Rusiyanın Daxili İşlər Nazirliyi Azərbaycan DİN-i cinayətkarlıqla mübarizə məsələsində əməkdaşlıqdan yayınmaqda ittiham edib.
Moderator.az-ın məlumatına görə Rusiyanın nüfuzlu “Pereç” telekanalına müsahibə verən Rusiya DİN-nin rəsmisi azərbaycanlı həmkarlarını onlara yardım etməməkdə suçlayıb: “Rusiya tərəfi hər zaman cinayətkarların yaxalanaraq, təhvil verilməsində Azərbaycan tərəfinə lazım olan köməkliyi göstərib. Amma təəssüflər olsun ki, Azərbaycan Daxili İşlər Nazirliyi bunun qarşılığında Rusiya tərəfi ilə arzulanan səviyyədə əməkdaşlıqdan çəkinir”.
O, daha sonra Rusiyada kifayət qədər çox sayda azərbaycanlının yaşadığına diqqət çəkərək, belə bir əməkdaşlığın vacibliyinə toxunub: “Rusiyada azərbaycanlıların sayı həddən artıqdır və azərbaycanlıların Rusiyada törətdiyi cinayət faktlarının da sayı az deyil. Biz bəzi hallarda həmin cinayətkarların tapılmasında Azərbaycan tərəfinə müraciət etsək də bunun heç bir nəticəsi olmur. Bu isə şübhəsiz ki, cinayətkarlıqla mübarizənin effektivliyinə öz mənfi təsirini göstərir”.
Maraqlıdır ki, Rusiya tərəfinin bu ittihamlarıyla bağlı Azərbaycan DİN hələ ki, hər hansı açıqlama verməyib.
Orxan