!..”- Erməni general
25/02/2020 [10:51]:
“Torpaq” filminin beş qəhrəmanı - Bu gün onların şəhid olmasından üç il ötür -FOTO
25/02/2020 [10:50]:
“Rəqəmsallaşma ilə neftvermə əmsalını 45-50%-ə çatdırmaq mümkündür”
25/02/2020 [10:40]:
Azərbaycan şəhidi ilə vidalaşır - VİDEO
25/02/2020 [10:32]:
Dövlət Neft Fondunun aktivlərinə təhlükə: "5,7 milyard dollarlıq səhmlər risk altındadır..."
25/02/2020 [10:28]:
"Bundan sonra hərbçinin haqqına girən istənilən məmura yerini çox sərt göstərəcəyik"
25/02/2020 [10:26]:
20 Yanvarın qatillərindən biri öldü
25/02/2020 [10:25]:
BMT İdlibdəki mülki vətəndaşlar üçün narahatdır...
25/02/2020 [10:13]:
Polis 50 şübhəlini saxladı
Bütün arxiv bir sırada
16/12/2019 [15:07] - Araşdırma - ( 1377 dəfə baxılıb)

Azərbaycan Türk fəlsəfəsinin problemləri və həll yolları



2. Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Bu məqsədlə də xüsusilə Əfşarlar, Qacarlar “iranlı”, “persia” adı altında düşmən hesab olunub, çar Rusiyasının Qafqazı, o cümlədən Güney Qafqazı və Quzey Azərbaycanı işğal etməsini isə “tərəqqipərvər” Çarlığa birləşdirmə adlandırıb bayram günü kimi qeyd olunmasına cəhdlər göstərilmişdir. Ən geniş yayılmış fikirlərdən biri də o idi ki, yaxşı ki, Quzey Azərbaycan Çarlıq tərəfindən işğal olunub, yəni “İran” adlandırdıqları Qacarlar dövləti bütün Azərbaycana sahib çıxa bilməmişdir. Əgər bu baş verərdisə o zaman Quzey Azərbaycan xalqı da Güney Azərbaycan xalqı kimi təhsildən, mədəniyyətdən uzaq qalacaq, bununla da yalnız “tərəqqipərvər” Rusiyanın deyil, Avropanın dəyərlərinə də sahib çıxa bilməyəcəkdi. 
Şübhəsiz, bütün bunların fonunda nəinki milli, hər hansı bir obyektiv tarixçilikdən, ədəbiyyatdan, dilçilikdən, fəlsəfədən, mədəniy¬yətdən söhbət gedə bilməzdi. Xüsusilə də, repressiya dövründən (1930-cu illərin ortalarından) başlayaraq, hətta, ən azacıq obyektivlik və millilik belə qəbuledilməz olmuşdur. Ona görə də, “Böyük Rusiya” tərəfdarlarının əksəri də (N.Nərimanov, Ə.Qarayev, S.M.Əfəndiyev, R.Axundov və b.) rasional, ya da qeyri-rasional bütün varlıqları ilə marksizm-leninizmə bağlı olmalarına baxmayaraq repressiya olunmalarının əsas səbəbi yarımçıq ruslaşıb, digər anlamla da yarımçıq türk kimi qalmaları idi. Sovet-Rus ideoloqları üçün türklük hissindən tamamilə uzaqlaşmayanlarla ruslaşdırma siyasətini həyata keçirmək nöqsanlı idi və bunun üçün də türksüz “Azərbaycan”nın elanından sonra yeni bir mərhələ başlamışdır.
Ümumiyyətlə, Quzey Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra marksizm-leninizm ideologiyası şəriksiz bir cərəyan kimi uzun bir müddət hökmran vəziyyətdə olmuşdur. Marksizm-leninizm ideologiyasının şəriksiz hökmranlığı dövründə (1920-1991) bütöv bir nəsil bu cərəyanın prinsipləri çərçivəsində yetişdirilmiş, bir çox Azərbaycan Türk mütəfəkkirləri könüllü, ya da məcburən onun təbliğatçısına çevrilmişlər. Bununla da, həmin dövrdə “könhə” marksist-leninçilərlə yanaşı, “yeni” kommunist məfkurəli ziyalılar nəsli də yetişmişdir. 
Ancaq burada bir vacib məqamı mütləq qeyd etmək lazımdır ki, 71 illik dövrdə marksizm-leninizm ideologiyasına münasibət tamamilə birmənalı olmamışdır. XX əsrin birinci yarısında, xüsusilə də 2-ci Dünya müharibəsinə qədər (1939) türk sosial-demokrat məfkurəli ziyalıların materializmə, o cümlədən marksizmə, ya da marksizm-leninizmə münasibəti sonrakı dövrlə (1950-1991) müqayisədə bir qədər fərqli xüsusiyyət daşımışdır. Həmin xüsusiyyətlər aşağıdakılardan ibarətdir: 1) sosial-demokratizmlə ya da marksizmlə ilkin tanışlıq və bu cərəyanın iki xətdə (menşevizm və bolşevizm) inkişafı (1901-1920), 2) Sovet Rusiyasının (1917) bərqərar olması, çox keçmədən rus bolşeviklərin Azərbaycanın işğalı (1920, 27 aprel) sonrası bolşevizmin (marksizm-leninizm) yalnız menşe¬vizm üzərində deyil, milli mədəniyyət-milli fəlsəfə üzərində üstünlüyü, 3) sovet beynəlmiləlçiliyi ya da marksist-leninçi fəlsəfənin kosmopolitizmə yuvarlan¬ması və stalinizm (1920-ci illərin sonları-1950-ci illər). 
Bizcə, bu üç xüsusiyyətin bir qədər fərqli zamanlarda ortaya çıxması Azərbaycan türk sosial-demokrat, materialist məfkurəli ziyalılara ciddi təsir göstərmişdir. Hər halda 1920-ci ilə qədər daha çox könüllülük əsasında marksizm (bolşevizm, menşevizm) fəlsəfəsini müdafiə etməklə, 27 aprel faciəsindən sonra əvvəlcə bir qədər yumşaq daha sonra isə sərt formadakı şəraitdə marksizmdən çıxış etmək eyni ola bilməz. Bu baxımdan 27 aprel faciəsinə qədər və həmin faciədən sonrakı ilk illərdə marksizmi müdafiə edən türk-azərbaycanlı menşevik, bolşevik, sosialist-iniqlabçıların düşüncələrində nisbi müstəqillik (N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfəndiyev, S.Ağamalıoğlu, R.Axundov, Ə.Xanbudaqov və b.) hiss olunur. Hətta, onların bəziləri (S.Ağamalıoğlu, R.Axundov və b.) 27 aprel faciəsindən sonra menşeviklikdən, eserlikdən üz döndərib bolşevizmə keçsələr də, yenə müəyyən qədər olsa da, nisbi fikir azadlığı müstəqilliyini bir müddət davam etdirdilər. Yalnız sovet kosmpolitizminin dərinləşməsi və reprerssiyanın güclənməsi (əsasən 1920-ci illərin sonlarından başlayaraq) nəticəsində marksizmə münasibətdə birmənalılıq qətiləşdi. Xüsusilə də, “sağ oppurtinstlərin”, trotskilərin partiya daxilində təmizlənməsi prosesi ilə Sovetlər Birliyində, o cümlədən Sovet Azərbaycanında da materializmin nüvəsi hesab olunan marksizm-leninizmə münasibətdə “köhnə” sovet nəsili öz ömrünü tədricən başa vurub stalinçi “yeni” sovet nəslinə tərk etdi. 
Şübhəsiz, bu da mütəfəkkirlərin marksizm-leninizmə münasibətində son mərhələ deyildi, çünki “yeni” sovet nəsli Stalin prinsipləri əsasında formalaşırdı ki, bu proses onun ölümü ilə (1953) yeni bir rəng aldı. Başqa sözlə, Stalnin ölümü ilə “yeni” sovet nəsli ziyalıları marksizm-leninizmə münasibətdə Stalin prinsiplərindən qismən imtina etsələr də, ancaq köklü dəyişikliklərdən söhbət belə gedə bilməz. Belə ki, Stalinin hakimiyyəti dövründə marksizm-leninizmə münasibətdə formalaşmış staliçi sovet-kommunust təfəkkürü onun ölümündən sonra bəzi zahiri cəhətdən dəyişikliklərə uğrasa da, mahiyyət baxımından çox şey dəyişmədi. Bizcə, bununla da marksizm, ya da marksizm-leninizmə münasibətdə represiyyayəqədərki dövrdə az-şox rast gəldiyimiz fərqli fikirlər Stalinin ölümündən sonra da meydana çıxmadı. Burada söhbət ilk növbədə, marksizm-leninizm ideologiyasını təbliğ edən marksist-leninçi ziyalılardan gedir və “dissidentlər” (milli, ya da qeyri-milli dissidentlər) nəzərdə tutulmur. Eyni zamanda, 20-ci əsrin ikinci yarısında meydana çıxan “dissidentlər”lə represissyayaqədərki trotskiləri, “sağ oppurtnistləri” də tamamilə eyniləşdirmək doğru deyil.
Beləliklə, bizcə, XX əsrin ilk yarısında türk ziyalılarının marksizm-leninizmə münasibətdə müstəqilliyəqədərki inqilablar və müstəqillik (1901-1920), “müstəqil” sosializm, ya da loyal sovetləşmə (1920-1928), kosmpolitizmin vüsət almasından ifrat sovetləşmə-repressiya (1928-1938) və 2-ci Dünya müharibəsi və sərt-inzibati amirlik (1939-1953) mərhələləri ciddi təsir göstərmişdir. Hesab edirik ki, bu xüsusiyyətlərdən irəli gələrək bu dövrdə Azərbaycanda marksizmin ilk nümayəndələrindən bəziləri (N.Nərimanov, S.M.Əfəndiyev, R.Axundov, H.Hüseynov və b.) müdafiə etdkiləri cərəyanla bağlı az da olsa, nisbətən fərqli, özünəməxsus fikirlər və mülahizələr irəli sürməyə çalışmışlar. Ancaq Azərbaycan türk marksist-leninçilərin xeyli qismi istər 20-ci əsrin ilk yarısı, ya da ikinci yarısı olsun, əsasən taftaologiya ilə məşğul olmuş, əsil marksist-leninçi olmaqlarını sübut etmək üçün bir tərəfdən milli-dini adət-ənənələri (əsasən də islam dinini) hədəf alaraq kommunist əxlaqını, kommunist əqidəsini təbliğ etmiş, digər tərəfdən bütün Azərbaycan türk mütəfəkkirlərində materializm axtarmağa çalışmışlar. Bizcə, 20-ci əsrin ikinci yarısında marksizm-leninizmə münasibətdə fərqli, özünəməxsus fikirlər və mülahizələr irəli sürməyə çalımış ziyalılarımız çox az olmuşdur.
Quzey Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin yazılması prosesi də məhz Türksüz “Azərbaycan” ideyasının tətbiqindən sonra (1936) başlamışdır. Belə olduğu təqdirdə, obyektiv və milli ruhlu fəlsəfə və ictimai fikir tarixinin (eləcə də, tarix, ədəbiyyat, mədəniyyət, dilçilik və başqalarının) yazılması mümkün deyildi. Bu məsələ ilə bağlı, hələ, 2014-cü ildə nəşr olunmuş “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)” kitabımızda da bəzi aydınlaşdırmalar aparmışdıq: “1940-1950-ci illərdə hər hansı bir Azərbaycan mütəfəkkirinin milliliyə azacıq meyilliliyi belə mərkəzçiliyə qarşı çıxış kimi qiymətləndirilirdi. Bu dövrdə milli mədəniyyət və dinlə bağlı irəli sürülən əsas mülahizələrdə zərdüştilik Azərbaycanda fəlsəfi fikrin rüşeymi kimi göstərildiyi halda, “Kitabi-Dədə Qorqud”a tarixi, fəlsəfi və elmi ədəbiyyat kimi lazımi qiyməti verilmir, üstəlik feodalizmin qalığı kimi tənqid olunurdu. Buna səbəb də, “Kitabi-Dədə Qorqud”un “Avesta”dan fərqli olaraq, birmənalı şəkildə türk mədəni irsinə aid olması idi. Bu baxımdan ziyalıların əksəriyyəti milli mədəniyyətə və ədəbiyyata ya müraciət etmir, ya da yalnız tənqid yazmaqla məşğul olurdular. Çox az saylı mütəfəkkirlər isə özlərində cəsarət taparaq milli mədəniyyət və milli özünəməxsusluğu önə çəkirdilər. Belə mütəfəkkirlərdən biri olan akademik Heydər Hüseynovun materialist filosof olmasına baxmayaraq, “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” (1949) əsərində Şeyx Şamil hərəkatını müsbət qiymətlən¬dirməsi, eləcə də çar Rusiyasını bir qayda olaraq, işğalçı kimi qələm verməsi son nəticədə onun təqiblərə və təzyiqlərə məruz qalmasına səbəb olmuşdur. Bundan “nəticə” çıxardan digər Azərbaycan filosofları (M.Qasımov, M.Ağamirov, F.Q.Köçərli və b.) və ədəbiyyatçıları (M.Rəfili, Ə.Nazim. və b.) əsərlərində islamçılığı və türkçülüyü tənqid etməklə yanaşı, “böyük qardaşın” – rusların çar Rusiyasının və sovet Rusiyasının timsalında Azərbaycanı işğal etməsinə haqq qazandırır, bir çox Azərbaycan türk mütəfəkkirlərinin rus ictimai fikrindən ilham aldığını yazırdılar”. 
Bütün bunların nəticəsi olaraq 1966-cı illərdə nəşr olunan “Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər” kitabında da iddia olunurdu ki, Azərbaycan xalqının əcdadları soykökcə türk olmayan midiyalılar, albanlar, kaspilər olublar. Xüsusilə, burada midiyalılar Azərbaycan xalqının əsas əcdadı kimi göstərilir və bu prizmadan çıxış edən müəlliflərə görə, Azərbaycan xalqının qədim dövrdə və erkən orta əsrlərdə dini-mənəvi dünyagörüşünü öyrənilməsində Azərbaycandan olan “midiyalı” Zərdüştün adı ilə bağlı zərdüştilik və onun müqəddəs kitabı “Avesta” mühüm yer tutmuşdur. Burada o da göstərilir ki, ümumiyyətlə qədim Midiyada dini dünyagörüş üç mərhələdən keçmişdir: 1) zərdüştəqədərki politeizm, devaizm; 2) zorastrizm, monoteizm Zaratustrı; 3) mazdayasna. Onların iddiasına görə, Raqa və Atropatenadan olan maqlar tərəfindən qələmə alınmış “Avesta” qədim Azərbaycan xalqı – midiyalılar arasında geniş yayılmışdır. Bu kitabın müəlliflərinə görə, ilk orta əsrlərdə meydana çıxmış maniliklə, məzdəkizmin baniləri də “iran” mənşəli olmuşlar. Belə ki, Maninin anası “İran” mənşəli arşakilər sülaləsindən, Məzdəkin atası isə suriyalı Bəmdad olmuşdur.


ok


Söhbətin sonu
Mesaj yaz...

BMT İdlibdəki mülki vətəndaşlar üçün narahatdır...
"Kaş qalan dörd oğlum da şəhid olaydı, amma Kəlbəcər basılmazdı..."
25 yaşlı qadın əyləncə üçün uşaq bezindən istifadə edir - MARAQLI... FOTOLAR
Hazırladığı raketlə atmosferə uçan adam metrlərlə yüksəklikdən yıxıldı - QORXUNC...
Qutusu 3.5 manata olan tibbi maska 27 manata qalxdı: Azərbaycanda depoları kim boşaldıb?
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
“Şəhid xəbərlərindən yaman kövrəlirəm, analar qovrulur...”
Müsahibə
"O, yeganə icra başçısıdır ki, YAP üzvü deyil, istintaq nəticəsində məlum olub ki..."
Hadisə
Tərtərdə erməni avtomobillə dərəyə vuvarlanıb öldü... –FOTO
Cəmiyyət
Ərdoğan “Türkiyə koronavirus üçün yetərli tədbir alıbmı?” -sualına cavab verdi...
Dünya
Koranavirusun peyvəndi tapıldı - Mart ayının sonunda hər şey bitəcək... + VİDEO
Yazar
Seymur Əliyev
Koronavirus bu insanlar üçün təhlükəli deyil: Genetik çoxmaskalılığın üstünlüyü...
Seymur Verdizadə
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
İlham İsmayıl
Növbədənkənar məğlubiyyət...
Sultan Laçın
Azərbaycanda ədalət naminə vəzifədən imtina edə bilən neçə məmur var?..
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
“Azərbaycan Qarabağı unutsa, yaxşıdır”- “Meşə tülküsü” belə dedi...
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247