Bakı fikirləşincə separatçılar hoppanıb Okeanı keçirlər...
Oxunub: 2614
02 Nov 2019 | 22:54
Bakı fikirləşincə separatçılar hoppanıb Okeanı keçirlər...
Bu gün dünyada beynəlxalq qanunların işləməməsi göz önündədir. Görünür onu işlək hala gətirmək üçün "ununa" "qan" tökməkdən gərək çəkinməyəsən. ABŞ Konqresinin aşağı palatası sayılan Nümayəndələr Palatasında, ermənilər tərəfindən illərdir Türkiyənin başına süni şəkildə qondurulmuş "erməni soyqırımı" oyununun mövsümü olaraq apreldə deyil, bu dəfə daha tez gündəmə gətirilməsi, şübhəsiz ki, Türkiyənin Suriyada apardığı "Barış pinarı" adlı antiterror əməliyyatlarına açıq təzyiq olduğunu bütün dünya müşahidə edir. Çünki indiyədək bu "qırılmış ermənilər" Kardaşyanın timsalında ömür boyu istənilən "kefi duran" güclü dövlətin  əlində ən işlək və sevimli "alət" olmaqdan başqa heç nəyə yaramayıblar. 

Əlbəttə, əgər Türkiyə sadəlövhlük etsəydi, ABŞ və Avropa tərəfindən başlanan "Ərəb baharı" onu dövlət olaraq parçalayıb öz "payızına" çatdıracaqdı. Ancaq Türkiyə, ABŞ-ın Suriyada "tunel altından terrorçu yeritməsinə" imkan vermədi. Əslində Suriyada paxırları üzə çıxan ABŞ və Avropa məhz bu üzdən Türkiyəni cəzalandırmaq məqsədi ilə "soyları qırılmışları" yenidən "dövrüyəyə" buraxıblar. Sözsüz ki, burada Türkiyənin Rusiya ilə birgə antiterror əməliyyatı aparması da, "demokratiya atası" və  "sivilizasiya anasını" bərk qısqandırır. Şübhə yoxdur ki, əsrlərlə tarixi olan Türkiyə qüdrətli dövlət olaraq bütün bu oyunlardan şərəflə çıxacaq. 

Amma yaranmış bu siyasi şəraiti qaçırmayan Qarabağda "əldə düzəldilən" və adətləri üzrə özlərini həmişə "aşağıda" xoş hiss edən ermənilərin, məhz bu məqamda ABŞ Konqresinin aşağı palatasına dürtülə bilmələri çox maraqlıdır. Bu bir faktdır ki, oktyabrın 30-da ABŞ-a yollanan qondarma "Artsax"-ın "xarici işlər naziri" Masis Mailyan ABŞ Konqresində "Artsax"ın müstəqilliyinə həsr edilmiş tədbirdə əsas məruzəçi kimi çıxış edib. M.Mailyan hətta "dövlət" quruculuğundan, "Artsax"ın beynəlxalq aləmdə tanınması, onun beynəlxalq əlaqələrinin genişləndirilməsi və Qarabağ probleminin sülh yolu ilə nizama salınması barədə də  danışıb. Tədbirdə çıxış edən ermənipərəst "konqres adamları" isə "Artsax"ın təhlükəsizliyinin möhkəmləndirilməsi və beynəlxalq aləmdə tanınması barədə lazımi işlərin davamlı olaraq görüləcəyini əminliklə vurğulayıblar. 

Baxın, bu tədbirin səhəri gün Ermənistanın ABŞ-dakı səfirliyində separatçıların şərəfinə keçirilən görüşdə isə, Mailyan "erməni soyqırımı"nı tanıma haqqında qəbul edilən tarixi qətnamə ABŞ-da "Artsax respublikası"nın  tanınmasına nail olmaq üçün yeni və geniş perspektivlər açdığını dilə gətirib. 

Ancaq Azərbaycan tərəfi hələ də problemin sülh yolu ilə, ATƏT-in "üç muşketyorunun" köməkliyi ilə həll olunacağına ümid bağlayır.      

Bu arada Fransada hələ də yaşayan və qanuni fəaliyyət göstərən Kommunist Partiyasının bu ölkənin prezidenti Emmanuel Makronu "Artsax"ın "müstəqilliyini" tanımağa çağrması, eyni zamanda, kommunist liderin Avropa İttifaqının ali komissarı Federika Mogeriniyə də eyni məzmunda müraciət ünvanlaması ermənilərin siyasi şəraitə uyğun olaraq hücuma keçmələrini tamamilə təsdiq edir. 

Bütün oxuduqlarımızı ilk baxışda xəbər kimi qəbul etsək də, əslində vəziyyət olduqca gərgindir. Çünki rəsmi Bakı fikirləşincə separatçılar nəinki hansısa çayı, hətta hoppanıb Okeanı belə rahatlıqla keçiblər. İndi əgər ABŞ Türkiyənin, həmçinin həmişə onun yanında olan Azərbaycanın acığına hər iki qondarmaya - "soyqırım" və "Artsax"ın tanınmasına qol qoysa, şübhəsiz ki, vəziyyət sözün əsl mənasında "urusca" olacaq. Ancaq yeganə təsəlli odur ki, güman etmək olar ABŞ bunun əvəzində ermənilərdən Rusiyadan birdəfəlik üz döndərmələrini istəyəcək. Doğrudur, ermənilər qucaqdan-qucağa atılmaqda nə qədər mahir olsalar da, amma Rusiyanın ağuşundan hoppanaraq Okeanın o biri tərəfinə düşmək istəyi çox güman ki, onları ilk növbədə "Qarabağ dəryasında" boğacaq. 

Sözsüz ki, Rusiya bütün Qafqaza öz şəxsi əyaləti kimi baxır. ABŞ-ın və ya digər böyük dövlətin bu yerlərə ayaq basmasına, eyni zamanda, bu bölgədən hansısa ölkənin qərb yönümlü mövqe tutmasına asanlıqla imkan verən deyil. 

Bu yerdə 9-11 iyulda Rusiyada keçirilən İstehsal və sənayeləşmə sammitindən sonra jurnalistlərin suallarını cavablandıran Rusiya prezidenti V.Putinin Gürcüstanın tarixi ilə bağlı dilə gətirdiyi fərziyyələrini yada salmaq yerinə düşər. Rusiya başçısı burada, əvvəlcə onu canlı efirdə təhqir edən "Rustavi -2" telekanalının aparıcısı Qeorqiya Qabuniyaya qarşı cinayət işi qaldırılmasının və Tiflisə sanksiya tətbiq edilməsinin əleyhinə olduğunu bildirdi. O, bununla özünü humanist göstərsə də, amma Gürcüstanın ərazi bütövlüyünü alt-üst edərək Abxaziya və Cənubi Osetiyanın məhz Gürcüstan tərəfindən işğal olunduğunu deyib onu günahlandırdı. Yəni Kremlin başçısı hər iki bu subyektin, həmçinin Tiflisin özünün də XIX əsrdə Rusiyanın tərkibində quberniya olduğunu əsas tutaraq hazırki bu ölkəni ölkə yerinə qoymadı. Bundan əlavə, Putin adəti üzrə 2008-ci ilin avqustundakı müharibəyə görə Gürcüstan rəhbərliyini günahlandırdı və bununla həm Mixael Saakaşviliyə, həm də amerikalılara "heç bir halda hərbi əməliyyatlara başlamalarına imkan verilməyəcəyinə" inandırdığını qeyd etdi. Putin həmin müharibənin nəticəsi olaraq Rusiyanın bu xalqları müdafiə etmək üçün, Abxaziya və Cənubi Osetiyanı məcbur olub tanıdıqlarını deməkdən də utanmadı.
Əlbəttə, Rusiya lideri tarixin bəzi dönəmlərini müəyyən mənada doğru şərh etsə də, amma ölkəsinin istər çar, istər Sovet, istərsə də öz dövründə imperialist, işğalçı olduğundan zərrə qədər xəcalət çəkmir. 

İndi Rusiya başçısının Gürcüstana qarşı olan bu yanaşmasını nəzərə alsaq, əgər sabah ABŞ, Fransa və digər bir neçə ölkə ermənilərə heç bir şərt qoymadan Türkiyənin Suriya siyasətinin acığına qondarma "erməni soyqırımı"nı və Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bundan ayılan (əgər hələ ayılsa) Azərbaycan son çıxış yolu kimi müharibəyə başladığı təqdirdə onu heç şübhəsiz ki, elə ilk növbədə Rusiya, onun ardıncada bütün dünya işğalçı adlandıracaq. Hərçənd, 2008-ci ildə rəsmi Tiflis Abxaziya və Cənubi Osetiyanı separatçılardan azad etmək istəyəndə bu subyektlərin müstəqilliyini heç bir ölkə tanımırdı. 

Ona görə də nə qədər ki, ermənilərin "Qarabağsız gəldi, qarabağlı qaç" oyunu tam olaraq başa çatmayıb, qondarma "erməni soyqırımı"n kölgəsində Dağlıq Qarabağın müstəqilliyini tanıtmağa nail olmayıblar, Azərbaycan onu azad etməlidir! Rəsmi Bakı əməli işə keçərək öz qızıl vaxtını qarşıdakı "çevir tatı, vur tatı" danışıqlarına sərf etməməlidir! 

BBC News-də Stephen Sackurun "Hard Talk"ında Azərbaycandan güzəşt mesajı istəyən erməni xarici işlər naziri Zöhrab Mnatsakanyan isə, güzəşt kimi Dağlıq Qarabağda yaşayan ermənilərin başlarının çiyinləri üstündə salamat qalmaları ilə qənaətlənməlidir.

Sonda onu da yada salaq ki, hələ 2015-ci ildə Şuşanın işğalının 23-cü ildönümü ilə bağlı öz mövqeyini bildirən rusiyalı akademik, Rusiya yazıçılar birliyinin üzvü, "Qarabağın qanlı qasırğası" adlı kitabın müəllifi Yuri Pompeyev deyirdi ki, "Nəinki Azərbaycan mədəniyyətinin beşiyi Şuşanın, həmçinin bütün Qarabağın azad edilməsinin vaxtı çoxdan çatıb... Şuşa Azərbaycan xalqının mədəniyyət nüvəsidir. Məhz, buna görə o zaman Qarabağ separatistləri bu şəhəri tutmaq üçün yaxalarını cırırdılar. Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və düşünürəm ki, Azərbaycan torpağında sülh dağlar arxasında deyil".
Sözsüz ki, sülh dağlar arxasında deyil, dağın Azərbaycana tərəf olan lap ətəyindədir, amma dağ sənə tərəf gəlmədikdə gərək sən dağa tərəf getməyi bacarasan. 
P.S. Primakovdan fərqli olaraq Bakıda məhz Pompeyev kimilərə sərgi açılmalıdır və güman edirəm ki, onun həyat və yaradıcılığından bəhs edilən esse müsabiqəsində elə mən özüm qalib olardım... 

Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Oxşar xəbərlər
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"