İyulun 2-dən 7-dək Makedoniyanın Skopye şəhərində gənclər arasında
güləş üzrə Avropa çempionatı keçiriləcək. Proqrama əsasən, iyulun 2-3-də Yunan-Roma,
4-5 iyulda gənc qızlar, 6-7 iyul tarixində isə sərbəst güləş yarışları
keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə,
Yunan-Roma güləşi üzrə yarışlarda ölkəmizi Ramiz Məmmədov (50 kq), Sakit
Quliyev (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Hacımurad
Bağmanov (74 kq), Orxan Nuriyev (84 kq), Əli Həsənov (96 kq) və Abbas
Abdullayev (120 kq) təmsil edəcək. Komandaya rəhbərliyi böyük məşqçi Şaban
Donat və məşqçi Akif Əliyev edəcək.
Avropa çempionatında iştirak edəcək gənc qızlar böyük məşqçi Arif
Fərmanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Makedoniyaya
yollanacaq. Heyətdə Sahilə Ələkbərova (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat
Baqomedova (51 kq), Yarina Dubovska (55 kq), Alyona Kolesnik (59 kq), Darya
Korin (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb.
Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komanda böyük məşqçi Arif
Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çempionatda iştirak
edəcək. Heyətdə Ruslan Qasımov (50 kq), Ruslan Surxayev (55 kq), Əhmədnəbi
Qvarzatilov (60 kq), Hacımurad Ömərov (66 kq), Bəxtiyar İsrafilli (74 kq),
Orxan Şərifov (84 kq), Səid Həmidov (96 kq) və Ali Maqomedabirovun yer alması
gözlənilir.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim
İntiqam Alıyev təmsil edəcək.