Xəbər lenti
24/11/2020 [13:48]:
“Onlar aranı qızışdırırlar, ölkəni dağıdırlar, kişi deyillər” - Rəşid Mahmudov
24/11/2020 [13:46]:
Anna Akopyanı güllələnmiş birinci xanımla müqayisə etdilər - Paşinyana gizli mesaj
24/11/2020 [13:42]:
“Hüquqlarını qorumaq üçün Azərbaycanın yanında olacağıq”
24/11/2020 [13:41]:
Qarabağda uduzan erməni generalın ürəyi partladı
24/11/2020 [13:29]:
Azərbaycan kubokunun püşkü atılıb
24/11/2020 [13:28]:
Ermənilərdən daha bir saxtakarlıq: Xocavənddə abidəyə zəng qülləsi artırdılar - FOTOFAKT
24/11/2020 [13:24]:
Gəncə şəhərinə 10 milyon avro həcmində kredit ayrılıb
24/11/2020 [13:23]:
Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri qayıdıb
24/11/2020 [13:19]:
Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər - Qan Bankı
24/11/2020 [13:14]:
Rusiyanın HHM sistemlərinin “Bayraktar"ın Krım səmasındakı uçuşundan xəbəri olmadı...
24/11/2020 [13:08]:
“Deyirdim ki, necə yəni Qarabağın azad edilməsini görməyəcəm, indi rahat ölmək olar”
24/11/2020 [13:06]:
“Yuxuda balamın üstünü palçıqlı gördüm, demə, öz qanı imiş” - Şəhid gizirin anası
24/11/2020 [13:02]:
“Evdə ürəyim sıxılırdı, dedim bir az fırlanım” - COVİD-19 xəstəsi
24/11/2020 [13:00]:
“Qarabağ döyüşlərində dronların uğuru” - İspaniya qəzeti yazır
24/11/2020 [12:50]:
Torpağımız alınandan...
24/11/2020 [12:50]:
Ermənilər küçə itlərini də tutub aparır...- Kəlbəcərdən son görüntülər- VİDEO
24/11/2020 [12:47]:
ABŞ gəmisi Rusiya dövlət sərhədini pozdu
24/11/2020 [12:44]:
Ermənistanda daha bir nazir istefaya göndərilir
24/11/2020 [12:43]:
"Azərbaycanlılar gözlərini yeni bir ölkədə açdılar" -Eldar Əzizov
24/11/2020 [12:40]:
QAT Fransa rəhbərliyinin antiazərbaycan siyasətinə qarşı bəyanat verib
24/11/2020 [12:37]:
Jurnalist Seymur Verdizadəyə ağır itki üz verdi
24/11/2020 [12:33]:
Ermənistan MN-də zabitlər kütləvi istefaya hazırlaşır
24/11/2020 [12:28]:
Şəhid polkovnik Babək Səmidli dəfn olunub - YENİLƏNİB + FOTO
24/11/2020 [12:25]:
Lavrov və Şoyqunun qovluğunda nələr vardı? - “Sülhməramlılarla bağlı narahatlıq...”
24/11/2020 [12:23]:
Mübariz İbrahimovun şəhid olduğu posta bayrağ sancan Şəhid - VİDEO
24/11/2020 [12:20]:
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilib
24/11/2020 [12:18]:
Ermənilərin əsir götürdüyü Bayramla bağlı atasından AÇIQLAMA - VİDEO
24/11/2020 [12:17]:
Milli Məclisin daha bir deputatı koronavirusa yoluxub
24/11/2020 [12:16]:
Oklahoma Dövlət Universiteti ilə ADAU arasında təhsil sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb
24/11/2020 [12:01]:
İlham Əliyev: “Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda” - VİDEO
24/11/2020 [11:58]:
Kəlbəcərin incisi Xudavəng: Düşmənin natamamlıq kompleksi fonunda Alban məbədinin taleyi - FOTO
24/11/2020 [11:52]:
Sahibə Qafarova Siyavuş Novruzovun təklifi barədə: “Bu məsələ müzakirə mövzusu deyil”
24/11/2020 [11:51]:
“Onda “Qarabağ” universiteti açmaq istəyirdim, amma ara qarışdı, hakimiyyət dəyişdi”
24/11/2020 [11:49]:
Ermənilər murdarladıqları Kəlbəcərdən qəbir daşlarını da çıxarıb aparır - VİDEO
24/11/2020 [11:48]:
Vilayət Eyvazov Surxanının polis rəisini yüksək vəzifəyə təyin etdi
24/11/2020 [11:39]:
Evdə müalicə alan COVID-19 xəstələrinin sayı açıqlanıb
24/11/2020 [11:39]:
Salyan xəstəxanasına yeni baş həkim təyin olundu
24/11/2020 [11:38]:
Polietilen torbaların satışını qadağan edən layihə II oxunuşda təsdiqləndi
24/11/2020 [11:36]:
Orden və medalların təsis olunmasına səs verməyən deputatın adı məlum oldu
24/11/2020 [11:30]:
“Dekabrın 1-də atama gözaydınlığı verib deyəcəm ki, axır ki, arzuların həyata keçdi...”
24/11/2020 [11:27]:
"Müharibənin bütün sirlərini açmaq tezdir, vaxt gələcək, çox maraqlı məsələlər üzə çıxacaq"
24/11/2020 [11:26]:
Parlament yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
24/11/2020 [11:17]:
Sahibə Qafarova koronavirusa yoluxan deputalardan DANIŞDI
24/11/2020 [11:12]:
Üç gün mühasirədə qalan yaralı komandir: “Şuşanı almaq, Qarabağın açarını almaq idi”
24/11/2020 [11:11]:
Əziz Mirəhmədovun kitabşünaslıq görüşləri
24/11/2020 [11:10]:
“Görmədiyim, amma xəyalımda canlandırdığım Gülablını görmək mənə də qismət olacaq...”
24/11/2020 [11:04]:
BDU-nin işçi heyətinə də smart Təhsil kartı təqdim edildi
24/11/2020 [10:58]:
İşğalçı ölkənin terrorçuları Kəlbəcərdən çıxmaqdan imtina edir...
24/11/2020 [10:52]:
"Söz vermişəm ki, gedim o doğma yurdumuzda azan verək, torpağımızı öpək..."
24/11/2020 [10:39]:
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir
24/11/2020 [10:33]:
Ömrünün qızmar yay fəslini yaşayıb, payızına doğru addımlayan...
24/11/2020 [10:30]:
“Güllü çiçəkli torpaqlarımızı tikanlı bir məmləkət kimi geri aldıq...”
24/11/2020 [10:24]:
Türkiyədə şəhidimizin adı oxuduğu universitetdə yaşadılacaq - FOTOLAR
24/11/2020 [10:16]:
Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
24/11/2020 [10:00]:
Milli birlik, İlahi ədalət və Böyük Sərkərdə...
24/11/2020 [09:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq
24/11/2020 [09:28]:
Dünyanın ilk antibakterial smartfonu hazırlandı
24/11/2020 [09:26]:
“Düşmən bizdən 5-6 dəfə artıq itki verib”
24/11/2020 [09:24]:
Dördüncü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı - ANBAAN VİDEO
24/11/2020 [09:22]:
Milli Məclis bu günə iclas ÇAĞIRIB
24/11/2020 [09:17]:
Zaqatalada ferma və yük maşını külə döndü
24/11/2020 [09:16]:
Şirvan sakini tüstüdən boğularaq ölüb
24/11/2020 [09:14]:
Qarakənd də bizimdir!..- Ermənilərə bunu rəsmən anlatmaq gərəkdir...
24/11/2020 [08:23]:
Araik Arutyunyan Rusiyaya məxfi səfər etdi - Vəzifədə saxlanılması üçün...
24/11/2020 [07:44]:
ABŞ rəhbərliyinin dəyişilməsinə başlanıldı...
24/11/2020 [07:40]:
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət etdi
24/11/2020 [00:24]:
BMT Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirmək üçün çalışır
24/11/2020 [00:10]:
"Şuşada məscidin yanında Heydər Əliyev əlini İlham bəyin çiyninə qoymuşdu və..."
24/11/2020 [00:06]:
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
23/11/2020 [23:59]:
Qaraciyər sirrozu ilə neçə il yaşamaq olur?
23/11/2020 [23:56]:
Kişiyə hamiləlik diaqnozu qoyub, Bakıya göndərdilər - Xaçmazda inanılmaz OLAY...
23/11/2020 [23:53]:
Gözlərimiz də vitamin defisitindən əziyyət çəkirsə... - Həkim məsləhəti
23/11/2020 [23:52]:
Quterreş: "BMT Azərbaycana humanitar yardım göstərməyə hazırdır"
23/11/2020 [23:51]:
Zaqatalada sahibkara məxsus ferma və yük maşını yanıb
23/11/2020 [23:50]:
Zabit Səmədov "Kuruluş Osman"da - FOTOLAR
23/11/2020 [23:09]:
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
23/11/2020 [22:41]:
"Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub-təmizləyən Azərbaycan əsgəri!"
23/11/2020 [22:33]:
Bakı-Quba yolunda ağır yol qəzası baş verib, ölən və yaralı var - FOTO
23/11/2020 [22:30]:
Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət - VİDEO
23/11/2020 [22:20]:
İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO
Bütün arxiv bir sırada
13/11/2019 [15:47] - Araşdırma - ( 2126 dəfə baxılıb)

Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə



“Ölkələr orduların silahları ilə deyil, vətəndaşlarının mədələri ilə fəth edilir”.

18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Fransanın ən böyük fatehlərindən olan Napolyon Bonapartın bu sözləri müasir dünyamızın ən böyük strateqlərindən sayılan Henri Kissenger tərəfindən də təsdiqlənlənib. 1973-cü ildən 1977-ci ilə qədər Amerikanın Dövlət Departamentinin sədri vəzifəsini icra edən Kissinger həmin dövrlərdə ölkəsinin hərb siyasətində qida təhlükəsizliyinin mühüm yer tutduğunu bu sözlərlə etiraf edirdi: “Aqrar sektor Kənd Təsərrüfatı nazirinə həvalə edilməyəcək qədər ciddi işdir. Qida təhlükəsizliyi çantamızdakı əsas silahlardan biridir”.

 

Təsadüfi deyil ki, Kissingerin ABŞ administrasiyasının fikir babası olduğu çağlarda SSRİ-nin tənəzzülə uğramasının və ardından çökməsinin əsas səbəblərindən biri də ərzaq çatışmazlığı ilə bağlı idi. Hələ Leonid İliç Brejnevin zamanında qəbul edilmiş Ərzaq Proqramının öz məqsədlərinə çata bilməməsi SSRİ-nin dağılmasını zəruri hala gətirmişdi. ABŞ atom bombası ilə məhv edə bilməyəcəyini anladığı SSRİ-ni çörəklə imtahana çəkərək diz çökdürmüşdü. Yəqin ki, o dövlərdə çörək növbələrində  dayananlar, əti, yağı talonla alanlar bu iddiaya haqq qazandırarlar.

Qida silahı təkcə Kissingerin kəşf etdiyi mübarizə metodu da deyil. Tarix boyu bir çox siyasi xadimlərin, padşahların, kralların, müxalif liderlərin ərzaq zəhərlənməsi ilə sıradan çıxarıldığını nəzərə alsaq, bu silah qədim dövrlərdən bəri bilinir. Maraqlıdır ki, keçmişdə yalnız hansısa fərdi hədəfə alan qida terroru müasir çağımızda daha geniş toplumları, xalqları da sıradan çıxaran silah kimi istifadə edilir. Heç uzağa getməyək, 2 il öncə Türkiyə ordusunda kütləvi qida zəhərlənməsi yaşanır və rəsmi Ankara bu hadisələrdə FETÖ izi axtarırdı. Yaxud 2015-ci ilin Ramazan ayında İraqın Mosul şəhərində 145 İŞİD üzvünün iftarda zəhərlənərək ölməsi və bunun “yerli xalqın qisası” kimi qiymətləndirilməsi qida terrorunun nə dərəcədə təsirli silah olduğunu bir daha təsdiqləyir.

  

Sirr deyil ki, Azərbaycan da 4 tərəfdən düşmən əhatəsindədir. Bəzi qonşularımızla torpaq üstündə, bəziləri ilə də geopolitik oriantasiya  baxımından ziddiyyətdəyik. Ölkəmizin üz-üzə qaldığı bu potensial təhlükə hökumət qurumlarımızı bu məsələyə ciddi diqqət ayırmağa vadar etməlidir, edir də. Ölkə başçısı İlham Əliyevin bir neçə il əvvəl Qida təhlükəsizliyi proqramı fikrini ortaya atmasına və bu proqramın əsas hədəflərini “tarladan-süfrəyə 100% özümüzü təmin edəcək yerli qaynaqlar” şəklində müəyyənləşdirməsinə də məhz bu aspektdən yanaşılmalıdır.

Ovqat.com-un əldə etdiyi məlumatlar Prezidentin ortaya qoyduğu bu prinsiplərə yetərli səviyyədə diqqət yetirilməlidiyini göstərir.

Məlumata görə, Azərbaycan xalqının yaxşı tanıdığı, adını dəfələrlə eşitdiyi türkiyəli erməni əsilli iş adamları Karin Oksayan, Anahit Bozacıyan, Antranik Raffi Bozacıyan və Arto Sevan Oksayan qardaş ölkənin ən iri quşçuluq təsərrüfatlarının biri ilə ortaqlıq müqavilələri bağlayıb və Azərbaycana quş əti və yumurta ixracına başlamaq xəyalına düşüb. “Mudurnu Piliç”in 50% səhmlərinə sahib olan bu erməni iş adamlarının ölkəmizdəki bəzi broyler şirkətləri ilə də artıq razılığa gəldiyi barədə dəqiqi məlumatlar əldə etmişik. Həmin broyler şirkətlərinin adı bizə məlum olsa da, tərəflər arasında bağlanmış rəsmi sənədləri əldə edə bilmədiyimizdən onların adını hələ ki açıqlamırıq. Sadəcə onu dövlət qurumlarının və broyler təşkilatlarının nəzərinə çatdırırıq ki, “Mudurnu Piliç”-in keçmişi o qədər də parlaq deyil.

 

Bildirilir ki, 1967-ci ildə Türkiyənin sabiq millət vəkili Tevfik Türesin tərəfindən qurulan və ölkənin ilk broyler təsərrüfatlarından sayılan” Mudurnu Piliç” 2001-ci ilə qədər illik toyuq istehsalını 27 milyona qədər çatdıra bilmişdi. O vaxt həmin fabrikada çalışan işçilərin sayı 2.200 nəfərə qədər yüksəlmişdi. Türkiyə iqtisadiyyatını dərindən sarsıdan 2001-ci il böhranında iflas edən şirkəti indiyədək ayağa qaldırmaq mümkün olmayıb. Hər iki ildən bir əl dəyişən təsərrüfata sahib çıxmaq istəyənlər arasında müəmmalı adamların da adı hallanır.

Türkiyənin “Hürriyyət” qəzetinin 2016-cı ildə dərc etdiyi xəbərlərə görə, 2003-cü ildə “Mudurnu Piliç” 51 faizi Gobal  ASC-yə  satılmışdı. Global ASC-nın ortaqlarından biri isə ABŞ-ın xəfiyə xidməti CIA-nin keçmiş prezidenti Ceyms Uulsey idi.

Kissingerin yuxarıda sitat gətirdiyimiz sözlərini xatırlasaq, “Mudurnu Piliç”-in erməni iş adamlarının nəzarətinə keçməmişdən əvvəl də təhlükəli məqsədlərə qulluq etməsi versiyası ortaya çıxır. Zira bu həmin Ceyms Uulseydir ki, ABŞ-ın başqa dövlətlərdə inqilabi dəyişiklikləri dəstəklədiyini rəsmən etiraf etmiş və buna haqq qazandırmışdı. Ötən il ABŞ televiziyalarından birinin (“Fox”) canlı yayımına qoşulan keçmiş baş xəfiyyəçi (bu arada “keçmiş xəfiyyəçi olmur” həqiqətini də yada salmaqda fayda var) hazırladıqları təxribat planlarının “xoş məqsədə - kommunist rejimlərini aradan qaldırmağa xidmət etdiyini” bildirmişdi. Bu etirafdan da göründüyü kimi, ötən ilə qədər öz düşüncəsini dəyişməyən qocaman baş casusun sahibkarı olduğu broylerin şirkətinin təyinatı şübhə doğurmaya bilməz.

 

Məlumata görə, Ceyms Uulseyin belə ayağa qaldıra bilmədiyi şirkət 2 il sonra - 2005-ci ildə Türkiyənin keçmiş avtomobil sənaye şirkəti “Doğuş Holdung”-in sahibi İlhan Çetinkayaya, 2007-ci ildə “Pak Piliç”-ə satılır. “Pak Piliç”-ın 50% səhmi isə qeyd etdiyimiz kimi, Bozacıyan və Oksayan kimi erməni iş adamlarına aiddir.

Sözsüz ki, bir çoxlarımız Türkiyə ermənilərinin yaxşı erməni olduğunu düşünüb “burda nə var ki”, deyə bilərik. Fəqət dəfələrlə müxtəlif adlar altında Azərbaycan bazarına girmək istəyən bütün Türkiyə şirkətlərinin altından mütləq Bozacıyan və Oksayan erməni ailəsinin çıxması şübhələri artırmaya bilməz.

Sual oluna bilər: Dəfələrlə xalq diplomatiyasi tərəfindən “Persona de Grata” elan olunub ölkəmizdən qovulan bu ermənilər Azərbaycanda nə axtarırlar? Pulmu? Deyəsən, yox. Çünki Azərbaycan broyler müəssisələrinin bəzilərinin bildirdiyinə görə, erməni sərmayəli həmin Türk şirkətləri istehsal etdiyi malları bəzən maya dəyərindən belə aşağı qiymətə satırlar. Bizim broyler müəssisələri də çox vaxt bu aldadıcı təklüflərə şirnikləşib onlarla biznes əlaqələri yaradırlar.

 

Fikrimizcə, bu siyasətin arxasında ən yaxşı ehtimalla dempinq siyasətinin dayana bilər. Əks halda istehsal olunan məhsulun maya dəyərindən aşağı satılmasını başqa iqtisadi amillərlə əsaslandırmaq mümkün deyil. Digər versiya isə potensial qida terroru təxribatı ehtimalıdır ki, biz bunu iqtisadi yox, hərbi-təhlükəsizlik amilinə aid edirik. Çünki Kissingerin də dediyi kimi, “aqrar sektor təkcə Kənd Təsərrüfatı Nazirliyinin məşğul olduğu sahə deyil”, həm də hərbi təhülkəsizlik orqanlarının bioloji silah bazalarıdır.

 

İqtisadçı ekspert Elçin Qurbanov da bizim bu narahatlığımızı bölüşür. Onun da fikrincə, xarici bir şirkətin Azərbaycan bazarında yürütdüyü dempinq siyasəti ən yaxşı halda yerli təsərrüfatları batırmağa xidmət edə bilər: “Bu isə Azərbaycan qanunvericiliyinə görə, qadağandır. Çünki dempinq siyasətlərinin son məqsədi istehlak bazarını özündən asılı vəziyyətə salmaqdır. Hətta onların ölkəmizə ucuz qiymətinə təmiz qida idxal etməsi belə, təhülkəni nəinki azaltmır, əksinə artırır. Bu siyasət elə bir həddə çata bilər ki, Azərbaycanın qida sektoru tamamilə xarici monopoliya altına alına bilər. Xüsusilə bu şirkətin səhmdarları düşmən milləti təmsil edirsə, dövlət qurumları daha ehtiyatlı olmalıdırlar. Çünki Azərbaycanın ərzaq bazası ölkəmizə qarşı kin-küdurət duyan qüvvələrə həvalə olunmamalıdır”.

“Pak Piliç”-in erməni əsilli iş adamlarına aid olduğunu təsdiqləyən rəsmi sənədləri təqdim edirik:

loading...
Rusiyanın HHM sistemlərinin “Bayraktar"ın Krım səmasındakı uçuşundan xəbəri olmadı...
Türkiyədə şəhidimizin adı oxuduğu universitetdə yaşadılacaq - FOTOLAR
Kişiyə hamiləlik diaqnozu qoyub, Bakıya göndərdilər - Xaçmazda inanılmaz OLAY...
Zabit Səmədov "Kuruluş Osman"da - FOTOLAR
"Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub-təmizləyən Azərbaycan əsgəri!"
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
Ermənilər küçə itlərini də tutub aparır...- Kəlbəcərdən son görüntülər- VİDEO
Cəmiyyət
“Onda “Qarabağ” universiteti açmaq istəyirdim, amma ara qarışdı, hakimiyyət dəyişdi”
Cəmiyyət
"Söz vermişəm ki, gedim o doğma yurdumuzda azan verək, torpağımızı öpək..."
Maraqlı
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Dünya
“Bu günlərdə İranda bir çox özəl teatrlar iflas edərək birdəfəlik bağlandı” - FOTOLAR

Yazar
İlham İsmayıl
Putinin müsahibəsi: Marağımıza uyğun və zərərli olan nədir?
Elşad Paşasoy
Fransa məhz özü bacısı Ermənistanı fahişəliyə sürükləmişdi ki...
Sultan Laçın
Azərbaycandakı Rusiya sülhməramlılarına(?) rəsmən  xatırladılmalı olan bəzi məqamlar...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
4 saat yaralı vəziyyətdə mühasirədə qalan əsgərin vəsiyyəti tapıldı
"Azərbaycan yenidən müharibəyə başlaya bilər" - AÇIQLAMA
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
Ermənilər Kəlbəcər yolu ilə həm çıxır, həm də qayıdırlar?..- “Artıq 8 min nəfər qayıdıb” 
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
“Sədamın Şuşadan, Ağdamdan gələcəyi günü səbrsizliklə gözləyirdim, amma olmadı...”
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
"Məgər Kəlbəcərin statusunu ermənilər müəyyən edir, bəs üçtərəfli bəyanat harda qaldı?"
“O əsgəri dünyaya tanıtmaq üçün planlar qurmuşdum, amma eşitdim ki, şəhid olub...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247