"Sabirabad rayon icra başçısının birinci müavini Həsən Həsənovla, müavin Heydər Yaqubovun qardaşı Füzuli Yaqubov dalaşıb. Bu barədə Sabirabaddakı mənbələr məlumat verib. Mənbənin dediyinə görə, hər iki şəxs “Bazar küçəsi”ndə mübahisə ediblər. Bundan sonra onlar aralanıblar".
Xatırladaq ki, bu haqda xəbəri Aznews.az saytı yayıb. Saytın iddiasına görə, tərəflər arasındakı dava daha sonra Füzuli Yaqubovun şəhərin mərkəzində tikdirdiyi böyük ticarət obyektin qarşısında davam edib.
Moderator.az xəbəri dəqiqləşdirmək məqsədilə Sabirabad rayon icra başçısının birinci müavini Həsən Həsənovla əlaqə saxlayıb və o, haqqında yayılmış informasiyanı təkzib edib:
“Nə dava? Bu məlumatlar tamamilə uydurmadır. Mənim nə Heydər Yaqubovla, nə də onun qardaşı Fizuli Yaqubovla hər hansı konfliktim olmayıb. Əksinə onlarla çox gözəl münasibətlərim var. Elə dünən də onlarla birlikdə bir toy məclisində iştirak etmişəm. İnanmayanlara həmin toyda çəkilmiş fotoları da təqdim edə bilərəm. Kim nə yazırsa özü bilər, amma belə şey olmayıb və ola da bilməz”
Şahin