Milli Şuranın sədri Rüstəm İbrahimbəyov dünən yaydığı müraciətdə qurumun vahid namizəd məsələsinə yenidən toxunaraq həmin şəxsin nüfuzlu ziyalılardan birinin olacağını bəyan edib.
Rüstəm İbrahimbəyov açıq kontekstdə bildirib ki, Milli Şuranın vahid namizədinin partiya sədri və ya tanınmış siyasətçilərdən birinin olması qəbuledilməzdir. Maraqlıdır, Rüstəm İbrahimbəyovun bu açıqlamasına iddialı siyasi partiyaların münasibəti necədir?
Moderator.az-ın bununla bağlı sualını cavablandıran Müsavat başqanın müavini Gülağa Aslanlı dedi ki, bu dəqiqələrdə Milli Şuranın toplantısı başlayır və iclasda bu məsələ də müzakirə olunacaq: “Biz hal-hazırda Milli Şuranın növbəti iclasına hazırlaşırıq. İbrahimbəyovun məlum bəyanatı ilə tanışıq və iclas zamanı bu gündəmdə müzakirə olunan əsas məsələlərdən olacaq”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Rüstəm İbrahimbəyovun təklifinə müsbət yanaşdıqlarını bildirdi: “ Bizim partiya keçid dövrü üçün Ziyalılar Forumunun namizədini dəstəkləyir və çox güman ki bu namizəd elə İbrahimbəyovun özü olacaq”
Xəyal