Norveçdə siyasi mühacirətdə olan polkovnik İsa Sadıqov virtualaz.org saytına açıqlamasında Azərbaycanda hərbi müxalifətin mövcudluğunu qeyd edib. Polkovnikin sözlərinə görə, bir gün hərbi müxalifət ayağa qalxaraq mövcud rejimə qarşı mübarizə aparacaq.
Bununla bağlı Moderator.az saytının sualını cavablandıran ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda hərbi müxalifətin mövcudluğunun istisna edilmədiyini qeyd etdi:
“Mən istisna etmirəm ki, Azərbaycanda hərbi müxalifət var. Ola bilsin ki, onlar açıq şəkildə o qədər də gözə çarpmır. Amma gizlində belə bir müxalifətin mövcudluğu mümkündür. Çünki qanununa görə bu gün demokratik müxalifətin sıxışdırılması nəticəsində yaranan boşluğu mütləq hansısa müxalif qüvvə tutmalıdır. Bu baxımdan Azərbaycanda ayrı-ayrı güc orqanlarının daxilində belə bir müxalifətin formalaşması ehtimalı reallıqdan uzaq deyil və bunun bəzi elementlərini müşahidə etmək mümkündür”.
Seymur Əliyev