Dünən Sabirabadda etiraz aksiyası keçirilib. Rayonun Güdəcühür kəndində yerləşən qaçqın düşərgəsinin sakinləri məskunlaşdıqları fin evlərindəki dözülməz şəraitə etiraz əlamət olaraq küçələrə çıxıb.
Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimovun sözlərinə görə qaçqınların etiraz etməsinə səbəb yaşadıqları fin tipli evlərdən köçürülmək istəkləridir:
“Həmin ərazidə 16 fin tipli qəsəbə olub. Onlardan 14-ü köçürülüb, digər 4 qəsəbənin köçürülməsi üçün hal-hazırda torpaq sahələri ayrılıb və orada layihələndirmə işləri gedir. Gələcəkdə Sabirabad rayonunda yerləşən bütün fin tipli qəsəbələr ləğv olunaraq, orda yaşayan sakinlər normal evlərlə təmin olunacaq”
Xəyal Əzizov