Xəbər lenti
04/12/2020 [17:22]:
Dənizçilər anım dəqiqəsinə qoşuldu - VİDEO
04/12/2020 [17:17]:
Naxçıvan yolundan sonra Zəngəzur, və... - Türk mütəxəssisdən SENSASİON AÇIQLAMALAR
04/12/2020 [17:11]:
Azərbaycan Fransaya nota verdi
04/12/2020 [16:53]:
İşğalçını qovan Azərbaycanın koronavirusa qarşı mübarizədə rolu - FOTO
04/12/2020 [16:50]:
Sabiq icra başçısı vəfat edib
04/12/2020 [16:45]:
Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub
04/12/2020 [16:43]:
“Qarabağda Rusiya hərbi bazası qurulmayacaq,  amma...”-Hərbi ekspert
04/12/2020 [16:43]:
Qisas qiyamətə qalmadı...
04/12/2020 [16:36]:
Güllə atılırdı, əsgərimiz başını əymədən hücuma keçirdi - Qazi
04/12/2020 [16:28]:
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
04/12/2020 [16:23]:
Azərbaycanda koronavirusa təkrar yoluxma var, xəstə sayı 2-3 dəfə arta bilər - XƏBƏRDARLIQ
04/12/2020 [16:22]:
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terror aktlarından yazıb
04/12/2020 [16:20]:
“Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik...”
04/12/2020 [16:16]:
“Zori Balayana camaatın gözü qarşısında elə işgəncə vermək lazımdır ki..”
04/12/2020 [16:08]:
Türkiyə Prezidenti: "Gələn həftə Azərbaycana səfər edəcəyəm"
04/12/2020 [16:07]:
"İlham Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram"
04/12/2020 [16:03]:
Azərbaycanda daha 4267 nəfər COVID-19-a yoluxub, 2566 nəfər sağalıb, 41 nəfər vəfat edib
04/12/2020 [16:01]:
“30 ilə yaxın həsrəti ilə yaşadığımız cənnət məkanımızda dərs deməyin özü şərəfdir”
04/12/2020 [15:54]:
Evdə dalaşıb hava almağa çıxan kişi 420 km piyada yol getdi - FOTO
04/12/2020 [15:50]:
İşığı-ziyası ilə məlhəm olan adam...
04/12/2020 [15:43]:
Erməni diplomatlar Paşinyanın istefasını istəyir
04/12/2020 [15:40]:
İsmayıllıda yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb
04/12/2020 [15:37]:
Ankarada Vətən müharibəsi şəhidləri yad edilib - FOTO
04/12/2020 [15:35]:
Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB
04/12/2020 [15:34]:
“Mən şəhid olmasam, oğlum olar” - VİDEO
04/12/2020 [15:32]:
Şuşa qalasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO
04/12/2020 [15:30]:
““Vətən Müharibəsi Qəhrəmanı” adının Prezident İlham Əliyevə verilməsini təklif edirəm”
04/12/2020 [15:26]:
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq!
04/12/2020 [15:24]:
Gömrük Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
04/12/2020 [15:22]:
Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK
04/12/2020 [15:17]:
Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO
04/12/2020 [15:06]:
Mehriban Əliyeva: "Onlar bizim qəlbimizdə daim yaşayacaq"
04/12/2020 [14:57]:
“Azərbaycan Ordusunun uğurlu əməliyyatları və yeni şəraitdə vəzifələrimiz” mövzusunda videokonfrans keçirilib
04/12/2020 [14:54]:
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - VİDEO
04/12/2020 [14:52]:
Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ
04/12/2020 [14:52]:
"Müharibə ərəfəsində 2 zəfər marşı yazmışam, biri Baba Vəziroğlunun, digəri isə..."
04/12/2020 [14:45]:
Trampın qızı Baş Prokurorluqda dindirilib
04/12/2020 [14:44]:
“Polad Həşimova yazdığım şeiri təqdim edəndə bəstəkar dedi ki, mənə hay-küylü mahnı mətni lazımdı”
04/12/2020 [14:44]:
"Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb"
04/12/2020 [14:25]:
Tarix yazan şəhidlərimizi qürurla anırıq!
04/12/2020 [14:12]:
“Türk dünyası “Vikipediya”da layihəsi çərçivəsində bir ay ərzində 60-dan çox məqalə yaradılıb
04/12/2020 [14:09]:
“Vətən müharibəsi dövründə ölkə mediasını rolu” mövzusunda elmi seminar keçirilib
04/12/2020 [13:43]:
Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı
04/12/2020 [13:41]:
“Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur”
04/12/2020 [13:39]:
Dağ Yəhudiləri Dini İcması şəhidlərin xatirəsini yad etdi – VİDEO
04/12/2020 [13:38]:
İstanbuldan ilk yük qatarı Çinə yola düşüb
04/12/2020 [13:37]:
Şəhidlərimizin ruhu qarşısında baş əyirik! - VİDEO
04/12/2020 [13:32]:
“Günəşli” faciəsindən 5 il keçdi
04/12/2020 [13:31]:
“8 noyabr zəfərində ən böyük pay sahibi şəhidlərimizdir”
04/12/2020 [13:25]:
“İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam
04/12/2020 [13:24]:
Xızı və Siyəzəndə şəhidlərin xatirəsi yad edilib - VİDEO
04/12/2020 [13:19]:
Yaşayış yerini qanunsuz tərk edən aktiv COVİD-19 virusunun daşıyıcıları barədə cinayət işi başlanıldı
04/12/2020 [13:17]:
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı
04/12/2020 [13:13]:
Günel Hümbətova: “Şəhid övladlarının boyunlarına “yük” yığmayın ki...”
04/12/2020 [13:09]:
Xaçmaz və Qubada şəhidlərin xatirəsi anılıb - VİDEO
04/12/2020 [13:05]:
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, vəhdət namazı qılınıb - FOTO
04/12/2020 [13:03]:
Ana Vətən Partiyasının Qadınlar Şurası Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi
04/12/2020 [13:01]:
Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək...
04/12/2020 [12:59]:
Sabahdan havanın temperaturu düşəcək
04/12/2020 [12:55]:
“Qarabağı nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik”
04/12/2020 [12:49]:
Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ
04/12/2020 [12:43]:
“Kamal Abdullanı Şuşaya görə təbrik etməməyim mənim səhvimdir...”
04/12/2020 [12:39]:
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər - FOTO
04/12/2020 [12:34]:
Şəhid Xudayarın ailəsi üçün ev tikiləcək
04/12/2020 [12:32]:
“Paşinyan sərxoş halda əmr verirdi ki,  Lələtəpəni alın, sizə general adları verəcəm...”
04/12/2020 [12:31]:
BDU-nun gənc müəllimləri tədris prosesinin təşkilindən danışır - FOTO
04/12/2020 [12:25]:
Afrikanın aparıcı neft şirkətinin zavodunda partlayış - VİDEO
04/12/2020 [12:22]:
Prezidentin köməkçisindən şəhidlərlə bağlı paylaşım
04/12/2020 [12:15]:
Restoranlarda bir neçə toy məclisi keçirilib, polis araşdırmalara başladı
04/12/2020 [12:11]:
Azərbaycan əsgərləri Xankəndidədir
04/12/2020 [12:07]:
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
04/12/2020 [11:53]:
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
04/12/2020 [11:52]:
“Bizim də bir məzunumuz Füzulidə şəhid oldu, diplomunu qardaşına verdim..."
04/12/2020 [11:50]:
Vətəndaşlar Şəhidlər xiyabanını ziyarət edir, Vətən müharibəsi şəhidlərinə ehtiramlarını bildirirlər
04/12/2020 [11:47]:
“Memorial kompleksdə Azərbaycan-Türkiyə qardaşlığını ifadə edən xüsusi guşə yaradılsın”
04/12/2020 [11:41]:
Donald Tramp hərbi büdcə ilə bağlı layihəyə veto qoymaq niyyətini təsdiqləyib
04/12/2020 [11:39]:
Türk həkim peyvənd sayəsində dünyanın ən zəngin 500 adamı siyahısına daxil olub
04/12/2020 [11:38]:
Yaşayış yerinin qanunsuz tərk edən aktiv COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb
04/12/2020 [11:37]:
“Sabah”ın daha 5 futbolçusu koronavirusa yoluxub
04/12/2020 [11:37]:
"Bir tərəfdən Belçika Avropada yeganə fransız dilli ölkədir, digər tərəfdən..."
Bütün arxiv bir sırada
22/11/2019 [10:58] - Köşə - ( 3619 dəfə baxılıb)

Məni söyəndə, sənin əlinə zurna verirlər?..

Seymur Verdizadə

Yaddaşı iti olanlar xatırlayarlar, iki il əvvəl Daşkəsənin icra başçısı Əhəd Abıyevlə aramızda əməlli-başlı konflikt olmuşdu. Əhəd müəllim məni təhdid etmişdi, evimə zəng elətdirib, uşaqlarıma hədə-qorxu gəlmişdi. Cavabını artıqlaması ilə alandan sonra əməllərini inkar etmişdi və bununla da söz-söhbətə son qoyulmuşdu. 

Məşhur tamaşada deyildiyi kimi, Əhəd Abıyev yerdən çıxmayıb, onun da dost-tanışı, qohum-qardaşı, sirdaşı var. Üstəllik, neçə illərdi, bir sürü "jurnalist" "yemləyir". Mən ölkənin ən nüfuzlu KİV-lərinə Əhəd Abıyevlə bağlı açıqlamalar verəndə, həmin "jurnalistlərdən" biri əleyhimə status yazıb, məni təhqir etmişdi. Hər vələdüzzinaya cavab verməyi özümə rəva bilmədiyim üçün gülüb keçmişdim. Yazı-pozudan, mətbuatdan uzaq olan, sosial şəbəkələrin "yolunu tanımayan" bir neçə qohumum elə həmin gün mənə zəng edib, ürək-dirək vermişdi, bir vələdüzzinanın təhqirlərinə baş qoşmamağı məsləhət görmüşdü. Çaşıb qalmışdım. Yaşı səksəni haqlamış əmim hardan bilib ki, qotur bir "jurnalist" məni təhqir edib? Bəs, Firəngiz xala, Əsli bibi bu təhqirlərdən necə xəbər tutub? 

Araşdıranda məlum oldu ki, məni özünə yaxın bilən, işi düşəndə "bacıoğlu" deyib başıma dolanan uzaq bir qohumum məni tanıyan adamlara zəng edərək, həmin avaranın yazdıqlarını nöqtəsinə, vergülünə qədər onların ovcuna qoyub. 

Əhəd Abıyevlə aramızda dava-dalaşa səbəb olan "Əsa ilə gəzən icra başçısı, işsiz gənclər" adlı məqaləni yazmamışdan bir həftə əvvəl vacib bir tədbirdə iştirak etmək üçün Daşkəsənə getmişdim. Əhəd Abıyev mənimlə ikiəlli görüşmüşdü, kabinetinə dəvət edib başda oturtmuşdu, çay, yanında da üç-dörd çeşid mürəbbə gətirtmişdi. Amma mən şəxsi münasibətləri deyil, haqqımda yazılan nalayiq ifadələri yaxınlarımın ovcuna qoyan uzaq qohumumun işsiz qalan üç oğlunu gözümün qabağına gətirib, o məqaləni yazmışdım. Mən işsiz gənclərimizin yolunu açmaq üçün başımı Əhəd Abıyevin baltasının altına qoymuşdum. Mənə qahmar çıxmalı olan qohumum isə haqqımda yazılan təhqirləri tirajlamaqla işini bitmiş saymışdı... 

Yenə iki il əvvəl "Lider" TV-də efirə gedən "Qaynar müzakirə" verilişində müğənni Afaq Aslanın ifa tərzini və geyimini sərt tənqid etmişdim. Veriliş efirə gedəndən sonra Afaq Aslan şəxsi facebook səhifəsində öz səviyyəsinə uyğun status yazıb, məni "ağ yuyub, qara sərmişdi". Belə sarsaq işlərə baş qoşmadığım üçün ona cavab verməyə lüzum görməmişdim. Amma əsl həngamə axşam evə gedəndə baş vermişdi. Bu dəfə də anam məni "ağ yuyub, qara sərmişdi". Anam danışıb ürəyini boşaldandan sonra bircə sual vermişdim: "Sən bunları hardan bilirsən?" Belə cavab vermişdi: "Sabir müəllim zəng edib, onun yazdıqlarını nöqtəsinə, vergülünə qədər mənə oxudu".


Sabir müəllim də biz tərəflərdəndi. Kasıb adamdı, orta məktəb şagirdi olan üç qızını birtəhər dolandırır. Mən Afaq Aslanı həm də Sabir müəllimin üç gözəl balasına pis nümunə olduğu üçün tənqid etmişdim... 

Ötən həftə "İçdikləri arağı onların burnundan gətirmək lazımdır" adlı köşə yazmışdım. Məqalə saytda yerləşdiriləndın sonra içki düşkünü olan bir "ziyalı" özünün facebbok səhifəsində əleyhimə təhqiramiz status yazdı. Bu dəfə də başqa bir "qəhrəman" həmin mətni olduğu kimi əmim oğluna göndərib. Hələ bir utanmadan da soruşub ki, qohum-əqrabanın xəbəri var? Ay "qəhrəman", mən o yazını sənin kimi araq şüşəsini qucaqlayıb yatan adamların ibrət götürməsi üçün yazmışam. İstəmirəm ki, gecə-gündüz içib, arvad-uşağı yaddan çıxarasınız. Hansısa "alkaş"ın məni söyməsinə niyə sevinirsən? Məni söyəndə, sənin əlinə zurna verirlər? Əgər verirlərsə, bir az möhkəm çal, "alkaş" dostların da oyansın...

loading...
“Zori Balayana camaatın gözü qarşısında elə işgəncə vermək lazımdır ki..”
Günel Hümbətova: “Şəhid övladlarının boyunlarına “yük” yığmayın ki...”
"Bir tərəfdən Belçika Avropada yeganə fransız dilli ölkədir, digər tərəfdən..."
"İstərdim ki, Türkiyə ordusu hər zaman Azərbaycanla birgə olsun, həm göydə, həm yerdə, həm ürəkdə"
"Mən bu barədə qiyamətdə də qürurla şahidlik edərəm ki..."
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Siyasət
“Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik...”
Cəmiyyət
Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO
Gündəm
“Qarabağı nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik”
Cəmiyyət
“Ağdama getmək istəyirdim, amma onların minaya düşməsindən sonra qoymadılar...”
Cəmiyyət
"Nə qədər ağır olsa da bütün şəhidlərin adları açıqlanmalıdır, tanınmaq onların haqqıdır"

Həftənin ən çox oxunanları
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
Balasanyanın “Artsax Ordusu” planı, sülhməramlılar və bizim limitimiz haqqında...
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” + VİDEO
İsti su ilə limon virusu ağciyərə çatmadan öldürür... - HƏKİM MƏSLƏHƏTİ
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247