Xəbər lenti
22/11/2019 [17:00]:
İranda yeni mərhələ: Təbrizdə Azərbaycan bayrağı qaldırıldı – VİDEO
22/11/2019 [16:56]:
Prezidentdən əlil və şəhid ailələri ilə bağlı - SƏRƏNCAM
22/11/2019 [16:31]:
Kılıçdaroğludan çox bu qız danışıldı... -VİDEO
22/11/2019 [16:24]:
Yeni ombudsman 1-ci gün seçiləcək
22/11/2019 [16:06]:
Metsamor AES-i “böyüyür”: 2027-ci ildə dünya ikiqat nüvə təhlükə ilə üz-üzə qalacaq...
22/11/2019 [15:54]:
FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər
22/11/2019 [15:48]:
“Bunu elə tənzimləmək lazımdır ki, sui-istifadə hallarına yol verilməsin...”
22/11/2019 [15:37]:
“Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda konfrans keçirildi
22/11/2019 [15:17]:
"Rəy sorğularının nəticələri Prezidentin siyasətinə etimadın olduğunu isbatlayır"
22/11/2019 [15:02]:
Paytaxtda iki marşrut xətti üzrə avtobuslar əvəzləndi
22/11/2019 [14:59]:
“İrandakı olaylar dünyanın simasını dəyişə, onun altını-üstünə çevirə bilər”
22/11/2019 [14:48]:
Milli Məclis iclasın vaxtını niyə dəyişdi... - SƏBƏB
22/11/2019 [14:42]:
"Mənim də oğlum evlənib və iki nəvəm var, gəlinim isə təbii ki, şou - biznesdən deyil..."
22/11/2019 [14:39]:
Putinin dünya jurnalistlərini bu tarixdə başına toplayacaq
22/11/2019 [14:30]:
Bakıya yağış, rayonlara qar yağacaq
22/11/2019 [14:28]:
“Bacımgil həmin gecə suşi yeməyiblər”
22/11/2019 [14:12]:
"Qadınların qalan 84 faizi bu məzuniyyəti almaq imkanına malik deyillər"
22/11/2019 [14:04]:
Sumqayıt-Bakı qatarında gecikmənin səbəbi açıqlandı
22/11/2019 [14:01]:
“Eşşək” Moskvaya dəvət olundu və dəstək vəd edildi...
22/11/2019 [13:56]:
“Ata Abdullayev üçün nə diplomatik, nə də xidməti pasport rəsmiləşdirilib” – XİN
22/11/2019 [13:54]:
Oqtay Əsədov MDB PA-nın yubiley sessiyasında iştirak edib
22/11/2019 [13:48]:
Azərbaycanda ödənişsiz erməni dili kursları təşkil ediləcək
22/11/2019 [13:48]:
Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK - Yol polisindən XƏBƏRDARLIQ
22/11/2019 [13:43]:
Azərbaycan səfirinin xanımı diplomat xanımlarına milli çay süfrəsi təqdim etdi - FOTOLAR
22/11/2019 [13:37]:
"Faşistlərlə əməkdaşlıq edənlərin adlarının saxta tarixlə əbədiləşdirilməsi cəhdləri yolverilməzdir"
22/11/2019 [13:16]:
BDU ölən tələbə ilə bağlı başsağlığı verdi
22/11/2019 [13:07]:
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22/11/2019 [13:02]:
Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
22/11/2019 [12:59]:
“Şou adamından mənə gəlin olmaz” - Brilliant
22/11/2019 [12:55]:
Bakını “kababxana”ya döndərən restoranlar - SİYAHI
22/11/2019 [12:45]:
“Rus mütəxəssislərin bu laboratoriyalara baxış keçirməsi bizim üçün qarant deyil, amma...”
22/11/2019 [12:37]:
Milyarder-oliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı - VİDEO
22/11/2019 [12:30]:
“Xaricdəki təbliğatın Qarabağın azad edilməsinə heç bir faydası yoxdur...”
22/11/2019 [12:27]:
Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH
22/11/2019 [12:24]:
Aliment Fondunun yaradılması təklif edilib
22/11/2019 [12:17]:
Ermənistanın sabiq deputatı saxlanıldı
22/11/2019 [12:12]:
“Qabaqlar otelə girəndə taxtabitinin əlindən yatmaq olmurdu, indi isə...”
22/11/2019 [12:08]:
"Zəhərlənən tələbələrin vəziyyəti yaxşıdır"
22/11/2019 [12:00]:
"Yoldaşıma deyirəm ki, sənin qadanı alım, kül təpənə, mənim nəyimi sevirdin?"
22/11/2019 [11:58]:
Abşeronda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildi
22/11/2019 [11:56]:
“Maşınım bərbad vəziyyətdə ikən Ağdam, Tərtərə görüşə getməyə çatdırmazdım, ona görə də..."
22/11/2019 [11:49]:
Deyəsən hökumət Cənub zonasından əlini üzüb... - ACINACAQLI STATİSTİKA
22/11/2019 [11:47]:
Bu şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyuldu - SİYAHI
22/11/2019 [11:45]:
“İcra başçısı söz verdi ki, oxuduğu məktəbi Həsən Məmmədovun adına verəcək...”
22/11/2019 [11:41]:
Pərviz Şahbazov: "AÇG-dən indiyədək 496 mln. ton neft hasil edilib"
22/11/2019 [11:31]:
"İslahatlar dövlət idarəçiliyi sistemində mükəmməl motivasiya sisteminin qurulmasından xəbər verir"
22/11/2019 [11:21]:
Deputat Bakıda anoloqu olmayan toy təşkil edir: Qadınlara giriş qadağandır...
22/11/2019 [11:19]:
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
22/11/2019 [11:18]:
BAO-nun Güney Azərbaycanla bağlı prezidentə etdiyi müraciətə ziyalılar da qoşuldu
22/11/2019 [11:12]:
Fantastik filmlər real oldu: Ölünü diriltdilər - Elmdə inqilab...
22/11/2019 [11:05]:
“Victoria’s Secret” ənənəvi şousunu ləğv etdi - 25 ildə ilk dəfə
22/11/2019 [11:02]:
ABŞ Dövlət Departamenti: “Türkiyənin bir seçimi var”
22/11/2019 [11:01]:
"İslahatlara mane olmaq istəyində olanlar, arzulasalar da, prosesə xələl gətirə bilməz"
22/11/2019 [11:01]:
Bu rayonlarımıza ilk qar yağdı - FOTO
22/11/2019 [10:58]:
Məni söyəndə, sənin əlinə zurna verirlər?..
22/11/2019 [10:55]:
Moskvadakı Azərbaycan diasporu: Səfirin pessimistliyi, soydaşlarımızın optimistliyi haradandır?
22/11/2019 [10:51]:
“Alberti unutmadıqlarına görə hər kəsə təşəkkür etmək istəyirəm...”
22/11/2019 [10:47]:
Bələdiyyə seçkilərində namizəd olmaq üçün - Son gün
22/11/2019 [10:43]:
Məhkum anası TSEK-dən şikayətçidir: "Bu xəstəlik dünyanın heç bir yerində müalicə olunmur"
22/11/2019 [10:31]:
Oqtay Gülalıyevdən yeni xəbər var - Komadan ayılma ehtimalı artıb
22/11/2019 [10:30]:
Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır
22/11/2019 [10:29]:
Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib"
22/11/2019 [10:27]:
Səudiyyə şahzadəsi itkin düşüb: Baş verənlərin gizli təfərrüatı açıqlandı - FOTO
22/11/2019 [10:24]:
Rus tankları şəhər döyüşlərinə uyğunlaşdırıldı
22/11/2019 [10:23]:
Baş nazirdən yeni - QƏRAR
22/11/2019 [10:07]:
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22/11/2019 [10:02]:
"Qarabağı qaytaran, rifah içində azad yaşayan xalq özünün millətləşmə prosesini başa vuracaq!"
22/11/2019 [09:20]:
Sərkisyanın Azərbaycandan başqa  heç harda evi yoxdur?..-Fərasətsiz imiş...
22/11/2019 [08:28]:
Müsəlman xanımlar evsizlərə pulsuz nahar verməyə başladı...-İbrətamiz-FOTOLAR
22/11/2019 [07:31]:
Zina ilə dünyaya gələn övlad günahkardırmı?..
22/11/2019 [00:05]:
İzləyiciləri Təranənin yeni imicindən məmnun qaldılar... - FOTO
21/11/2019 [23:25]:
Qənirə Paşayeva Qarabağ əlilləri və əhalinin sağlamlığı ilə bağlı yeni təkliflərlə çıxış etdi...
21/11/2019 [23:20]:
Səni sevməmək günahdır, sən eşqin fövqündə duran insnsan...
21/11/2019 [23:17]:
Timoşenko əvvəlki saç düzümünə qayıtdı - İnqilab gözlənilir?
21/11/2019 [23:10]:
Qadın aldığı xəsarətdən komaya düşdü
21/11/2019 [23:05]:
"Rusiyadan ölkəmizə gələn turistlərin sayı artır, ötən il 900 min rusiyalı Azərbaycanda olub"
21/11/2019 [22:09]:
“Putin zəng elədi, dedim ki...” - VİDEO
21/11/2019 [22:01]:
Sumqayıtda “CinemaPlus” şəbəkəsinin “Nizami” kinoteatrının yeni binasının açılışı olub - VİDEO - YENİLƏNİB
21/11/2019 [21:57]:
Bakıda 12 yaşlı qızı maşın vurdu
21/11/2019 [21:27]:
Azərbaycanın Birinci vitse-prezidenti Rusiya Hökumətinin sədri ilə görüşüb
Bütün arxiv bir sırada
04/11/2019 [13:55] - Müsahibə - ( 5647 dəfə baxılıb)

"Əgər qadın öz ərindən yaxud kişi öz arvadından bezibsə, yola gedə bilmirlərsə..."



Parlament seçkilərinə bir il qalsa da, Milli Məclisin hazırkı tərkibi, xüsusilə də yaşı 70-i adlamış deputatlarla bağlı müzakirələr kəsilmək bilmir. Deputat, YAP-ın Xətai rayon təşkilatının sədri, yazıçı Hüseynbala Mirələmovla “Ukrayna” dairəsi yaxınlığındakı “Heydər parkı”nda baş tutan söhbətimizdə bu mövzudan da bəhs etdik. Amma yazıçı-deputatla digər vacib mövzular, cəmiyyətimizin problemləri ilə bağlı da danışdıq.

- Hüseynbala müəllim, gələn il Milli Məclisə seçkilər keçiriləcək. Bu arada yaşlı deputatlarla bağlı çox danışılır. Yəqin ki, partiya daxilində, ən azı təşkilat sədri olduğunuz üçün sizə seçkidə iştirak edib-etməyəcəyiniz barədə deyilib. Nə planlaşdırırsınız?

- Ümumiyyətlə, Seçki Məcəlləsində yaş senzi yoxdur. Mənə gəldikdə, YAP-dan namizəd olmuşam. Əgər YAP rəhbərliyi məsləhət görsə, namizədliyimi irəli sürsə, seçkilərə gedəcəyəm, məsləhət bilinməsə, ikinci söhbət ola bilməz, getməyəcəyəm, vəssalam! Mən heç başqa nəsə düşünmürəm də. Bizim partiyamızın qərarından asılıdır. Partiya daxilində isə belə söhbətlər aparılmır, orada hamı sadəcə öz öhdəsinə düşən vəzifələri ləyaqətlə icra etməklə məşğuldur. Gələcəkdə partiya sədri məsləhət bilərsə, seçkidə iştirak edəcəm, əgər məsləhət bilməsə, bunu təbii qəbul edəcəyəm.

Möhtərəm prezidentimiz yeni təyin edilən icra başçılarını qəbul edərkən bildirdi ki, bəziləri sınanmış, təcrübəli, yaşı bir qədər artıq olan şəxslərə qarşı kampaniya aparmaq istəyirlər. Prezidentimiz qeyd etdi ki, o, buna yol verməyəcək. Dövlət başçımız tam haqlı olaraq buyurdu ki, Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır, bunun sintezi nəticəsində biz gözəl nəticələr əldə edə bilərik.

- Yaşlı məmurların istefasını necə qarşıladınız?

- Bu, onların subyektiv qərarıdır. Mən nə deyə bilərəm ki? Şəxsi işləridir.

- Bəs komandada gəncləşmənin aparılmasına necə yanaşırsınız?

- Əlbəttə ki, pis baxmıram. Mənim bir fikrim var, istəyir gənc olsun, istəyir yaşlı, hər bir insan Azərbaycan naminə, Azərbaycan xalqı naminə işləməlidir. Yaşından asılı olmayraq, heç kim səhvə yol verməməlidir. Hamı başa düşməlidir ki, Azərbaycan bizimdir, bizim gələcək nəsillərindir, nəvələrin, nəticələrindir. Biz onların naminə bu ölkəni qorumalıyıq.

Söhbət edə-edə parkın yuxarı hissəsinə qalxırıq. 2000-ci ilin 4 iyununda mərhum prezident Heydər Əliyevin əkdiyi ağacın yanında dayanan H.Mirələmov fikirlərini bölüşür:

 - Xətai rayonu mənim doğma rayonumdur. Ömrüm boyu bu rayonda işləmişəm. Bu gün də burada millət vəkiliyəm. Həmçinin bu park bizim qürur yerimizdir. Çox yaxşı xatırlayıram, ulu öndər bu parkda olanda parkın havası o qədər onun xoşuna gəldi ki, dedi Hacıbala Abutalıbovdan xahiş edəcəyəm, mənə burda ev versin" (Gülür). Elə bu ağacı da o vaxt əkdi. Bilirsiniz, bu, gənc nəslə örnəkdir, nümunədir. Ümumiyyətlə, yaşıllıq bəşəriyyətin həyatıdır. Biz hər birimiz, hətta uşaq bağçasında olan övladlarımıza aşılamalıyıq ki, yaşıllıq, təbiət bizim  bir parçamızdır, ağciyərimizdir. Əkilən ağacları həm qorumaq, həm də yenilərini əkmək lazımdır. Ölkəmizdə nə qədər çox yaşıllıq olsa, o qədər də sağlam olarıq.      

Daha sonra prezident İlham Əliyevin əkdiyi ağaca yaxınlaşırıq. Müsahibim daş lövhənin üstünü oxuyur:

- Bu ağac 2007-ci ildə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən əkilib. Bu fakt bir daha təsdiqləyir ki, cənab prezident ulu öndərin davamçısıdır və yalnız siyasi kursunu davam etdirmir, həm də onun ənənələrini yaşadır, sıx mənəvi bağlılıq var. 

(Bağdakı ağacları sulayan orta yaşlı kişi ilə də maraqlı söhbət olur. Görüşərkən suçu bir az düşünüb “hə, tanıdım, siz deputat Hüseynbala Mirələmovsunuz” deyir.)

 - Hüseynbala müəllim, görürəm siz də təbiət vurğunusunuz. Etiraf etməliyik ki, təbiətə qəsd edən az-az cəmiyyətlərdənik. Nəinki meşələrdəki, hətta paytaxtdakı ağacları qırıb məhv etməkdə “ad çıxarmışıq”, dənizə kanalizasiya axıdırıq, küçələri zibilləyirik, atmosferə hərə öz “imkanı” daxilində zəhərli tullantılar “hədiyyə edir”.  Sizcə, niyə belədir? Buna son qoymağın yolu nədən keçir?

- Düşünürəm ki, dediyiniz hallara son qoymağın yolu insanların  ictimai şüurunun formalaşmasından, düşüncə tərzinin kökündən dəyişməsindən keçir. Hələ gənc ikən amerikalı məşhur fantast yazıçı Rey Bredberinin “İldırımın səsi” əsərini oxumuşdum. Həmin əsərin məzmunu sonralar “Kəpənək effekti” adıyla dünyada tanınan məşhur bir nəzəriyyəyə əsaslanır. Bu nəzəriyyənin  mahiyyəti ondan ibarətdir ki, keçmişdəki kiçik dəyişikliklər gələcək üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Yəni uzaq keçmişdə öldürülən bir kiçik  kəpənək belə, Yer kürəsinin tarazlığına təsir etmək gücündədir. Bu aspektdən yanaşsaq, bizim vətəndaşlarımızın da ictimai şüuru dəyişməlidir. Hamı anlamalıdır ki, bu gün təbiətə vurulan hətta kiçik hesab etdiyimiz zərərlər belə, sabah övladlarımızın, nəvə-nəticələrimizin həyatına mənfi təsir göstərə bilər. Hər kəs təkcə şəxsi mülkünə yox, Vətəninə və ümumən Yer kürəsinə öz evi kimi yanaşsa, doğma əmlakı kimi baxsa, elə şeylər eləməz.

- Sizcə, bu gün Azərbaycan cəmiyyətinin ən çox ehtiyac duyduğu nədir? Maddi-mənəvi planda...

- Maddi planda insanların heç nəyə ehtiyacı yoxdur. Şükür, bazarlarda, marketlərdə hər şey var. Mənəvi ehtiyaclarımız isə çoxdur. Mənəviyyatımızda aşınmalar gedir. İnsanların bir-birini anlamağa, qarşılıqlı hörmətə, təmənnasız sevgiyə ehtiyacı var.

- Hüseynbala müəllim, son günlərin ən ciddi müzakirə mövzularından biri məişət zorakılıqları, ailədaxili münaqişələr, boşanmaların sayının kəskin şəkildə artmasıdır. Statistika dəhşət saçır. Az qala hər üç ailədən biri boşanır. Özü də erkən boşanmalar çoxalır. Sizcə, cəmiyyətdə nə baş verir? Qidalarmı bizi bu hala saldı, ya hansısa qayğılarmı? Hər halda gəlin-qayınana söhbətindən kənara çıxıb məsələ...

- Boşanmalar həmişə olub və bunun obyektiv, subyektiv  səbəbləri var. Ancaq indi vurğuladığınız kimi, boşanmalar kütləvi hal alıb və bu, məni çox narahat edir. Bununla bağlı öz subyektiv fikrimi açıqlamaq istəyirəm. Hesab edirəm ki, bunun kökü ailə tərbiyəsindədir, məktəbdədir, ümumiyyətlə, uşaqların formalaşmasındadır. Ailə və məktəb uşaqları, gəncləri  elə formalaşdırmalıdırlar ki, onlar təvazökar olsunlar, bir-birinə cins fərqi qoyulmasın, dostlar kimi yetişsinlər, birinin sözü o birinə acıq gəlməsin, biri digərinə yuxarıdan aşağı baxmasın. Valideyn də, məktəb də elə tərbiyə verməlidir ki, uşaqlar ailələrinin sosial vəziyyətinin  necə olmasından asılı olmayaraq, bir - birilərinə səmimi və dostcasına yanaşsınlar. Bir də burada əsas məsələnin ailədə, anadan asılı olduğunu düşünürəm. Analar həm oğlan, həm də qız övladlarına elə tərbiyə verməlidir ki, onlar gələcəkdə ailədə birgəyaşayışa, qarşılıqlı hörmət və anlaşmaya  hazır olsunlar. Ailə üzvlərinin bir-birinə olan qarşılıqlı hörməti ən vacib amildir. Bir dəfə Şeyx Şamildən soruşurlar ki, necə oldu ki, sən hər yerdə belə hörmət qazandın? Cavab verir ki, mən otağa girəndə qadınım hörmət əlaməti olaraq ayağa dururdu, sonra övladlarım analarının ayağa qalxdıqlarını görüb onlar da eyni cür davrandılar. Daha sonra qonşu uşaqları gördü ki, ailəm, övladlarım məni görəndə ayağa dururlar, onlar da məni görəndə oturduqları yerdən ayağa qalxırdılar. Beləliklə, hörmət formalaşdı.

Bu misalı gətirməkdə məqsədim odur ki, hər şeyin kökü ailədəki tərbiyədən gəlir. Evdə uşaqlar, bacı-qardaşlar  bir- birinə qarşılıqlı hörmət etməlidir, ailə onları bir-birinə sayğı ruhunda tərbiyə etməlidir. Bu hiss onlarda formalaşarsa, uşaqlar böyüyüb kiminləsə ailə quranda da bu, davam edəcək. Qarşılıqlı hörmət olmayan yerdə sevgidən söhbət belə gedə bilməz. Analar qızları kişiyə, oğlan uşaqlarını da qadına hörmət ruhunda böyütməlidir. Oğlan uşaqlıqdan təkcə nənəsinə, anasına, bacısına  yox, ümumiyyətlə, bütün qadınlara hörmət ruhunda tərbiyə edilməlidir. Qız övladı da həmçinin.

İngilis şairi Con Kits yazırdı ki, “kişilər qanunları, qadınlar əxlaqı yaradır”. Bu baxımdan deyirəm ki, anaların üzərinə bu məsələdə böyük məsuliyyət düşür. Analar öz qızlarını hansısa evi, kiminsə ocağını zinətləndirəcək  gəlin kimi böyütməlidir, oğullarını gələcəyin məsuliyyətli, sahiblənici ailə başçısı kimi tərbiyə etməlidir. Bəzi qızlar ailə qururlar, amma adicə qayğanağı bişirə bilmirlər,  qayınananın adi bir iradına bomba kimi partlayırlar, “sən kimsən” deyə cavab verirlər, həyat yoldaşına hörmət qoymurlar.

Olmuş hadisədir, deməli, bir xanım ailəsindən xəbərsiz  xaricə gedir, oradan ərinə zəng vurur ki, evdə yox idin, sənə xəbər verə bilmədim, təyyarəyə gecikirdim, Kislovodska getməli oldum. Belə qadını boşamazlar?!

Yaxud yeni evlənən bir cütlük haqqında az qala lətifəyə çevrilmiş digər bir əhvalat indi düşdü yadıma. Gənc ər arvadından soruşur ki, əzizim, günortaya nə bişirəcəksən, xanım cavab verir ki, mən yemək bişirə bilmirəm, bir gün sənin anan bişirib gətirsin, bir gün də mənim anam. Belə düşüncəylə yuva qurub ailə olmaq olar? Yaxud da Allahın ver günü içib evində dava salan, ailəsinin gününü qara eləyən, ya da narkotikdən istifadə edib faciələrə yol açan kişini hansı qadın qəbul edər? Ailəsinə, xanımına sahib çıxmayan, doğmaları üçün fədakarlıq etməyən, işləmək istəməyən, bütün yükü qadının çiyinlərinə atan bir kişi kimə lazımdır? Təbii ki, qadın belə məsuliyyətsiz kişidən boşanacaq.

Bunlar qidalarla, hansısa qayğılarla bağlı məsələ deyil, kökü ailədən qaynaqlanan problemlərdir. Gələcəkdə bu neqativ halların və kütləvi boşanmaların qarşısını almaq üçün ailədə, məktəbdə, ali təhsil ocaqlarında uşaqlarımıza, gənclərimizə düzgün tərbiyə verilməli, onlara nəsildən-nəslə ötürülən, tarixi yüzillərlə ölçülən milli ailə dəyərlərimiz  aşılanmalıdır.

- Siz də ailə başçısısınız. Xahiş edirəm, səmimi deyin, həyat yoldaşınızı döydüyünüz, ona qarşı zorakılıq etdiyiniz olubmu nə vaxtsa?

- (Heyrətlə) Necə yəni?! Bu sualın səslənişindəki kobudluq belə adamı ürküdür. Konfutsi yazırdı ki,  “Qadın dünyanın ən gözəl və dəyərli varlığıdır”. Qadına qıyıb necə əl qaldırmaq olar?! 

- Ən dəhşətlisi odur ki, ailədaxili qətllər, xüsusilə də qadınların ərləri, yaxud keçmiş həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülməsi halları artıb. Bunun səbəbi nədir? Belə hallara qarşı mübarizədə nə təklif edərdiniz, sərt cəzamı?

- İlk növbədə bunu qeyd etmək istəyirəm ki, ailədə xəyanət olmamalıdır. Əgər qadın  öz ərindən yaxud kişi öz arvadından bezibsə, normal birgəyaşayış alınmırsa, yola gedə bilmirlərsə, bunlar ilk növbədə dürüst şəkildə oturub bir-biri ilə danışmalı, ailədaxili problemin kökünü tapmağa çalışmalı və ortaq məxrəcə gəlməlidirlər. Əgər birgə yaşamaq ümumiyyətlə alınmırsa , o zaman sivil qaydada ayrılmalıdırlar.  İstənilən halda xəyanət ailədaxili problemi həll etmir, tam əksinə aradakı uçurumu dərinləşdirir və bəzən də dediyiniz faciələrə-qətllərə, həbsxanalara yol açır. 

Xəyanət ailədaxili harmoniyanı, münasibətlərdəki səmimiyyəti pozan və bəzən də affekt halında insanı hətta qətl törətməyə qədər sürükləyən dəhşətli mənəvi deqradasiyadır. Ailə dürüstlük üstündə bərqərar olur, bu, iki nəfərin həm cismani, həm də mənəvi ali birliyidir. Oraya kənar şəxsin yaxud şəxslərin hansısa formada daxil olması  böyük faciələrə və vurğuladığınız kimi qətllərə gətirib çıxara bilir. Əlbəttə ki, dediyiniz mənfi halları  qətiyyətlə pisləyirəm. Əgər qadın ərinə xəyanət edirsə, bu, qətiyyən öldürməklə, zorakılıqla həll olunmamalıdır, kişi belə qadını sadəcə buraxıb getməli, onu rəsmi qaydada da həyatından tamamilə çıxarmalıdır. Xəyanət edən heç kimsə üçün dünyanın ən dəyərli neməti olan azadlıqdan imtina etməyə dəyməz. Boşanmalardan sonrakı vəziyyətlərə gəlincə, şərikli övladlar varsa, valideynlər dost kimi qalmağa çalışmalıdırlar, hərə öz şəxsi həyatını qursa da, övladlar valideynlərinin bir -birinə olan düşmənçiliyindən əziyyət çəkməməlidirlər. Vaxtilə birgə həyatı alınmayan valideynlər övladlarının gələcəyi naminə dost olmağı seçməlidirlər.

- Bilirik ki, Lerikin Nuravud kəndində anadan olmusunuz. Yəqin sinif yoldaşlarınız arasında qızlar az olmayıb. Cənub bölgəsindən danışarkən adətən, erkən nikahlardan və digər neqativ hallardan, o cümlədən qızların təhsil almamasından danışılır. Bu məsələlər ailədaxili problemlərdə nə dərəcədə ciddi rol oynayır?

- Doğrudur, Lerikin Nuravud kəndində dünyaya gəlmişəm, amma mən hələ anamın qucağında körpə uşaq olanda ailəmiz Lənkərana köçüb. Orta təhsilimi Lənkəranda almışam. Elə o vaxt da bizim sinifdə oxuyan uşaqların böyük əksəriyyəti qızlar idi. Bəlkə uzaq tarixdə olub qızların təhsil almaması, ancaq mən yaşadığım mühitdə buna rast gəlməmişəm. Bəlkə əvvəllər elə hallar olub ki, ailələrdə övladlar ata - analarını itiriblər, baba- nənə ümidində yaşayarkən təhsildən yayınıblar, yaxud erkən nikaha məcbur qalıblar. Qız övladın təhsildən yayındırılması, erkən nikah kimi hallar ola bilər, ancaq bunun tək-tük hallarda və hansısa ailənin fərdi seçimi kimi ortaya çıxması mümkündür. Ümumilikdə isə bu, kütləvi hal almayıb. İndi cənub bölgəsində hansı orta məktəbin qarşısına getsəniz, şagirdlərin böyük əksəriyyətinin qızlardan ibarət olduğunu görəcəksiniz. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyirəm, orada da cənub bölgəsindən xeyli sayda qızlar ali təhsil alır. Hətta doğulduğum ucqar dağ kəndindən nə qədər qızlar bu gün ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyurlar, müxtəlif peşələrə yiyələnirlər. Hətta xaricdə təhsil alan da var. Hansısa ailənin fərdi davranışını bütün bölgəyə aid etmək olmaz.

- Yəqin siz də ətrafdakı insanları müşahidə edirsiniz, əksəriyyətinin üzündə gülüşə nadir halda rast gəlirik. Sanki hamı kədərin içindədir. Qara libasın üstünlük təşkil etdiyi ölkədə qaş-qabaqlıların sayı-hesabı yoxdur. Üstəlik, adi mübahisə bıçaqların işə düşməsinə gətirib çıxarır. Bir-birimizlə normal polemika apara bilmirik. Cəmiyyətdəki aqressiyanın səbəbi nədir?

- Dediyiniz qara libasları və kədəri ancaq doğmasını, əzizini itirən insanların hüzr məclislərində görürəm. Bu da təbii bir haldır. Mən kifayət qədər sioial adamam, cəmiyyət içində çox oluram, vaxtaşırı seçicilərimlə görüşürəm, gənclərlə də tez -tez ünsiyyətdə oluram. Amma dediyiniz kədəri, yaxud aqressiyanı görməmişəm. Bıçaqlaşma, yaxud hansısa cinayətin baş verməsinə gəlincə, bu, hər bir cəmiyyətə xas olan nüanslardır, hətta ən inkişaf etmiş cəmiyyətlərdə də cinayətlər baş verir. Bu da yenə ailə tərbiyəsindən qaynaqlanan məsələdir. Bunu hansısa cəmiyyətin ümumi ruhuna şamil etmək doğru deyil . Ümumiyyətlə, bizim cəmiyyətimizi xarakterizə edəsi olsaq, mən insanlarımızı daha çox gülərüz, mehriban, bir - birinin köməyinə yetişən mərd insanlar kimi səciyyələndirərdim.

- YAP üzvləri son zamanlar sosil şəbəkədə fəallaşıblar, o cümlədən deputat həmkarlarınız. Hətta Siyavuş Novruzov da feysbuka gəldiyini elan etdi. Siz də vaxtaşırı əsərləriniz, görüşləriniz haqda xəbərlər, fotolar paylaşırsınız. Əleyhinizə yazıları, şərhləri görəndə bu, sizə necə təsir edir?

- İnanın ki, heç tüküm də tərpənmir. Hər bir insanın subyektiv fikridir, özü bilər. Əgər söylənilən fikir obyektiv deyilsə, doğruları əks etdirmirsə, o, nəyi dəyişəcək ki?

- Çingiz Abdullayev deyir ən çox oxunan yazıçıdır, özü də dünya miqyasında. Sizin göstəricilər necədir? Bu yaxınlarda Bakıda Kitab Sərgisi keçirildi. Ancaq sizi oxçuların əhatəsində görmədik. Niyə?

-Görkəmli xalq yazıçısı Çingiz Abdullayevi mən də çox sevirəm. Sevinirəm ki, o, dünya miqyasında tanınır, əsərləri xaricdə çap olunur. Mənim də “Heydər Əliyev”, “Zərifə Əliyeva”, “İlham Əliyev”, “Gəlinlik paltarı”, “Xəcalət”, “Cəza”, “Qayada çiçək”, “Ləyaqət”, “Sonuncu fateh”, “Vəsiyyət” əsərlərim, pyeslərimin əksəriyyəti ümumilikdə dünyanın 40-a yaxın dilində çap olunub. Tamaşalarım xarici səhnələrdə də göstərilir, festivalllarda iştirak edir, “Qran Pri” alır. Bu yaxınlarda keçirilən kitab sərgisində də yaxından iştirak etmişəm, stendlərə baxmışam, oxucularla, kitab həvəskarları ilə şəxsən görüşmüşəm. Mənim kitablarım da, o cümlədən bu yaxınlarda nəfis tərtibatda nəşr olunmuş dahi şairimiz İmadəddin Nəsiminin həyatından bəhs edən “Son səfər”kitabım həmin sərgidə nümayiş etdirildi. Kitabın naşiri Akif Dənzizadənin sözlərinə görə, “Son səfər”ə təkcə azərbaycanlı oxucular deyil, Pakistan, İran, Türkiyə kimi ölkələrdən sərgiyə qatılan qonaqlar da böyük maraq göstəriblər, xeyli sayda alıb özləri ilə aparıblar.

 - Ötən söhbətlərimizdə demişdiniz ki, 13-16-cı əsrləri əhatə edən “İki şah, iki sultan” trilogiyası üzərində işləyirsiniz. Tamamladınızmı bu, tarixi əsəri? Film çəkilməsi üçün müraciət etmək niyyətiniz varmı?

- “İki şah, iki sultan”ın iki hissəsini bitirmişəm, üçüncü hissəsinin demək olar ki, sonlarındayam. İnşallah, bu ilin sonuna qədər bitirəcəyəm. Film çəkilməsi üçün heç kimə müraciət etməyi düşünmürəm, əsər göz qabağındadır, kim film çəkmək istəyir, çəksin.

- 2020-ci ildə sizin də üzvü olduğunuz Yazıçılar Birliyinin qurultayıdır, sədr seçkisi olacaq. Yazıçı Anarın növbəti dəfə sədr olmasını istərdiniz, yoxsa gənclərdən kiminsə? Bəlkə elə şəxsən özünüzün sədrlik iddianız var...

- Hər kəsin istədiyi namizədə səs vermək hüququ var. Səsvermə keçiriləndə, mən Anara səs verəcəyəm.

Söhbətimin bu məqamında bir nəfər yaxınlaşıb salam verir. Bildirir ki, əslən Naxçıvandandır, keçmiş polis işçisidir. Deyir ömrü boyu Heydər Əliyevi dəstəkləyib, indi də İ.Əliyevin tərəfdarıdır. H.Mirələmovu çox yaxşı tanıdığını deyən bu şəxs iş axtardığını deyib kömək istəyir. Deputat telefonunu verir və uyğun bir vaxtda qəbuluna gəlməyi tövsiyə edir.

Söhbətimizin yekununda Hüseynbala müəllim bunları bildirir: “Əlbəttə, problemlər var, heç kim bunu inkar etmir. Elə imzalanan sərəncamlar, qarşıya qoyulan vəzifələr də problemlərin həllinə xidmət edir. Bax, burada yerüstü keçidin tikilməsinin özü vətəndaşa verilən dəyərin nəticəsidir. (Əli ilə tikilməkdə olan piyada keçidini nişan verir-E.P.) Bir də ki, bizim ölkənin cəmi 28 yaşı var. Gənc bir ölkəni Avropanın qocaman dövlətləri ilə müqayisə etmək düzgün deyil. Unutmayaq, cəmi 29 il əvvəl biz kölə vəziyyətindəydik, imperiyanın əsarətindəydik. Görün 28 ildə nə qədər dəyişikliklər oldu. Bu 28 ilin də 5 ilini çıxıram, xaos, təşkilati məsələlər və s. Faktiki olaraq 23-24 ildə baş verib bu inkişaf. Gərək bizim insanlarımız keçmişi unutmasınlar”. (musavat.com)

loading...
loading...
"Yoldaşıma deyirəm ki, sənin qadanı alım, kül təpənə, mənim nəyimi sevirdin?"
Moskvadakı Azərbaycan diasporu: Səfirin pessimistliyi, soydaşlarımızın optimistliyi haradandır?
"Rusiyadan ölkəmizə gələn turistlərin sayı artır, ötən il 900 min rusiyalı Azərbaycanda olub"
Canlı yayımda rəzalət - 74 yaşlı ərinə hamamdaca xəyanət etdi...
Timsahlara edilən masaj sosial mediada maraqla qarşılandı - MARAQLI...+ VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Bunu elə tənzimləmək lazımdır ki, sui-istifadə hallarına yol verilməsin...”
Cəmiyyət
"Mənim də oğlum evlənib və iki nəvəm var, gəlinim isə təbii ki, şou - biznesdən deyil..."
Cəmiyyət
“Qabaqlar otelə girəndə taxtabitinin əlindən yatmaq olmurdu, indi isə...”
Köşə
Məni söyəndə, sənin əlinə zurna verirlər?..
Cəmiyyət
“Alberti unutmadıqlarına görə hər kəsə təşəkkür etmək istəyirəm...”
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
"Cəmiyyətin 30 faizi itinə də toy edir, 70 faizsə özünə toy edə bilmir, hər məmur sevgilisinə bir veriliş açıb"
"Səhərə kimi Kərimin kişi sevgilisinin yanından evə qayıtmasını gözləyirdim" - VİDEO
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: Rayon əhalisi də şokda, polis-prokurorluq da...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247