Hazırda Milli Şuranın iclası davam edir. Sessiyada
çıxış edən AXCP sədri Əli Kərimli bildirib ki, iki illik keçid dövrünün yol
xəritəsi olmalıdır:
"Söhbət
ən prinsipial öhdəliklərdən gedir. Korrupsiya və rüşvətlə mübarizə dərhal
başlamalıdır. İlk gündən vahid namizədimizin qarşısında bunu qoymuşuq. Sessiyada
Qubad İbadoğlu, Mustafa Hacıbəyli təkliflərlə çıxış ediblər. Detallara varmaq
lazım deyil. Bəyannaməni ağırlaşdırmaq olmaz. Milli Şuranın bəyannaməsində
hamımız üzərimizə öhdəlik götürmüşük ki, seçkilər azad və ədalətli keçirilsin. Şura
sədri də bu proseslərdən kənarda qala bilməz. Vahid namizədin öhdəlikləri
haqqında memorandum şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub".
EL
hərəkatının sədri Eldar Namazov bildirib ki, prezident seçkiləri ərəfəsində
indiyə qədər müxalifətin belə böyük bir koalisiyası yaranmamışdı: " Bu
tarixi bir gündür. R. İbrahimbəyovun namizədliyi ilə bağlı son vaxtlar
mətbuatda təhlillər aparılır ki, onun namizədliyi hansı ölkənin layihəsidir. Bir
neçə ildir ki, bu müzakirələr aparılır. Rüstəm müəllimin milli məsələlər
ətrafında apardığı müzakirələr diqqət çəkdi. "El" hərəkatı olaraq
bizim üçün əsas namizəd də, vahid namizəd də, ehtiyat namizəd də
Rüstəmdir".