Erməni diplomat sensasiyalı proqnozla çıxış edib - "Dağlıq
Qarabağ Azərbaycanın tərkibinə qayıda bilər". “Qarabağın yenidən
Azərbaycanın tərkibinə qayıtmaq perspektivi varmı? Bəli, perspektiv
mövcuddur". Bunu "France 24" telekanalının müxbirinin sualına cavabında
dünyada heç kimin tanımadığı ölkənin xarici siyasət idarəsinə rəhbərlik edən
Karen Mirzoyan bildirib.
Bununla bağlı Ermənistanda dəhşətli qalmaqal qopub, təbii ki, Qarabağ
məmuruna lənətlər yağdırıblar. Hətta Ermənistanın özünün belə tanımadığı ölkənin
belə adlandırılan parlamentinin göstərişinə görə, səs-küy qopub. Mirzoyandan
çox kəskin şəkildə fransalı jurnalistlərlə söhbəti zamanı konstitusiyada azad
olunmuş kimi göstərilən əraziləri nə üçün bufer zonaları kimi adlandırdığına
dair izahat tələb olunub. Ən əsası isə qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycana
qaytarıla bilər.
Dağıdıcı tənqidə cavabında K. Mirzoyan söhbətin jurnalistlərə
müxtəlif şərhlər və fikirlər üçün bəhanə verdiyinə görə təəssüf etdiyi
bildirib. Lakin müsahibədə özünü məsələ ilə bağlı nəzər nöqtəsini isə praktiki
olaraq təkzib edib. Bundan başqa, ekspertlər hesab edirlər ki, Mirzoyan
düzünü deyib və bu gün bır sıra ağıllı düşünən erməni siyasətçiləri də bu fikri
bölüşürlər. Səni tanımayan və tanımaq istəməyən dünyada nə qədər yaşamaq olar!?
Bundan əlavə, Ermənistan kimi iqtisadi çətinliklər yaşayan Dağlıq
Qarabağın əhalisi, sürətlə inkişaf edən Azərbaycana qısqanclıqla baxırlar.
Azərbaycan pul sərvətinin bir hissəsini şübhəsiz ki, bu dağlıq ərazinin
inkişafına sərf edərdi. Belə bir məsələ var: “Söz ağızdan çıxdısa, artıq sənin
deyil”.