Moskva-Yerevan münasibətləri - Rusiya relsindən çıxmayan Ermənistan - ŞƏRH
Oxunub: 996
13 Nov 2019 | 15:11
Moskva-Yerevan münasibətləri -  Rusiya relsindən çıxmayan Ermənistan - ŞƏRH
Rusiya Ermənistandakı hakimiyyətin “yolundan sapmayacağına” arxayın oldu. Belə baxanda 2018-ci ilin mayında hakimiyyətə gəlmiş yeni qüvvələr Moskvadan qopmağa elə də can atmırdılar. Çünki indiki baş nazir Nikol Paşinyanın “Mənim addımım”ı ilk aylardan Kremlyönlü olduğunu gizlətmirdi. Sadəcə, özünü Rusiya hakimiyyətinə baha qiymətə satmağa cəhd göstərirdi. Ancaq Rusiya onların qiymətini 200 ildir müəyyən etdiyi kimi qalır. Elə Paşinyan da o qiymətlə razılaşmağa məcbur oldu.

Heç şübhəsiz, qiymət dəyişməzliyi ilə bağlı sualın bir cavabı var: Həmin ərazilər heç vaxt ermənilərə məxsus olmayıb. XIX əsrdə Azərbaycan xanlıqları ilə Rusiya arasında gedən müharibənin nəticəsi olaraq torpaqlar çar Rusiyasının əlinə keçib, sonra sovet Rusiyasında qalıb. Həmin ərazidə Moskva ermənilərə dövlət qurub. Rusiyanın bir bölgəsi olaraq qaldığından monoetnik ölkə olan Ermənistanda hakimiyyətə gələn istənilən qüvvə Kremllə bütün fəaliyyətini razılaşdırmağa məhkumdur.

Əslində, noyabrın 10-11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevan səfəri bu tezisi bir daha təsdiqlədi. Lavrovun səfəri çərçivəsində iki ölkənin beynəlxalq təşkilatlarda - BMT, ATƏT, Avropa Şurası, Avrasiya İqtisadi İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurası, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və digərlərində fəaliyyətinin koordinasiya edilməsi müzakirə olunub. Rusiya ilə Ermənistan Xarici İşlər nazirlikləri arasında 2020-2021-ci illərdə məsləhətləşmələrə dair plan imzalanıb. İki ölkə arasında siyasi dialoq, ticarət, iqtisadiyyat, humanitar və başqa sahələr üzrə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həlli məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların intensivliyi də görüşlə bağlı xəbərlərdə vurğulanıb. Məlumata görə, Kremlin indiki yiyəsi ilə Ermənistan hökumətinin başçısı arasında 1,5 ildə 4 dəfə görüş, 6 telefon danışığı olub. Ancaq tərəflər arasında rəsmi görüş keçirilməyib. Rusiyanın baş naziri Dmitri Medvedevlə Nikol Paşinyan arasında isə cari ildə 4 görüş olub. 

Hazırda Rusiya ali təhsil müəssisələrində Ermənistanın 6 min vətəndaşı təhsil alır. Onların 1,5 mininin təhsil haqqı federal büdcədən ödənilir. Odur ki, əvvəllər olduğu kimi, Rusiya-Ermənistan əlaqələrinin strateji müttəfiqlik əsasında davam etdiyini demək olar. Başqa sözlə, Ermənistan Rusiyanın olaraq qalır. Halbuki 2018-ci ilin mayında baş verən hakimiyyət dəyişikliyindən sonra rəsmi Yerevanın xarici siyasət kursunda dəyişiklik edəcəyi ehtimal olunurdu. Hətta bunun şousu da oldu. Ancaq bu elə oyundan oyana gedib çıxa bilmədi. Nikol Paşinyan və onun sosial-siyasi bazası Rusiyaya sadiq qalacaqlarını əməlləri və çıxışları ilə dönə-dönə təsdiqlədilər. 

Bu günlərdə Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə sülh forumu sərgisi çərçivəsində Parisdə səfərdə olub. Ermənistan hökumətinin başçısı amerikalı jurnalistin “Ermənistan Avropa İttifaqına üzv olmağa hazırlaşırmı” sualına cavabında deyib: “Mən elə fikirləşmirəm. Biz hazırda Avrasiya İqtisadi İttifaqının üzvüyük. Biz bu təşkilat daxilində əməkdaşlığımızı inkişaf etdirməyə hazırlaşırıq. Bu qurum bizim üçün çox vacibdir. Ona görə də Avropa İttifaqına üzvlük kimi məsələ gündəliyimizdə yoxdur”. Halbuki Nikol Paşinyan müxalifətdə olarkən Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması istiqamətində fəaliyyət göstərirdi. Bu məsələ parlamentdə səsverməyə belə çıxarıldı. Ancaq Paşinyan hakimiyyətə gələr-gəlməz Avrasiya İqtisadi İttifaqını tərifləməyə və onun əhəmiyyətindən danışmağa başladı. Lakin müxalifətdə olan zaman Qərbə inteqrasiya, Avropa İttifaqı ilə assosiasiya sazişi bağlanacağına dair çıxışlar edirdi. Belə çıxır Qərbdəki sponsorları Paşinyana mümkün maliyyə yardımlarını boş yerə ediblər. Necə deyərlər, ona qoyulan maya batıb. Əks halda, Avropa İttifaqına üzv olmağa hazırlaşmadıqları barədə belə sərt və kəskin bəyanat verməzdi. Bu həm də rəsmi Yerevanın yenidən əvvəlki rels üzrə hərəkət edəcəyini deməyə əsas verir.

Yeri gəlmişkən, Rusiya da bu istiqamətdə Ermənistana sayrışan işıqlarla xoşməramlı işarələr verir. Vladimir Putinin Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində Yerevana səfəri, 2020-ci ilin birinci yarısında bu ölkəyə rəsmi səfər edəcəyinə dair vəd verməsi, gələn il Ermənistana satılan qazın qiymətinin bahalaşmayacağı, separatçı rejimin nümayəndəsi Massis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfəri bunu təsdiqləyən çoxsaylı faktlardandır. Qeyd edək ki, onların Rusiya ərazisinə səfər etməsi və orada işğal nəticələrini təbliğ etməsinə imkan yaradılması Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü ildə dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələrlə uzlaşmır.

Ümumiyyətlə, Ermənistan iqtisadiyyatı, demək olar ki, Rusiyadan asılıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 968 milyon 427 min 246 dollar olub. Bu, 2017-ci illə müqayisədə 12,70 faiz çoxdur. 2018-ci ildə Rusiyadan Ermənistana ixracat 1 milyard 341 milyon 382 min 93 dollar olub. Bu da 2017-ci illə müqayisədə 8,89 faiz çoxdur. Göründüyü kimi, “inqilabdan” əvvəl və sonra Ermənistan-Rusiya iqtisadi əməkdaşlığı ara verməyib, əksinə artıb. Cari ilin yayında Rusiyanın erməni əsilli iş adamları Ermənistan iqtisadiyyatına sərmayə qoymaqdan qorxduqlarını bildirirdilər. Bu barədə “Jamanak” qəzeti belə yazırdı: “Rusiyanın erməni əsilli iş adamları Ermənistana sərmayə qoymağa qarşı deyillər. Ancaq bunun Rusiya hakimiyyəti ilə münasibətlərə təsir etməyəcəyinə əmin olmaq istəyirlər. Sadəcə, erməni əsilli rusiyalı iş adamları Rusiya və Ermənistan hakimiyyətləri arasındakı gərginlikdən xəbərdardırlar. Ona görə də Ermənistana sərmayə qoyandan sonra Rusiyadakı əmlaklarına təhlükə yaranmayacağına əmin deyillər”. Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində bu il iyunun 6-8-də keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində rusiyalı erməni əsilli iş adamlarını ölkəsinə sərmayə qoymağa çağırmışdı. Ancaq Moskva Yerevana etibar etmədiyindən bu əməkdaşlıq baş tutmurdu. Oktyabrda bu sahədə buzlar əridi. “Taşir” şirkətlər qrupunun və "Ermənistan Elektrik Şəbəkəsi"nin sahibi Samvel Karapetyan bu yaxınlarda Ermənistanda səfərdə olub. Samvel Karapetyan və Nikol Paşinyan Yerevanda “Axtanak” (“Qələbə”) yüksək gərginlikli yeni elektrik yarımstansiyasının açılışı mərasimində iştirak ediblər. Bu yarımstansiyanın yenidən qurulması Dünya Bankının 14 milyon dollarlıq dəstəyi ilə həyata keçirilib. Rusiyanın “İnter” Səhmdar Cəmiyyəti 2015-ci ildə "Ermənistan Elektrik Şəbəkəsi"ni 100 faiz “Taşir”ə satıb. Onda baş vermiş sövdələşmə əsasında "Ermənistan Elektrik Şəbəkəsi" Qapalı Səhmdar Cəmiyyəti və Razdan İstilik Elektrik Stansiyası 33 milyon dollara “Taşir”ə satılıb. Bildirilib ki, ötən müddət ərzində Samvel Karapetyan bu stansiyaya 200 milyon dollar sərmayə qoyub. Karapetyan jurnalistlərə bildirib ki, iqtisadiyyatda inqilabın ilk mərhələsindədirlər: “Biz yeni hakimiyyətlə işləyirik və yeni layihələr gerçəkləşdirəcəyik”. “Taşir”in sahibi əlavə edib ki, Ermənistanda reallaşdırmağa başladıqları yeni layihələr barəsində növbə ilə məlumat verəcəklər.

Beləliklə, ehtimal etmək olar ki, Rusiya Ermənistanla münasibətləri 2018-ci ilin mayında qaldığı yerdən davam etdirəcək. Son zamanlar Robert Koçaryanın zaminə buraxılması və ya onun tamamilə azad edilməsi istiqamətində aksiyalar keçirilir. Onun zaminə və ya sərbəst buraxılması Nikol Paşinyanın və hökumətinin vəziyyətə tam təslim olması deməkdir. Hər halda hadisələr bu istiqamətdə inkişaf edir. Moskva-Yerevan əlaqələrinin əvvəlki kimi və bir az da yüksək səviyyədə davam etməsi Avropa və ABŞ-ın Ermənistan uğrunda mübarizədə Kremlə məğlub olması kimi də dəyərləndirilə bilər.

Nəhayət, Gümrüdəki hərbi bazanın çıxarılması tələbi ilə bağlı qərbyönlülərin istəkləri və s. layihələr reallaşmadı. Ancaq bu, Qərbin Ermənistanla bağlı düşdüyü vəziyyətə Kremlin düşə biləcəyi ehtimalının gündəlikdən çıxması demək deyil. Bu, tüfəngin səhnədə divardan asılmasına çox oxşayır. Odur ki, son iki ildə baş verənlər Ermənistanda anti-Rusiya qüvvələrin az olmadığını, onların ötən illərlə müqayisədə çoxaldığını deməyə əsas verir. Elə 102 saylı hərbi bazanın çıxarılması tələbinin Ermənistan ictimaiyyəti üçün gündəlikdə olduğu da istisna deyil. Bu isə adıçəkilən ölkədə may aksiyalarının bir də olacağını ehtimal etməyə əsas verir.(Report)
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC