Xəbər lenti
29/01/2020 [08:42]:
Əli  ingilis qadını  intihardan xilas etd-İbrətamiz...-FOTO
29/01/2020 [07:42]:
"Əsl müsəlman gördüyü işə görə təriflənməyi sevməz...”
29/01/2020 [01:13]:
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
29/01/2020 [00:37]:
Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
29/01/2020 [00:29]:
Kobi ilə xanımının gizli helikopter razılaşması - FOTOLAR
29/01/2020 [00:25]:
Bakıda keçirilən futbol matçında dava, hakim döyüldü - VİDEO
29/01/2020 [00:22]:
Fələstin rəhbəri: "Qüds satılmır!"
29/01/2020 [00:18]:
Türkiyə klubu zəlzələyə görə dağılır
29/01/2020 [00:07]:
Qənirə Paşayeva Tovuzun Abulbəyli kəndində yüzlərlə seçici ilə görüşüb - FOTOLAR
29/01/2020 [00:00]:
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
28/01/2020 [23:35]:
Azərbaycanın “Avroviziya”dakı rəqibləri bəlli oldu - FOTO
28/01/2020 [23:32]:
Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
28/01/2020 [23:10]:
“Ölüm şəhəri”ndəki azərbaycanlı: “Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik”
28/01/2020 [23:07]:
Balakəndə maşın yeniyetməni vuraraq öldürüb
28/01/2020 [22:35]:
Zəlzələ Yunanıstanı da silkələdi
28/01/2020 [22:25]:
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
28/01/2020 [22:22]:
Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO
28/01/2020 [22:18]:
ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq
28/01/2020 [22:17]:
Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”
28/01/2020 [22:13]:
Fermada işləyə bilmədiyi üçün 10 aylıq qızını aclıqdan öldürdü - DƏHŞƏT...
28/01/2020 [21:59]:
Ordu ruhu...
28/01/2020 [21:38]:
Tramp: "İsrail fələstinlilərlə sülhə böyük addım atır”
28/01/2020 [21:37]:
“Ayətullah Amili kimdir ki, bizim Xarici İşlər Nazirliyi ona cavab versin..?”
28/01/2020 [21:26]:
Türkiyədə qadın qısqanc ərini çəkiclə öldürdü
28/01/2020 [21:25]:
"Hələlik bu virusun çarəsinin olmadığını demək düzgün olar..."
28/01/2020 [21:16]:
Pakistanda güclü partlayış - VİDEO
28/01/2020 [21:09]:
Türkiyədə 5.4 bal gücündə zəlzələ olub
28/01/2020 [21:03]:
Azay Quliyev İbrahimpaşa Dadaşov və Nizami Nərimanov küçələrinin seçiciləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [20:33]:
İsrailin Baş naziri özünün toxunulmazlıq hüququnu ləğv etdi
28/01/2020 [20:32]:
34 gün meşədə qalan ana və 3 uşağının möcüzə qurtuluşu - MARAQLI... + VİDEO
28/01/2020 [20:19]:
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
28/01/2020 [20:13]:
Əsəd rejimi İdlibin ən böyük mahalı mühasirəyə aldı
28/01/2020 [20:10]:
Əvvəl körpə nəvəsini, sonra gəlinini öldürən qadın: “Məni buraxın gedim...” – VİDEO
28/01/2020 [20:04]:
Ölkə tarixində bir ilk: Yad kişi ilə yaxalanan qadın bu şəkildə cəzalandırıldı...+ VİDEO
28/01/2020 [19:53]:
Bakı şəhər BPİ ötən il baş vermiş bəzi dəhşətli qəzaların görüntülərini yaydı - VİDEO
28/01/2020 [19:51]:
Şəki polisi əməliyyat keçirdi: Məhkəmə isə "narkobaron"u açıb buraxdı...
28/01/2020 [19:37]:
Rusiyada deputat və həyat yoldaşı öldürülüb
28/01/2020 [19:24]:
Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu
28/01/2020 [19:14]:
Hafiz Haciyev Çaylı, Dozular, Pənahlılar kəndində kənd sakinləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [19:10]:
Əminə Ərdoğan Afrika ölkəsində  yeni məscid və məktəb açdırdı...-FOTO
28/01/2020 [19:06]:
Koronavirusun yayılmasının pik həddi nə vaxt olacaq?
28/01/2020 [19:03]:
"Xanımın işə gedibsə, gedək, parkda gəzək" - VİDEO
28/01/2020 [19:01]:
Azər Kərimli daha 10 kənddə seçiciləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [19:00]:
Süleymanini vuran amerikalı öldürüldü - Şok
28/01/2020 [18:54]:
“Gürcüstan və Azərbaycanın gələcək potensialı Qafqaz üçün əhəmiyyətli olacaq”
28/01/2020 [18:51]:
Nərminin nənəsindən sensasion açıqlama: “Qızımla kürəkənim günahkardır, İlkin isə…”
28/01/2020 [18:29]:
Oqtay Gülalıyevin oğlu atasının vəziyyətindən danışdı
28/01/2020 [18:24]:
Yevlaxda qadın kanalda batıb - YENİLƏNİB
28/01/2020 [18:24]:
Əli Məsimli seçicilərlə növbəti görüşünü keçirib
28/01/2020 [18:22]:
Fərhad Abdullayev: “Ötən il Konstitusiya Məhkəməsinə 2850 şikayət daxil olub”
28/01/2020 [18:03]:
Rusiyada ərinin qətlini hazırlayan deputat tutuldu - VİDEO
28/01/2020 [17:58]:
"O, maarifçilik xəttinə bunu da əlavə etsə, həmin filmi çəkib dünyaya təqdim edərdim"
28/01/2020 [17:46]:
Paşinyan gözlənilmədən Kəlbəcərə gəldi – FOTOLAR
28/01/2020 [17:42]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28/01/2020 [17:41]:
Paşinyan Azərbaycanda hərbçilər üçün yaşayış kompleksinin açılışında oldu...-FOTOLAR
28/01/2020 [17:35]:
İlham Əliyev: "Prezident Administrasiyasında yeni insanlar lazımdır"
28/01/2020 [17:25]:
Bülənt Ərsoya 100 minlik üzük bağışlayan azərbaycanlı xanımın kimliyi bilindi -FOTOLAR
28/01/2020 [17:14]:
Türkiyədə 4.8 bal gücündə zəlzələ oldu
28/01/2020 [17:14]:
Moderator.az yazdı, nazirlik oğurluq hadisəsini nəzarətə götürdü...
28/01/2020 [17:08]:
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimə keçdi: Koronavirusla bağlı
28/01/2020 [17:07]:
Çindən bəzi malların Azərbaycana gətirilməsinə qadağa qoyuldu - RƏSMİ
28/01/2020 [16:43]:
Su sayğaclarını oğurlayanlar yaxalandılar
28/01/2020 [16:37]:
İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər
28/01/2020 [16:33]:
Türkiyə yenə silkələndi
28/01/2020 [16:21]:
Azərbaycanda koronavirus şübhəsi olan xəstə aşkarlanıb? - AÇIQLAMA
28/01/2020 [16:13]:
Çindəki azərbaycanlıların vəziyyəti necədir? - Səfir açıqlama verdi
28/01/2020 [16:10]:
Mübariz Mənsimov daha 150 tələbənin təhsil haqqını ödəyəcək
28/01/2020 [16:04]:
Prezident koronavirusla bağlı tapşırıq verdi
28/01/2020 [16:02]:
Xırdalan dairəsi necə olacaq?
28/01/2020 [15:57]:
“Küçəyə çıxmaq qadağandır” - Çindəki səfirimiz tələbələrdən danışdı
28/01/2020 [15:53]:
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir - FOTO
28/01/2020 [15:48]:
Mədət Quliyev MMC-nin direktorunu işdən çıxardı
28/01/2020 [15:44]:
İranda Almaniya vətəndaşı zorla xəstəxanaya yatırıldı -Koronavirusa görə
28/01/2020 [15:41]:
Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI
28/01/2020 [15:37]:
Koronavirusdan qorunmaq üçün 4 MƏSLƏHƏT
28/01/2020 [15:35]:
Yaşa görə pensiya hüququ qazana bilmək üçün lazım olan şərtlər - Rayonlar üzrə
28/01/2020 [15:25]:
Əlisahib Hüseynov Sumqayıt şəhərində məcburi köçkünlərlə görüşüb
28/01/2020 [15:11]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ)
28/01/2020 [15:06]:
“Simpsonlar”ın 1993-cü ildə yayımlanan bölümündə koronavirus izləri aşkarlandı - VİDEO
28/01/2020 [14:59]:
Saleh Məmmədov: “12 rayonda yeni yollar çəkiləcək”
Bütün arxiv bir sırada
27/11/2019 [14:14] - Müsahibə - ( 1624 dəfə baxılıb)

“Qaçqınkom”un sədr müavini: “Köçkünlər onlara verilən evləri sata, kirayəyə verə bilməzlər”



“46 qəsəbədə 357 evdə əsaslı təmir işlərinin aparılmasına ehtiyac yaranıb”

Moderator.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədovun "Report"a müsahibəsini təqdim edir. 

- Ölkənin müxtəlif ərazilərində qaçqınlar və məcburi köçkünlər üçün qəsəbələr salınıb və bu iş davam etdirilir. Bu qəsəbələrin yeri müəyyənləşdirilərkən hansı meyar və prinsiplər əsas götürülür?

- Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin görülməsinə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanılıb. Məlum olduğu kimi, ulu öndərin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin əldə etdiyi gəlir, ilk növbədə, məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilərək çadır düşərgələrinin ləğvinə başlanılıb. Bu istiqamətdə tədbirlər cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilib, çadır düşərgələrinin ləğvi başa çatdırılıb, məcburi köçkünlər müasir tipli yeni qəsəbələrə köçürülüb, onlara məşğulluq və təsərrüfatçılıq imkanları yaradılıb. Cənab Prezident tərəfindən 2004-cü ildə təsdiqlənmiş Dövlət Proqramında, 2007, 2011-ci illərdə həmin Proqrama edilmiş əlavələrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin əksəriyyətinin icrası təmin olunub, qalanlarının icrası üzrə işlər yerinə yetirilir.

Məcburi köçkünlər üçün qəsəbələr, əsasən, onların ilk sığınacaqları olan düşərgələrə, müvəqqəti məskunlaşma yerlərinə yaxın ərazilərdə, mövcud kommunikasiya resurlarına əlçatanlıq, həmçinin müəyyən müddət ərzində iş, təhsil, tibbi xidmət və s. sahəsində formalaşan əlaqələr nəzərə alınmaqla salınır. Təbii ki, məcburi köçkünlərin ən başlıca arzusu, istəyi doğma yurda qayıtmaqdır və buna görə də işğaldan azad edilən ərazilərdə yaşayış məntəqələrinin bərpası xüsusi əhəmiyyət kəsb edir. Keçmiş Dağlıq Qarabağın inzibati ərazisi olan Şıxarxda, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində həyata keçirilən tədbirləri buna misal göstərə bilərik. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin ediləcəyinə və məcburi köçkünlərimiz öz daimi yaşayış yerlərinə qayıdacağına inanırıq. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, normal həyat şəratinin təmin olunması üçün Azərbaycanın həm zəruri resursları, həm təcrübəsi vardır, buna uyğun qayıdış proqramı hazırlanıb.

- Məcburi köçkün qəsəbələri, yeni salınan yaşayış kompleksləri zəruri sosial-texniki infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilib. Bu təsərrüfatın normal vəziyyətdə saxlanılması və səmərəli istismarının təmin edilməsi üçün hansı işlər görülür?

- Məcburi köçkünlər üçün salınmış qəsəbələr və yaşayış komplekslərinin mənzil-təsərrüfat və kommunikasiya sistemlərinin səmərəli idarə edilməsi vacib məsələdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olan Mənzil İstismar Departamenti və tabeliyindəki mənzil-kommunal istismar sahələri tərəfindən bununla bağlı gündəlik zəruri iş aparılır. Mənzil İstismar Departamenti (MİD) məcburi köçkünlərin istifadəsinə verilmiş dövlət mənzil fondunun normal vəziyyətdə saxlanmasını və səmərəli istismarını təmin edir. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həlli sahəsində dövlət siyasətinin həyata keçirilməsi, daxili miqrasiyanın idarə edilməsi baxımından bu təsisatın fəaliyyəti xüsusilə əhəmiyyətlidir.

Mənzil-kommunal istismar sahələri məcburi köçkünlərin dislokasiya üzrə qeydiyyatını aparmaq, habelə binaların mühəndis-kommunikasiya sistemlərinin texniki vəziyyətinə nəzarəti təmin etməklə yanaşı, qəsəbələrin və yaşayış komplekslərinin ərazisində yaşıllaşma, abadlıq, işıqlandırma, məişət tullantılarının daşınması, mənzil kirayəçilərinin qaldırdıqları məsələnin həlli istiqmətində əməli tədbirlər görürlər. Əsas vəsaitin qeydiyyatı, balansda olan xüsusi texnikanın saz-işlək vəziyyətdə saxlanılması, su, qaz, elektrik təchizatının fasiləsiz verilməsinə nəzarət də mənzil-kommunal istismar sahələrinin öhdəliklərinə daxildir. Bu qurumların işçiləri evlərə, həyətyanı sahələrə, binaların fasadına, zirzəmisinə, dam örtüyünə, pilləkən qəfəsinə və s.-ə mütəmadi baxış keçirir, aşkar edilən qüsur və çatışmazlıqlar ya daxili imkanlar hesabına aradan qaldırılır, ya da bununla əlaqədar dərhal Departamentə məlumat verilir.

- Payız-qış mövsümünün başlanması ilə əlaqədar məcburi köçkün qəsəbələrində daha çox hansı məsələlərə diqqət yetirilir?

- Məcburi köçkünlər üçün salınmış qəsəbələr ilin bütün fəsillərində normal həyat şəraitini təmin edən mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilib. Bununla belə payız-qış mövsümü ərəfəsində mövcud vəziyyət bir daha təhlil edilir, mənzil-kommunal istismarı sahələri tərəfindən görülməsi vacib olan işlər müəyyənləşdirilir və icra edilir. Bu il payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində MİD tərəfindən Mingəçevir şəhərindəki “Yeni həyat”, Goranboy rayonundakı “Meşəli”, Füzuli rayonundakı 4 nömrəli “Zobucuq” qəsəbələrində daxili yolların təmiri, yolkənarı arxların təmizlənməsi, yağıntıların axıdılması üçün metal boru xətlərinin çəkilməsi, Tərtər rayonunun inzibati ərazisində olan Şıxarx qəsəbəsində, Qəbələ rayon ərazisindəki qəsəbədə isti su və istilik sisteminin təmiri işləri aparılıb.

Dövlət Komitəsinin müraciəti əsasında Mingəçevir və Yevlax şəhərlərindəki məcburi köçkün qəsəbələrində “Azəristiliktəchizat” ASC-nin balansında olan mərkəzi istilik xətlərinin təmirinə başlanması buradakı mənzillərin isti su və istiliklə təchizatının normal qaydaya düşməsini təmin edəcək.

Bu il hündür mərtəbəli binaların dam örtüyünün və fasadının təmiri ilə əlaqədar 8 qəsəbədə, o cümlədən Abşeron rayonunun Masazır kəndində, Bərdədə, Yevlaxda və Ağcabədidə yerləşən məcburi köçkün qəsəbələrində zəruri tədbirlər həyata keçirilib.

Qəsəbələrdə uzun müddətdən bəri istismarda olan evlərin, mənzillərin bəzilərində əsaslı təmirə ehtiyac yaranır. Belə ki, bu yaxınlarda Ağdam, Füzuli, Goranboy və Gəncədə yerləşən qəsəbələrdə qəzalı vəziyyətdə olan evlərə baxış keçirilib və ən təhlükəli halda olan ev və mənzillərin təmir işləri aparılıb.

Payız-qış mövsümündə iqlim şəraiti ilə əlaqədar yarana biləcək çətinlikləri aradan qaldırmaq üçün MİD-in balansındakı xüsusi texnikanın işlək vəziyyətdə saxlanması da diqqət mərkəzindədir.

Bununla yanaşı qeyd etmək istərdim ki, hazırda Dövlət Komitəsinin balansında olan və artıq on ildən çox istismar edilən 13350 fərdi yaşayış evindən ibarət 46 qəsəbədə 357 sayda evdə əsaslı təmir işlərinin aparılmasına ehtiyac yaranıb.

- Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlərə verilən ev və mənzillər xüsusi təyinatlı olmaqla onların müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələridir. Bu yaşayış sahələrindən istifadənin şərtlərinə necə əməl edilir?

- Məcburi köçkünlərin onlara verilən yaşayış sahələrindən istifadə etməsi şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qayda ilə tənzimlənir. Həmin Qaydaya əsasən, müvəqqəti yaşayış sahələrindən məcburi köçkünlər onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Qaydada göstərilir ki, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər.

Məcburi köçkünlər dövlətin onların mənzil-məişət şəraitnin yaxşılaşdırılmasına göstərdiyi qayğıya cavab olaraq, dövlətə məxsus əmlaka əsl vətəndaş məsuliyyəti ilə yanaşmalıdırlar. Uzun illərin təcrübəsi göstərir ki, doğma yurdundan didərgin düşmüş həmvətənlərimizin əksəriyyəti bu məsuliyyəti dərindən dərk edir, istifadə etdikləri ev və mənzilləri yaşayış üçün normal vəziyyətdə saxlayırlar.

- Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi ilə yanaşı, Dövlət Komitəsi tərəfindən onların digər sosial problemlərinin də həlli istiqamətində hansı işlər aparılır?

- Məcburi köçkünlər cəmiyyətin həssas təbəqəsidir, onların sosial müdafiəsinə dövlətimiz tərəfindən xüsusi diqqət yetirilir. Bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə və düzgün xərclənməsi, eləcə də beynəlxalq və respublika təşkilatlarından daxil olmuş humanitar yardımların uçota alınması, saxlanılması və təyinatı üzrə çatdırılması da Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindəndir. Həmin fəaliyyət Dövlət Komitəsinin tabeliyindəki təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsi tərəfindən həyata keçirilir. İdarə humanitar yardımların daşınması, pansionat və sanatoriyalarda məskunlaşmış məcburi köçkünlərin içməli suya olan təlabatının ödənilməsi üçün nəqliyyat xidmətini təmin edir. İdarənin tabeliyində fəaliyyət göstərən Baza Sənaye Kombinatının məcburi köçkünlərdən ibarət işçiləri tərəfindən istehsal edilən yataq dəstləri, bəzi qadın, kişi, məktəbli geyimləri humanitar yardım kimi aztəminatlı ailələrə verilir. Məsələn, ötən il 7838 ədəd isti gödəkcə, müvafiq formada 10.454 geyim dəsti, bu ilin doqquz ayı ərzində isə 7.800 geyim dəsti aztəminatlı məcburi köçkün ailələrin məktəbli övladlarına təqdim olunub. Humanitar yardımların belə ailələrə çatdırılmasında yerli icra hakimiyyəti orqanları ilə yanaşı, bu il Erməni Təcavüzünün Tanıdılması və Xocalı Soyqırımını Tanıtma ictimai birlikləri də iştirak ediblər. Yeri gəlmişkən qeyd edim ki, Dövlət Komitəsi məcburi köçkünlərlə bağlı humanitar və maarifləndirici tədbirlər həyata keçirən Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu və “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi ilə sıx əməkdaşlıq edir, onlara öz dəstəyini əsirgəmir.

- Sabir müəllim, Məcburi köçkünlərin müvəqqəti olaraq sıx məskunlaşdıqları obyektlərin istismar vəziyyətinə necə nəzarət edilir? Belə obyektlərin təmiri istiqamətində son vaxtlar hansı tədbirlər həyata keçirilib?

- Erməni təcavüzü nəticəsində öz tarixi torpaqlarından didərgin düşmüş soydaşlarımız respublika ərazisində 1500-dən çox müvəqqəti məskunlaşma obyektində-sanatoriya və pansionatlarda, tikintisi yarımçıq qalmış binalarda, uşaq bağçalarında və yataqxanalarda müvəqqəti məskunlaşıblar. Belə obyektlərin cari təmiri üçün dövlət büdcəsindən müvafiq maliyyə vəsaiti ayrılır. Bununla əlaqədar olaraq, yerli təşkilatların və vətəndaşların müraciətləri əsasında Dövlət Komitəsi rayon icra hakimiyyətləri ilə birlikdə məskunlaşma obyektlərinə baxış keçirir, həmin obyektlərdə cari təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür. Bu ilin doqquz ayında məcburi köçkünlərin sıx məskunlaşdığı 68 obyektdə cari təmir işləri başa çatdırılıb, 9 obyektdə isə iş davam etdirilir. Həmin obyektlərdə 1793 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb.

Bundan başqa, müxtəlif rayon və şəhərlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin suya və elektrik enerjisinə olan tələbatını ödəmək və baş verə biləcək problemlərin qarşısını almaq məqsədilə müxtəlif gücə malik transformatorlar, komplekt transformator mərkəzləri, kabinəli dizel generatorları və digər elektrik avadanlığı, su nasosları alınıb, bunların bir qismi müvafiq qaydada yerli icra hakimiyyəti orqanlarına verilib.

Müvəqqəti məskunlaşma obyektlərinin sayı ilbəil azalır və məcburi köçkünlər hər cür şəraiti olan qəsəbələrdə, yaşayış komplekslərində tam təmirli yeni evlərə, mənzillərə köçürülürlər. Təbii ki, nə qədər rahat şəraitdə yaşasa da, hər bir didərgin soydaşımız üçün doğma torpaq, o torpaqda yaşayan həyat daha dəyərlidir. Əminik ki, işğal altındakı ərazilərimiz tezliklə azad ediləcək və dövlətimiz böyük qayıdış proqramının icrasına başlayacaq.

Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
Fermada işləyə bilmədiyi üçün 10 aylıq qızını aclıqdan öldürdü - DƏHŞƏT...
34 gün meşədə qalan ana və 3 uşağının möcüzə qurtuluşu - MARAQLI... + VİDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
Kriminal
Şəki polisi əməliyyat keçirdi: Məhkəmə isə "narkobaron"u açıb buraxdı...
Cəmiyyət
"O, maarifçilik xəttinə bunu da əlavə etsə, həmin filmi çəkib dünyaya təqdim edərdim"
Cəmiyyət
Moderator.az yazdı, nazirlik oğurluq hadisəsini nəzarətə götürdü...
İqtisadiyyat
“Koronavirusun Azərbaycan üçün ciddi iqtsiadi problemə səbəb olacağına inanmıram”
Həftənin ən çox oxunanları
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Erməni helikopterini vuran MAXE Saleh Məmmədova səsləndi: "Bir şey fikirləşmirlər..."
Paşinyan 7 rayonun qaytarılmasından danışdı: "Onlar razılaşsa, dərhal masaya qoyulacaq..."
“Bizim əsas düşmənimiz Azərbaycan yox, Türkiyədir...”
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb zorladı: 16 yaşlı qızın dramı – VİDEO
12 yaşıma çatanda bu barədə ailəmə danışmaq qərarına gəldim, bundan sonra bir daha..."
Putin İsrailə 5  uçaq və 200 nəfərlik heyətlə gəldi...-FOTOLAR+VİDEO
“Rusiyanın aprel döyüşlərində bizə heç bir köməyi dəymədi” – Bu dəfə Kremlin haqqı yeyildi...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247