Xəbər lenti
04/12/2020 [18:34]:
MİQ imtahanlarında iştirak üçün namizədlərə məlumatlar göndərildi
04/12/2020 [18:17]:
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
04/12/2020 [18:13]:
Moskvada əhalinin koronavirusa qarşı peyvəndlənməsinə başlanılıb
04/12/2020 [18:12]:
Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO
04/12/2020 [17:56]:
“Ermənilər Kəlbəcərdən apardıqları qızılın pulunu qaytarmalı olacaqlar...“
04/12/2020 [17:50]:
ATƏT-ə yeni baş katib təyin olundu
04/12/2020 [17:49]:
Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO
04/12/2020 [17:34]:
1 dəqiqəlik sükutun hüznlü tarixi – Azərbaycan ildə iki dəfə 1 dəqiqəlik sükuta qərq olurdu, gələn il üç dəfə olacaq
04/12/2020 [17:22]:
Dənizçilər anım dəqiqəsinə qoşuldu - VİDEO
04/12/2020 [17:17]:
Naxçıvan yolundan sonra Zəngəzur, və... - Türk mütəxəssisdən SENSASİON AÇIQLAMALAR
04/12/2020 [17:11]:
Azərbaycan Fransaya nota verdi
04/12/2020 [16:53]:
İşğalçını qovan Azərbaycanın koronavirusa qarşı mübarizədə rolu - FOTO
04/12/2020 [16:50]:
Sabiq icra başçısı vəfat edib
04/12/2020 [16:45]:
Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub
04/12/2020 [16:43]:
“Qarabağda Rusiya hərbi bazası qurulmayacaq,  amma...”-Hərbi ekspert
04/12/2020 [16:43]:
Qisas qiyamətə qalmadı...
04/12/2020 [16:36]:
Güllə atılırdı, əsgərimiz başını əymədən hücuma keçirdi - Qazi
04/12/2020 [16:28]:
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
04/12/2020 [16:23]:
Azərbaycanda koronavirusa təkrar yoluxma var, xəstə sayı 2-3 dəfə arta bilər - XƏBƏRDARLIQ
04/12/2020 [16:22]:
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terror aktlarından yazıb
04/12/2020 [16:20]:
“Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik...”
04/12/2020 [16:16]:
“Zori Balayana camaatın gözü qarşısında elə işgəncə vermək lazımdır ki..”
04/12/2020 [16:08]:
Türkiyə Prezidenti: "Gələn həftə Azərbaycana səfər edəcəyəm"
04/12/2020 [16:07]:
"İlham Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram"
04/12/2020 [16:03]:
Azərbaycanda daha 4267 nəfər COVID-19-a yoluxub, 2566 nəfər sağalıb, 41 nəfər vəfat edib
04/12/2020 [16:01]:
“30 ilə yaxın həsrəti ilə yaşadığımız cənnət məkanımızda dərs deməyin özü şərəfdir”
04/12/2020 [15:54]:
Evdə dalaşıb hava almağa çıxan kişi 420 km piyada yol getdi - FOTO
04/12/2020 [15:50]:
İşığı-ziyası ilə məlhəm olan adam...
04/12/2020 [15:43]:
Erməni diplomatlar Paşinyanın istefasını istəyir
04/12/2020 [15:40]:
İsmayıllıda yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb
04/12/2020 [15:37]:
Ankarada Vətən müharibəsi şəhidləri yad edilib - FOTO
04/12/2020 [15:35]:
Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB
04/12/2020 [15:34]:
“Mən şəhid olmasam, oğlum olar” - VİDEO
04/12/2020 [15:32]:
Şuşa qalasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO
04/12/2020 [15:30]:
““Vətən Müharibəsi Qəhrəmanı” adının Prezident İlham Əliyevə verilməsini təklif edirəm”
04/12/2020 [15:26]:
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq!
04/12/2020 [15:24]:
Gömrük Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
04/12/2020 [15:22]:
Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK
04/12/2020 [15:17]:
Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO
04/12/2020 [15:06]:
Mehriban Əliyeva: "Onlar bizim qəlbimizdə daim yaşayacaq"
04/12/2020 [14:57]:
“Azərbaycan Ordusunun uğurlu əməliyyatları və yeni şəraitdə vəzifələrimiz” mövzusunda videokonfrans keçirilib
04/12/2020 [14:54]:
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - VİDEO
04/12/2020 [14:52]:
Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ
04/12/2020 [14:52]:
"Müharibə ərəfəsində 2 zəfər marşı yazmışam, biri Baba Vəziroğlunun, digəri isə..."
04/12/2020 [14:45]:
Trampın qızı Baş Prokurorluqda dindirilib
04/12/2020 [14:44]:
“Polad Həşimova yazdığım şeiri təqdim edəndə bəstəkar dedi ki, mənə hay-küylü mahnı mətni lazımdı”
04/12/2020 [14:44]:
"Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb"
04/12/2020 [14:25]:
Tarix yazan şəhidlərimizi qürurla anırıq!
04/12/2020 [14:12]:
“Türk dünyası “Vikipediya”da layihəsi çərçivəsində bir ay ərzində 60-dan çox məqalə yaradılıb
04/12/2020 [14:09]:
“Vətən müharibəsi dövründə ölkə mediasını rolu” mövzusunda elmi seminar keçirilib
04/12/2020 [13:43]:
Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı
04/12/2020 [13:41]:
“Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur”
04/12/2020 [13:39]:
Dağ Yəhudiləri Dini İcması şəhidlərin xatirəsini yad etdi – VİDEO
04/12/2020 [13:38]:
İstanbuldan ilk yük qatarı Çinə yola düşüb
04/12/2020 [13:37]:
Şəhidlərimizin ruhu qarşısında baş əyirik! - VİDEO
04/12/2020 [13:32]:
“Günəşli” faciəsindən 5 il keçdi
04/12/2020 [13:31]:
“8 noyabr zəfərində ən böyük pay sahibi şəhidlərimizdir”
04/12/2020 [13:25]:
“İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam
04/12/2020 [13:24]:
Xızı və Siyəzəndə şəhidlərin xatirəsi yad edilib - VİDEO
04/12/2020 [13:19]:
Yaşayış yerini qanunsuz tərk edən aktiv COVİD-19 virusunun daşıyıcıları barədə cinayət işi başlanıldı
04/12/2020 [13:17]:
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı
04/12/2020 [13:13]:
Günel Hümbətova: “Şəhid övladlarının boyunlarına “yük” yığmayın ki...”
04/12/2020 [13:09]:
Xaçmaz və Qubada şəhidlərin xatirəsi anılıb - VİDEO
04/12/2020 [13:05]:
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, vəhdət namazı qılınıb - FOTO
04/12/2020 [13:03]:
Ana Vətən Partiyasının Qadınlar Şurası Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi
04/12/2020 [13:01]:
Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək...
04/12/2020 [12:59]:
Sabahdan havanın temperaturu düşəcək
04/12/2020 [12:55]:
“Qarabağı nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik”
04/12/2020 [12:49]:
Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ
04/12/2020 [12:43]:
“Kamal Abdullanı Şuşaya görə təbrik etməməyim mənim səhvimdir...”
04/12/2020 [12:39]:
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər - FOTO
04/12/2020 [12:34]:
Şəhid Xudayarın ailəsi üçün ev tikiləcək
04/12/2020 [12:32]:
“Paşinyan sərxoş halda əmr verirdi ki,  Lələtəpəni alın, sizə general adları verəcəm...”
04/12/2020 [12:31]:
BDU-nun gənc müəllimləri tədris prosesinin təşkilindən danışır - FOTO
04/12/2020 [12:25]:
Afrikanın aparıcı neft şirkətinin zavodunda partlayış - VİDEO
04/12/2020 [12:22]:
Prezidentin köməkçisindən şəhidlərlə bağlı paylaşım
04/12/2020 [12:15]:
Restoranlarda bir neçə toy məclisi keçirilib, polis araşdırmalara başladı
04/12/2020 [12:11]:
Azərbaycan əsgərləri Xankəndidədir
04/12/2020 [12:07]:
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
04/12/2020 [11:53]:
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
Bütün arxiv bir sırada
27/11/2019 [13:10] - Köşə - ( 3844 dəfə baxılıb)

“Məni qoyun yerinə qoyan demokratiyadandırsa, gerçək milli(!) diktatura yaxşıdır...” 

“Təəssüf ki, ermənipərəst, kosmopolit korrupsionerlərlə belə diktatura da qurmaq mümkün deyil...”
“Artıq bizi torpağımızı işğal etmiş, qanımızı axıtmış düşmənlərimizə də irişməyə, yaltaqlanmağa məcbur etməyə başlayıblar...” 
Sultan Laçın

 17 Noyabr...  Azərbaycanın taleyinə laqeyd olmayan hər bir vətəndaş və soydaşımızın anladığı kimi, həmin tarix müstəqil(!), azad(!), demokratik(!) Azərbaycan Respublikasında Milli(!) Dirçəliş(!) günüdür... 2019-cu ilin eyni günündə 22 ildir yaşadığım darısqal otaqda oturmuşam... Milli Dirçəliş gününün əsası qoyulduğu 1988-ci ilin bu günlərində tələbə kimi yataqxanada yaşayırdım, indi isə qaçqın kimi yataqxanada yaşayıram...  Ötənləri xatırlayır, son 31 ildə doğma ölkəmizin,  xalqımızın, doğulduğum rayonun, doğmalarımın, qohum-əqrəbamın, ailəmin, şəxsən özümün nə dərəcədə DİRÇƏLDİYİMİZ barədə düşünürəm... Gerçəklikləri xırdalamağa hacət yoxdur... Bu on illər ərzində kimlərin maddi, iqtisadi cəhətdən dirçəldiyini, mənəvi, əxlaqi cəhətdən ALÇALDIĞINI, kimlərinsə maddiyatca cılızlaşıb mənəvi cəhətdən DİRÇƏLDİYİNİ ağlı, şüuru və ən əsası, VİCDANI yerində olan vətəndaşlar gözəl bilir, dərk edir... Yalnız onu əlavə edə bilərəm ki, hazırda - MİLLİ DİRÇƏLİŞ GÜNÜNÜN, Meydan hərəkatının 31-ci ildönümündə  - torpaqlarımızın daha 20 faizinin ermənilərə işğal etdirilməsi(!) və  1 milyondan çox soydaşımızın özüm, valideynlərim, doğmalarım da daxil qaçqın düşməsindən sonra  5-6 adamı başıma yığıb  o vaxtkı Lenin(!), indiki Azadlıq(!) meydanında  Qarabağın azadlığını tələb edən nəinki mitinq, “donqli” bir piket də keçirmək qədər DİRÇƏLMƏMİŞƏM... Əksinə, bu cür alçaldılmalar bizi o qədər cılızlaşdırıb ki, birdən çaşıb Leninin özünə də, atasına da rəhmət oxuyuruq... 

*** ***

Xülasə, DİRÇƏLİŞ eyforiyasına qapıldığım zaman birdən xəbər çıxır ki, bəs bir neçə erməni jurnalist Bakıya gəlib. Onlardan da biri hər gün Ermənistan televiziyasında Azərbaycan, Türkiyə əleyhinə təbliğat aparır... Digəri isə işğal altındakı torpaqlarımızda qondarılmış separatçı  rejim mənsubudur... Gördünüz, nə qədər DİRÇƏLMİŞİK!.. Torpağımı, rayonumu, kəndimi işğal etmiş, evimi yandırmış, yağmalamış,  ana-bacılarımızı, gəlinlərimizi girov götürmüş, ata-analarımızı, qardaş-bacılarımızı, dostlarımızı şəhid etmiş bir ölkənin sakinləri, üstəlik, torpağımızda qondarılmış separatçı rejimin “vətəndaş”ları gəlir paytaxtımıza, 12-13 nəfər cangüdənin müşayiəti ilə qalib kimi, özlərindən razı halda, istehza, təhqir dolu baxışlarla ətrafdakı insan kütlələrini süzə-süzə küçələrimizi, parklarımızı keflə gəzir və mən, biz cınqırımızı çıxara bilmirik... Əsəbimizi, dərdimizi içimizə vurub əzablar içində qovruluruq... Bizim bir neçə üzüyola jurnalistimizi isə işğalçı ölkənin, separatçı rejimin qanunsuz qurumlarının müşayiəti ilə əsir kimi aparıb tarixi və hüquqi torpaqlarımızı: İrəvanı, Şuşanı, Xankəndini, Kəlbəcəri yandıra-yandıra gəzdirib gətirirlər... Hələ indi də erməni deputatların Azərbaycana, bizimkilərin də Ermənistana səfərlərinə hazırlıq gedir...

***

Nə olsun? Guya ermənilər Bakıya gəlib görəcək ki, burada onları söyüşlə, yumruqla qarşılayan yoxdur, Bakı müasir(!) şəhərdir, bizə canları yanacaq, gedib xalqlarına, hökumətlərinə deyəcəklər ki, əşşi, yazıqdırlar, gəlin bunların torpaqlarını qaytaraq?.. Avropa, Amerika isə Azərbaycanı torpağını işğal etmiş xalqın nümayəndələrinə qarşı növbəti tolerantlıq, dözümlülük nümayişinə görə alqışlayaraq Qarabağın azad edilməsində bizə dəstək verəcək... Adamı  bu qədər qoyun yerinə qoymazlar axı!.. Özü də bu, birinci dəfə deyil ki... 

*** ***

Elə 1995-1996-cı illərdən bəri  adi Bakı ermənilərini, jurnalistləri, idmançıları, məmurları, deputatları, incəsənət adamlarını Azərbaycana aparıb-gətirirlər... Neçə rayon azad eləmişik bu yolla?...
 

***

BMT-nin məlum qətnamələrinin icra edilməsi əvəzinə, “ATƏT-in Minsk Qrupu” adlı bir sirk triosunun  ayı oynadan qaraçılar kimi həftə səkkiz, mən doqquz Qarabağa səfər edib separatçılarla, işğalçılarla görüşüb yeyib-içməsi, hər il bir neçə dəfə müxtəlif şəhərlərdə Azərbaycan və Ermənistan başçılarının, Xarici İşlər nazirlərinin görüşlərini təşkil edib “münaqişənin həlli istiqamətində daha bir addım atıldı” deməsi bu boyda xalqı qoyun yerinə qoymaq deyilmi?..

***

Üstəlik, sovet imperiyasından, köləlikdən qurtulduğumuzu hay-küylə bəyan etdiyimiz  müstəqillik illərində qoyun yerinə qoyulmaq özünü yalnız Qarabağ, erməni məsələsində göstərmir. İqtisadiyyat, mənəviyyat  və s. sahələrdə də oxşar oyunlar gedir... 

***

Hələ bilib sübut edə bilmədiklərimizi demirəm... Son onilliklərin məhkəmə proseslərində də təsdiqləndiyi kimi, gözümüzün qabağında korrupsioner nazirlər, bankirlər, başçılar, iş adamları və s. milyardları talayıb ölkədən qaçırdır, özlərinə həm burda, həm xaricdə villalar tikdirir, mülklər, adalar, uçaqlar, gəmilər alır... Sıravi vətəndaşın, fəhlənin, müəllimin, tibb bacısının və s. isə bunların müqabilində dəryada damla da olmayan mikroskopik əmək haqqı, pensiyası 10-20, lap 50 faiz artır, bundan sonra isə qiymətlər də, azı, 15-20 faiz qalxaraq demək olar ki, hər şey əvvəlki vəziyyətlə tarazlaşır və bunlar bizə telekanal, radio, qəzet və saytlarda hay-küylə “sosial rifah halımızın çiçəklənməsi” kimi təqdim edilir...

***

Bir yandan hay-küylə milli-mənəvi, dini dəyərlərin, əxlaqın, mədəniyyətin qorunmasından danışılır, məscidlər, məktəblər tikilir, təmir olunur, muğam festivalları keçirilir və s. Digər tərəfdən, həmin milli, dini, əxlaqi, mədəni  dəyərlərin üstündə “şalako” gedib doyunca tapdayan, fahişəliyini, zinakarlığını özləri etiraf edən, uşaq, yeniyetmə və gənclərə də bu cür yaşayış tərzini aşılayan manıslara-filanlara ən yüksək fəxri adlar verilir, evlər, maşınlar bağışlanır... 


*** ***

Telekanallarımızı açırıq baxmağa -  cinsi azlıqlar, geylər, fahişələr meydan sulayır... Mənim, sənin, bizim, oğul, qız və nəvələrimiz niyə belələrini görüb onların təsiri, təbliğatı altında böyüməlidir?.. 

***

Sovet dövründə “Bakı” mehmanxanasının künc-bucağında gizlənib qorxa-qorxa dolaşan “qoluboy”lar bu gün müstəqillik(!) dövründə bizə yol göstərir, əxlaqdan, mədəniyyətdən, Qarabağdan, bayraqdan, dövlətçilikdən dəm vurur... Onları susdura bilmirik, on illərlə boğazımızı cırsaq da, milli(!) dövlət səsimizi eşidib belələrini telekanallardan, teatr, konsert salonlarından uzaqlaşdırmır... 

*** ***

Deyirlər, dinmə, demokratiyadır- kim necə istəyir, elə də davranır, geyinir, yaşayır... Əcəba, bu necə demokratiyadır ki, haqsız, əxlaqsıza söz, tribuna, efir, meydan verilir. Amma haqlı, vicdanlı, ədalətli, əxlaqlıların sözünü yüksək kürsülərdən,  paytaxt meydanlarından deməsinə şərait yaradılmır.  Əgər hamı ürəyi istədiyini etməkdə azaddırsa,  bəs onda biz niyə səsimizi çıxaran da, Azadlıq meydanında Qarabağı tələb etmək istəyəndə, Prezidentin də daim çıxışlarında atəşə tutduğu korrupsiya və rüşvətxorluğa qarşı sərt ifadələr işlədəndə “inkişafımızı gözü götürməyənlər”, “yaramaz ünsürlər”, “dövlət, xalq düşmənləri” adlandırılmaq, həbsə atılmaq, nə bilim, özümüzün, yaxud doğmalarımızın təsadüfən güllələnmək, başına kərpic düşmək, avtomobillə vurulmaq,  zəhərlənməsi və s. riski ilə üz-üzə qalacağımızı düşünürük? Halbuki, o “qoluboy” və fahişələrdən fərqli olaraq biz haqq olanı, özü də xalqın, millətin, dövlətin, Türk, İslam dünyasının xeyrinə olanı deyirik və demək istəyirik...

***

Kimin, hansı vəzifəlinin, vəzifəsizin, siyasətçinin-filanın bəndənizə etirazı varsa, bizi yalanda, böhtanda, radikallıqda, dövlətə xəyanətdə suçlayırsa, buyursun, dəvət eləsin, yaxud gəlsin, üzbəüz deyilənləri müzakirə edək, adi bir insan kimi birlikdə küçələrə, əyalətlərə, kəndlərə çıxaq, vətəndaşları qorxutmadan, ürkütmədən sorğu-sual edək, problemləri ilə maraqlanaq... Ondan sonra kimin haqlı, kimin haqsız olduğunu araşdıraq...

***

Vallah-billah, biz bu düşüncə, yaşayış sistemi ilə  nə torpaqları azad edə biləcəyik, nə də ölkədə korrupsiyanın, rüşvətxorluğun, dələduzluğun faizini heç olmasa azaldıb xalqın gerçək rifahına nail olacağıq... Əksinə, düşmən super güclər bu cür daxili problem və narazılıqlardan yararlanaraq, daşnak erməniləri də alət kimi işlədərək növbəti dəfə məmləkəti xaosa bələyəcək, gələcəyimizi çıxılmaz bir düyünə salacaqlar...

***
Qardaşım, bacım, bu “demokratiya” bizə deyir ki, torpağını işğal etmiş, evini yandırmış, səni şikəst etmiş, doğmalarını işgəncələrlə öldürmüş daşnak, qaniçən ermənilərə qarşı tolerant, dözümlü ol, yəni onların Bakıya, Gəncəyə gəlib-getməsinə, buralarda yeyib-içib şellənməsinə adi bir hal kimi bax, özün də Ermənistana, onların işğal etdiyi Şuşaya, Laçına, Kəlbəcərə, Xankəndinə get, dığa və axçilərlə tut arağı iç, donuz kababı ye və heç nə olmamış kimi danış-gül... 

*** ***

Oxucularımızdan birinin sosial şəbəkədə bir yazımıza şərhində çox yerində yazdığı kimi, artıq bizi torpağımızı işğal etmiş, qanımızı axıtmış düşmənlərimizə də irişməyə, yaltaqlanmağa, onlara mədhiyyə deməyə məcbur etməyə başlayıblar...

*** ***

Bu dermokratiya bizə deyir ki, korrupsinerlərə qarşı da, fahişələrə, “qoluboy”lara qarşı da dözümlü ol, onların günü-gündən çoxalıb hər bölgəyə, hər quruma, hər yana dırmaşması, telekanallarda, salonlarda meydan sulaması əleyhinə  çıxma...

*** ***

Bu dermokratiya deyir ki, arvadınız, övladınız yarıçılpaq, yamaqlı, cırıq-curuq geyinib, araq, pivə, viski içib qumar oynasa, fahişəlik, zinakarlıq etsə belə, onlara qarşı tolerant olun, dözün... Yaxşı olar ki, özünüz də onların gününə düşüb “azad”, “sərbəst” həyat yaşayın...

***

Bir sözlə, açıq fikrimi deyirəm; Vətənimizin olan-qalan torpaqlarının daha 20 faizinin işğal altında qaldığı, fahişələrin, əxlaqsızların, cinsi azlıqların hakim olduğu, meydan suladığı, məni qoyun yerinə qoyan demokratiyadandırsa,  diktatura yaxşıdır. Amma antimilli yox, milli(!) diktatura... 

***

Ümumiyyətlə, dəfələrlə demişik ki, torpağı işğal altında olan ölkənin torpaqlarını azad etmək niyyəti ilə hazırkı xaotik demokratiya  heç cür uyuşmur. Bu dermokratiya olmasa, erməninin, lap başqa ölkənin vətəndaşı olsun,  Bakıda nə iti azıb? Dermokratiya olmasa, fahişələr, “mavi”lər televiziyadan  bizlərə meydan oxuya bilməz... İmansız, nadan, cahil, savadsız, bu xalqın yeraltı-yerüstü sərvətini talayıb ona üstdən aşağı baxan korrupsionerlər hər tində, hər bölgədə,hər ölkədə bir villa tikdirib kasıb-kusuba acıq verməz...

***

Hansı ölkənin torpağı işğal olunanda, onun dövləti xalqı ərazi bütövlüyü uğrunda savaş aparanda demokratiya elan edib. Tez-tez istinad etdiyiniz Atatürk məgər Qurtuluş savaşına başlayanda Türkiyədə demokratiya idi?.. Osmanlı jurnalistləri Qərb jurnalistləri ilə qarşılıqlı səfərlər edirdi? Yaxud SSRİ Almaniya ilə müharibə aparanda rus idmançısı gedib Berlində və ya əksinə, alman idmançı Moskvada yarışda iştirak edib ölkə başçılarının əlindən medal alırdı? Yoxsa İngiltərə vətəndaşı olan ruslar sərbəst şəkildə turist kimi Almaniyanın şəhər və kəndlərinə gedib oralarda çəkiliş aparırdı?..

***

Cənablar, yoldaşlar, bəylər, xanımlar, əgər bu vətəni gerçəkdən seviriksə, gəlin iqtidarlı-müxalifətli, bakılı-qarabağlı, gəncəli-naxçıvanlı, kasıblı-varlılı bir gün nümayəndələrimizi təlxəklərin, röyaların, faiqlərin meydan suladığı Heydər Əliyev sarayına toplayıb geniş bir ümumxlaq yığıncağı keçirək. Orada qəti qərar verək ki, torpaqlarımız işğal olduğu üçün cənab Prezident, Ali Baş Komandan ölkədə hərbi vəziyyət elan etsin, bütün partiyaların, QHT-filanların fəaliyyəti dondurulsun, konsertlər, bayağı əyləncəli verilişlər, şou-moular, küçə yürüşləri, piketlər, mitinqlər qadağan edilsin, mətbuata senzura qoyulsun. Və bütün ölkə, bütün xalq “Hər şey cəbhə üçün- hər şey qələbə üçün!” şüarı ilə  Qarabağın azaqdlığı uğrunda savaşa, mübarizəyə səfərbər olunsun... Gedək, lap 100 minimiz şəhid olaq, təki torpaqlarımızı azad edək... Qarabağda Şuşada, Laçında,Kəlbəcərdə, Ağdamda, Qubadlıda... üçrəngli bayrağımızı ucaldaq... Ondan sonra hərbi vəziyyəti ləğv edək, mətbuatın, partiyaların azadlığını qaytaraq, telekanalları, konsert salonlarını açaq,  və milli dəyərlərimizi, əxlaqımızı gerçək şəkildə qorumaq şərti ilə həyatımıza davam edək. 

*** ***

Təəssüf ki, bunlarl demək asandır, həyata keçirmək çox çətin... Məmləkəti antimilli korrupsioner, dələduz şəbəkəsi ilə paralel, keçmişdən qalma Rusiya, indiki Amerika, Britaniya, İran, İsrail, Fransa, Almaniya və s. kəşfiyyat, agentura şəbəkələrinin sarmış olduğu bir şəraitdə xalqın, Qarabağın azadlığının əsl mənada, səmimi olaraq qayğısına qalan, diktaturadan öz rəqiblərini məhv etmək, müxalif təfəkkürlü insanları sıradan çıxarmaq üçün sui-istifadə etməyəcək bir hökumət qurmaq həddindən artıq çətin  məsələdir... Eyni zamanda elə indiki şəraitdə hörümçək toru təki hər yana, hər kəsə sarılmış, xərçəng kimi ölkənin canına dərin yaralar salmış bu ermənipərəst, Rusiyapərəst, kosmopolit təfəkkürlü korrupsiya şəbəkəsini gerçək demokratik üsullarla ləğv etmək də müşkülə dönüb. Bəs çıxış yolu  nədədir?..

*** ***

Çıxış yolu hər bir Azərbaycanı sevən vətəndaşın bir müsəlman, türk, lap gerçək xristian olaraq öncə öz nəfsi ilə mübarizə aparması və bu savaşda qalib gəlməsidir.  Çünki nəfsinə məğlub olan, nəfsinin, tamahının, şəhvətinin qulu olandan nə gerçək müxalifət, nə  iqtidar, nə ziyalı, nə də hərbçi, savaşçı olar. Ancaq ölkədə hamını demirəm, heç olmasa, 100 min vətəndaş nəfsi ilə cihadda qalib olsa, tezliklə korrupsiya şəbəkəsini də çökürdər, Qarabağı da azad edərik... Həzrət Əli(s) əbəs yerə demir ki, nəfsinə hakim ol, cahana sultan olarsan... Əks halda hələ onillərlə özümüz ermənipərəst və kosmopolitlərin, fahişə və “mavi”lərin, Qarabağ isə daşnak ermənilərin əsirliyində qalacaq...  

Sultan Laçın

loading...
Qisas qiyamətə qalmadı...
“Zori Balayana camaatın gözü qarşısında elə işgəncə vermək lazımdır ki..”
Günel Hümbətova: “Şəhid övladlarının boyunlarına “yük” yığmayın ki...”
"Bir tərəfdən Belçika Avropada yeganə fransız dilli ölkədir, digər tərəfdən..."
"İstərdim ki, Türkiyə ordusu hər zaman Azərbaycanla birgə olsun, həm göydə, həm yerdə, həm ürəkdə"
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Siyasət
“Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik...”
Cəmiyyət
Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO
Gündəm
“Qarabağı nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik”
Cəmiyyət
“Ağdama getmək istəyirdim, amma onların minaya düşməsindən sonra qoymadılar...”
Cəmiyyət
"Nə qədər ağır olsa da bütün şəhidlərin adları açıqlanmalıdır, tanınmaq onların haqqıdır"

Həftənin ən çox oxunanları
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
Balasanyanın “Artsax Ordusu” planı, sülhməramlılar və bizim limitimiz haqqında...
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” + VİDEO
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
İsti su ilə limon virusu ağciyərə çatmadan öldürür... - HƏKİM MƏSLƏHƏTİ
Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım: "Böyük bir müharibə başlaya bilər...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247