Azərbaycanda səfərdə olan BMT Baş katibinin İnformasiya
Texnologiyaları üzrə nümayəndəsi cənab Amir Dossal səfərin nəticələri ilə bağlı
BMT-nın Baş katibi cənab Pan Gi Munu məlumatlandırıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə daxil olan məlumata
görə, Pan Gi Mun Azərbaycandakı inkişafdan məmnun qaldığını bildirərək,
Azərbaycan xalqına salamlarını çatdırmağı xahiş edib. Xüsusən də Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin dünya liderləri ilə birgə Dinlər və Mədəniyyətlərarası
Dialoqun qurulması üçün göstərdiyi önəmli fəaliyyəti və may ayında Bakıda
keçirilən Cənubi Qafqaz Forumunun region üçün yeni uğurlu bir platforma olması
xüsusi olaraq vurğulanıb. Amir Dossal bildirib ki, bu forum Azərbaycanı
dünyanın siyasi arenasında tam fərqli və nüfuzlu bir müstəviyə gətirib.
Qeyd edək ki, Azərbaycana Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qonağı
qismində səfərdə olan Amir Dossal Diasporla İş üzrə Dövlət Komitəsi, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyasında görüşlər
keçirib və Xarici Dillər Universitetində fəaliyyət göstərən Amerika Mədəniyyət
Mərkəzində gənclərə mühazirə oxuyub.