Xəbər lenti
03/06/2020 [18:45]:
“Kim işdən çıxırılırsa, altından çoxlu pullar, milyonlar çıxır” - Əli Məsimli
03/06/2020 [18:40]:
Şuradan yeni elektron tətbiq: SƏLİS müqavilə
03/06/2020 [18:39]:
Karantini pozan obyektlər bağlandı - FOTOLAR
03/06/2020 [18:33]:
Ölümü ilə ABŞ-ı ayağa qaldıran, Trampı bunkerdə gizlənməyə məcbur edən Corc Floyd
03/06/2020 [18:29]:
Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib
03/06/2020 [18:08]:
"Dava saldı ki, mən dura-dura Mələkxanım "Leyli" olmamalıdır"
03/06/2020 [18:05]:
Prezident Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında
03/06/2020 [18:01]:
Ramzan Kadırov məsciddə ağladı - VİDEO
03/06/2020 [17:59]:
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
03/06/2020 [17:51]:
Prezident taxıl zəmisində olub - FOTO
03/06/2020 [17:49]:
Ermənistan ordusu Qarabağda itki verdi: Ölən və yaralananlar var
03/06/2020 [17:45]:
Prezident İlham Əliyev Ağcabədi rayonuna səfər edib
03/06/2020 [17:37]:
ABŞ-dakı mitinqlərdə Rusiya izi varmı?
03/06/2020 [17:34]:
Koronavirusa yoluxan jurnalist: “İnanmayanlara demək istəyirəm ki…”
03/06/2020 [17:29]:
Ramiz Mehdiyevdən yeni təyinat
03/06/2020 [17:24]:
Ermənistan parlamentinin keçmiş sədri öldü
03/06/2020 [17:19]:
"Bu cür qlobal yardım təşəbbüsləri ölkəmizin beynəlxalq nüfuzunu gücləndirib"
03/06/2020 [17:14]:
ABŞ-da etirazlar nəzarətdən çıxdı: polis rəisi öldürüldü
03/06/2020 [17:05]:
“Əbülfəs müəllimdə günah görmürəm, bu günə kimi neyləyib, günahı öz boynuna...”
03/06/2020 [16:58]:
Gəncədə oğul 85 yaşlı anasını döyüb
03/06/2020 [16:49]:
Su kanalına atılan heyvan leşləri məhv edilib
03/06/2020 [16:49]:
Neft hasilatının ixtisar müddətini uzatmağın iki variantı gündəmdədir
03/06/2020 [16:48]:
Belarusda koronavirusa yoluxanların sayı 45 mini ötdü
03/06/2020 [16:46]:
Azərbaycanda tibbi maskalar üçün xammal istehsalına başlandı
03/06/2020 [16:45]:
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək
03/06/2020 [16:36]:
Prezident cəbhədəki hərbi hissəyə getdi
03/06/2020 [16:32]:
Prezident Təhsil Nazirliyinə iki milyon manat ayırdı
03/06/2020 [16:28]:
Baş Prokuror kürəkənini İŞDƏN ÇIXARDI
03/06/2020 [16:25]:
Millət vəkili: “Fəxri adların verilməsində ədalətsizlik olub” - VİDEO
03/06/2020 [16:24]:
Qənirə Paşayeva Xalq artisti ilə bağlı Baş Nazirə müraciət etdi
03/06/2020 [16:23]:
Prezident Tərtərə pul ayırdı
03/06/2020 [16:22]:
Çin məhkəməsi Türkiyə vətəndaşını azadlıqdan məhrum edib
03/06/2020 [16:06]:
“İyunun 2-də Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq”
03/06/2020 [15:50]:
Toy mərasiminə qatılan 52 nəfər koronavirusa tutuldu
03/06/2020 [15:34]:
Pakistanda mədrəsənin damı uçub, 6 uşaq ölüb
03/06/2020 [15:31]:
İsrail Azərbaycanın arsenalında olan raketlərin nəyə qadir olduğunu göstərdi - VİDEO
03/06/2020 [15:24]:
Tovuz ziyalıları Ilham Rəhimova təşəkkür məktubu göndəriblər...
03/06/2020 [15:09]:
Nikol Paşinyan: "Ermənistanda vəziyyət fəlakət həddindədir"
03/06/2020 [15:07]:
Rusiya Xarici Kəşfiyyat Xidmətinin şefi İlham Əliyevi təbrik edib
03/06/2020 [15:01]:
Koronavirusa baxmayaraq Bayden Floydun dəfninə gedəcək...
03/06/2020 [15:00]:
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03/06/2020 [14:56]:
Corc Floydu öldürən polisdən arvadı boşanır
03/06/2020 [14:53]:
Britaniya qırıcıları rus təyyarəsini qovdu...
03/06/2020 [14:44]:
“Xəzər Dəniz Gəmiçiliyi”nin 4 əməkdaşı koronavirusa YOLUXDU
03/06/2020 [14:41]:
Putinin nüvə silahlarından istifadəyə dair fərmanı açıqlandı – Tarixdə ilk dəfə...
03/06/2020 [14:38]:
Mingəçevir İcra Hakimiyyətindən Moderator.az-da gedən yazıya operativ reaksiya...
03/06/2020 [14:37]:
Fərəh Əliyeva mədəniyyət naziri təyin olunub?
03/06/2020 [14:30]:
“ABŞ özünü məğlub etdi...”- Papadan Floydun öldürülməsinə reaksiya...
03/06/2020 [14:24]:
Yasamalda qadının çantasını aparan şəxslər saxlanılıb
03/06/2020 [14:11]:
BDU-nun tələbəsinin ölümü ilə bağlı məhkəmə başladı
03/06/2020 [14:09]:
DYP əhaliyə maska ilə bağlı xəbərdarlıq etdi
03/06/2020 [14:02]:
“Tərtər” elektrik yarımstansiyası istifadəyə verildi
03/06/2020 [14:01]:
Düşmən ölkə iyuldan 7,62 mm kalibrli  “AK-103” avtomatlarının istehsalına başlayacaq...
03/06/2020 [13:56]:
“Öz ölkəsində etirazçılara qarşı atdan, itdən, rezin güllədən istifadə edənlər sözdə elə dəyərlərdən danışır ki...”
03/06/2020 [13:26]:
Prezident açılışda maska taxdı - Foto
03/06/2020 [13:26]:
İlham Əliyev Tərtərə getdi - FOTO
03/06/2020 [13:24]:
Magistraturaya ayrılan dövlət sifarişli yerlərin sayı AÇIQLANDI
03/06/2020 [13:24]:
Azərbaycanda yeni qanun layihəsi qəbul edilir
03/06/2020 [13:23]:
Dəmir yolu stansiyalarında pulsuz velosiped dayanacaqları quraşdırılır - FOTO
03/06/2020 [13:22]:
Azərbaycanda icra nümayəndəsinin oğlu heroinlə tutuldu - FOTO
03/06/2020 [13:20]:
Rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ
03/06/2020 [13:18]:
Bu il Bakı məktəblərini bitirəcək şagirdlərin sayı AÇIQLANDI
03/06/2020 [13:17]:
“Abituriyentlər üçün dərs vaxtı” keçiriləcək
03/06/2020 [13:16]:
Teledərslər bu tarixdə başa çatacaq - Rəsmi
03/06/2020 [13:14]:
Bu il Həcc ziyarəti olmayacaq
03/06/2020 [13:08]:
“Orta məktəblərdə hərbi dərslərin keçirilməsi bərpa edilməli və gücləndirilməlidir”
03/06/2020 [13:06]:
Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan edildi
03/06/2020 [12:51]:
57 Qarabağ ermənisi koronavirusa YOLUXUB
03/06/2020 [12:48]:
ABŞ “müharibəyə” hazırlaşır: Ehtiyatda olan hərbçilərin bir qismi geri çağırıldı...
03/06/2020 [12:40]:
Polis zorakılığına etirazlar – ABŞ-da, Fransada, Rusiyada...
03/06/2020 [12:38]:
“Gəncə aeroportunda bizi “Qrad"la necə vurdularsa,  elə bildik, ermənilər şəhəri alıb...”
03/06/2020 [12:35]:
“Fədayə yaxşı sənətkardı, insandı, dostcanlıdır, yüz yaşını qeyd etsin...”
03/06/2020 [12:22]:
“Görülən tədbirlərin effektivliyi iki həftədən sonra üzə çıxacaq”
03/06/2020 [12:14]:
Kanalda boğulan yeniyetmənin meyiti tapıldı
03/06/2020 [12:09]:
Azərbaycanda “Son zəng” keçirilməyəcək -RƏSMİ
03/06/2020 [12:08]:
Universitetlərə sənəd qəbulunun müddəti uzadıldı
03/06/2020 [12:04]:
“Könül xanım səbirli olsun, həyatın qanunu budur...”
03/06/2020 [12:00]:
Bir şəklin tarixçəsi - AzTV-nin əməkdaşlarını lüt soyundurub buzlu suya ATMIŞDILAR...
03/06/2020 [11:57]:
Ermənistanın heç bir aviaşirkəti Avropa Birliyinə uça bilməyəcək
03/06/2020 [11:57]:
2,3 milyon şəxsə pensiya, müavinət, təqaüd və sosial yardım verilib
Bütün arxiv bir sırada
09/11/2019 [11:19] - Cəmiyyət - ( 1093 dəfə baxılıb)

Azərbaycanın böyük vətən savaşı - nəticəsiz danışıqlar ayrı yol qoymur



Ötən ay İspaniya hökuməti Belçika hakimiyyətinə müraciət edərək, Kataloniya separatçılarının lideri, separatçılığa görə haqqında cinayət işi qaldırılan Karles Puçtemonu ölkəyə təhvil verməyə çağırmışdı. Əks halda iki ölkə münasibətlərində problem yarana biləcəyi barədə xəbərdarlıq etmişdi. Hələ ki katalon separatçılarının başçısı Belçikadadır. Bu, azmış kimi məlum olub  ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyan da Belçikadadır.

Erməni mətbuatının yazdığına görə, Saakyan paytaxt Brüsseldə Ermənistan Ümumi Xeyriyyə Birliyinin (AOBS) Avropa ofisinin direktoru Nikola Tavityanla görüşüb. Görüşdə separatçılar üçün nəzərdə tutulan bir sıra proqramların icrası ilə bağlı məsələlərin müzakirə olunduğu bildirilir. İndi sual budur ki, görəsən Belçika hökuməti Saakyanı Bakıya təhvil verərmi?

Verməz. Əgər xristian separatçısını xristian İspaniyaya geri vermirsə, xristian Saakyanı tutub müsəlman-türk Azərbaycana göndərərmi?

Günlərdir elə bunu yazırıq ki, məhz dünyanın aparıcı paytaxtlarının, böyük güc mərkəzlərinin davam edən “ikili standart” siyasəti nəticəsində Dağlıq Qarabağ problemi kimi problemlər həllini tapmır. Çünki həmin mərkəzlər və paytaxtlar separatçılardan müstəsna olaraq, öz maraqları naminə, Azərbaycan kimi ölkələri təzyiq altında saxlamaq üçün istifadə edirlər.

Demək, çarə qalır özümüzə, öz gücümüzə, bir də Türkiyə timsalında bizə cani-dildən yaxın və sadiq olan müttəfiqlərimizə. Nə xoş ki, Azərbaycan öz hərbi qüdrətini, hərbi büdcəsini ilbəil artırır. Xarici KİV-lərin təhlilçiləri də artıq etiraf edirlər ki, Azərbaycan və Ermənistanın hərbi potensialı arasında fərq hər il birincinin xeyrinə böyüməkdədir. Onlardan biri də “Eurasianet.org” saytıdır. Sayt Qafqaz və Orta Asiyada gedən ictimai-siyasi prosesləri xüsusi diqqətdə saxlayır. ABŞ-ın siyasi dairələrinə bağlı olan bu media orqanında Ermənistan və Azərbaycanın hərbi xərcləri ilə bağlı gedən yazıda bir çox maraqlı məqamlar yer alıb.

Məsələn, Musavat.com-un məlumatına görə, sayt rəsmi mənbələrə istinadən yazıb ki, Azərbaycan 2009-2018-ci illərdə hərbi qüdrətini gücləndirmək üçün 24 milyard dollar xərcləyib. Ermənistan isə eyni vaxt kəsimində hərbi sahəyə 4 milyard dollardan bir qədər çox pul ayıra bilib. İsveç Krallığının paytaxtı Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute (SIPRI) hesabatına söykənən araşdırmada vurğulanır ki, neftlə zəngin olan Azərbaycan hərbi sahəyə Ermənistana nisbətdə 6 dəfə çox pul xərcləyir.

*****

İşğalçı ölkənin tək ümidi isə Rusiyadan güzəştli qiymətə aldığı silahlara, bir də elə Rusiyanın özünədir, yeni Qarabağ savaşında müttəfiqinin onu qeyd-şərtsiz Azərbaycandan müdafiə edəcəyinədir. Ancaq Rusiya bunu edə biləcəkmi, əgər Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın qanuni ərazisidirsə və bu ərazi Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasına daxil deyilsə?

Aleksandr Xramçixin ile ilgili görsel sonucu
“Rusiya Ermənistan qarşısında öz öhdəliklərini axıradək yerinə yetirir - o cümlədən KTMT və ayrıca götürülmüş 102 saylı Gümrü hərbi bazası çərçivəsində”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “168 jam” erməni nəşrinə müsahibəsində rusiyalı hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavini Aleksandr Xramçixin deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlanacağı halda KTMT öz nizamnaməsinə uyğun olaraq buna qarışmayacaq və özünü hansısa şəkildə büruzə verməyəcək: “Yeganə o halda KTMT reaksiya verə bilər ki, əgər Ermənistan ərazisi zərbələrə məruz qalsın. Zərurət halında İrəvan rəsmi şəkildə KTMT-yə müraciət etməlidir. KTMT-nin bütün üzvlərinin yerinə cavab vermək çətindir (quruma Rusiya və Ermənistandan savayı Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir - ”YM"), onlar belə bir köməyi verəcəklərmi ya yox, amma Rusiya KTMT çərçivəsində öhdəliklərini mütləq yerinə yetirəcək. Ehtimal edirəm ki, KTMT belə bir qərar verəcək ki, yalnız Rusiya müdaxilə eləsin. Yəqin ki, belə bir format işləyəcək".

Rusiyalı ekspert hesab edir ki, başqa hallarda, yəni müraciət olmazsa,  KTMT-nin ixtiyarındadır ki, nə baş verdiyi barədə bəyanat yaysın və ya yaymasın.

Gümrüdəki 102 saylı hərbi bazanın potensialının niyə 2 dəfə artırılması illə bağlı suala cavab verən Xramçixin deyib ki, proses yalnız bitdikdən sonra qiymətləndirmə aparıla bilər. “Hazırkı məqamda yalnız onu deyə bilərəm ki, Rusiyanın Ermənistandakı hərbi bazaları köhnəlib. Yəqin ki, təzədən silahlandırmanın səbəbi budur, nədən ki, Ermənistan bazasında elə köhnə sistemlər var ki, Rusiyanın heç bir hərbi bazasında yoxdur. Rusiyanın özündə artıq çoxdan yenidən silahlanma başlayıb. Ona görə də burda da köhnə texnikanı əvəzləmək lazımdır. Bu - zəruri dəyişiklikdir, çünki Gümrüdə silahlar var ki, Rusiya silahlı qüvvələri daha onlardan istifadə eləmir. Hərbi baza modernləşdirilir və gücləndirilir ki, bu da nəticə etibarilə hərbi potensialı artırır”, - deyə analitik vurğulayıb.

Rusiya hərbi bazasının Ermənistandan çıxarılacağl barədə şayiələrə gəlincə, Xramçixin düşünür ki, bu, Ermənistanın daxili işidir. “Bu, tamamilə mümkündür, ancaq bundan sonra mənim fikrimcə, siz (ermənilər - ”YM") yüz faiz Qarabağsız qalacaqsınız. Ancaq bu sizin öz işinizdir", - deyə rusiyalı politoloq faktiki surətdə Ermənistanı hədələyib. Eyni zamanda, bununla Azərbaycan torpaqlarının işğalının arxasında real olaraq Rusiyanın dayandığını etiraf edib.

Bu, həmçinin konfliktin həllinə mane olan əsas gücün Moskva olduğunu bir daha təsdiqləyir. Nəhayət, Qarabağ məsələsində Ermənistanın deyil, Rusiyanın söz sahibi olduğuna şübhə saxlamır. Deməli, Azərbaycan ən əvvəl Moskva ilə anlaşmaq barədə düşünməlidir. Söhbət həm də hərbi əməliyyatlar variantında Rusiyanı neytral qalmağa razı salmaqdan gedir.

*****

Azərbaycan və Türkiyə isə Ermənistana hücum etməyə hazırlaşmır. Buna lüzum da yox. Başqa sözlə, KTMT-nin (Rusiyanın) konfliktə birbaşa müdaxiləsi üçün nə indi, nə də yeni hərbi əməliyyatlar zamanı hüquqi əsas olmayacaq, ona bəhanə verilməyəcək. Bakını yalnız öz ərazisini işğalçı-separatçı-terrorçulardan təmizləyib ərazi bütövlüyünü bərpa eləmək düşündürür.

Enində sonunda belə də olacaq. Sadəcə, Azərbaycan məqbul geosiyasi şərtlərin yetişməsini gözləyir. Lakin lokal hərbi əməliyyatlarla, addım-addım taktikası ilə torpaqlarımızı tədricən geri almağa indi də heç bir maneə yoxdur. Gələn il hərbi xərclərimiz üçün 21% artımın nəzərdə tutulması da ilk növbədə təcavüzkar tərəfə mesajdır ki, müharibə hələ bitməyib. Ermənistanla aparılan diplomatik danışıqların uzun zamandır ki, nəticəsiz qaldığı, rəsmi İrəvanın öz işğalçılıq siyasətindən imtina etməyəcəyi ilə bağlı verdiyi bəyanatlar fonunda bu artım müharibə hazırlığı yolunda Bakının daha bir ciddi addımıdır.

tofiq zülfüqarov ile ilgili görsel sonucu
Bu mövzuda danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov gələcəkdə müdafiə xərclərinin daha da artırılmasını istisna etmədiyini bildirib (moderator.az). “Mən deməzdim ki, biz bunları hərbi əməliyyatlarla əlaqələndirməliyik. Lakin bu da aydındır ki, bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməkdir. Bu məsələdə ermənilərin atacağı addımlardan da çox şey asılı olacaq. Bəllidir ki, onlar danışıqlar yolu ilə torpaqları azad etmək niyyətində deyillər. Əgər onlar bundan sonra da bu mövqedə qalsalar, deməli, müharibə qaçılmazdır. Bunu nəzərə alaraq, Azərbaycan hökuməti bu addımları atır və gələcəkdə də atacaq. Güman edirəm ki, gələcəkdə müdafiəyə bundan da çox vəsait ayrılacaq”, - deyə Zülfüqarov qeyd edib.

Qarabağda müharibəni tətikləyəcəyi halda işğalçı Ermənistanı hansı aqibət gözlədiyi yetərincə aydındır. Seçim İrəvanındır: sülhü istəyəcəksə sülhü alacaq. Əks halda, Azərbaycanın böyük vətən savaşı qaçılmazdır...(musavat.com)

“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
Britaniya qırıcıları rus təyyarəsini qovdu...
“Elə bildim, qaçqınlar “Qaçqınkom”un qarşısında  Qarabağın azadlığı tələbilə aksiya keçirir...”
"İnomarka"lar və lüks mallar üçün yüsək aksizlər və vergilər nəzərdə tutulur - QARA XƏBƏR...
Qadın senator iclas zamanı kamera qarşısında soyundu - MARAQLI... + FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Gündəm
“Orta məktəblərdə hərbi dərslərin keçirilməsi bərpa edilməli və gücləndirilməlidir”
Cəmiyyət
“Fədayə yaxşı sənətkardı, insandı, dostcanlıdır, yüz yaşını qeyd etsin...”
Cəmiyyət
“Könül xanım səbirli olsun, həyatın qanunu budur...”
Cəmiyyət
“Bundan sonra ancaq yarımçıq işləri ömür möhlət verdiyi qədər tamamlamağı düşünürəm...”
Maraqlı
Bundan sonra meyvələri bu dördəlli robot dərəcək...-FOTO 
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
“Elə bildim, qaçqınlar “Qaçqınkom”un qarşısında  Qarabağın azadlığı tələbilə aksiya keçirir...”
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
ABŞ hər iki ölkəni “bombalayacaq”: Pentaqon sülhə “razı deyil”!
"Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."
Niyə Əbülfəs Qarayevin işdən qovulmasına ən çox sevinən Bərdə camaatıdır...?
Rusiyaya səs salan azərbaycanlı müğənni: “Gəncədə dörd manata ofisiant işləyirdim” - VİDEO
“Heç biriniz məndən nə ağıllı, nə də tərbiyyəli ola bilməzsiniz...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247