Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verildiyi kimi, bu günlərdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistanda səfərdə olub və ermənilərin könlünü alan bir sıra tezislər səsləndirib.
Moderator.az xəbər verir ki, erməni politoloq Arkadi Vardanyan Rusiya baş diplomatının səfərinin pərdəarxası məqsədləri haqda işğalçı ölkənin "1-ci informasiya kanal"ının sualını belə cavablandırıb:
“Ruslar 1 Mart olaylarından sonra 27 Oktyabr parlament terroru hadisələrinin də üstünün açılacağını bilirlər. Gördülər ki, Robert Köçəryanı zorla həbsxanadan çıxarmaq mümkün deyil. İndi 27 Oktyabr sirlərinin açıqlanmaması barədə danışmaq və razılaşmaq mümkün olub-olmadığını görmək üçün Ermənistan rəhbərlərinin başının altına yumşaq bir yastıq qoymağa çalışırlar. Köçəryan kimi cinayətkarı müdafiə etməyə başladıqları andan onların əsas baş ağrısının yalnız bu mövzuda cəmləşdiyi bəlli oldu.
Lavrovun səfəri də təsadüfi deyildir... Bizim bir akademikimizin dediyi kimi, Lavrov hər “yamaqlı” ölkəyə gedən "gədələrdən" deyil. Gəlibsə, deməli, yerinə yetirməli olduğu xüsusi bir vəzifə var...
Məsələ ondadır ki, onlar Köçəryanın həbsdən çıxa bilməyəcəyini başa düşüblər və artıq başqa bir variant tapmağa çalışırlar. Köçəryanın nə söyləyib-söyləməməsindən asılı olmayaraq onu heç bir şey yerinə qoymurlar. Artıq o, itirilmiş bir fiqurdur, rusların dediyi kimi, "oynanılmış kart" heç kim üçün maraqlı deyil... İndi Ermənistanla danışmağın və əvvəlki məntiqə uyğun yanaşmağın mümkün olmadığını görürlər. Odur ki, diplomatik kanallar vasitəsi ilə danışmağa və danışıqlar aparmağa qərar verdilər. İndi yeganə məqsəd 27 Oktyabr məsuliyyətindən yayınmağa çalışmaqdır. Bu ifşadan sonra baş verəcəklər Rusiya üçün, sadəcə, görünməmiş bir biabırçılıq olacaq...”
Sultan Laçın