Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi bu gün Dövlət Bayrağı Günü qeyd edilir. Bu gün 2004-cü ildə Macarıstanda üçrəngli bayrağımızı təhqir edən erməni zabiti Qurqen Markaryanı cəhənnəmə yola salan polkovnik-leytenant Ramil Səfərovun qəhrəmanlığından danışmaq yerinə düşərdi.
Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov Ramil Səfərov kimi oğullarımızın çox olduğunu və bu qəhrəmanlığına görə onu sevdiyini bildirdi:
“Xalqımızın bayramı mübarək olsun. Allah heç kimi nə vətənsiz, nə də bayraqsız, nə də himnsiz etməsin. Böyük alim Hegel deyirdi ki, “Dünyanı idarə etmək üçün yalnız türk millətindən nümayəndə seçin. O, bütün dünyanı ədalətli, layiqli, düzgün idarə edəcək. Türk oğlu türk Ramil Səfərov bayrağımızı təhqir edən erməniyə qarşı yalnız bu addımı atmalıydı. R.Səfərov kimi oğullarımız çoxdur, o, əsl türkdür, Azərbaycan xalqının qürur duyası övladıdır. Mən onunla fəxr edirəm. Allah onu qorusun. O, bu qeyrəti ilə bütövlükdə türk xalqının qəhrəmanına çevirildi. Ondan böyük adam tanımıram. Mənim bayrağımı təhqir edən adamı nəinki öldürmək, parça-parça edərəm. Biz azərbaycanlıyıq, ancaq belə olmalıyıq. Ölüm gələndə onsuz da öləcəyik, kim ölümdən qorxursa, onun dövləti ola bilməz. Bu cür qəhrəmanlarımız ölümündən qorxmadan belə bir addım atıb”.
Vasif Əlihüseyn