"Qarabağı qaytaran, rifah içində azad yaşayan xalq özünün millətləşmə prosesini başa vuracaq!"
Cəmiyyət
Oxunub: 2220
22 Nov 2019 | 10:02
Milli kimlik harayı

1991-ci ilin 18 oktyabrında deputatlarımız dövlət müstəqilliyi haqqında konstitusiya aktına səs verməklə elan elədilər ki, çağdaş Azərbaycan 1918-1920-ci illərdə var olmuş Azərbaycan Cümhuriyyətinin hüquqi varisidir.

Bu, yeni bir dövlətin yaranması deyildi, Rusiyanın təkrar işğalına məruz qalan bir ölkənin yenidən öz dövlət müstəqilliyini bərpa etməsiydi.

İndi geriyə – 1991-ci ilə boylananda adam belə bir sualla üzləşir: doğrudanmı biz onda Azərbaycan Cümhuriyyətini bərpa elədik?

O cümhuriyyətlə bugünkü respublikanın fərqini elə quşbaxışı nəzərlə müqayisə eləsə, babat oxuyan orta məktəb şagirdi də anlayar ki, parlament respublikası prezident idarə üsulu əsasında bərpa olunub.

Yazının mövzusundan uzaqlaşmamaq üçün bu fərqin üstündən keçirəm.

Məni düşündürən başqa şeydir.

Necə oldu ki, Azərbaycan Xalq Cümhuriyyəti “biz kimik” sualına 100 il qabaq aydın cavab verdiyi halda bu gün milli kimlik yenidən müzakirə mövzusuna çevrilir? Aradakı sovet dönəmində nə baş verdi ki, onun dağılmasıyla özümüzü “itirdik”? Niyə hələ də “tapa bilmirik”?

***

Müstəqillik illərində bizə iki kimlik təklif olundu. Əvvəl Xalq Cəbhəsi hakimiyyətində rəsmi dil “türk dili” adlandırıldı. Cəmi üç il sonra artıq təzə hökumət – Yeni Azərbaycan Partiyasının hakimiyyəti referendumla ölkə konstitusiyasında etnik çoxluğun və rəsmi dövlət dilinin adını dəyişərək yenidən sovet dövründəki ada qaytardı.

Belə baxanda bu addımla bizim milli kimlik axtarışımıza son qoyulacağını düşünmək olardı, yəni hakimiyyət yeni müstəqil dövləti yeni millət, yeni ideya, yeni liderlə qurduğunu elan edirdi. Amma sonrakı 25 il “Mən fəxr edirəm ki, azərbaycanlıyam” şüar-möhürünün milli kimlik axtarışına sonuc vermədiyini göstərdi. Niyə?

Bunun səbəbi bir yandan milli adın dəyişdirilməsiylə edilmiş strateji yanlışlıq idisə, o biri yandan 100 il öncə Müsavatın irəli sürdüyü Azərbaycançılıq prinsipinə (müstəqil Azərbaycan dövlətçiliyi) yeni anlam verməyə, yəni təzə bir ideologiya – “Azərbaycançılıq ideologiyası” yaratmağa cəhd idi.

Bu da ayrıca bir yazı mövzusu olduğundan üstünə getmirəm.

SSRİ-nin dağılmasıyla bizim sovet kimliyimiz aradan qalxdı. Cümhuriyyəti bərpa etmişiksə, onun bizə verdiyi kimliyimiz də avtomatik özümüzə qayıtmalı idi. Bəs nə baş verdi?

Biz cümhuriyyəti yarımçıq bərpa elədik!

O dövlətin yalnız adını, bayrağını, himnini götürdük. İndi nə onun yerləşdiyi torpaqların tamına sahibik, nə də o vaxtkı milli kimliyimizə.

***

Milli kimlik özündə dil, mədəniyyət, məişət, ənənə, düşüncə, psixologiya, tarix, vətəndaşlıq, vətənsevərlik, milli idrak anlamlarını ehtiva edir.

Biz özümüzü türk dünyasının, islam aləminin bir parçası sayırıq, amma bunlar bizim milli kimliyimizdirmi? Milli kimlik toplumu parçalayan yox, birləşdirən müstəvidə yarana bilər. Bu gün nə Turan, nə islam bizi millətləşmə yönündə birləşdirir.

İslamın ümmətçilik doktrinasının ərəblərdə, farslarda, orta əsr Osmanlısında birləşdirici rolu danılmazdır. Amma bu bizə aid deyil, islam ümmətçiliyi bir ideya kimi bizə uğur qazandırmayıb. O, nə XIX əsrin əvvəllərində rus işğalına, nə 1920-ci ilin kafir rus-bolşevik istilasına, nə də rusla birlikdə Qarabağı zəbt edən ermənilərə qarşı bizi təşkilatlandıra bilib.

Əksinə, ermənilərə Rusiyadan sonra ən ciddi dəstəyi erməni terrorçularının bəsləndiyi müsəlman ərəb ölkələri, Ermənistana həyat yolu açan (ən ucuz qiymətə qaz satan, yol çəkən və s.) şiə İranı verdi. Paşinyanın Ruhaniylə qəşş edərkən çəkilən fotoları bizim sinə vurub, baş yaran İran aşiqlərimizin tutulmuş gözləri görməz.

Müstəqilliyimizin ilk illərində dəstəyinə ümid etdiyimiz islam dünyasının milli kimlik axtarışımızda bizi dalana dirəyən nəsnələrdən olduğuna inanmayanlar zəhmət çəkib yazını oxumağa davam etməsələr yaxşıdır.

Bir zamanlar qırğız yaylalarından qazax çöllərinə, Səmərqənddən Buxaraya, Kazandan Baxçasarayacan Turan ellərini dolaşan, görüb öyrəndiklərindən qanı coşan, tarixi köküylə fəxr edib ruhlanan biri kimi indi anlayıram ki, türk birliyi ideyası çoxlarına ilğım kimi görünür. Könül coşduran, göz oxşayan xoş ilğım. Amma unutmayaq: Avropa Birliyi də bir zaman ilğım sayılırdı.

Türk dünyası, Turan anlayışlarına klassik Turançılıq (Ziya Göyalp) baxımından yox, Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü yeni Turançılıq – türk dövlətləri/millətləri liqası, yəni müstəqillikdən sonrakı dönəmlərin bir şüurlu strateji addımı kimi yanaşmaq gərəkdir. 5 türk dövlətinin yaratdığı Türk Şurası bəlkə gələcəkdə söz açdığım birlik üçün təməl olacaq. Amma o zamanacan milli kimliyimiz işini bitirməyimiz lazımdır. Bu işdə Turançılıq yalnız və yalnız bir zamanlar bəşər sivilizasiyalarından birini yaratmış, amma yaratdığını qoruyub sahiblənə bilməyən qədim qövmün bir parçası olduğumuzu anlamaqda yardım edə bilər. Hələlik başqa heç nə.

***

Azərbaycan siyasi və coğrafi kimliyimizdir. Milli adımız coğrafi adımızla yox, etnik adımızla çağırılmalıdır. Bizim milli kimlik məsələsində çoxlarından fərqimiz “Azərbaycan milləti”ni formalaşdırası xalqın vahid siyasi-coğrafi məkanda yerləşməməsidir.

Dövlətə sahibləndiklərindən milli kimlik qayğısına qalmayan Səfəvilər, Qacarlar sonunda dövlətçiliyi milli kimliyini heç vaxt unutmayan farslara güzəştə getməli oldular. Səttarxanın, Xiyabaninin, Pişəvərinin rəhbərliyində inqilabların uğursuzluğunun səbəbi, fikrimcə, Güneydə milli kimlik probleminin tam çözülməməsinə bağlı idi.

Bir güneyli dostum deyirdi ki, İranda yaşayan türklər indi də “iranlılıq” və “türklük” arasında çaşbaş qalıblar. Onun sözüdür: “İranlılıq yaxın tarixin propaqandası nəticəsində farslıqla eyniləşdirilib. İran türklərinin bu paradiqmanı dəyişməyə gücləri olmayıb”.

Millətləşmə prosesi 150 il əvvəl, XIX əsrin ikinci yarısından artıq 50 ildir Rusiyanın tərkibinə qatılıb, onun vasitəsilə Avropada gedən millətləşmə hərəkatının havasını alan Quzey Azərbaycanda başlandı. Kimlərdəsə bu proses başa çatdı, bizdə isə obyektiv və subyektiv səbəblərdən hələ də bitməyib.

1789-cu il inqilabı Fransada fransız millətini yaratdığı kimi 1918-ci il cümhuriyyəti də Quzey Azərbaycanda türk milləti anlayışını tarix meydanına çıxardı. Azərbaycan Cümhuriyyəti millətləşmə prosesinin sonu olmalıydı. Sovetlərin gəlişi işi yarıda qoydu.

Türkcəni rəsmi dil kimi qəbul etmiş ilk respublikanı biz qurmuşuq. Rus-bolşevik işğalı nəticəsində əldən verdiyimiz kimliyi Atatürk yaratdığı yeni dövlətin milli kimliyinə çevirdi. Türkiyədə “Osmanlı” dönüb “türk” olduğu halda Azərbaycanda “türk” dəyişib “azərbaycanlı”, ya da türkiyəlilərin diliylə desək, “azəri” adlandı.

Kommunistlərin bizdən aldığı adı Türkiyə türklərinə niyə “güzəştə” gedirik ki!

Milli kimliyin təməlləri çoxdur, amma bizim halımızda ana təməl milli addır. Ona görə addan uzun yazıram. Azərbaycanda türkcəmizi qanuniləşdirməsək, kimlik məsələsi indiki kimi yarımçıq qalacaq. Adın bərpası qəti şəkildə Türkiyə türkcəsiylə qarışıqlıq yarada bilməz. Amerika ingiliscəsi Britaniya, yaxud Avstraliya ingiliscələriylə qarışdırılmadığı kimi.

Milli kimlik tək “Biz kimik” və “Hardan gəlmişik” suallarına deyil, “Hara gedirik” kimi suala da cavab tələb edir. Yəni tək bu günü yox, sabahı da düşünməliyik.

“Azərbaycanlılıq” bizi indiki Azərbaycan Respublikası sərhədləriylə məhdudlaşdırır. Milli şüurun oyandığı güneydəkilər necə, özlərinə başqa milli kimlikmi düzəltməlidirlər?

Odur ki, bu gün biz 10 milyonun etno-milli adını elə seçməliyik ki, sabah o, 50 milyonun milli kimlik məsələsində indiki kimi qarışıqlığa səbəb olmasın.

Perspektivdə özünə real yeretmə ehtimalı yüksək olsa da, Bütöv Azərbaycan ideyası bu gün dadımıza çatmaya bilər. Amma unutmayaq ki, bu gün bizdə türk davası səngisə də, Güneydə Azərbaycan davası oyanış mərhələsindədir, qalxan xətlə gedir.

“Bütöv Azərbaycan” bəlli səbəblərdən ümummilli ideyaya çevrilməyibsə, bu, sabah da belə olacağı anlamına gəlməməlidir. Bu ideyaya antitezislər vermək istəməzdim, amma gün işığı torpaqla örtülmür, güneylilərlə siyasi kimlik fərqimiz həqiqətdir. Bu da təbiidir, üstündən keçən 200 illik ayrılıq yelləri siyasi coğrafiya, düşüncə, psixoloji özduyum, dünyagörüşü, məişət landşaftımızdan izsiz ötməyib.

İki nümunə verim. Torpaqlarımızı işğal edən Ermənistanın həyat yolu İrandan, güneyli soydaşlarımızın yaşadığı torpaqlardan keçir. Hələ orada kimlərinsə yığışıb o sərhədləri bağlamaq tələbiylə hərəkat başlatdığını eşitməmişəm.

Eyni zamanda Təbrizin “Traktor” futbol klubunun uğuruna “Qalatasaray”ın qələbəsi qədər sevinib Bakı küçələrinə axışan gəncləri də görməmişəm.

“Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” şüarının gündəmi tutacağı dönəmin gələcəyinə inamı ölməyən biri kimi yazıram bu sözləri.

Özümü fars-İran kimliyi içərisində individuum kimi duya bilmirəm. Ona qalsa, rus-sovet kimliyi bir köynək yaxındır. Amma artıq 30 ilə yaxındır ki, bu “köynəyi” də əynimdən çıxarmışam.

***

Bu gün Qərb mediasında adımızın “azəri” yazılmasına tez-tez rast gəlirik. Uzağa niyə gedirəm, türkiyəlilər bizi azəri çağırmırmı? Elə İranın özündə dünənədək bizə türk deyən farslar indi də azəri deməyə başlayırlar. Bunlar bizi tarixi kimliyimizdən – özümüzdən ayırmağa xidmət edir. Bunu bilərəkdən siyasi maraqla edənlər də var, bilməyərəkdən reallıq sayanlar da.

“Azəri” adına qıcıqlananlarımız öncə öz soyadlarında hələ də qalan rus köklü “ov”, “yev” sonluğuna baxsınlar, sonra rus dilinin ölkədə qeyri-rəsmi “rəsmiləşmə” səbəbini düşünsünlər. 1995-ci il konstitusiyasına adımızı “azərbaycanlı” yazmağa özümüz səbəb olmuşuqsa, indi bizə “azəri” deyənləri niyə qınayırıq ki! Nə vaxt kiminləsə adımızın davasını döydük?

Məsələn, nə vaxt dilçi alimlərimiz 1000 nəfərlik imza kampaniyası başladıb “Google” şirkətinə müraciət etdi ki, öz tərcümə proqramında adımızı “Azerbaijani” yox, “Azerbaijani turkish” yazsın? İndi “azəri” adından qeyzlənən neçə dilçini 1995-ci il konstitusiyasının qəbulu ərəfəsində keçirilən debatlarda susan gördüm.

100 il əvvəl bizi türk çağıranlar bu gün azəri deyirsə, görünür, bu yüz ildə nələrsə baş verib. Bu baş verənləri açıq müzakirə etməli, sonra qərar verməliyik: səhvi düzəldək, ya reallıq deyib olanı qəbul edək?

Mənə qalsa, adım kimi əminəm ki, adımızı “Azərbaycan türkü” çağırmalı, dilimizə “Azərbaycan türkcəsi” deməliyik! Bilirəm, milli kimliyin arxasında dövlət durmalıdır. Dövlətin bu yöndə aydın siyasəti, ideologiyası yoxdursa, heç olmasa bu işi sovet dönəmindəki kimi, ziyalılar etməlidirlər. Ağızlarına su alıb oturmamalıdırlar.

“Azərbaycan türkü” milli kimliyinə sahiblənərsə, 10 milyonluq əhali 100 il öncə başladığı missiyanı davam etdirə, 50 milyonluq Azərbaycan türkünün avanqardına, səmt ulduzuna çevrilər.

***

Milli kimliyin yaşam qaynağı davamlı uğurlardır. O, milli qürur duyğusu, pozitiv anlamda patriotizm, vətənsevərlik aşılayır. Sovet insanı Böyük Vətən müharibəsi adlandırdığı savaşı qələbəylə başa vurandan sonra öz sovet kimliyiylə fəxr etməyə başladı.

Dünənədək ağılar deyib dünyanı dolaşan, Rusiyanın Qafqaz layihəsi kimi ortaya çıxan, torpaqlarımızda dövlət qurub, hələ yeni ərazilər də işğal edərək tarixi boyu yaşamadığı eyforiyanı yaşayan ermənilərin fərəhi fonunda hazırkı ruh düşkünlüyümüz başa düşüləndir.

Qarabağdakı məğlub durum, zəngin neft ölkəsində ədalətli rifah cəmiyyəti qura bilməməyimiz bizə milli natamamlıq kompleksi aşılayır. Millət olaraq Azərbaycan adıyla tarix meydanına çıxa bilməməyimiz də bir yandan çoxumuzda diskomfort yaradır. Sanki tarixin uğursuzluq burulğanında özünü itirən kimiyik.

Amma mən Lev Qumilyovun passionarlıq nəzəriyyəsinə inanan fərd kimi buna bir az fərqli bucaqdan baxıram. Yol daim enişli ola bilməz, mütləq yoxuşu da var.

Qədim görünmək kimi kompleksim yoxdur. Atillaya da sahiblik iddiası edərəm, Altay sivilizasiyasına da. Amma bu gün Azərbaycan türkü olaraq özümü qədim etnosun kökü üstündə yeni pöhrə verən gənc millətin nümayəndəsi kimi duyuram; ruhən “qocalmış” yox, əksinə, özünü indi-indi tapmaqda – formalaşmaqda olan perspektivli bir millətin gələcəyə inamla baxan fərdi sanıram.

Əsas özümüzü tapmaqdır. Sayca bizdən qat-qat çox olan, amma dövlət qura bilməyən nə qədər xalq mövcuddur. Bizimsə dövlətimiz var! Hələ yeni dövlət qurmağa potensialı olan milyonlarla güneyli soydaşlarımızı demirəm.

***

Bütün canlılar təbiətin dəyişməz bir qanununa tabedir – güclülər yox, uyğunlaşa bilənlər sağ qalır! Təbiətin min bir sınağından dinozavrlar deyil, kərtənkələlər salamat qurtulub. Hanı Babilistan, Mesopotamiya, Misir, Mayya, İnk sivilizasiyalarını yaratmış xalqlar?

Başqa dünya xalqları ilə işim yoxdur, qonşularımızdan deyim. Öz milli kimliyini qorumaları onlarda sağqalma instinktinin mövcudluğuna dəlalət edir. Farslar ərəb işğalının ilk illərindən “fars islamı”na rəvac verən milli Şüubiyə hərəkatı başlatmasaydılar, qədim Misir qarışıq Əndəlüsəcən neçə sivilizasiyaya son qoyan gücün qarşısında çoxdan yox olmuşdular.

Sağqalma duyğusu əlçatmaz dağlara sığınan xalqlarda daha güclüdür. Ermənilər, gürcülər kimi…

Biri qorunmaq üçün qalalar tikər, o biri ölkələr fəth etməkdən ötrü körpülər salar. Birinciyə məhv olmaq qorxusu, ikinciyə arxayınçılıq hissi hakimdir. Biz ikincilərdən törəmişlərik!

***

Azərbaycanda etnik məsələdə həllini gözləyən çox iş var. Bəzi milli azlıqlar haqlı olaraq öz dillərində məktəb, qəzet, TV istəyir, ölkənin çoxluq təşkil edən xalqı isə hələ də öz adına sahiblənməyib. Bu kontekstdə haqlı sual yaranır: əgər Qafqaz Azərbaycanında yaşayan millətin adı “azərbaycanlı”dırsa və ölkədə say etibarı ilə çoxluq təşkil edən türklər milli kimlik naminə öz adından imtina edirsə, niyə başqaları, məsələn, talışlar, ləzgilər, ruslar da öz adlarından imtina edib “azərbaycanlı” olmurlar? Yaxud əksinə, hər xalqın adı üstündədirsə, niyə Azərbaycan türkləri də öz adlarıyla çağırılmamalıdır?

Milli şüur, yaddaş olmadan milli kimlik qurula bilməz. Milli kimlik tapılmayınca, milli qürurda daim kəsiklik olacaq, natamamlıq kompleksi yaşanacaq.

Bir sözlə, demək istədiyim odur ki, dövlət dili Azərbaycan türkcəsi olan, Azərbaycan Cümhuriyyətinin (Sovet Azərbaycanının yox) bəşəri dəyərlərə söykənən prinsiplərinə sadiq qalan, bugünkü tərəqqipərvər dünyanın özünüidarə mexanizmlərini mənimsəyib tətbiq edən, bütün dünyada, ələlxüsus da İranda, Gürcüstanda, Dağıstanda yaşayan soydaşlarımıza mayak olası bir dövlət qursaq, milli kimliyimizi sinəmizdə vuran ürək kimi duyacaq, fərəhlə qürurlanacağıq.

…Onda Qarabağı qaytaran, rifah içində azad yaşayan xalq özünün millətləşmə prosesini başa vuracaq!

Vahid Qazi

Oktyabr, 2019-cu il
Oxşar xəbərlər
N.Tusi adına Klinika
12:26, Bu gün
İlham Əliyev Özbəkistanın Azərbaycana qardaş dəstəyindən danışıb
12:24, Bu gün
Daha bir qazimiz “YAŞAT” Fondu tərəfindən əməliyyat olunub - VİDEO
12:22, Bu gün
Prezident: “Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmir”
12:20, Bu gün
Avropa Şurasının rəsmisi: "Dünyada üç qadından biri zorakılığa məruz qalır"
12:18, Bu gün
Tünzalənin qızı: "Hamının anası var, bəs mənim niyə yoxdur?"
12:15, Bu gün
Azərbaycan Prezidenti: "Qarabağda əsas maneə basdırılmış minalardır"
12:11, Bu gün
Azərbaycanda 11 ayda 39 KOB subyektinə Startap Şəhadətnaməsi verilib
12:09, Bu gün
Azərbaycanda dollara tələbat kəskin artdı: Manatı nə gözləyir?
12:08, Bu gün
Vidadi İsayev Bərdənin Qaraqoyunlu kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:07, Bu gün
"Mənim üçün Rusiya və Ukrayna sağ və sol əllər kimidir...Hər şeyi götürüb bölmək lazımdır" - Qriqori Yavlinski
12:06, Bu gün
İlahə Hüseynova: "BQXK Ermənistanda saxlanılan iki azərbaycanlının vəziyyəti ilə maraqlanır"
12:04, Bu gün
Azərbaycanın tanınmış ixtiraçısı vəfat edib
12:03, Bu gün
DİN-dən XƏBƏRDARLIQ: “Beş min manatadək cərimələnə bilərsiniz”
12:01, Bu gün
“Azerbaijan International Mining Company Limited” yeni mədən texnikalarını təqdim edəcək
12:00, Bu gün
Azərbaycanda 17 nəqliyyat vasitəsi özəlləşdirilib
11:59, Bu gün
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti TÜRKPA-nın Baş katibi ilə görüşüb
11:59, Bu gün
KİV: “SOCAR “LUKoil”un Bolqarıstandakı biznesini almaqda maraqlıdır”
11:58, Bu gün
Prezident: "Təəssüflər olsun ki, Avropada liderlər arasında Borel, Metsola kimi populist insanlar var"
11:57, Bu gün
Təqvimə Qərbi azərbaycanlıların deportasiyası gününün salınması təklif olunur
11:55, Bu gün
Kim Çen In qadınların qurultayında ağladı - VİDEO
11:55, Bu gün
2023-cü ilin "Yeni il" gecəsi üçün MƏŞHURLARIN QİYMƏTİ
11:50, Bu gün
Andrey Yermak: “ABŞ-nin hərbi yardımı olmasa, Ukraynanın müharibəni uduzmaq riski var”
11:47, Bu gün
Prezident İlham Əliyev: Ola bilər ki, cənab Borel yuxular görür
11:46, Bu gün
“Qarabağdan nə qədər erməninin köçməsi Azərbaycan üçün o qədər də önəmli deyil…”
11:45, Bu gün
Prezident: "Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlardır"
11:44, Bu gün
İrandan Azərbaycana 40 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
11:43, Bu gün
Prezident İlham Əliyev: "Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır"
11:42, Bu gün
BMT Azərbaycana minatəmizləmə sahəsində dəstəyini əsirgəməyəcəyini bildirib
11:41, Bu gün
Blinken çinli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
11:40, Bu gün
Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
11:36, Bu gün
Meyvə yığmaq üçün dağa getdi, meyiti tapıldı - Qəbələdə müəmmalı ölüm
11:35, Bu gün
SAXAL: “HƏMAS-ın girovluğunda 20-yə yaxın qadın və uşaq var”
11:30, Bu gün
Kafedə qanlı dava: Bıçağı qarnına sancdı
11:25, Bu gün
Bakıda sığınacaqda 40 uşaq qızılcaya yoluxub
11:21, Bu gün
Əlil arabası istifadəçisi 20 kq narkotiklə saxlanılıb
11:21, Bu gün
Elm və Təhsil Nazirliyi və “Əsaslı Tikinti və Təchizat İdarəsi”ndə dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair audit aparılıb
11:20, Bu gün
Milli Məclisin komitə sədri gənclərə çağırış edib
11:16, Bu gün
Selektiv abort qanunla qadağan olduğu halda necə baş verir? – Deputat DANIŞIR
11:15, Bu gün
Azərbaycan lideri finlandiyalı həmkarını təbrik edib
11:10, Bu gün
Prezident İlham Əliyev Qarabağda erməni sakinlər üçün yaradılan şəraitdən danışıb
11:05, Bu gün
Ten Kristian: “Fransanın Yeni Kaledoniyada hərbi baza yerləşdirməsinə razı deyilik” - VİDEO
11:05, Bu gün
Dövlət maliyyəsinin idarəedilməsi: islahatlar və yeniliklər
11:00, Bu gün
Azərbaycan Prezidenti: "Biz regiona sülhü artıq gətirmişik"
10:58, Bu gün
Qırmızı Ürəklər Fondunun dəstəyi ilə iki rayonda “Vətən Bağı” salındı
10:55, Bu gün
Prezident: "Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll edib"
10:50, Bu gün
Azərbaycan lideri: "Ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik"
10:47, Bu gün
İlham Əliyev: "Məcburi köçkünlər üçün maksimal həyat şəraitinin yaradılması üçün əlimizdən gələni edirik"
10:45, Bu gün
İraqda ABŞ hərbi bazasına PUA vasitəsilə hücum edilib
10:37, Bu gün
Prezidentimizin yazıçılarla bağlı mövqeyi göz qabağındadır
10:35, Bu gün
Azərbaycan qeyri-neft ixracını 11 % artırıb
10:30, Bu gün
Britaniya Rusiyanı hərbi texnika ilə təchiz edənlərə qarşı sanksiyalar elan edib
10:25, Bu gün
Prezident: "Suverenliyimizi bərpa edəndə Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti var idi"
10:24, Bu gün
“Putinin canlı mətbuat konfransınadək Avdeyevkanın alınması əmr edilib...”
10:23, Bu gün
Zelenski G7 liderlərinin onlayn sammitində iştirak edəcək
10:20, Bu gün
UEFA millinin baş məşqçisinə görə AFFA-nı cərimələyib
10:15, Bu gün
Prezident İlham Əliyev Qarabağa qayıdışla bağlı beynəlxalq forumda iştirak edir
10:11, Bu gün
Azərbaycanda 4 milyon manat dəyərində olan narkotik vasitə dövriyyədən çıxarılıb
10:10, Bu gün
"Sədərək" ticarət mərkəzində yanğınla bağlı təlim keçirilib
10:09, Bu gün
Gədəbəydə yol qəzasına düşən şəxs Bakıda xəstəxanada ölüb
10:07, Bu gün
Livanın Baş naziri: "İsraillə dövlət sərhədini yaxın 3 ayda tənzimləmək planlaşdırılır"
10:05, Bu gün
Sumqayıtda evlərdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb
10:00, Bu gün
AzTV-nin əməkdaşı əməliyyatdan sonra vəfat etdi - FOTO
09:55, Bu gün
UNEC ilə “Veysəloğlu” arasında əməkdaşlıq memorandumu imzalanıb
09:50, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:40, Bu gün
Rumıniyada qızılca epidemiyasının yayıldığı təsdiqlənib
09:30, Bu gün
KİV: "İsrailin Qəzza zolağında quru əməliyyatlarını yanvarda başa çatdıracağı gözlənilir"
09:23, Bu gün
“Keçmiş yoldaşım indi də dalımca mələyir”- dediyimə görə məndən acıq çıxır
09:20, Bu gün
Bakıda Qarabağa qayıdışla bağlı beynəlxalq forum keçiriləcək
09:10, Bu gün
“Evdə hirslənəndə uşaqlarım deyir ki, Zərifə gülümsə...”-EKSKLÜZİV
09:10, Bu gün
Lənkəran-Astara zonasında intensiv yağış yağıb - FAKTİKİ HAVA
09:00, Bu gün
Ermənistan və İran yeni körpü tikintisinin layihəsi üzərində işləyir
08:27, Bu gün
Rusiyada məktəblilərə Zelenski və Baydenə atəş açmaq öyrədilir...-FOTO+VİDEO
07:37, Bu gün
Ukraynanın “evini yıxan” sənədin imzalanmasından daha bir il keçdi və...
06:53, Bu gün
Bəd-nəzər (gözdəymə) həqiqətən varmı? Dinimiz bu barədə nə deyir?..-SUAL-CAVAB
00:58, Bu gün
Yeni istifadəyə verilən məktəb binasında çatlar yaranıb - VİDEO
00:47, Bu gün
Tailand səfiri: “Ölkəmizlə Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək”
00:41, Bu gün
Filippində avtobusun uçurumdan aşması nəticəsində 25 nəfər ölüb
00:40, Bu gün
Ümumdünya Meteorologiya Təşkilatı 2011-2020-ci illəri ən isti onillik adlandırıb
00:38, Bu gün
İsrail Qəzza zolağında əməliyyatların üçüncü mərhələsinə start verdi
00:36, Bu gün
Təhlükə ilə üz-üzə: Sakinlər piyada keçidindən niyə istifadə etmirlər? - VİDEO
00:33, Bu gün
İsrailin müdafiə naziri: “HƏMAS Qəzzaya nəzarəti itirir”
05 Dec 2023 | 23:54
Messi 2023-cü ilin idmançısı seçildi - VİDEO
05 Dec 2023 | 23:45
ÜST alkoqollu və tərkibində şəkər olan içkilərə vergilərin artırılmasını tövsiyə edir
05 Dec 2023 | 23:41
Qətərin vasitəçiliyi ilə altı ukraynalı uşaq Rusiyadan ölkəsinə qayıdıb
05 Dec 2023 | 23:32
Azərbaycan səfiri ABŞ Komissiyasına işlərindəki siyasi korrupsiya barədə dəlillər təqdim edib
05 Dec 2023 | 23:24
ABŞ səfirliyi: ANAMA əməkdaşının Ağdamda mina partlayışı nəticəsində xəsarət alması bizi kədərləndirdi
05 Dec 2023 | 23:23
Musiqi notları necə kəşf edildi? - VİDEO
05 Dec 2023 | 23:22
Bakıda keçirilən beynəlxalq "Təhsil" turnirində 5 çəkidə mükafatçılar müəyyənləşib
05 Dec 2023 | 23:16
“Gənclər “eqo” xəstəliyinə tutulub, özlərini bəyənirlər..”
05 Dec 2023 | 23:15
"Vladimir Zelenskinin yanlışlıqları ABŞ, Böyük Britaniya və Avropa İttifaqını təngə gətirib" - "Aydınlık Gazetesi"
05 Dec 2023 | 23:14
Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb
05 Dec 2023 | 23:12
"Beynəlxalq birlik Qəzzada baş verən soyqırıma görə xəcalət çəkməlidir" - Qətər əmiri
05 Dec 2023 | 23:10
Qərbi Azərbaycan Xronikası: Qucaqdan-qucağa gəzməyə öyrəşən ermənilər - VİDEO
05 Dec 2023 | 23:06
Şəhidin həyat yoldaşı: “Səbuhi şəhid olduqdan yeddi gün sonra əkiz qızlarımız dünyaya gəldi” - VİDEO
05 Dec 2023 | 23:04
Dünyada neyroşəbəkə tərəfindən hazırlanmış ilk qanun Braziliyada qəbul edildi
05 Dec 2023 | 23:02
Qod Nisanova ağır itki
05 Dec 2023 | 23:01
Azərbaycanla İran arasında ikitərəfli və regional məsələlər müzakirə olunub
05 Dec 2023 | 22:50
Nigeriya Hərbi Hava Qüvvələri səhvən öz ölkəsində bir kəndi bombalayıb: Çox sayda ölən var - FOTO
05 Dec 2023 | 22:32
Qəzzada ölənlərin ümumi sayı 16 min nəfəri keçib
05 Dec 2023 | 22:31
Sumqayıtda ana qızının ölümündən xəbər tutmayıb, meyiti iki gün evdə qalıb
GÜNLÜK
05 Dec 2023 | 15:47
Məşhur seysmoloq ağlayaraq AD ÇƏKDİ - Bu şəhərlərdə 7 baldan yuxarı ZƏLZƏLƏ OLACAQ
05 Dec 2023 | 19:55
Canlı yayımda şok hadisə: "Yalan deyir, mən onun əri olmamışam"
05 Dec 2023 | 14:54
“Bu, hərbçilərin sosial hüquqlarının məhdudlaşdırılmasıdır” - Qüdrət Həsənquliyev
05 Dec 2023 | 16:49
““Altın Kelebek” pulla əldə olunur, deyirlər, qısqanırlar”-  Ayaz Babayev
05 Dec 2023 | 15:50
"Qərbin, xüsusən də Fransanın Ermənistanı silahlandırmasının məqsədi nədir?" - General açıqladı
05 Dec 2023 | 16:53
Partlayışın evsiz qoyduğu şəhid ailəsi yaşadığı problemlərdən danışdı - VİDEO
05 Dec 2023 | 12:53
Ağ Partiyanın sədri: "Qanunda boşluqlar var..."
05 Dec 2023 | 16:11
Bakı Metrosunda qiymət artımı nə zaman olacaq? - AÇIQLAMA
05 Dec 2023 | 15:13
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü - YENİLƏNİB
05 Dec 2023 | 13:27
Aytac Əliyeva və bacısına HÖKM OXUNDU
HƏFTƏLİK
30 Nov 2023 | 09:56
Erməni aktyor Azərbaycan ziyalılarıyla görüşə hazır olduğunu bəyan etdi... Amma vasitəçisiz...
29 Nov 2023 | 19:18
“Bilirsiz, Zəngəzur yolunun açılmasından sonra dövriyyədə nə qədər ABŞ dolları olacaq...”
01 Dec 2023 | 00:00
Laçının işğaldan azad edilməsindən üç il ötür
30 Nov 2023 | 11:24
Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı açıqladığı yeni faktlar
29 Nov 2023 | 17:53
Metroda ölən şəxs Çinarə Məlikzadənin atası imiş - YENİLƏNİB
02 Dec 2023 | 08:55
"Daxili işlər naziri  vəzifəsindən azad edilməlidir... -Rusiya casusudur..."
30 Nov 2023 | 00:23
"Putin belə şeyləri heç vaxt bağışlamır, bu, onun şəxsi qisasıdır..."
03 Dec 2023 | 00:13
“Toyda yanımda oturan insanlar məni tanımadan haqqımda danışırdılar”-ÖZƏL+FOTO
03 Dec 2023 | 00:38
“Nəsimi roluna təsdiq olunanda sevindiyimdən ağlamışdım, deyirdilər ki, üzün kinoya düşmür”-FOTOLAR
04 Dec 2023 | 23:30
Aurelia Qriqoriu Ermənistandan azərbaycanlıların qovulmasını insan hüquqlarının pozuntusu adlandırıb
AYLIQ
05 Dec 2023 | 15:47
Məşhur seysmoloq ağlayaraq AD ÇƏKDİ - Bu şəhərlərdə 7 baldan yuxarı ZƏLZƏLƏ OLACAQ
05 Dec 2023 | 19:55
Canlı yayımda şok hadisə: "Yalan deyir, mən onun əri olmamışam"
05 Dec 2023 | 14:54
“Bu, hərbçilərin sosial hüquqlarının məhdudlaşdırılmasıdır” - Qüdrət Həsənquliyev
05 Dec 2023 | 16:49
““Altın Kelebek” pulla əldə olunur, deyirlər, qısqanırlar”-  Ayaz Babayev
05 Dec 2023 | 15:50
"Qərbin, xüsusən də Fransanın Ermənistanı silahlandırmasının məqsədi nədir?" - General açıqladı
05 Dec 2023 | 16:53
Partlayışın evsiz qoyduğu şəhid ailəsi yaşadığı problemlərdən danışdı - VİDEO
05 Dec 2023 | 12:53
Ağ Partiyanın sədri: "Qanunda boşluqlar var..."
05 Dec 2023 | 16:11
Bakı Metrosunda qiymət artımı nə zaman olacaq? - AÇIQLAMA
05 Dec 2023 | 15:13
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü - YENİLƏNİB
05 Dec 2023 | 13:27
Aytac Əliyeva və bacısına HÖKM OXUNDU