"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
Oxunub: 24525
09 Nov 2019 | 11:07
Bəzən “dünyanın səkkizinci möcüzəsi” adlandırılan Xəzərin qoynunda salınmış şəhərin - “Neft Daşları”nın 70 illik yubileyi ilə əlaqədar ən gözəl müsahib kim ola bilərdi? Əlbəttə ki, 90-nı haqlayan ömrünün 65 ilini neft sənayesinə həsr etmiş insan. Söhbət çəkinmədən canlı əfsanə adlandıra biləcəyimiz şəxsən gedir - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadədən gedir. Onunla müsahibəni təqdim edirik:

- Xoşbəxt müəllim, sizin xoşbəxtliyiniz həm də ondadır ki, Neft Daşları ilə bağlı hadisələrin canlı şahidi olmusunuz. Adətən sual olunur ki, neft olmasaydı, Azərbaycanı hansı tale gözləyərdi? Sizin nəzərinizcə, Azərbaycan nefti onun xoşbəxtliyidir, yoxsa əksinə?

- Bu sual çox verilir. Bilirsən necədir? Baxır neftdən necə istifadə edirsən. Hər şeydən səmərəli istifadə edərsən, nəticə yaxşı olar. Neftin bizə heç vaxt ziyanı olmayıb. Həmişə neft-qaz Azərbaycanın köməyinə gəlib. Həmişə cənab prezident də çıxışlarında deyir ki, neft gəlirlərindən düzgün istifadə edilməsi ölkəmizin xeyrinə olur. Həyatdakı var-dövlətini izafi xərcləsən, onun xeyri olmaz. Ona görə də əlbəttə, neftdən gələn gəlirləri düzgün istifadə edəndə işlər də yaxşı gedər. Sovet vaxtı neftimiz bizim əlimizdə deyildi, SSRİ-nin tabeliyindəydi. Müharibə başlayanda biz 23,5 milyon ton hasil edirdik, bütün SSRİ-də isə cəmi 35 milyon ton neft hasil edilirdi. Ola bilər ki, biz o dərəcədə neftin xeyrini görmürdük. Amma müstəqil olandan sonra... Hərdən mən deyəndə ki, bunu sovet vaxtı açmışıq, amma texnika, texnologiya olmadığına görə, yaxşı istismar edə bilməmişik, prezident də zarafatla deyir ki, elə yaxşı olub işləyə bilməmişik, yoxsa onun da gəlirləri sovetlərin büdcəsinə gedəcəkdi. İndi Allaha şükür müstəqilik, neft özümüzündür. Hazırda parlamentdə 2020-ci ilin büdcəsinə baxırlar, yenə də büdcənin 56 faizini neft təşkil edir.

b098e115-8be7-4351-a8ba-8d81e5fa3272.jpg
- Bu fakt, yəni neft amili bizi arxayınlaşdırmır ki? Ən azı qeyri-neft sektorunun inkişafı baxımından...

- Dövləti arxayınlaşdırmır. Görürsünüz ki, son vaxtlar qeyri-neft sektoru necə inkişaf edir. Müstəqilliyin ilk illərində əlbəttə, neftin bizə çox böyük faydası var idi, çünki dünya miqyasına çıxartmaq üçün bizdə bir şey yox idi. Ona görə də neft öz işini gördü. İndi o vaxtdır ki, bunu qeyri-neft sektoru üçün istifadə edəsən. Dövlətin, cənab İlham Əliyevin də siyasəti buna yönəlib. İlbəil qeyri-neft sektorunda müsbət dinamikanı müşahidə edirik, faiz artır. Buna baxmayaraq, neft-qaz həmişə qiymətdə olub və olacaq. Ondan da heç kim imtina etmir. Mən eşidəndə ki, pomidordan neçə milyon dollar gəlirimiz olub, pomidorla da fəxr edirəm. (Gülür)

- Neft Daşlarına ilk dəfə gedişiniz nə vaxt olub?

- 1954-cü ilin mart ayında. Novruz bayramı vaxtı. 24 yaşımda. Mən institutu bitirəndən sonra dənizdə işə başladım. İdarədə işləyirdim, elə burda otururdum. Fuad Səmədov var idi, Allah rəhmət eləsin. Gəldi ki, əşi, Xoşbəxt, cavan oğlansan, bu kağız-kuğuzla nə qədər məşğul olacaqcan, gəl, səni aparım Neft Daşlarına. Mən getdim baş geoloqun yanına,  dedim ki, Neft Daşlarına getmək istəyirəm. Bu qayıtdı ki, burda sənə bu qədər yaxşı şərait düzəltmişik. Mirkazım Məmmədov da şöbə rəisimiz idi. Hər dəfə Neft Daşları ilə telefonla danışanda deyirdi bunu belə edin, onu elə edin, mən düşünürdüm ki, o, nə yaxşı bunları bilir, ordakılara deyir. Mən ora getməsəm, bu şeyləri bilmərəm. (gülür) Ona görə də düzgün qərar verdim, getdim. Onda vertolyot yox idi. Burdan Pirallahıya getdim. Ordan da Neft Daşlarına gəmi ilə. Böyük bir çamadanım da var idi. Sahildən cəmi 40 km-dir. Gəminin üstündə mənə balaca bir otaq verdilər. Batırılmış gəminin kayutalarının birində qalırdım.

- Sonra fırtınalı dənizi görüb “niyə gəldim” peşmançılığı olmadı ki?

- Yox. Fırtına deyəndə ki... Dalğa güclü olanda bizi də tərpədirdi. Nə qədər ki, mədəndə baş geoloq işlədim, gəmilərdə qaldım. Sonra trestə baş geoloq gedəndə, artıq təzə estakadanın üstündə evlər tikmişdilər, orda normal otaqlarda qalırdıq.

- Belə başa düşdüm ki, belə bir həyat sizə zövq verib?

- Bilirsən necədir? Həyat belədir ki, gördüyün iş xoşuna gəldisə, davam edirsən. Mənim də gördüyüm iş xoşuma gəldi. Həm də mən institutu bitirəndə necə deyərlər, evimizdə yorğanımız da qalmamışdı, hamısı satılmışdı, çünki dolanmaq çətin idi. Birdən-birə gedib yaxşı maaş alanda o da insanı həvəsləndirir. Orda bir cəmiyyət yaratdım, elmi bilikləri yayan cəmiyyət. Cavan uşaqları yığdım ora. Bunların hərəsinə bir mövzu verdim ki, gedin, hazırlaşın, gəlin, çıxış edin. Hazırlaşıb çıxış edirdilər. Onların çoxu elmlər namizədi oldu. Hətta bu cəmiyyətin şöhrəti gəlib respublikaya çıxdı. Hətta məni mükafatlandırdılar, 60-cı ildə Rumıniyaya göndərdilər. İlk dəfə xaricə bu xətlə getdim.

47c09043-250e-4fe5-a6ff-dfccc0456104.jpg
- Xarici görəndən sonra sovetlərlə bağlı fikriniz dəyişmədi ki?

- Mən sovetlərdən pis bir şey görməmişəm. O zaman da başımı aşağı salıb işləmişəm. Sovetlər vaxtı  üç orden almışam. İki “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenləri.

- Ömrün bu çağında heç deyirsinizmi ki, kaş bu işi də görərdim, yoxsa bütün istəkləriniz çin olub?

- Yox. Həyatda elə insan olmaz ki, bütün istəklərinə nail olsun. Amma o istiqamətdə çalışanda nəticə əldə etmək mümkün olur. Məsələn, məni institutda, aspiranturada saxlamışdılar, dedilər atan tutulub, Moskva icazə vermir. Getdim Neft Daşlarına. Qarşıma vəzifə qoydum ki, madam orda məni müdafiə etməyə  qoymadılar, burda müdafiə edəcəyəm. Elə ordaca elmi işlərlə məşğul oldum. 60-cı ildə elmlər namizədi oldum.

- Dənizin ortasında? Yəqin ilk nümunədir, eləmi?

- Hə. Məndən sonra başlandı. Ailəmi saxlamağa imkan qazandım, hörmət qazandım. Bunlar mən istədiklərimin bir hissəsi oldu.

- Ailədə böyük övlad olmusunuz, eləmi?

- Hə, məndən sonra iki bacım idi. Atam həbs olunanda çox balaca idik. Atamı 1935-ci ildə tutdular, başqa bəhanə ilə, sonra o da təsdiqlənmədi. 37-də isə repressiya başlandı. Anam rəhmətlik həmişə deyərdi ki, heç yaxşı olmadı e, amma atanı 35-də tutmasaydılar, 37-də mütləq tutacaqdılar, çünki 37-də onun bütün tanış-bilişini tutmuşdular. Özü də onların ailələrini sürgün etmişdilər. Deyirdi onda bizi də sürgün edəcəkdilər.

- Adınız Xoşbəxt olsa da, həyatınızın ilk illəri çox faciəli keçib...

246c897b-e238-4d65-96aa-5d93f1b29949.jpg
“Rövnəq müəllim dedi ki, o vaxtdan yadigar elə bir dənə Xoşbəxt qalıb”

- Bilirsən necədir? Həmişəlik xoşbəxtlik olmur. Məsələn, bir işi görürsən, onun yaxşı nəticəsi oldu, o gün sən xoşbəxtsən. Ya institutu bitirdin, sevinirsən ki, mən xoşbəxtəm. Mən geoloqam da, bir yataq açıldı, hə mən xoşbəxt adamam! 20 yatağın açılmasına rəhbərlik eləmişəm, “Azəri-Çıraq-Günəşli” neft yataqları sovet vaxtı açdığımız yataqlardır, indi işləyir. Mənim də pis günlərim olub, iki oğlumu itirmişəm...(Gözləri dolur) Demək olmaz ki, həyat həmişə normal gedir. Hər halda elə xoşbəxtəm ki, bu günə qədər yaşamışam. Bu qədər işlərə dözə-dözə gəlib bura çıxmışam. Mən insanların yaxşı tərəfini görməyə çalışmışam, heç kimdə pis nəsə axtarmamışam. Ona görə də adamlarla münasibətim həmişə yaxşı olub.

- Duzlu-məzəli söhbətləriniz, maraqlı lətifələriniz də öz yerində...

- (Gülür) Lətifələr həmişə məni çətin vəziyyətlərdən çıxarıb. O gün televizora baxıram, Kosıgindən (SSRİ Nazirlər Sovetinin sədri-E.P.) danışırdılar. Aleksey Nikolayeviç çox güclü adam idi. 1976-cı ildə mən Moskvada, Kosıginin yanında çıxış etdim. Rəhbər şəxslər hamısı kağızdan oxuyurdular. Mən səhərdən saat 6-dək orda oturmuşdum, nəhayət, söz verdilər. Nazirdən soruşdum ki, xəritələrim var, asım, asmayım? Dedi buranın ağası mən deyiləm, Kosıgindən soruş! Dedim onda asacağam. Xəritələrimi də asmışdım. Belə xəritəm də var idi. (Əli ilə divardakı xəritəni göstərir-E.P.) Mən danışanda Kosıgin qayıtdı ki, boş yerlər var orda, onlar xəritədə niyə boşdur, siz işləmirsiniz, ya başqa səbəb var? Dedim bizim Şərqdə Molla Nəsrəddin lətifələri var, icazə verin, mən lətifə ilə cavab verim. Dedi buyur. Qayıtdım ki, Molla Nəsrəddin qaranlıq otaqda sancaq itirir, çıxır bayırda axtarır. Biri görür soruşur ki, Molla, nə axtarırsan? Deyir sancaq. Deyir  otaqda itirdiyinin bayırda niyə axtarırsan? Molla qayıdır ki,  otaq qaranlıqdır, amma bayır işıqlı... (Gülürük) Dedim biz də oraya qədər işləyirik ki, ora “işıqlıdır”, yəni balıqçılar, hərbçilər bizə imkan verirlər. Dedi sən onları sıxa bilməzsənmi? Dedim mən nə mümkündür etmişəm, amma siz etsəniz, olar əla! Bu da gülməyən bir adam idi, hamı güldü, o da həmçinin. Yəni Molla Nəsrəddin lətifələri məni çox vaxt vəziyyətdən çıxarıb.

- Siz demisiniz ki, Azərbaycan indiyədək 492 milyon ton istehsal edib. Bəs, ehtiyatlarımız nə qədərdir?

- Dəqiqləşmiş qaz ehtiyatları 2 trilyon 600 milyarddır. Amma dəqiqləşmiş neft kondensat ehtiyatları 1 milyard 450 milyon tondur. Hələ mən proqnoz ehtiyatlarını demirəm. Biz işlədikcə təsdiq olunmuş ehtiyatlarımızın da miqdarı artacaq.

- Dünən (srağagün-E.P.) Neft Daşlarına getmişdiniz. Yəqin orda keçən gəncliyinizi xatırladınız...

- Hə, hər dəfə Neft Daşlarına gedəndə gözlərimdən yaş gəlir. Çünki 10 il az deyil. Mən 10 il orda işləmişəm. Zarafatla Rövnəq müəllimə deyirəm ki, hər gün Neft Daşlarına gedəcəyəm. Soruşdu nə üçün?  Deyirəm dünən, Neft Daşlarında oldum, bu gün “qəndim”i (şəkəri-E.P.) ölçdüm, düşüb 5,4-ə...(gülür)

- O vaxt birgə işlədiyiniz həmyaşıdlarınızdan həyatda qalan varmı?

- Yox, əşi. Qalanlar varsa da, bəlkə o vaxt uşaq olublar, mən xatırlamıram. Bu gün (dünən-E.P.) Rövnəq müəllim də dedi ki, o vaxtdan yadigar elə bir dənə Xoşbəxt qalıb.

df52fe09-e554-434b-9c0b-d4c0763b13f1.jpg
- Mötəbər tədbirlərin birində dediniz ki, Azərbaycanın birinci xanımının öz əlləri ilə bişirdiyi yeməklərdən dadmısınız. Nə vaxt olub bu?

- (Gülür) Biz 1994-cü ildə ay yarım ABŞ-da, Hyustonda olduq. Cənab İlham Əliyev xanımı ilə getmişdi. Bir ailə kimiydik. Bəzən Mehriban xanım xörək bişirirdi, bizi də çağırırdı.

- Xoşbəxt müəllim, keçdiyiniz yol bir nümunədir. Sizin şahidi olduqlarınız həm də bir tarixdir. Amma son vaxtlar yaşlı-cavan müzakirələri gedir və sizin də adınız hallandırılır. Belə söhbətlərə münasibətiniz necədir?

- Əvvəla, mən hələ 2015-ci ildə getmək istədim. Prezident dedi ki, hələ otur, işlə! Sonra Rövnəq müəllimə də demişdi ki, işini bir az yüngülləşdirin. O ki deyillər yeri cavanlara verin, mən artıq 5 il qabaq yerimi vermişəm. Mənim vəzifəm beləydi də: geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident. Prezident bizə iki vitse-prezident ştatı verdi. Biri geoloji kəşfiyyat və geofizika, o biri yataqların işlənməsi üzrə... Məni elə birinci vitse-prezident kimi təsdiqlədilər, ağsaqqal olaraq. Hesab edirəm ki, mənim bu vəzifəmi heç kim gözləmir. Artıq burda heç kimin gözü yoxdur. Çünki hamı bilir ki, mən burdan gedən kimi, bu vəzifə də ləğv olunacaq. Mən prezidentin tövsiyəsi ilə burada qalmışam. Dedi sən hələ bizə lazımsan, get, otur, işlə! İndi nə vaxt deyərlər get, gedərəm. İndi özümü babat hiss edirəm.  Bir də ki, prezident bildirdi ki, bəziləri mənim dediklərimdən istifadə edirlər. Amma bu, o demək deyil ki, bütün təcrübəli insanların hamısını bayıra atasan. Gərək yaşlılarla gənclərin əlaqəsini saxlayasan.  Mən də yazılarda öz adımı oxudum. Deyirlər Xoşbəxt Yusifzadənin 89 yaşı var. Deyəcəyəm o qədər yaşım yoxdur? Var da. İndi məsləhət bilərlər, gedərəm. Bu yaşımda əlimdən nə gəlir, edirəm. Həyatdır da. Amma hər halda, cavanları qabağa çəkmək lazımdır. Bir bayraq kimi yox e. Bir baxmaq lazımdır ki, cavanın əlindən nə gəlir? İndi məndən danışırlar. Mən bu yaşımda o qədər kadrlar yetişdirmişəm. Rəhmətlik Natiq Əliyev mənimlə işləyirdi, nazir oldu. Mənim tabeliyimdə o qədər adamlar işləyirdi ki, böyük vəzifələr aldılar. Mən cənab prezidentlə də bir yerdə işləmişəm, o da mənim gördüyüm işlərin şahidi olub, onları dəyərləndirir. Bir dəfə demişəm, indi təzədən müraciət etsəm ki, getmək istəyirəm, gülünc çıxar. Elə anlaşılar ki, mən köməklik etməkdən imtina edirəm. Məsləhət olsa, ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm. Özüm uşaq deyilən,  görsəm ki, səhhətim imkan vermir, kömək edə bilmirəm, yenə də özüm gedib xahiş edərəm. Nə isə... Hələ 90 yaşım olsun, sonra baxarıq...(musavat.com)
Oxşar xəbərlər
19:55, Bu gün
“Crocus City Hall”dakı terrorla bağlı məhkəməyə çıxarılan şəxsdən ETİRAF - YENİLƏNİB + FOTO/VİDEO
19:22, Bu gün
"Rusiya yenidən Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək" - Sırski
19:19, Bu gün
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
19:00, Bu gün
Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? - VİDEO
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
GÜNLÜK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO