Fərəc Quliyev: "Bunun ən yumşaq adı vətənə xəyanətdir”
Oxunub: 3784
29 Jun 2013 | 11:58
Fərəc Quliyev:


Moderator.az Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevdən ictimai-siyasi proseslərlə bağlı müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik.

- Müxalifət düşərgəsində seçki ərəfəsində müəyyən təşkilatlanma cəhdləri müşahidə olunur. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Bu, normal prosesdir ki, siyasi qurumlar seçki ilə bağlı müəyyən formatlar ortaya çıxarmağa çalışırlar. Amma bu proseslər mövsümi xarakter daşıyır. Mən hesab etmirəm ki, seçkiyə lap az qalmış həmin müxalif qruplar arasında razılaşmalar mümkün ola və onların hər hansı formatı müsbət nəticə verə bilər. Həmin qrupların mövsümi fəaliyyətlə hansısa siyasi nəticəyə nail olacaqlarını düşünmək sadəlövhlük olardı. Doğrudur, eyni mövqeli və baxışlı, dünyagörüşlü təşkilatların seçki dönəmində bir araya gəlməsi daha yaxşı olardı. Amma hər hansı fərqli-fərqli qütblərdə olan, tamam fərqli düşüncəli, fərqli dairələrə işləyənlərin, ziddiyyətli zehniyyət daşıyanların seçki adı altında bir araya gəlib nəyəsə nail olacaqları inandırıcı deyil. Bu cür müxalif “mərkəzlər” lap ideal vəziyyətdə hər hansı bir uğur qazansaydılar belə, onların bir yerdə fəaliyyəti və ölkəni bir yerə apara bilməsi mümkün olmayacaqdı... Çünki istənilən məsələdə davalaşmaya və parçalanmaya kökləniblər. 

- Müxalifət bu cür antoqonist mövqelərdən niyə qurtula bilmir?

- Mən həmişə çalışmışam ki, qütbləşmələrdən qaçaq və bir bütünləşməyə nail olaq. Azərbaycan cəmiyyətində qütbləşmədən bütünləşməyə keçid olmalıdır. Bizim baxışlarımız da bu məqama köklənir. Hesab edirik ki, Azərbaycanda “mərkəz alan” təfəkkür sistemi birliyi təmin edən bir sistem olmalıdır ki, siyasi qüvvələrdə də dövlətçilik təfəkkürü güclü formalaşsın və inkişaf etsin. Bu düşüncə birliyi hər kəsdə hakim olmalıdır. İnsanlar əvvəlcə düşüncə birliyinə nail olmalıdırlar. Bunun üçün də çalışırıq ki, cəmiyyətin müəyyən tərəfləri, təbəqələri arasında konsolidasiya prosesləri getsin. Hakimiyyət uğrunda dava olmamalıdır, hər kəs özünün resurs bazasına və xalqına söykənərək dövlətçilik üçün çalışmalıdır. 
“Dövlət maraqlarını satmaqla hər hansı bir mövqe qazanacaqsansa, bu nə vətəndaş, nə də siyasətçi mövqeyi olacaq. Bu yalnız satqın mövqeyi adlandırıla bilər”

- Bəs bu gün müxalifətdəki qüvvələr “təmərküzləşmə” adı altında hansı proseslərə rəvac verirlər?

- Təəssüflər olsun ki, bu ad altında Azərbaycanda xarici qüvvələrin, antimilli xarici dairələrin dominant formada oturuşması üçün şərait yaratmağa çalışan müxalif qüvvələr var. İstər zehniyyəti özlərinə uyğun yumaq baxımından, istərsə də digər formalarda buna uğursuz cəhdlər edirlər. Bu məsələdə elə azərbaycanlıların əli ilə xaricilərin ölkəmizə təsir imkanlarını artırmaq, gücləndirmək istəyirlər. Bəziləri bu qaranlıq məqsəd ətrafında birləşməyə çalışırlar. Bu, çox zərərli bir şeydir. Amma seçki ilini bəhanə edib başqa dövlətlərdəki dairələrin Azərbaycandakı istəklərini gerçəkləşdirmək, təbii ki, mümkün olmayacaq. Bu, ən yüngül adlandırsaq, vətənə xəyanət etməkdir. Öz dövlətinin, millətinin, vətəninin maraqlarını başqa dövlətlərin, onlardakı dairələrin maraqlarına qurban verilməsi üçün seçki ilinin bəhanə kimi istifadə edilməsi çox rüsvayçı bir mövqedir. Bu mövqe ona görə də Azərbaycan cəmiyyətində uğur qazana, qəbul oluna bilməz. Hakimiyyətə alternativ ola bilmək üçün daha uyğun platformalar təqdim etmək, daha mobil, bilikli, bacarıqlı komanda təqdim etmək, Azərbaycanın daha yaxşı inkişaf yollarını göstərə bilmək lazımdır və yalnız bununla xalqın səsini qazanmaq olardı. Halbuki müxalifətdəki qruplar bunu edə bilmir, çünki bu səviyyədə və məqsəddə deyillər. Onlar hakimiyyətə müxalifətçilik adı altında dövlətçiliyə, dövlətə və cəmiyyətə müxalifətçilik yolunu tutublar. Bu isə öz ölkənə, dövlətinə qarşı çıxmaqdan başqa bir şey deyil. Bu gün, çox təəssüflər olsun ki, indi müxalifətdə təmsil olunan, o vaxt hakimiyyətdə olmuş bəzi şəxslər Dağlıq Qarabağın Azərbaycana aid olduğunu deməyən, bunu “mübahisəli” ərazi sayan bir zehniyyətin yanındadırlar. Bu da olduqca biabırçı bir haldır və həmin qüvvələrlə bağlı oriyentiri açıq göstərir. Bütün bunlara görə də müxalif qrupların bəzilərinin seçki prosesləri ilə bağlı davranışlarından narahatlığımı və etirazımı bildirmək istəyirəm. Birlik lazımdır, amma bu cür antiazərbaycan məqsədlərlə birləşmək üçün yox. Nəzərə almaq lazımdır ki, hər yerdə hakimiyyət keçici, müvəqqətidir, əsas dövlət və onun sonrakı taleyidir. Bu tale üçün siyasətçi olan da, olmayan da ən azından məsuldur. Bunun üçün mənəvi ölçü, mənəvi keyfiyyət olmalıdır. Siyasi fəaliyyətin siyasi mənəviyyat, siyasi tərbiyə tərəfini bir kənara atmaq olmaz. Ölkənin maraqları və gələcək taleyi bu baxımdan heç vaxt unudulmamalıdır. Siyasətdə dövlət və milli maraqlar şəxsi və qrup maraqlarının fövqündə durur - bu əsas məqam həmin qruplar tərəfindən həmişə unudulur. Dövlət maraqlarını tapdalamaqla, satmaqla hər hansı bir mövqe qazanacaqsansa, bu nə vətəndaş, nə də siyasətçi mövqeyi olacaq. Bu, yalnız satqın mövqeyi adlandırıla bilər. Ona görə də hesab edirəm ki, Azərbaycan cəmiyyəti bütün bu məsələlərdə ayıq-sayıq olmalıdır. 
“Seçki” və “demokratiya” adları altında xarici qüvvələrin maşasına çevrilən qruplara qarşı barışmaz və ifşaedici mövqedən çıxış etmək günün tələbidir. Burada həm normal siyasətçi, həm də vətəndaş öz sözünü deməlidir. Çünki gələcəyimizi və milli dövlətçiliyimizi bununla qorumuş və zərərli ünsürləri zərərsizləşdirmiş oluruq. Onların bu cür antiazərbaycan davranışları ölkəmiz üçün təhdiddir. Mən həm partiyamızın, həm də cəmiyyətimizin mənafeyinə və maraqlarına uyğun olaraq hamını çağırıram ki, müxalifətdə bu tipli “toparlanmalar” barədə ayıq olsunlar. Çünki hər kəs yalnız Azərbaycanda demokratik seçkinin keçirilməsi üçün toparlanmanın tərəfdarı olmalıdır. Yoxsa xarici qüvvələrin və dairələrin ölkəmizi zəiflətmək, milli inkişafımızı laxlatmaq üçün ölkəmizə ayaq açması və girməsini təqdir edə, yaxud da buna imkan verə bilmərik. Çünki bütün bunlar cəmiyyətimizə, özümüzə, ailəmizə qarşıdır. 

- Bildirdiyiniz kimi, müxalifətdə bəzi qruplar seçki ilinin olmasından yararlanaraq xarici qüvvələrin, antiazərbaycan dairələrin maşası rolunu öz üzərlərinə götürməyə çalışırlar. Bunun üçün onların hətta müxtəlif xarici ölkələrə səfərlər planlaşdırması da gözlənilir. Məsələn, “milli şura”da təmsil olunanların tez-tez Moksvaya səfərini, yaxud da ABŞ-a səfərə can atdıqlarını görürük. Bu, nə deməkdir?

- Dediyim kimi, normal qaydada hər hansı bir ölkə ilə əməkdaşlıq mümkündür. Azərbaycan isə hazırda bütün qonşularla, bütün ölkələrlə “sıfır problem” siyasəti yürüdür. Mən də bunu qəbul edirəm. Azərbaycan istəyir ki, bütün qonşularla yaxşı münasibətləri olsun. Amma iradəmizdən asılı olmayaraq qonşular bizə qarşı fərqli davranış nümayiş etdirirlərsə, buna adekvat addımlar atmaq və bunun cavabını vermək lazımdır. Bu baxımdan bəzi müxalif qrupların xarici dairələrdə tərəfdar axtarması, bununla bağlı çabalarının qaranlıq tərəfləri və antimilli xüsusiyyətləri barədə düşünməyə dəyər. Nəzərə almaq lazımdır ki, istənilən siyasətçinin, vətəndaşın davranışı sonda milli təhlükəsizliyə xidmət etməlidir, milli təhdidlərə yox. Azərbaycanın milli təhlükəsizliyini təhdid altında saxlayan istənilən davranış, əlaqə, görüş və kənardan verilən dəstək Azərbaycanda qəbuledilməzdir. Buna qarşı barışmaz olmaq lazımdır. Azərbaycanda hər bir ölkənin maraqlarının olması normal haldır. Ölkəmiz müxtəlif məsələlərə görə cəlbedicidir və oynadığı rola, dünyadakı mövqeyinə görə olduqca böyük əhəmiyyət kəsb edir. Ölkəmiz mədəniyyətlərin və dinlərin qovuşduğu bir məkanda yerləşir. Azərbaycan iqtisadi mənada qızıl körpüdür. Böyük enerji layihələrinin müəllifiyik. Üstəlik də ölkəmizin yerləşdiyi bölgədə çox ciddi və qlobal hadisələr baş verir. Çünki burada ən müxtəlif maraqlar təmsil olunur. Bizimlə xarici ölkələrin əməkdaşlığa can atması çox normal və müsbət bir məsələdir və bu cür əməkdaşlıqlar getdikcə də güclənməkdədir. Xarici ölkələr və beynəlxalq aləmlə əməkdaşlıqda ölkəmizin ciddi nailiyyətləri və irəliləyişləri var. Bu baxımdan bəzi ölkələrdəki dairələrin məkrli məqsədlərlə bəzi müxalif qrupları ələ almasına çalışması yalnız bizim xarici aləmdəki təsirimizi və gücümüzü, müstəqil oyunçu olmağımızı zəiflətmək məqsədilə edilən qəsdlərdir. Biz yalnız bu cür dairələri və onların əlaltılarını ifşa etməliyik.
Oxşar xəbərlər
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
GÜNLÜK
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 10:14
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 10:14
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır