Zahid Oruc: “Mehriban xanımla siyasi mübarizədə müxalifətin heç bir siyasi üstünlüyü yoxdur”
Müsahibə
Oxunub: 4099
02 Jul 2013 | 11:05
Zahid Oruc: “Mehriban xanımla siyasi mübarizədə müxalifətin heç bir siyasi üstünlüyü yoxdur”
Özünü iqtidar yönlü partiya adlandıran Demokratik Azərbaycan Dünyasının (DADP) Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın prezidentliyini irəli sürməsi ətrafında məsələ hələ ki, gündəmin aparıcı müzakirə mövzularındandır. Xüsusilə də ölkənin birinci xanımının təşəbbüsə münasibət bildirməməsi müxtəlif uzaqgedən nəticələrə imkan yaradır və hətta Bakı kəndlərində bu təşəbbüsə dəstək məqsədilə proseslərin sürətləndirildiyi barədə xəbərlər yayılmaqdadır. Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc bu və digər mövzularla bağlı "Yeni Müsavat" qəzetinə müsahibə verib. Moderator.az həmin müsahibəni təqdim edir. 


- Zahid bəy, hakimiyyətə yaxın şəxs və deputat olaraq ölkənin birinci xanımı Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsinin məram-məqsədi barədə siz hansı məlumatlara maliksiniz?

- Mehriban xanım Əliyevanın gələcək hakimiyyət birinciliyinə xüsusi hazırlıqlar görülmür. Bununla bağlı xüsusi tanınmayan və hər hansı resursu olmayan qrup tərəfindən irəli sürülmüş təklifdən sonra məsələnin uzun müddət ictimai gündəmdə qalması heç də təkcə rəqib cinahın bundan faydalanmaq niyyətilə bağlı deyil. Yəni xəbər məkanının sürətlə yeniləşdiyi bir dövrdə iki namizədlik adı ilə iqtidarı zəiflətmək, hansısa qüvvələrdə çaşqınlıq yaratmaq, məmur sistemini tərəddüdlərə vadar etmək niyyətilə bu qədər ictimai diqqəti özünə cəlb etmək mümkün deyildi. Deməli, ideyanın sosial dayaqlarının mövcudluğu onun tirajlanmasını təmin etdi. Nə idi bunu doğuran səbəblər? Zənnimcə, bu Mehriban xanımın özünün şəxsiyyəti ilə bağlıdır. Gəlin etiraf edək ki, ölkəmizin müstəqillik qazanmasından sonrakı dövrdə belə bir statusun, birinci ledi institutunun formalaşması mümkün olmamışdı. Mütəllibovun nəinki ailə həyatının, o cümlədən özünün prezidentliyinin sual altında qaldığını inkar etmək çətindir. O, heç dövlət başçısı ola bilmədi və kütləvi şüurda liderliyini oturuşdurmağa nail olmadı. Əbülfəz Elçibəyin fərqli dəyərləri daşıması və ailə modeli imkan vermədi ki, belə bir reallıq meydana çıxsın.
Ulu öndərin həyat yoldaşı Zərifə xanımın erkən həyatdan getməsi üzündən biz yalnız İlham Əliyevin ölkəyə başçılığı dövründə tam tərkibdə dövlət ideallarına xidmətin şahidi olduq. Mehriban xanım çox effektli işləyən və cəmiyyət həyatına nüfuz edən, həmçinin ölkə başçısının siyasətini tamamlayan bir səviyyədə Şərq qadınının aktiv bir rolunu millətə təqdim etdi. Etiraf edək ki,onun liberal dünyagörüşü daşıması, sadə xalqa yaxınlığı,bununla bərabər elitar müstəvidə Azərbaycanı beynəlxalq aləmə təqdim etməsi müsəlman aləmində xanımların yüksək etibar qazanmasına təminatlar yaratdı. İndi istər-istəməz reallıq budur ki,O,xanım lider kimi simasında alicənablığı indiki dönəmdə, gücü və gerçək imkanları təcəssüm elətdirir. Hətta müxtəlif qüvvələrin, iqtidarı istəməyən dairələrin faktı inkar etmədiyini hamımız bilirik. Ona görə bunu ictimai rəyin öyrənilməsi üçün tanınmayan qrupun əliylə dövriyyəyə çıxarılması versiyası absurddur. İkincisi, Mehriban xanım ölkə başçısının bir daha prezidentliyə namizəd olduğu, YAP-ın lideri və sədri seçildiyi həmin siyasi tədbrin iştirakçısı olub, hakim partiyanın elitasına seçilib və deməli, gələcək dövlət həyatı-siyasi sistemdə iştiraka hazırlığını işarə edib. Qoy bu amili sistemin dayanıqlığını artıran amil sayanlar da fikirlərində qalsınlar. Lakin partiyanın sadəcə kənar, hökumət və icra orqanlarından qıraqda saxlanan təsisat deyil, Azərbaycanın gələcəyinə bağlı ideyaları özündə daşıyan bir qüvvə mərkəzi kimi nəzərdən keçirildiyinə heç bir şübhə yeri qalmadı. Lakin sabah Bakı kəndləri, birisi gün başqa sosial qruplar, həmçinin digər dairələrin Mehriban xanımın namizədliyi üzərində qərarlaşması hakimiyyətdə parçalanma doğurmayacaq, səfərbərliyə zərbə olmayacaq və proses kortəbii məcradan çıxarılaraq hər kəsə bir daha dəqiq seçim ünvanı-mənz İlham Əliyevın olduğu izah ediləcək. Belə mövqe göstərənləri təxribatçı deyil, normal qarşılamaq lazımdır. Gördünüz ki, mən hər hansı bir ehtiyatlılıq və xəsislik göstərmədim, bu mövzudan çox rahatlıqla danışdım ki, Mehriban xanımın timsalında Azərbaycanda matriarxal hakimiyyətin başlanması ideyaları çox normal qəbul oluna bilər. Lakin hakimiyyəti müxaliflərdən fərqləndirən başlıca məziyyət odur ki, burada qərarların birmənalılığı, vahid proqramı və dəqiq icra mexanizmi mövcuddur. İlham Əliyevin missiyasını hələ ki heç kəs əvəz edə bilməz. Burada aydın bir xətti görəndən sonra itaətsizlik etmək və özfəaliyyət göstərmək olmaz. Mərkəzdənqaçma tendensiyalarının güclənməsi, ayrı-ayrı iqtisadi qrupların namizəd savaşı aparması haqda fantaziyalar mərbu xəyallardır. Mehriban xanım Əliyeva 2013-cü il siyasi raundunda cənab İlham Əliyevin qalibiyyəti uğrunda çalışan insanlardan və parlamentarilərdən biri olacaq.

- Ancaq məsələyə YAP-dan gələn sərt reaksiyalar, bu təşəbbüsün təxribat adlandırılması diqqətdən qaçmadı. Bu da var ki, indiyədək nə Heydər Əliyev Fondu, nə də Mehriban Əliyevanın özünün təşəbbüsə reaksiyası olmayıb. Bu mənada hesab etmək olarmı ki, bəzi YAP-çılar ehtiyatsız ifadələr işlədib?

- Əlbəttə, məsələ bir parametrli deyildi, odur ki, müxtəlif cür yanaşmalar özünü göstərə bilərdi. YAP-ın siyasi elitası təbii ki, kifayət qədər hazırlıqlıdır və müəyyən aydınlıqlar gətirildi, hər kəs üçün bəlli oldu ki, bu cinahda proseslərin gələcəyinə baxış dəqiqdir, heç bir qeyri-müəyyənlik yoxdur, hakimiyyətin beynəlxalq konfrantasiyalar fonunda ikinci və ya üçüncü variantları rezervdə saxlaması uydurmadır. Açığı, Mehriban xanımla siyasi mübarizədə müxalifətin heç bir siyasi üstünlüyü yoxdur. Nə resurs baxımından, nə xarizma, nə də ki, qadınlara verilən yüksək status cəhətindən. Onlar şərti bir gələcəkdə bu yarışda məğlub olacaqlarını bilirlər. Onların bir çox ideoloqları və siyasi fikir sahibləri ilə danışanda etiraf edirlər ki, Mehriban xanımın cəmiyyət üzərində özünəməxsus cazibə və təsir qüvvəsi var. Dediyimiz kimi, humanitar missiya uğurla alındı və nəinki ölkə daxilində, xarici miqyasda da respublikamızın xeyrinə işlədi. İndi hansı rakursdan baxsaq, bütün mənafe qrupları iqtidarın çevrəsində qərarlaşıb və müxalifətin siyasi gələcəyinə inventisiya qoyan yoxdur. Onlar maddi iflası da bununla bağlıdır...

- Günaz.tv-də Müsavat başqanı İsa Qəmbəri hakimiyyətlə dialoqa getməyə çağırıbsınız. İndiyədək müxalifət özü dəfələrlə dialoq təklifi versə də, hakimiyyətin real addımı olmayıb. Siz bu təklifi verərkən iqtidar daxilində də dialoq tərəfdarlarının olmasını əsas götürübsünüz, yoxsa şəxsi fikrinizdir?

- Mən bunu subyektiv olaraq söylədim, həm də hadisələrin dərin təhlilinə əsaslanaraq belə bir mövqeyimi ictimailəşdirdim. İş ondadır ki, həqiqətən də Müsavat rəhbərinin 2009-cu il siyasi situasiyasında fərqli bir imkanları formalaşmışdı. O, nə AXCP-nin başçısı kimi tənha vəziyyətdə və komandasını itirmiş durumda deyildi, nə həddən artıq radikalizm tələb edən bir çevrəyə söykənirdi. İsa Qəmbərin həm yaşı, həm də Elçibəyin ölümündən sonra boş qalan barış xəttini tutmaq vəzifəsi ondan tələb edirdi ki, daha soyuqqanlı addımlar atsın. Əgər onun portretini təşkil edən cizgilərdən biri budursa, o, həm də Xalq Cəbhəsi dönəmində baş vermiş səhvlərə və iflası doğuran mənəvi-siyasi problemlərə əsas cavabdeh kimi elə bir platforma seçə bilərdi ki, bu, siyasi sistemin gələcəyinə yalnız müsbət təsir göstərsin. Belə bir liberal xətti seçmək, yumşaq tonu ifadə etmək, qeyri-ekstremist siyasəti stimullaşdırmaq gərəkirdi. Hiss olunurdu ki, müəyyən istəklər var. Hətta konkret olaraq “Yeni Müsavat” qəzeti cəmiyyətdəki prosesləri daha uğurla görmə və onu təhlil etmə fonunda müxalif rəhbərlər üçün ideya-siyasi fikir mənbəyi rolunda çıxış edirdi və mənim söylədiyim zərurətə açıq işarələr vardı. Lakin 2010-cu ilin seçki mübarizəsində ən çox uduzan İsa Qəmbər oldu. Çünki AXCP-nin ildönümü tədbirlərinə gələn şəxs orda birləşmə ilə əlaqəli bir təklifin girovuna çevrildi. Bundan sonra Cəbhə ağır vəziyyətdən çıxmaq üçün, İsa Qəmbəri də öz durumuna gətirib çatdırmaq naminə əlverişli vəziyyətdən yararlandı. Amma son nəticədə inteqrasiya reallaşmadı, yekunda Müsavat cinahında yenə də radikallaşma meylləri artdı. Bu, öz-özlüyündə hakimiyyətlə toqquşma demək idi. Ayrı-ayrı şəxslər də öz həyatlarını ümumi kollegial taledən ayırıb fərdi xilas yolunu seçməklə əslində İsa Qəmbərə siqnal vermiş oldular. Mən düşünürəm ki, indi Milli Şura kimi çox amorf, ideya-siyasi fikirləri vahid olmayan, bir sıra hallarda hətta bu partiyanın ideolojisi ilə açıq şəkildə qarşıdurma vəziyyətində olan qüvvələri, hətta şəxsi səviyyədə olan düşmənlərinin düşərgəsində, vahid evində özünü ən pis vəziyyətdə hiss edən Müsavatın başqanıdır. Ona görə mən çağırışla çıxış etdim ki, onun hələ də ayrılmaq və daha fərqli bir siyasi üslubu seçərək bu mübarizədə gələcək ölkə həyatında fərqli bir adla qalmaq imkanı var. Bu şuraçılıqdan, sovetizmçilikdən, Pənah Hüseynin qeyd etdiyi kimi, hətta daha artıq etdiyi güzəştlərdən, bəyan etdikləri Rəsulzadə-Elçibəy platformasını qorumaq naminə və onun vahid təmsilçisi kimi hakimiyyətlə müəyyən bir siyasi danışıqlarını bəyan etməli və bunun da gerçək məsələlərini, gündəliyini irəli sürməlidir. Bu fonda Azərbaycanda qarşıdurmanın tərəfdarı olmayan, küçə mübarizələrində bir-birini əzməyən, məhbuslar yaratmayan, bunun üzərində beynəlxalq təzyiqlərin hər şeydən önə çıxmasını istəməyən bir xətt inkişafını tapar. Düşünürəm ki, bu, hətta müsavatçıların bir çoxlarının gözlədiyi mövqedir. Onların sadə kəsimi ilə danışıqlarda hiss edirsən ki, hədsiz qarşıdurmadan yorulublar, maddi resursların kasadlığı da onları xeyli dərəcədə əldən salıb. Bu fonda növbəti elita itkisinə məruz qalmamaq üçün İsa Qəmbərin Milli Şuradan ayrılması və hakimiyyətlə fərqli münasibətlər sistemini bərqərar olması üçün addımlarda bulunması ümumi seçki həyatına yalnız müsbət təsir edərdi. Bu, həm də Azərbaycan üzərində zəiflətmə ssenarisi quranlara da yaxşı bir cavab olardı. Gələcəkdə heç şübhəsiz ki, seçkinin qalibi olan İlham Əliyev və əgər burada çox normal mübarizədə məğlub olacaq İsa Qəmbər də status ikinciliyini qazanmış olurdu. Bu, artıq qarşılıqlı tanımazlıq, qeyri-legitimlik, həm də müxalifətin legitimliyi və sair məsələlərini də tamamilə ortadan yığışdırardı, həm də barrikadaçılıq, əhval-ruhiyyəsini Azərbaycan siyasi səhnəsindən kənarlaşdırardı.

- Siz nə qədər əminsiniz ki, dövlət başçısı bu gün Müsavat başqanı ilə oturub danışmağa qərarlıdır?

- Mən şəxslər arasındakı, hətta partiyalar dialoqundan söhbət açmadım. Bəli, xeyli partiyalara münasibətdə barışmazlıq var və dialoq təklifi qədərindən artıq istismar olunur, dövriyyədə qalır və ölür. Bu, həm də həmin şəxslərə münasibətlə bağlıdır. Amma İsa Qəmbər ayrılıqda belə bir xətti seçərək onu geniş şəkildə çevrəsindəki insanlarla formalaşdırıb təqdim etməyib. O, həmişə kollegial, ümummüxalifət maraqları adı ilə işlənmiş sənədlərdə iştirakçı olub. Məncə, dövlət başçısının konkret olaraq Müsavat başqanına münasibətdə son dərəcə kəskin ittihamları, iqtidar texnoloqlarının isə qarayaxmaları və kompramatlarının şahidi olmamışıq. Zatən o çox asudə şəkildə Türkiyəyə, Avropa ölkələrinə səfər edir, Azərbaycanla bağlı efirdə fikirlərini söyləyir. Bu mənada hesab etmirəm ki, o, xüsusi bir basqının hədəfindədir. Bu cəhətdə məhz ona yönəlik fikirlərimi söylədim. Hər halda sözügedən mövqeyə Rəsul Quliyevin, ya Əli Kərimlinin nə siyasi şansları, imkanları və nə də xüsusi mənəvi haqları qalmayıb. Situasiya elədir ki, Rəsulzadə - Elçibəy platformasını qurmaq istəyənlər də o qədər qarışıq vəziyyətdədir ki, “kimdir lider” deyəndə də qeyri-müəyyənliklər tam üzə çıxır.

- Azərbaycan qazını Avropaya nəqli edəcək TAP razılaşması ilə seçki məsələləri arasında əlaqənin olduğu barədə deyilənləri bölüşürsünüzmü?

- Nabukkonun məhz Rusiyanın əli ilə vurulması, həmçinin onun beynəlxalq iddialara qarşı Azərbaycanın öz baxışlarını təqdim etməsi kimi şərh edənlərin fikirləri üzərində dayanmayacam. Regional maraqları bərqərar etmək üçün müxtəlif layihələr mövcud idi. Ölkəmizə təşrif gətirən xarici transmilli korporasiya başçıları, hətta onların himayəçisi olan dövlət rəhbərləri ölkə başçısına müxtəlif planları təqdim edirdilər. Düşünmürəm ki, bu, seçki mübarizəsinin hansısa bir razılaşdırılmış bazarlaşma elementidir. Kimsə TAP layihəsini 2013 siyasi həyatının əsas həlledici bir həlqəsi sayirsa, o yanılır. Bu, bizim ümumi təhlükəsizlik və iqtisadi maraqlarımıza cavab verir, müstəqilliyimizi möhkəmləndirir. Həmçinin regional dairələrdən asılılığımızı aradan qaldırır. Hər halda Rusiya iddia edə bilməz ki, TAP onların planıdır. Deməli, Azərbaycan artıq regional və qlobal siyasətə enerji baxışlarını və yaxud doktrinasını təqdim edə bilir və sonda o, qəbul olunur, məsələ budur. Ona görə də düşünmürəm ki, müxalifət məhz TAP-a görə məğlub olacaq...

Oxşar xəbərlər
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 09:24
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
18 Apr 2024 | 09:26
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
18 Apr 2024 | 09:32
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 09:24
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
18 Apr 2024 | 09:26
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
18 Apr 2024 | 09:32
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib