Beynəlxalq axtarışda olan zabitdən sərt mesajlar
Oxunub: 4690
22 Jun 2013 | 10:49
Beynəlxalq axtarışda olan zabitdən sərt mesajlar

Müdafiə nazirinin keçmiş müavini, sabiq hərbi hissə komandiri, ehtiyatda olan polkovnik, hazırda Norveçdə siyasi mühacirətdə yaşayan İsa Sadıqov barəsində Respublika Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə) maddəsi ilə cinayət işi açıb. Sabiq nazir müavininin beynəlxalq axtarışa verildiyi bildirilir. Srağagün isə saytların birində İsa Sadıqovun Gürcüstanda saxlandığı barədə məlumat yayılıb. Musavat.com iyunun 21-də İsa Sadıqovla  əlaqə saxlayıb bu və digər aktual mövzularla bağlı suallar ünvanlayıb. Moderator.az həmin müsahibəni təqdim edir:

- Sizə qarşı başlanan cinayət işinin Milli Şuraya dəstək verməyinizlə bağlı olduğu deyilir.  Deyilənlər doğrudurmu?

- Bəli. Mənə qarşı başlanan cinayət işi tamamilə qondarmadır, bu hakimiyyətdəkilərin fantaziyalardır. Eyni zamanda sırf siyasi motiv daşıyır. Bu cinayət işi bir məqsəd güdür-mənin vətənə qayıdışımı əngəlləmək. Hakimiyyəti mənim Milli Şura ilə bağlı fikirlərim, mövqeyim narahat edir. Bunlar başa düşür ki, sonlarıdır. Sizi əmin edirəm, gedən proseslərin qarşısını almaq mümkün deyil. Bu proseslərə yüz minlərlə insan, minlərlə keçmiş döyüşçülər, əlillər, şəhid ailələri qatılacaq. Azərbaycanda orduda, polisdə və o biri güc strukturlarında da hakimiyyətdən, siyasi sistemdən böyük narazılıq var və bu narazılıqlar tezliklə özünü büruzə verəcək. Hakimiyyət bunu dəqiq bilir. Bunların qələmi sındırılıb. Azərbaycan xalqı bunların qələmini artıq sındırıb, ipini kəsib. Azərbaycanda xalq hakimiyyəti qurulacaq və xalq bu quldurları ölkədən qaçmağa və canlarını qurtarmağa imkan verməyəcək. Xalqımız onları “Azadlıq” meydanında mühakimə edəcək. Səddam, Qəddafi, Mübarək, Çauşesku iqtidarları da bir vaxtlar at oynadırdı, rəqiblərini həbsə atırdı, ölkədən didərgin salırdılar. Axırları bəllidir. Mən dostlarıma, həmfikirlərimə deyirəm ki, bu rejimin məqsədi bizi müxtəlif yollarla qorxudub mübarizədən çəkindirməkdir. Qorxmayın, çəkinməyin, mübarizəni davam edək və bunların hakimiyyətinə son qoyaq. Mən mübarizəni sonadək aparacağam, bunların qarşısından geri çəkilməyəcəyəm. Vətənimizi nəyin bahasına olur-olsun bu rejimin işğalından azad etməliyik.

- Bir neçə gün əvvəl Gürcüstanda olduğunuz və orada Azərbaycan hökuməti tərəfindən saxlandığınız xəbəri yayılıb. Bu doğrudurmu?

- Məni Gürcüstanda həbs edə bilməzlər, bu mümkün deyil. Gürcüstan demokratik bir dövlətdir və burada Azərbaycanda quldurların hökm sürdüklərini bilirlər. Nəinki Gürcüstan, heç bir dövlət artıq bu hakimiyyətlə hesablaşmır, onu qəbul etmir əmin olun.

- Hansısa mərhələdə vətənə dönmək fikriniz varmı?

- Bəli. Mən vətənə dönəcəyəm. Fərqi yoxdur hansı mərhələdə, mütləq dönəcəyəm. Bir balaca imkan yaranan kimi-mənim vətənə qayıdışımın qarşısını heç kəs ala bilməz. O vətən bizimdir, Azərbaycan xalqınındır, hər biz azərbaycanlınındır. Qayıdışın o qədər yolları var ki... Bunlar bizim qayıdışımızın qarşısını ala bilməyəcəklər. Çünki artıq bunların cəhdləri gecdir. Minlərlə həmvətənimiz qayıdacaq tezliklə vətənə və aktiv şəkildə vətənin azadlığı uğrunda mübarizəyə qoşulacaqlar əmin olun. Biz bu şərəfsizliyə, özbaşınalığa, dözə bilmərik. Vətəni, xalqı xilas etmək borcumuzdur.

- Milli Şuraya üzv olmaq üçün müraciət edəcəksinizmi?

- Mən Milli Şuranı tam dəstəkləyirəm və əlimdən gələni edəcəyəm ki, Milli Şura öz məqsədinə çatsın. Milli Şuranın üzvü olub-olmamağımdan asılı olmayaraq mən bütün gücümlə onlara dəstək verəcəyəm. Məndən daha layiqli şəxsiyyətlər var vətəndə, qoy onlar Milli Şuraya üzv olsunlar. Mən Milli Şuranın, xalqın əsgəriyəm. Bu daha vacibdir.

- Sizin keçmiş hərbçi kimi hərbçilər arasında və Müdafiə Nazirliyi sistemində dostlarınızın olduğu bildirilir. Hakimiyyətin bu səbəbdən ölkəyə gəlişinizin qarşısını almaq istədiyi barədə söhbətlər gəzir. Buna münasibətiniz? Dostlarınız həqiqətən varmı?

- Doğrudur. Milli Orduda, güc strukturlarında çoxlu sayda dost və həmkarlarım var. Onlarla gözəl münasibətlərim var və onlarla həmişə fəxr etmişəm. Bu münasibətlər qarşılıqlıdır. Mənim silahlı qüvvələrdə, keçmiş döyüşçülər arasında çoxlu sayda dostlarımın olduğundan kim narahat olur-olsun. Biz səngərlərdə ölümlə üz-üzə qalıb döyüşəndə indi bu narahat olanlar gizlənirdilər. Qoy narahat olsunlar, çünki narahatlıqları boşuna deyil. Ancaq həmin narahat olanlar bizi-səngər dostlarını heç cür ayıra bilməzlər. Hərbçi dostlarım mənim fəxrimdir. Mən onlarla yaşayıram, nəfəs alıram. Həmişə onların hüquqları uğrunda mübarizə aparmışam və aparacağam. Onlar bu gün vətəndə ağır sosial problemlər içərisindədirlər. Fərarilər isə vəzifələrdə, milyonlar içində üzürlər. Mənim hərbçi dostlarım da öz sözlərini deyəcəklər. Buna əmin olun. Onlar bu xalqın qeyrətli övladlarıdır, onlar öz xalqları ilə olacaqlar, onlar quldur dəstəsinin əmrlərini yerinə yetirməzlər.

- Milli Şuranın ölkədə siyasi dəyişiklik edə biləcəyinə inanırsınızmı və Azərbaycanda vəziyyətin hansı yolla dəyişəcəyini düşünürsünüz-seçki, yoxsa inqilab?

- Mən əminəm ki, Milli Şura öz məqsədlərinə nail olacaq. Hansı yolla olacağını isə zaman göstərəcək. Mən istərdim ki, Azərbaycanda dəyişiklik seçki yolu ilə, demokratik yolla, dinc şəkildə həyata keçsin. Amma görürük ki, bu quldur dəstə normal, demokratik seçkilərdən imtina edib. Ancaq onu da bilsinlər ki, gücə əl atsalar-ölümlərinə haqq qazandıracaqlar, onda inqilab qaçılmazdı. Biz ərəblərdən geri qalan millət deyilik. İnqilablardan da çəkinən deyilik. Mən məsuliyyəti öz üzərimə də götürməyə hazıram. Bu məqamda xalqa əl qaldıran məhv olacaq, bunu əvvəldən bildirirəm. Bunu nəzərdə tutsunlar!

- Sizcə, Milli Şuranın prezidentliyə vahid namizədi kim olmalıdır?

- Vahid namizəd Rüstəm İbrahimbəyov olmalıdır. Bu keçid dövrü üçün vacibdir. Onun namizədliyini hamımız dəstəkləməliyik və onun arxasınca axıra qədər, məqsədlərimizə nail olana qədər getməliyik. Bu, bizim borcumuzdur. Çünki bunları kimsə gəlib bizim əvəzimizə edəsi deyil.

- İbrahimbəyovun yaxın günlərdə Avropaya səfər edəcəyi deyilir. Onunla görüşmək istəyiniz varmı?

- Rüstəm bəylə mütləq görüşəcəyəm. Ona mənim hədsiz hörmətim var. Avropada yaşayan soydaşlarımızın da ona hörməti var. Eyni zamanda Milli Şuranın yaranması onlarda böyük ümidlər yaradıb. Avropadakı azərbaycanlılar Milli Şuraya dəstək verəcəklər. Bizim arzuladığımız birliyə Rüstəm İbrahimbəyovun ideyası ilə nail olduq. O, artıq tariximizə böyük hərflərlə düşüb.

 

Oxşar xəbərlər
18:00, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
17:54, Bu gün
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
17:51, Bu gün
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
17:48, Bu gün
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
17:46, Bu gün
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
17:45, Bu gün
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
17:43, Bu gün
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
17:39, Bu gün
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
17:35, Bu gün
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:31, Bu gün
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:15, Bu gün
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
16:08, Bu gün
Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
16:06, Bu gün
Putinin andiçmə mərasiminin vaxtı məlum oldu
16:04, Bu gün
Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
16:00, Bu gün
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTO
15:57, Bu gün
“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”
15:55, Bu gün
“Laçın” sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü - Tarixi proseslər necə başladı? - ŞƏRH + FOTO
15:52, Bu gün
İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır”
15:50, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimə olundu
15:47, Bu gün
İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb
15:45, Bu gün
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov
15:42, Bu gün
İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
15:40, Bu gün
İranda əxlaq polisləri qadınlardan rüşvət almağa başladılar: Həbs etməmək üçün nə qədər pul istəyirlər? - FOTO
15:35, Bu gün
Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, həbs olunan var - FOTO/VİDEO
15:30, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”
15:25, Bu gün
“Avro-2024”: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO
15:20, Bu gün
“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO/VİDEO
15:15, Bu gün
İlham Əliyev: “Ermənistan istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”
15:10, Bu gün
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
15:07, Bu gün
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşdü - FOTO
15:05, Bu gün
Ukraynanın yeni səfiri Azərbaycana gəlib - FOTO
15:00, Bu gün
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
14:55, Bu gün
QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə "Bakı Bəyannaməsi" qəbul edilib
14:50, Bu gün
DSMF daha iki beynəlxalq mükafata layiq görüldü
14:45, Bu gün
"Qızlarıma cehiz vermək üçün bağımı satdım"
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:36, Bu gün
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı - VİDEO
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
GÜNLÜK
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 18:37
Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 18:37
Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA